• 9. Suyun emalı 9.1. Ümumi göstərişlər 9.1.1.
  • AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi




    Download 4.24 Mb.
    bet5/53
    Sana24.03.2017
    Hajmi4.24 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   53

    8.3.4. Suqəbuledicilərin əsas qurğularının sinfi onun kateqoriyasına əsasən təyin edilir. Suqəbuledicilərin ikinci dərəcəli qurğularının sinfi bir vahid az qəbul edilir.

    Q e y d:

    1. Əsas qurğulara zədələndikləri zaman suqəbuledicinin istehlakçıların tələb etdiyi hesabi su miqdarını verə bilmədiyi, ikinci dərəcəlilərə isə zədələnmələrinin istehlakçılara verilən hesabi su miqdarının dəyişməsinə təsir etməyənləri aid etmək lazımdır.

    2. Suqəbuledici hidroqovşağa daxil olan suqaldırıcı və su anbarları sədlərinin sinfi MSN 3.04.01-in göstərişlərinə uyğun olaraq qəbul edilir və göstərilənlərdən aşağı olmamalıdır:

    II sinif – I kateqoriya suqəbuledicilər üçün

    III sinif – II kateqoriya suqəbuledicilər üçün

    IY sinif – III kateqoriya suqəbuledicilər üçün

    8.3.5. Suqəbuledicinin inşa ediləcəyi yer və sxemi aşağıdakıların proqnozları ilə əsaslandırılmalıdır:

    mənbədə suyun keyfiyyəti;

    sahilin, yaxud məcranın dəyişməsi (yenidən yaranması);

    hidrotermik rejim.



    8.3.6. Suqəbuledicilərin sal və gəmilərin hərəkət zonasında, dib lillərinin çökdüyü və hərəkət etdiyi zonada, balıqların qışladığı və kürü tökdüyü yerlərdə, sahilin pozula biləcəyi yerlərdə, üzən maddələr və su bitkilərinin toplandığı yerlərdə, həmçinin buz parçalarının toplanaraq axının qarşısını kəsdiyi zonalarda yerləşdirilməsinə yol verilmir.

    8.3.7. Suqəbuledici elementlərin HES-ın hidroqovşağa söykənən aşağı byef sahələrində, su anbarının başlanğıclarında, həmçinin çay qollarının mənsəbindən aşağı sahələrdə və dirənmiş axın mənsəblərində yerləşdirilməsi məsləhət görülmür.

    8.3.8. Təsərrüfat-içməli su təchizatında suqəbuledici qurğular üçün yer axının hərəkət istiqamətinin əksinə çay qollarının mənsəbindən, tullantı sularının töküldüyü yerlərdən, yaşayış məntəqələrindən, həmçinin gəmi dayanacaqlarından, yük-nəqliyyat bazaları və anbarlarından, sanitariya-mühafizə zonalarının təşkilini təmin edən rayonlardan yuxarıda seçilməlidir.

    8.3.9. Dənizlərdə, böyük göllərdə və su anbarlarında suqəbuledicilər (qurğuya yaxın sahil və sahilyanı yamacın işlənməsi nəzərə alınmaqla):

    suyun aşağı səviyyəsində dalğaların sahilə çarpma zonasından kənarda;

    dalğaların təsir etmədiyi yerlərdə;

    ləpədöyən zonadan çıxmış istiqamətlənmiş axınlardan kənar yerləşdirilməlidir.

    Özüaxımlı və sifon sudaşıyıcı boruları olan suqəbuledicilərdə su qəbul edən torlu quyunu, nasos stansiyasını və digər qurğuları sahilin qorunma tədbirləri görülmədən gözlənən işlənilən sahədən çıxarılması məqsədəuyğundur.

    8.3.10. Yerüstü mənbələrdən suyun götürülmə şərtləri sahilin və mənbənin yatağının dayanıqlığından, məcra və buzlaşma rejimlərindən, cədvəl 12-də verilmiş göstəricilərə görə çirklənməsindən asılı olaraq növlərə ayrılmalıdır.

