Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi




Download 1.74 Mb.
bet49/404
Sana24.03.2017
Hajmi1.74 Mb.
#2065
1   ...   45   46   47   48   49   50   51   52   ...   404
9.2.8.2. Durulducunun eni və uzunluğu (14) düsturları ilə hesablanmalıdır.

burada Hor- çökmə zonasının orta hündürlüyü, m (hündürlük sxemindən asılı olaraq 3-3,5 m qəbul edilir);



vor- durulducunun əvvəlində suyun üfüqi hesabi hərəkət sürəti olub az bulanıqlı sular üçün 6-8, orta bulanıqlı sular üçün 7-10 və bulanıq sular üçün 9-12 mm/s qəbul edilir.

Durulducu uzununa arakəsmələrlə eni 6 m-dən böyük olmayan və müstəqil fəaliyyət göstərən şöbələrə bölünməlidir.

Bölmələrin sayı 6-dan az olduqda bir ehtiyat bölmənin olması nəzərdə tutulmalıdır.

9.2.8.3. Üfüqi durulducular çöküntünün mexaniki, yaxud hidravlik üsulla (suyun durulducuya verilməsini dayandırmadan) kənar edilməsinə, yaxud bulanıq suları şəffaflandıranda az hərəkətli çöküntü yaranarsa suyun durulducuya verilməsini vaxtaşırı dayandırmaqla çöküntünü kənar etmək üçün hidravlik yuma sistemi nəzərdə tutmaqla layihələndirilməlidirlər. Durulducuların divarlarını və dibini yumaq məqsədilə elastik boru birləşdirmək üçün ventillə təchiz olunmuş boru kəməri nəzərdə tutulmalıdır.

9.2.8.4. Sıyırıcı mexanizmlə çöküntünü mexaniki kənarlaşdıran sistemli durulducuların çöküntü toplanma və sıxlaşma zonasının həcmi çöküntü sıyırıcıların ölçüsündən asılı olaraq təyin edilməlidir.

Çöküntü hidravlik üsulla kənar edildikdə, yaxud basqı altında yuyulduqda çöküntü toplanma və sıxlaşma zonasının həcmi (Wçh) durulducunun təmizləmələr arasındakı işləmə müddəti 12 st olduqda (10) düsturu ilə təyin edilir.

Sıxlaşmış çöküntünün orta qatılığı cədvəl 18-ə əsasən təyin edilməlidir.

9.2.8.5. Çöküntünü hidravlik üsulla kənar etmək üçün onun 20-30 dəq-ə müddətində durulducudan çıxarılmasını təmin edən deşikli borular sistemi nəzərdə tutulmalıdır.

Çöküntünü toplayan borular sistemi arasında durulducunun dibi müstəvi, yaxud tillərinin mailliyi 45olan prizma şəklində qəbul edilməlidir.

Cədvəl 18. Sıxlaşmış çöküntünün orta qatılığı


Xam suyun bulanıqlığı,mq/l

İstifadə edilən reagentlər

Çöküntünün kənar edilmələri arasında aşağıda göstərilən vaxtdan (st) asılı olaraq çökmə hissəsinin hündürlüyü boyu çöküntünün bərk fazasının orta qatılığı, qr/m3.










6

12

≥ 24

≤ 50

>50 – 100

> 100 – 400

> 400 – 1000

> 1000 – 1500

> 1500


> 1500

Koaqulyant

“-“


“-“

“-“


“-“

Flokulyant

Reagentsiz


9000

12000


20000

35000


80000

90000


200000

12000

16000


32000

50000


100000

140000


250000

15000

20000


40000

60000


120000

160000


300000

Q e y d. Su koaqulyant və flokulyantla birlikdə emal edildikdə çöküntünün bərk fazasının orta qatılığı az bulanıqlı rəngli sular üçün 25%, orta bulanıqlı sular üçün 15% çox götürülməlidir.




Boruların oxları arasındakı məsafə prizma şəkilli dib olduqda 3 m-dən çox olmayaraq, müstəvi şəkilli dib olduqda isə 2 m qəbul edilməlidir.

