• 17.8. Çöküntünün saxlanılması və anbara yığılması 17.8.1.
  • 17.9. Təmizlənmiş tullantı sularının sututarlara axıdılması 17.9.1.
  • 18. Elektrik avadanlığı, texnoloji nəzarət, avtomatlaşdırma və operativ idarəetmə sistemləri 18.1. Ümumi göstərişlər 18.1.1.
  • 18.2. Texnoloji nəzarət 18.2.1.
  • 18.3. Avtomatlaşdırma və operativ idarəetmə sistemləri 18.3.1.
  • 18.4. Nasos stansiyaları və havaüfürücü stansiyalar 18.4.1.
  • 18.5. Təmizləyici qurğular 18.5.1.
  • 19. Bina və qurğuların inşaat həlli və konstruksiyalarına tələblər 19.1. Baş plan və həcmi planlaşdırma həlləri 19.1.1.
  •  Çöküntünün termiki qurudulmasının vacibliyi onun sonrakı istifadəsindən və nəqliyyat şərtlərindən asılı olaraq təyin edilməlidir. 17.7.8




    Download 4.24 Mb.
    bet51/53
    Sana24.03.2017
    Hajmi4.24 Mb.
    1   ...   45   46   47   48   49   50   51   52   53

    17.7.7. Çöküntünün termiki qurudulmasının vacibliyi onun sonrakı istifadəsindən və nəqliyyat şərtlərindən asılı olaraq təyin edilməlidir.

    17.7.8. Çöküntünü termiki qurutmaq üçün müxtəlif tipli quruduculardan istifadə edilməsinə yol verilir.

    17.7.9. Quruducunun tipi avadanlığın pasport göstəricilərində buxarlanan nəmə görə məhsul-darlığı nəzərə alınmaqla seçilməlidir.

    17.7.10. Prosesin enerji tutumunu azaltmaq məqsədilə çöküntü qurudulmağa verilməzdən əvvəl maksimum susuzlaşdırılmalıdır.

    17.7.11. Qurudulmuş çöküntünün nəmliyi 30-40% qəbul edilməlidir.

    17.7.12. Müvafiq əsaslandırma olduqda sonradan istifadə edilməyəcək çöküntünün müxtəlif növ sobalarda yandırılmasına yol verilir.

    17.7.13. Çöküntünün qurudulması və yandırılması qurğularından kənar edilən və atmosferə atılan qazların tərkibi SN 245-71-in tələblərinə cavab verməlidir.

    17.8. Çöküntünün saxlanılması və anbara yığılması

    17.8.1. Mexaniki susuzlaşdırılmış çöküntünü saxlamaq üçün bərk örtüklü açıq meydançalar layihələndirilməlidir. Meydançalarda çöküntü layının hündürlüyü 1,5-3 mqəbul edilməlidir.

    Termik qurudulmuş çöküntünü saxlamaq üçün iqlim şəraiti nəzərə alınmaqla oxşar meydançalar, müvafiq əsaslandırma olduqda bağlı anbarlar nəzərdə tutulmalıdır.

    Mexaniki susuzlaşdırılmış, termik qurudulmuş çöküntünün saxlanılması istehsalın 3-4 aylıq həcminə nəzərdə tutulmalıdır.

    Yükləmə-boşaltma işləri mexanikləşdirilməlidir.



    17.8.2. İstifadə olunmayan çöküntüləri ətraf mühitin çirklənməsinə imkan verməyən şəraitdə toplamaq üçün qurğular nəzərdə tutulmalıdır. Çöküntülərin anbarlara yığılma yerləri dövlət nəzarət orqanları ilə razılaşdırılmalıdır.

    17.9. Təmizlənmiş tullantı sularının sututarlara axıdılması

    17.9.1. Yaşayış məntəqələri və sənaye müəssisələrinin yetərincə təmizlənmiş tullantı sularının əsas hissəsinin sənaye müəssisələrinin dövri soyutma sistemlərinin qidalandırılmasında, eləcə də suvarma məqsədləri üçün axıdılan hissəsinin isə oradakı su ilə təhlükəsiz həddə qədər qarışması təmin edilməlidir.

