Tullantı sularını fiziki-kimyəvi təmizləmək üçün qurğular




Download 1.74 Mb.
bet47/404
Sana24.03.2017
Hajmi1.74 Mb.
#2065
1   ...   43   44   45   46   47   48   49   50   ...   404
9.2.7.2. Durulducunun çökmə zonasında nazik laylı bloklar qoyulduqda bu zonanın sahəsi su güzgüsünün vahid sahəsinə düşən xüsusi hidravlik yükə hesablanır. Xüsusi hidravlik yük koaqul-yantla emal edilən az bulanıqlı və rəngli sular üçün 3-3,5m3/(st.m2), orta bulanıqlı sular üçün 3,6-4,5m3/(st.m2), bulanıq sular üçün isə 4,6-5,5 m3/(st.m2)qəbul edilir.

9.2.7.3. Şaquli durulducuların lil toplanan və sıxlaşan zonasının divarları maili layihələndirilməlidir. Maili divarlar arasındakı bucaq 70-800 həddində qəbul edilməlidir.

Çöküntünün durulducu işdən ayrılmadan ondan kənar edilməsi nəzərdə tutulmalıdır. Çöküntünün kənar edilmələri arasındakı müddət (Th) (10) düsturu ilə hesablanmalıdır.



,                                                         (10)

burada Wçz- çöküntünün toplanma və sıxlaşma zonasının həcmi, m3;



- çökmə hissəsinin hündürlüyü boyu çöküntünün bərk fazasının orta qatılığı, qr/m3(qiyməti suyun bulanıqlığından və çöküntünün kənar edilmələri arasındakı vaxtdan asılı olaraq cədvəl 18-ə əsasən qəbul edilir).

B- durulducudan çıxan suyun bulanıqlığı, qr/m3, (8-15 qr/m3 qəbul edilir);

C- durulducuya daxil olan suda asılı maddələrin (11) düsturu ilə hesablanan qatılığı,qr/m3;

,qr/m3 (11)

burada B0- xam suda asılı maddələrin miqdarı, qr/m3;



R - xam suyun rəngliliyi, dərəcə;

α- bir dərəcə rənglilik yaradan üzvi maddələrin miqdarı, qr/m3 (şək.1-də verilmiş qrafikdən təyin edilir);

Şək.1. Suyun rəngliliyinin ondakı humus turşularının miqdarından asılılıq qrafiki

 

Dk - susuz məhsula görə koaqulyantın dozası, qr/m3;

- suya daxil edilən koaqulyantdakı həll olunmayan qarışığın miqdarını nəzərə alan əmsal olub təmizlənmiş alüminium sulfat üçün 0,08; təmizlənməmiş alüminium sulfat üçün 0,69; dəmir xlorid üçün 0,01 və dəmir sulfat üçün 0,1 qəbul edilməlidir;

K1 - çevirici əmsal olub alüminium sulfat, dəmir xlorid və dəmir sulfatı onların hidroksidlərinə çevirmək üçün uyğun olaraq 0,46; 0,66 və 0,76 qəbul edilməlidir;

Bə - əhənglə suya daxil edilən həll olmayan maddələrin miqdarıdır (qr/m3) və istifadə edilən əhəngin pasport göstəriciləri olmadıqda (12) düsturu ilə hesablanır.

burada Kə - əhəngdə CaO-nun pay miqdarı;



Də - əhəngin CaO-ya görə dozasıdır, qr/m3.

Çöküntünün tullanmaları arasında durulducunun işləmə vaxtı 6 st-dan az olmamalıdır.



9.2.7.4. Şaquli durulducularda şəffaflanmış suyun toplanması kənar divarlar boyu və radial istiqamətlərdə yerləşdirilmiş deşikli, yaxud üçbucaq kəsikli novlar vasitəsilə nəzərdə tutulmalıdır. Novların en kəsikləri suyun onlarda 0,5-0,6 m/s sürətlə axmasına hesablanmalıdır.



Download 1.74 Mb.
1   ...   43   44   45   46   47   48   49   50   ...   404




Download 1.74 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Tullantı sularını fiziki-kimyəvi təmizləmək üçün qurğular

Download 1.74 Mb.