    Cədvəl 12. Yerüstü mənbələrdən suyun götürülmə şərtləri



    Suyun götürülmə şərtlərinin

    xarakteristikası



    Yerüstü mənbələrdən suyun götürülmə şərtləri







    bulanıqlıq, sahil və dibin dayanıqlığı

    xəşələ buz və buz

    digər amillər

    Asan (yüngül)

    Bulanıqlıq ≤ 500 mq/l, sutu-tarın və suaxarın dayanıqlı yatağı var.

     


    Sudaxili buzlaşma yoxdur. Mülayim qalınlıqda (≤ 0,8 m) dayanıqlı buz layı olur.

     


    Su mənbəyində dreysena, balyanus, midiya və bu kimi su bitkiləri yoxdur. Çirk və zibil az miqdardadır.

    Orta

    Bulanıqlıq ≤ 1500 mq/l(daşqın zamanı orta miqdar). Məcra (sahil zonası) və sahillər ± 0,3m mövsümi deforma-siyalı dayanıqlıdır.Lilin sahil boyu yerdəyişməsi daimi maillikli sualtı yamacın dayanıqlığına təsir etmir

    Məcranı doldurmayan və tıxac yaratmayan buzlaşmada kəsilən sudaxili buzlaşmanın olması.

    Bəzi yerlərdə buzlaşma getmədən qalınlığı <1,2m olan dayanıqlı buz layı olur



    Suqəbuledicinin normal işləməsinə mane olan miqdarda zibil,su bitkiləri, dreysena, balyanus, midiya və çirklənmə var. Ağac axıdılması. Gəmiçilik.

    Ağır

    Bulanıqlıq≤5000mq/l.Sahil və dibin dəyişməsinə səbəb hərəkətdə olan məcra. Dib səviyyəsinin 1-2 mdəyişməsi. Dəyişən maillikli yamacda lilin sahil boyu hərəkəti ilə sahilin dəyişməsi.

    Dəfələrlə formalaşmaqla axının en kəsiyinin 60-70%-ni tutan buzlaşma. Ayrı-ayrı illərdə buzlaşmadan əvvəl xəşələ buzun və yazda buz tıxaclarının yaranması. Hidroelektrik stansiyalarının aşağı byef sahələrinin dayanıqsız buz təbəqəsi zonasında olması. Buz parçalarının sahildə buz yığını yaratması

    Həmçinin, lakin suqəbuledici və su kəməri qurğularının işini əngəlləyən miqdarda.

    Çox ağır

    Bulanıqlıq > 5000 mq/l, təsadüfən və sistematik olaraq öz formasını dəyişən dayanıqsız məcra. Sahilin intensiv və həddindən artıq dağılması. Sürüşmə hallarının olması, yaxud ehtimalı.

    Ancaq xəşələ buz əmələ gəldikdə tıxac yaradan buz qatının formalaşması; qışın böyük bir hissəsində xəşələ buzun buz layı altinda hərəkəti. Məcranın donmasının mümkünlüyü. Tıxac yaradan buz axınları və sahildə buz yığınının yaranması.

     

    Q e y d. Suyun götürülmə şərtlərinin ümumi xarakteristikası çətinliklərin ən ağır növünə görə təyin edilir.




    8.3.11. Suqəbuledici qurğular tələb olunan kateqoriyadan və suyun götürülməsinin təbii şəraitinin mürəkkəbliyindən (cədvəl 12) asılı olaraq cədvəl 13-ə əsasən qəbul edilməlidir.

    8.3.12. Aşağıdakı hallarda batırılmış başlıqları olan suqəbuledicinin kateqoriyasının bir vahid artırılmasına yol verilir:

    suqəbuledicilər su ilə dolmuş, öz-özünə yuyulan çalovda yerləşdirildikdə;

    su qəbul edən deşiklərə götürülən sərfin 20%-dən az olmayaraq isti su verildikdə və çöküntülərdən xüsusi mühafizə tədbirləri görüldükdə;

    üzən maddələri tutan barmaqlıqlar, balıq buraxmayan qurğular və özüaxımlı borular əks axınla etibarlı yuma sistemi ilə təmin olunduqda.



    8.3.13. Ağır və çox ağır yerli şəraitlərdə suqəbuledici qurğunun sxemi və tərtibatı laboratoriya tədqiqatlarının nəticələri əsasında seçilməlidir.