    17.9.2. Dənizdə müşahidə olunan müxtəlif hidroloji şəraitlərə uyğun olaraq, tullantı suyundakı çirkləndiricilərin axıdıldığı zonada axın sürəti çox kiçik olduqda, norma həddinə qədər yayılma məsafəsi düstur (129) ilə hesablanmalıdır:

     


    Şək.4. qrafikləri

     


    burada - tullantı suyunun sərfi; m3/s ;

     

    - tullantı suyunda çirkləndiricinin başlanğıc qatılığı, mq/l;

    - yol verilən qatılıq, mq/l;

    - fon qatılıq, mq/l;

    k -kimyəvi-bioloji çevrilməni xarakterizə edən əmsal, ;

    - tullantı suyunun yayılma qatınınhündürlüyüdür, m.

     


     

    17.9.3. Tullantı suyu diffuzoru ətrafında çirkləndirici maddənin qatılığının diffuziya və bioloji-kimyəvi çevrilmə prosesləri nəticəsində məsafəyə görə dəyişməsi

    (130) düsturu ilə hesablanmalıdır.



    burada - diffuzordan qatılığın təyin olunduğu yerə qədər məsafədir, (m), və çirkləndirici maddənin qatılığının norma həddinə çatmasına qədər tədriclə yanaşma ilə düstura daxil edilməlidir;



    - diffuziya sürətidir, m/s.

    17.9.4. Təmizlənmiş məişət tullantı sularında oksigenə olan bioloji tələbat  və  olduqda, onların çevrilmə və diffuziya prosesləri nəticəsində norma həddinə çatması məsafəsidir və şək.4-də göstərilən qrafiklərdən təyin edilməlidir.

    17.9.5. Tullantı sularının çay, kanal və digər müxtəlif suaxarlara axıdılmasında tam qarışma məsafəsi (131) düsturu ilə hesablanmalıdır.

    burada - çayda suyun sərfi, m3/s;



    - tullantı suyunun sərfi, 3/s;

    - qarışma proseslərindən asılı əmsaldır və (132) düsturu ilə hesablanmalıdır.

    burada - məcranın əyriliyini xarakterizə edən əmsaldır və hesablanır;



    - tullantı suyunun axıdıldığı məntəqədən tam qarışma kəsiyinə qədər məsafə,m;

    - çayın əyri sahil xətti uzunluğu, m;

    - tullantı suyunun axıdılması yerindən asılı əmsal ( qəbul edilməlidir);

    - diffuziya əmsalıdır.

    17.9.6. Tam qarışma kəsiyində qatılıq (133) düsturu ilə hesablanmalıdır:



    17.9.7. Tam qarışma məsafəsindən sonra qatılığın zalması aşağıdakı (134) düsturu ilə təyin olunmalıdır:

    burada - tam qarışma kəsiyində çirkləndiricinin qatılığıdır.



    18. Elektrik avadanlığı, texnoloji nəzarət, avtomatlaşdırma və operativ

    idarəetmə sistemləri

    18.1. Ümumi göstərişlər

    18.1.1. Kanalizasiya sistemlərinə daxil olan qurğuların elektrik enerjisi ilə təchizatı 35, 20, 10 və (və ya) 0,4 kV-luq (əsaslandırılmış hallarda 6 kV qəbul edilməsinə yol verilir) şəbəkələrdən həyata keçirilməlidir.

    18.1.2. Kanalizasiya sistemlərinin elektrik enerjisi ilə təchizatı iki müstəqil mənbədən nəzərdə tutulmalıdır. Ehtiyatın avtomatik işə salınmasının vacibliyi layihə sənədlərində təyin edilməlidir.

    18.1.3. Elektrik enerjisinin 0,4 kV-luq şəbəkədən texnoloji obyektlərə verilməsi və paylanması magistral sxemlə həyata keçirilməlidir. Belə hallarda magistral estakadada, dəhlizdə, kanalda, novda və ya alçaq dayaqlar üstündə açıq çəkilməlidir.