Boruların sonunda çöküntünün hərəkət sürəti 1 m/s-dən az olmayaraq; deşiklərdə 1,5-2,0 m/s; deşiklərin diametri 25 mm-dən az olmayaraq; deşiklər arasındakı məsafə 300-500 mm qəbul edilməlidir.

Deşiklər şahmat qaydası ilə borunun oxuna nisbətən 450 bucaq altında aşağı istiqamətlənmiş düzülməlidirlər.

Deşiklərin sahələri cəminin borunun en kəsik sahəsinə nisbəti 0,5-0,7 həddində qəbul edilməlidir.

Borunun əvvəlində havanı kənar etmək üçün diametri 15 mm-dən az olmayan deşiyin olması nəzərdə tutulmalıdır.

Çöküntü toplama sisteminin hidravlik hesabatı maddə 9.2.9.10-nun göstərişlərinə əsasən yerinə yetirilməlidir.



9.2.8.6. Çöküntü yuyan basqılı hidravlik sistemlər ucluqları olan deşikli teleskopik borulardan, nasosdan, yuma suyu rezervuarından, çöküntünü susuzlaşdırıcı qurğuya verməzdən əvvəl toplamaq və sıxlaşdırmaq üçün həcmdən ibarət olub bulanıq və yüksək bulanıq suları təmizlədikdə durulducularda çökən ağır və çətin kənar edilə bilən çöküntüləri kənar etmək üçün layihələndirilirlər.

9.2.8.7. Durulducuların hündürlüyü çökmə zonası və çöküntü toplanma zonasının hündürlükləri cəmi ilə inşaat hündürlüyünün hesabi su səviyyəsindən 0,3 m yuxarı qalxması nəzərə alınmaqla təyin edilməlidir.

9.2.8.8. Çöküntü ilə durulducudan çıxarılan suyun miqdarı qarışma əmsalının aşağıda göstərilən qiymətləri nəzərə alınmaqla təyin edilməlidir:

1,5 - çöküntü hidravlik üsulla kənar edildikdə;

1,2 - çöküntü mexaniki üsulla kənar edildikdə;

2-3 - çöküntü basqı altında yuyulduqda.

Çöküntü hidravlik üsulla kənar edildikdə durulducunun dibinin mailliyi 0,005-dən az olmamalıdır.

9.2.8.9. Şəffaflanmış suyu toplamaq üçün durulducunun uzunluğunun arxa divardan 2/3 hissəsində, yaxud durulducu nazik laylı bloklarla təchiz olunduqda bütün uzunluğu boyu üfüqi yerləşdirilmiş deşikli borular, yaxud batırılmış deşikləri və ya üçbucaq suaşıranları olan novlar sistemi layihələndirilməlidir.

Novların və boruların sonunda şəffaflanmış suyun axma sürəti 0,6-0,8 m/s, deşiklərdən keçmə sürəti isə 1 m/s qəbul edilməlidir.

Batırılmış deşikli novun yuxarı tili durulducuda suyun maksimum səviyyəsindən 10 sm yuxarı olmalıdır, borunun su səviyyəsindən aşağı batırılma dərinliyi hidravlik hesablama ilə təyin edilməlidir.

Deşiklər novun dibindən 5-8 sm yuxarı, borularda isə ox səviyyəsində üfüqi yerləşdirilməlidir. Deşiklərin diametri 25 mm-dən az olmamalıdır.

Suyun nov və kanallardan yığıcı kanala tökülməsi sərbəst axınlı (batırılmamış) olmalıdır.

Novların, yaxud boruların oxları arasındakı məsafə 3 m-dən çox olmamalıdır.



9.2.8.10. Durulducuların içərisinə düşmək üçün örtüklərində qapaqlar, su nümunəsi götürmək üçün isə bir-birindən ən çoxu 10 m məsafədə deşiklər və ventilyasiya boruları nəzərdə tutulmalıdır.



Download 1.74 Mb.
1   ...   45   46   47   48   49   50   51   52   ...   404




Download 1.74 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi

Download 1.74 Mb.