    8.3.14. Suqəbuledici qurğular gələcəkdə su tələbatının artımı nəzərə alınaraq layihələndirilməlidirlər.

    Cədvəl 13. Təbii şəraitlərdən və suqəbuledici qurğuların kateqoriyasından asılı olaraq qurğuların seçilməsi



     

     

    Suqəbuledici qurğular



    Suqəbuledici qurğuların kateqoriyası







    Suyun götürülməsinin təbii şəraitləri







    asan

    orta

    ağır







    Suqəbuledicilərin sxemləri







    a

    b

    v

    a

    b

    v

    a

    b

    v

    Sahil, xidmət üçün həmişə yaxınlaşmaq mümkün olan, qoruyucu və köməkçi qurğu və avadanlıqla təchiz edilmiş batırılmamış başlıqlı.

    I

    -

    -

    I

    -

    -

    II

    I

    I

    Sahildən uzaqlaşdırılmış, ilin ayrı-ayrı fəsillərində praktiki olaraq yaxınlaşmaq mümkün olmayan batırılmış suqəbuledicilər

    I

    -

    -

    II

    I

    -

    III

    II

    I

    Hərəkət edən suqəbuledicilər:

     

     

     

     

     

     

     

     

     

    üzən

    II

    I

    -

    III

    III

    II

    -

    -

    -

    funikulyor tipli

    III

    II

    -

    -

    -

    -

    -

    -

    -

    Q e y d:

    1. Cədvəl 3 sxem əsasında inşa edilən suqəbuledicilər üçün tərtib edilmişdir: “a” sxemi-bir xətdə; “b” sxemi-həmçinin, lakin xəşələ buz, dib çöküntüləri və suyun götürülməsinə maneçilik törədən digər çətinliklərlə mübarizə üçün avadanlıqlarla təchiz edilmiş bir neçə suqəbuledici olduqda; “v” sxemi-suyun götürülməsində eyni vaxtda fasilənin olması mümkün olmayan məsafəyə uzaqlaşdırılmış iki xətdə.

    2. I və II kateqoriyalı suqəbuledici qurğularda su qəbul edən hissənin bölmələrə ayrılması nəzərdə tutulmalıdır.








    8.3.15.Su anbarlarından su götürüldükdə suqəbuledici kimi dib suburaxıcının qülləsindən, yaxud sutullayıcının baş qurğusundan istifadə olunmasının məqsədəuyğunluğu nəzərdən keçirilməlidir.

    Suqəbuledici qurğu ilə sədd birləşdirildikdə suyun verilməsində fasilə olmadan səddin təmirinin həyata keçirilməsinin mümkünlüyü nəzərə alınmalıdır.



    8.3.16. Suqəbuledici qurğunun əsas elementlərinin ölçüləri (su qəbuledən deşiklər, torlar, balıq mühafizə qurğuları, borular, kanallar), həmçinin sahil torlu su qəbul edən quyuda suyun hesabi minimal səviyyəsi və nasosların oxlarının hündürlük qiymətləri, normal istismar və qəza iş rejimləri üçün, mənbədə suyun minimal səviyyəsində hidravlik hesabatla təyin edilməlidir.

    Q e y d. II və III kateqoriyalı suqəbuledicilərin qəzalı (bir özüaxımlı, yaxud sifon sudaşıyıcı borunun işdən ayrılması, yaxud suqəbuledicinin bölməsinin təmirə, yaxud təftişə saxlanması) iş rejimində mənbədən götürülən suyun miqdarının 30%-ə qədər azalmasına yol verilir.

    8.3.17. Su qəbul edən deşiklərin ölçüləri suyun zibil tutan barmaqlıqlardan, torlardan, yaxud balıq mühafizəsi tələbləri nəzərə alınmaqla süzgəclərin məsaməliklərindən orta keçmə sürətinə əsasən təyin edilməlidir.