    Bir magistraldan istifadə etdikdə bir-birindən müəyyən məsafədə təcrid olunmuş əsaslar üzərində çəkilmiş çox güclü elektrik cərəyanını nəql edən xüsusi məftildən və ya bir naqilli kabellərdən istifadə edilməlidir.

    Çoxnaqilli kabellərdən ibarət iki magistraldan istifadə etdikdə onlar qısa qapanma zamanı yaranan termodinamik zərbədən zədələnməyən çətin yanan arakəsmənin müxtəlif tərəflərində aralarında ən azı 1 m məsafə olmaqla çəkilməlidiriər.

    18.1.4. İçərisində texnoloji avadanlıq yerləşdirilmiş və sahəsi 100 m2-dən az olan yerüstü otaqlarda:

    ümumi müntəzəm işçi işıqlandırmaya;

    avtonom elektrik enerjisi mənbəyi olan qəza-evakuasiya işıqlandırılmasına;

    təmir işlərinin işıqlandırılmasına;

    sahəsi 100 m2-dən çox olan belə otaqlarda yuxarıda göstərilənlərdən əlavə növbətçi işıqlandırılmaya yol verilir.

    18.1.5. Yeraltı otaqlarda (quyular istisna olmaqla) onlara baxış və xidmət zamanı endirilən fənərlərlə yerli işıqlandırma nəzərdə tutulmalıdır. Fənərləri endirmək üçün xidmət heyətinin daxil olduğu girişlərdən, yaxud bunun üçün nəzərdə tutulmuş xüsusi keçidlərdən istifadəyə yol verilir. Fənərləri asmaq üçün otaqların divarlarına xüsusi kronşteynlərin vurulması nəzərdə tutulmalıdır. Fənərlər stasionar şəbəkəyə ucunda birləşdirici çəngəli olan elastik kabellə birləşdirilməlidir. Elektrik açarı altına vurulan dairəvi lövhəcik (rozetka) xarici divarın yer üstündə olan hissəsinə qoyulmalıdır. Birləşdirici çəngəl istifadə ediləcək yerə uyğun hazırlanmalı və yerləşmə kateqoriyasına malik olmalıdır. Elektrik təhlükəsizliyi aşağı gərginlikli sistemlə, yaxud ayırıcı transfor-matorla təmin edilməlidir. Hər iki halda müdafiyə-açma qurğusundan istifadə edilməlidir.

    18.1.6. Quyularda səyyar işıqlandırmadan istifadə edilməli, elektrik təhlükəsizliyi maddə 18.1.5-in göstərişlərinə uyğun təmin edilməlidir.

    18.1.7. Kanalizasiya obyektlərinin aşağıda göstərilən xarici işıqlandırılması qəbul edilir:

    ümumi müntəzəm işçi işıqlandırma;

    dekorativ (park zonalarında);

    mühafizə;

    növbətçi.

    Konkret obyekt üçün işıqlandırmanın növü layihədə göstərilməli və sifarişçi ilə razılaşdırılmalıdır.



    18.1.8. Kanalizasiya şəbəkəsinin obyektləri ildırımdan qorunma avadanlığı ilə təchiz olunmalıdırlar.

    18.1.9. Nasos və hava üfürücü stansiyaların elektrik təchizatının etibarlılıq kateqoriyası onların fəaliyyətlərinin etibarlılıq kateqoriyasına müvafiq olmalı və maddə 7.1.1-in göstərişlərinə əsasən təyin edilməlidir.

    18.1.10. Elektrik mühərriklərinə lazım olan gərginlik onların gücündən, elektriklə qidalandırmanın qəbul olunmuş sxemindən və layihələndirilən obyektin inkişaf perspektivliyindən asılı olaraq seçilməlidir.

    Elektrik mühərriklərinin quraşdırılması ətraf muhitdən asılı olaraq yerinə yetirilməlidir. Elektrik mühərrikləri seçilərkən onun komplektləşdirilməsinin mümkünlüyü nəzərə alınmalıdır.

    Reaktiv gücün ödənişi müvafiq orqanların “Reaktiv gücün ödənişinə dair rəhbər göstərişlər”inə uyğun yerinə yetirilməlidir.

    18.1.11. Paylaşdırıcı qurğular, transformator yarımstansiyaları və normal mühitli qurğuların idarəetmə lövhələri qurğulara yaxın (binadaxili və ya bitişik) otaqlarda yerləşdirilməli və onların genişləndirilməsi və güclərinin artırılmasının mümkünlüyü hesaba alınmalıdır.

    Təmizləyici qurğuları qidalandırmaq üçün dərin girişli 110, yaxud 35 kV-luq yarımstansiyalar inşa edilərkən 6-10 kV-luq yarımstansiyanın paylaşdırıcı qurğularının təmizləyici qurğuların paylaşdırıcı qurğusu ilə birləşdirilməsi tövsiyə edilir.

    Nasos stansiyalarında onlara su düşməsinin və qəza hallarında onların su altında qalmasının qarşısını alan tədbirlər görüldükdə, bağlı lövhələrin maşın zalının döşəməsində, yaxud eyvanda qoyulmasına yol verilir.

    18.1.12. Otaqların partlayış təhlükəsi olan zonalarının və bu zonalara qonşu olan digər otaqların təsnifatlaşdırılması, həmçinin partlayış təhlükəsi olan qarışıqların kateqoriyaları və qrupları DÜİST 12.1.011, PUE və SN 463 - ün göstərişlərinə əsasən qəbul edilməlidir.

    18.1.13. Tərkibində asan alovlanan və partlama qabiliyyətinə malik maddələr olan tullantı sularını emal və nəql etdirən qurğulardakı elektrik mühərrikləri, buraxıcı qurğular və cihazlar DÜİST 12.2.020 sənədinin tələblərinə uyğun qəbul edilməlidir. Belə nasos stansiyalarında daxili yanma mühərriklərindən istifadəyə yol verilmir.

    18.2. Texnoloji nəzarət

    18.2.1. Texnoloji nəzarət sistemlərində nəzərdə tutulmalıdır:

    daimi nəzarət vasitələri və cihazları;

    vaxtaşırı nəzarət vasitələri (məsələn, qurğuların işini yoxlamaq və sazlamaq üçün).

    18.2.2. Tullantı sularının keyfiyyət parametrlərinə texnoloji nəzarətin sənaye istehsalı olan cihazlar və analizatorlarla, yaxud laboratoriya üsulları ilə fasiləsiz aparılmasına yol verilir.

    18.2.3. Qurğuların konstruksiyalarında elektrik avadanlığı və avtomatlaşdırma vasitələrinin, birləşdirici kommunikasiya xətlərində isə tutulmaya qarşı mühafizə vasitələrinin (ayırıcı membranlar, birləşdirici xətlərin üfürülməsi və yuyulması və s.) quraşdırılması üçün qovşaqlar, qoşma detallar, oyuqlar, kameralar və digər qurğular nəzərdə tutulmalıdır.

    18.2.4.Qurğuların avtomatlaşdırılma həcmi və texnoloji nəzarət vasitələri ilə təchizat dərəcəsi istismar şəraitindən asılı olaraq təyin edilməli, sosial amillər nəzərə alınmaqla texniki-iqtisadi hesablama ilə əsaslandırılmalıdır.

    Avtomatlaşdırma verilmiş texnoloji parametrlər, yaxud tək-tək hallarda müvəqqəti proqram əsasında yerinə yetirilməlidir. Birinci növbədə nasos qurğuları avtomatlaşdırılmalıdır.



    18.3. Avtomatlaşdırma və operativ idarəetmə sistemləri

    18.3.1. Kanalizasiya sistemləri qurğularına mərkəzləşdirilmiş nəzarət etmək və işlərini yoxlamaq üçün dispetçer idarəetmə nəzərdə tutulmalıdır. Ehtiyac olduqda bunun üçün telemexanika vasitələrindən istifadəyə yol verilir.