    Su qəbul edən deşiklərə suyun yol verilən daxil olma sürəti balıq mühafizə tələbləri nəzərə alınmadan suyun orta və ağır götürülmə şərtləri üçün aşağıda göstərilən həddə qəbul edilməlidir:

    sahil batırılmayan suqəbuledicilər üçün -0,6-0,2 m/s;

    batırılmış suqəbuledicilər üçün - 0,3-0,1 m/s.

    Balıq mühafizə tələbləri nəzərə alınmaqla:

    axının sürəti 0,4 m/s-dən yüksək olan çaylarda yol verilən sürət– 0, 25 m/s.;

    axının sürəti 0,4 m/s-dən yüksək olmayan çaylarda və sututarlarda 0,1 m/s.

    Çox ağır xəşələ buzlu şəraitdə suyun suqəbuledici pəncərədən keçmə sürətini 0,06 m/s-yə qədər azaltmağa yol verilir.



    8.3.18. Suqəbuledicinin bütün bölmələrinin (ehtiyatda olanlar istisna edilməklə) eyni vaxtda işlədiyi dövr üçün bir bölmənin su qəbul edən deşiklərinin brutto sahəsi (5) düsturu ilə təyin edilməlidir.

    m2                                                                        (5)

    burada - suyun suqəbuledən deşiklərə daxil olma sürəti, m/s.;

    1,25 - deşiklərin tutulmasını nəzərə alan əmsal;

    qh - bir bölmənin hesabi sərfi, m3/s.;

    Ks- su keçən deşiklərin sahəsinin barmaqlıq, yaxud tor milləri ilə sıxılmasını nəzərə alan əmsaldır və barmaqlıqlar üçün

    və torlar üçün  düsturları ilə hesablanır.

    düsturlarda c- millər arasındakı məsafə, sm;

    a- millərin qalınlığıdır, sm.

    Suzgəc tipli suqəbuledicilərdə suzgəcin sahəsi (5) düsturu ilə hesablanır. Bu zaman Ks əmsalının qiyməti Ks=1/Ps ifadəsi ilə hesablanır. Burada Ps- suzgəcin məsaməliyi olub çınqılqırma daşlı süzgəclər üçün 0,3-0,5 m və poroelast süzgəclər üçün isə 0,25-0,35 m qəbul edilməlidir.



    8.3.19. Suqəbuledici deşiklərin aşağı hissəsi sututarın, yaxud çayın dibindən ən azı 0,5 m hündürdə, suqəbuledici deşiklərin, yaxud batırılmış qurğuların yuxarı hissəsi isə buz layının alt tilindən ən azı 0,2 m aşağıda olmalıdır.

    8.3.20. Ağır buzlaşma şəraitində donma və xəşələ buzla bağlanmaya qarşı mübarizə aparmaq üçün barmaqlıqların elektrik cərəyanı ilə qızdırılması, su qəbuledən deşiklərə isti suyun, yaxud sıxılmış havanın verilməsi, yaxud əks axınla birlikdə impulslu yuma nəzərdə tutulmalıdır.

    Q e y d. Sahil suqəbuledici quyulardan və torlu kameralardan xəşələ buzu kənar etmək üçün müvafiq qurğular nəzərdə tutulmalıdır.

    8.3.21. Ehtiyac olduqda suqəbuledici qurğuların elementlərinin dreysena, balyanus, midiya və bunlara bənzərlərlə örtülməsinin qarşısını almaq üçün suyun xlor, yaxud mis kuporosu ilə emal üsulları nəzərdə tutulmalıdır.

    Suyun emalındareagentlərin dozaları, emallar arasındakı fasilə və emalın davametmə müddəti texnoloji tədqiqatlar nəticəsində təyin edilməlidir.

    Bu nəticələr məlum olmadıqda xlorun dozası suyun xlorudma qabiliyyətindən 2 mq/l çox qəbul edilməli, ümumilikdə 5 mq/l-dən az olmamalıdır.

    Suyun xlorlanma dövriliyi və davametmə müddəti:

    yazda və payızda 7-10 gün ərzində 3 mq/l-ə qədər;

    may ayından oktyabr ayına qədər, havanın orta sutkalıq temperaturu +100C-dən artıq olan günlərdə 3 mq/l-dən böyük dozalarla.

    Mis kuporosunun dozası (misə görə) 1-1,5 mq/l qəbul edilməlidir.