    18.3.2. Böyük kanalizasiya sistemləri üçün onların təhkim olunduğu obyektlərdə texnoloji proseslərin avtomatlaşdırılmış idarə olunma sistemi (TPAİOS) fəaliyyət göstərirsə tələb olunan məlumatın toplanması, işlənməsi və ötürülməsi, həmçinin idarəetmənin ayrı-ayrı tapşırıqlarının yerinə yetirilməsi üçün yarımsistemlər nəzərdə tutulmalıdır.

    18.3.3. Dispetçer idarəetmə bir qayda olaraq birpilləli-bir dispetçer məntəqəsi ilə nəzərdə tutulmalıdır. Mürəkkəb qurğuları və qurğular arasında uzun məsafələr olan böyük kanalizasiya sistemlərində ikipilləli - mərkəzi və yerli dispetçer məntəqələri ilə idarəetmənin təşkilinə yol verilir.

    18.3.4. Dispetçer məntəqələri və nəzarət edilən obyektlər, həmçinin növbətçi heyətin otaqları və emalatxanalar arasında əlaqə birbaşa dispetçer rabitəsi ilə təmin edilməlidir.

    Bir qayda olaraq kanalizasiya dispetçer məntəqəsi və sənaye müəssisəsinin enerji təsərrüfatı dispetçer məntəqəsi arasında birbaşa dispetçer rabitəsi nəzərdə tutulmalıdır. Sənaye müəssisəsinin enerji təsərrüfatının dispetçer məntəqəsi olmadıqda müəssisəsinin mərkəzi dispetçer məntəqəsilə birbaşa dispetçer rabitəsi nəzərdə tutulmalıdır.



    18.3.5. Nəzarət edilən qurğulardan dispetçer məntəqəsinə elə siqnallar və ölçü nəticələri daxil olmalıdır ki, onlarsız qurğuların işinin operativ idarə olunması və nəzarətin təmin edilməsi, qəzaların tez bir zamanda aradan qaldırılması və lokallaşdırılması mümkün olmasın.

    18.3.6. Təmizləyici qurğuların dispetçer məntəqəsinə aşağıdakı ölçü nəticələri və siqnallar daxil olmalıdır:

    Ölçü nəticələri:

    təmizləyici qurğulara daxil olan tullantı sularının sərfi, yaxud təmizlənmiş tullantı sularının sərfi;

    tullantı sularının pH-ı (ehtiyac olduqda);

    tullantı sularında həll olmuş oksigenin miqdarı (ehtiyac olduqda);

    tullantı sularının temperaturu;

    aerotenklərə verilən havanın ümumi miqdarı;

    aerotenklərə verilən aktiv lilin sərfi;

    artıq aktiv lilin sərfi;

    emal qurğularına verilən xam çöküntünün sərfi.

    Siqnalizasiya:

    avadanlığın qəza nəticəsində işdən ayrılması;

    texnoloji prosesin pozulması;

    rezervuarlarda, gətirici kanalda, barmaqlıq, yaxud barmaqlıq-xırdalayıcıda tullantı suyunun yol verilən səviyyəsi;

    istehsalat otaqlarında partlama təhlükəsi olan qazların həddi miqdarı;

    xlorlayıcı otaqlardaxlor-qazın həddi miqdarı.



    18.3.7. Dispetçer məntəqələrinin otaqlarının texnoloji qurğularla bloklaşdırılmasına yol verilir:

    istehsalat-inzibati korpusla, hava üfürücü stansiya ilə və s. (dispetçer məntəqəsi hava üfürücü stansiyada yerləşdirildikdə onu səsdən tədric etmək lazımdır).

    Dispetçer məntəqələrində aşağıdakı otaqlar nəzərdə tutulmalıdır:

    dispetçer lövhəsi, pultu, rabitə vasitələri və daima növbətçi heyətin olduğu otaq;

    köməkçi otaqlar (anbar, təmir emalatxanası, istirahət otağı, sanitariya qovşağı).

    18.4. Nasos stansiyaları və havaüfürücü stansiyalar

    18.4.1. Nasos stansiyaları, bir qayda olaraq, daimi xidmətedici heyət olmadan idarə olunmağa layihələndirilməlidirlər. Belə hallarda aşağıdakı idarəetmə növləri olmalıdır:

    nasos aqreqatlarının avtomatik idarə edilməsi - qəbuledici rezervuarda tullantı suyunun səviyyəsindən asılı olaraq;

    yerli - vaxtaşırı gələn heyət tərəfindən və lazımi siqnalların dispetçer məntəqəsinə ötürülməsi ilə.

    18.4.2. Gücü 100 kVt-dan artıq olan elektrik mühərrikləri ilə təchiz olunmuş və öz transformator yarımstansiyasından qidalanan nasos stansiyalarında transfarmatorlarda, qiyməti və tezliyi istehsalçı-zavod tərəfindən məhdudlaşdırılan zərbəli təsir qüvvələrinin yaranma ehtimalı nəzərə alınmalıdır.

    18.4.3. Yüksək gərginliklə işləyən, “səviyyəyə görə” az ehtiyata malik yağlı elektrik açarları ötürücülərinin işəsalma tezliyinin təmin edilməsinin avtomatlaşdırılmasına yol verməyən, yaxud elektrik mühərriklərinin işə salınma tezliyi məhdud olan aqreqatlarla təchiz edilmiş nasos stansi-yalarında tənzimlənən ötürücüdən istifadə olunmalıdır.

    İki-üç işləyən aqreqatdan ibarət qrupda tənzimlənən elektroötürücü ilə, bir qayda olaraq aqreqatlardan biri təchiz olunmalıdır.

    Tənzimlənən elektroötürücülərin idarə edilməsi qəbuledici rezervuardakı su səviyyəsindən asılı olaraq avtomatlaşdırılmalıdır.

    18.4.4. Tez-tez istiqamət dəyişmələr tələb edən mürəkkəb kommunikasiyaya, həmçinin avtomatlaşdırılması mümkün olmayan texnoloji avadanlığa malik nasos stansiyalarında daimi xidmət heyətinin olmasına yol verilir. Belə hallarda aqreqatlar mərkəzləşdirilmiş şəkildə idarəetmə lövhəsindən idarə olunmalıdır.

    18.4.5. Avtomatlaşdırılmış nasos stansiyalarında nasos aqreqatlarının qəza açılması zamanı fəaliyyət etibarlılığı kateqoriyasından asılı olmayaraq ehtiyat aqreqat avtomatik işə düşməlidir.

    18.4.6. Nasos stansiyalarında qəza su basması baş verdikdə əsas nasos aqreqatlarının avtomatik işdən ayrılması nəzərdə tutulmalıdır.

    18.4.7. Nasos aqreqatları, bir qayda olaraq, basqılı boru üzərindəki siyirtmənin açıq vəziyyətində işə salınmalıdır. Nasos aqreqatlarının siyirtmənin bağlı vəziyyətində işə salınması hidravlik zərbə yaranma təhlükəsi olduqda, həmçinin sinxron mühərriklərin işə salınması ilə əlaqəli tələblər olduqda və digər əsaslandırılmış hallarda nəzərdə tutulmalıdır.

    18.4.8. Nasos stansiyalarında aşağıdakı texnoloji parametrlər nəzarətdə saxlanılmalıdır:

    nəql etdirilən mayenin sərfi (ehtiyac olduqda);

    qəbuledici rezervuarda səviyyələr;

    drenaj çuxurunda səviyyələr;

    basqılı boru kəmərlərində təzyiq;

    hər bir nasos aqreqatının yaratdığı təzyiq;

    hidrokipləşmə sistemində suyun təzyiqi.

    18.4.9. Nasos stansiyalarında yerli qəza-xəbərdaredici siqnalizasiya nəzərdə tutulmalıdır. Daimi xidmət heyəti olmadıqda nasazlıq haqqında ümumi siqnalın dispetçer məntəqəsinə, yaxud daimi növbətçi məntəqəsinə ötürülməsi nəzərdə tutulmalıdır.