    Mis kuporosu ilə emalın dövriliyi və davametmə müddəti hər iki gündən bir 1 st qəbul edilməlidir.



    Q e y d: 1. Suqəbuledici qurğuların elementlərinin lak-boya maddələri və plastmas materiallarla örtülməsinə yol verilir.

    2.Suqəbuledicilərin və sifon boruların əks axınla yuyulması zamanı reagentlərdən istifadəyə yol verilmir.

    8.3.22. Suqəbuledici qurğuların normal iş rejimində özüaxımlı və sifon borularda suyun təqribi hərəkət sürəti cədvəl 14-ə əsasən qəbul edilməlidir.

    Cədvəl 14. Qurğuların normal iş rejimində özüaxımlı və sifon borularda suyunhərəkət sürəti



    Sudaşıyıcı boruların diametri, mm

    Aşağıdakı kateqoriyalardan olan suqəbuledicilərdə suyun hərəkət sürəti, m/s.







    I

    II və III

    300 – 500

    500 – 800

    800-dən böyük


    0,7 – 1,0

    1,0 – 1,4

    1,5


    1,0 – 1,5

    1,5 – 1,9

    2,0


    Q e y .: Sudaşıyıcı boruların iç divarının dreysena, balyanus, midiya və bunlara bənzərlərlə örtülməsinin

    baş verməsi mümkün olduqda borudakı basqı itkisi kələ-kötürlük əmsalının 0,02 qiymətinə hesablanmalıdır.

     





    8.3.23. II və III kateqoriya suqəbuledicilərdə sifonlu sudaşıyıcı borularınqəbul edilməsinə yol verilir.

    I kateqoriya suqəbuledicilərdə sifonlu sudaşıyıcı boruların qəbul edilməsi əsaslandırılmalıdır.



    8.3.24. Sifon və özüaxımlı sudaşıyıcılar, bir qayda olaraq, polad borulardan layihələndirilməlidirlər. Plastmas və dəmir-beton borulardan istifadə olunmasına yol verilir.

    8.3.25. Oturtma üsulu ilə inşa edilmiş suqəbuledici quyular və nasos stansiyalarının yeraltı hissəsinə toxunan sahəsində özüaxımlı sudaşıyıcılar xəndəksiz üsulla basdırılmalıdır.

    8.3.26. Polad borulardan olan özüaxımlı və sifon sudaşıyıcılar su səthinə qalxmaya yoxlanmalı və korroziya əleyhinə yapışan izolyasiya materialı ilə örtülməlidir, ehtiyac olduqda bu məqsədlə katod, yaxud protektor müdafiəsindən istifadə edilməlidir.

    8.3.27. Özüaxımlı və sifon sudaşıyıcılar çayın məcrasında xarici səthlərinin dib çöküntüləri ilə sürtünmədən və lövbərlə zədələnmədən müdafiə olunmaq üçün yerli şərait nəzərə alınmaqla çayın dibində ən azı 0,5 m dərinə basdırılmalı, yaxud yuyulmaya qarşı möhkəmləndirilən qruntla örtülməlidir.

    8.3.28. Suyun ilkin təmizlənməsi üçün torun tipi sututarın xüsusiyyətindən və suqəbuledicinin məhsuldarlığından asılı olaraq seçilməlidir.

    Cədvəl 12-ə əsasən mənbəyin orta, ağır və çox ağır çirklənmə şəraitlərində, həmçinin suqəbuledicinin məhsuldarlığı 1 m3/s-dənçox olan hallarda fırlanan tor qəbul etməklazımdır.



    8.3.29. Su götürülən yerdə balıq mühafizə qurğuları olduqda müstəvi, yaxud fırlanan torların işçi sahəsi tor yerləşən quyuda suyun minimal səviyyəsində və torun məsaməliyindən suyun keçmə sürətini 1 m/s-dən çox qəbul etməyərək təyin edilməlidir.

    8.3.30. Balıq mühafizə tədbiri kimi süzücü elementlərdən, yaxud suzgəcli suqəbuledici qəbul edildikdə bəzi hallarda sutəmizləyici torlardan imtina etmənin mümkünlüyü nəzərdən keçirilməlidir.

    8.3.31. Suqəbuledici qurğuların nasos stansiyaları 10-cu bölmənin göstərişlərinə əsasən layihələndirilməlidir. Belə hallarda suqəbuledicilərin nasos stansiyalarında şaquli vərdənəli nasoslardan istifadə etmək tövsiyə olunur.

    8.3.32. Suqəbuledici qurğular layihələndirildikdə su qəbul edən kameralardan (quyulardan) çöküntünün çıxarılması üçün qurğu və avadanlıqlar nəzərdə tutulmalıdır.

    Toru yumaq üçün suyu basqılı borudan götürmək, boruda tələb olunan basqı olmadıqda isə onu yaratmaq üçün əlavə nasos qoyulmalıdır.



    9. Suyun emalı

    9.1. Ümumi göstərişlər

    9.1.1. Bu bölmənin tələbləri istilik energetika obyektlərində olan su emalı qurğularına şamil edilmir.

    9.1.2. Suyun emal üsulu, təmizləyici qurğuların tərkibi və hesablanma parametrləri, reagentlərin hesablanma dozaları, su təchizatı mənbəyindəki suyun keyfiyyətindən, su kəmərinin təyinatından, təmizləyici qurğular kompleksinin məhsuldarlığından asılı olaraq, eləcə də texnoloji axtarışlar və oxşar şəraitdə işləyən qurğuların istismar təcrübəsinə əsasən təyin edilməlidir.

    9.1.3. İçməli su hazırlığı üçün müsbət gigiyenik nəticələr verən üsullar qəbul edilməlidir.

    9.1.4.Təmizləyici qurğuların çöküntülərinin toplanması və susuzlaşdırılmasından, eləcə də süzgəclərin yuyulmasından alınan sulardan təkrar istifadə nəzərdə tutulmalıdır.Müvafiq əsaslandırma olduqda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və“Yerüstü suların tullantı suları ilə çirklənmədən mühafizə qaydaları”nın tələblərinə əməl edildikdə çöküntü və yuma sularının çaya, yaxud sututara və ya kanalizasiyanın təmizləyici qurğularına axıdılmasına yol verilir.

    9.1.5. Sutəmizləyici qurğular kompleksinin avadanlıq, armatur və boru kəmərləri layihələndirildikdə bölmə 15-in tələbləri nəzərə alınmalıdır. Su təmizləyici qurğular onların əsas texnoloji parametrlərini təyin etmək, eləcə də hər bir qurğudan əvvəl və sonra su nümunəsi götürmək üçün bölmə 16-a əsasən müvafiq cihazlar və avadanlıqla təchiz edilməlidirlər.

    9.1.6. Sutəmizləyici qurğular kompleksinə daxil olan suyun tam sərfi kompleksin öz ehtiyaclarına su sərfi nəzərə alınmaqla təyin edilməlidir.

    Şəffaflandırma, dəmirsizləşdirmə və s. komplekslərinin öz ehtiyaclarına il ərzində orta sutkalıq təqribi su sərfi aşağıda göstərilən qaydada qəbul edilməlidir:

    yuma sularından təkrar istifadə edildikdə istehlakçılara verilən suyun 3-4%-i;

    yuma sularından təkrar istifadə edilmədikdə istehlakçılara verilən suyun 10-14%-i və

    suyumşaldıcı komplekslərdə istehlakçılara verilən suyun 20-30%-i qədər.

    Komplekslərin öz ehtiyaclarına su sərfi texnoloji hesablamalarla dəqiqləşdirilməlidir.



    9.1.7. Sutəmizləyici qurğular kompleksi su tələbinin maksimum olduğu gün ərzində müntəzəm işləməyə hesablanmalı və bu zaman ayrı-ayrı qurğuların profilaktik baxış, təmizlənmə, cari və əsaslı təmirə dayanmalarının mümkünlüyü nəzərə alınmalıdır. Məhsuldarlığı 5000 m3/sut-ya qədər olan komplekslərin günün müəyyən saatlarında işləməsinə yol verilir.


    Download 4.24 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   53




    Download 4.24 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi

    Download 4.24 Mb.