    18.4.10. Havaüfürücü stansiyalarda, bir qayda olaraq, havaüfürücü aqreqatların yerləşdikləri zaldan yerli idarə olunması nəzərdə tutulmalıdır. Tək-tək hallarda aqreqatların dispetçer, yaxud əməliyyat məntəqəsindən məsafədən idarə olunmasına yol verilir.

    Havaüfürücü aqreqatın işə salınması və dayandırılması əməliyyatlarının ardıcıllığı, həmçinin onun ayr-ayrı parametrlərinə nəzarət istehsalçı-zavodun təlimatı nəzərə alınmaqla avtomatlaşdırma sistemi ilə yerinə yetirilməlidir.

    Müvafiq əsaslandırma olduqda havaüfürücü aqreqatların məhsuldarlığının tullantı sularında həll olmuş oksigenin miqdarına görə avtomatik tənzimlənməsi nəzərdə tutulmalıdır.

    Basqılı hava borularında havanın təzyiqi və temperaturu (yerində ölçmə) nəzarətdə saxlanılmalıdır.



    18.5. Təmizləyici qurğular

    18.5.1. Mexanikləşdirilmiş barmaqlıqların işi təyin edilmiş proqram əsasında, yaxud barmaqlıqdan əvvəl və sonra su səviyyəsinin maksimum düşməsinə əsasən avtomatlaşdırılmalıdır.

    18.5.2. Təmizləyici qurğular yüksək səviyyədə avtomatlaşdırıldıqda qumtutanlardan qumun çıxarılma prosesi istismar zamanı təyin edilmiş proqram əsasında avtomatlaşdırılmalıdır.

    18.5.3. Birinci pillə durulduculardan (radial, yaxud üfüqi) çöküntünün hər bir durulducudan vaxtaşırı növbə ilə kənarlaşdırılması təyin edilmiş proqram əsasında, yaxud sıyırıcı mexanizmin işə salınması nəzərə alınmaqla qurğuda lilin səviyyəsindən asılı olaraq avtomatlaşdırılmalıdır.

    18.5.4. Ortalaşdırıcıların çıxışında suyun pH-ı və ya texnologiyanın tələb etdiyi digər para-metrlər nəzarətdə saxlanılmalıdır.

    18.5.5. Sıxılmış hava istifadə edilən qurğularda (ortalaşdırıcılar, aerasiya edilən qumtutanlar, preaeratorlar və biokoaqulyatorlar) havanın sərfinə nəzarət edilməlidir.

    18.5.6. Aerotenklərin hər bir bölməsində lil qarışığının, aktiv lilin və havanın sərfinə nəzarət edilməli, yüksək avtomatlaşdırma səviyyəsində isə havanın verilməsi tullantı suyunda həll olmuş oksigenin miqdarına əsasən tənzimlənməlidir.

    18.5.7. Yüksək yüklənmiş biosüz gəclərə daxil olan və resirkulyasiya suyunun sərfinə nəzarət edilməlidir.

    18.5.8. İkinci pillə durulducularda lilin verilmiş səviyyəsinin saxlanılması avtomatlaşdırılmalı, lilsoranların işi nəzarətdə olmalıdır.

    18.5.9. Lilsıxlaşdırıcılardan sıxlaşmış lilin çıxarılması təyin edilmiş proqram, yaxud lil səviyyəsinə görə avtomatlaşdırılmalıdır.

    18.5.10. Metantenklərdə çöküntünün verilmiş temperaturunun saxlanılması avtomatlaşdırılmalı, metantenk daxilində çöküntünün temperaturu, yükün səviyyəsi, daxil olan çöküntünün, buxarın və qazın sərfi, buxarın və qazın təzyiqi nəzarətdə olmalıdır.

    18.5.11. Vakuum-süzgəclərdə və filtr-preslərdə verilən reagentlərin dozalanması avtomatlaşdırılmalı, vakuum-süzgəcin təknəsində çöküntünün səviyyəsi, resiverdə seyrəklənmə və suyun səviyyəsi, sıxılmış havanın təzyiqi, nəzarətdə olmalıdır.

    18.5.12. Xlorla təmasda olmuş tullantı suyunda qalıq xlorun miqdarı nəzarətdə olmalıdır.

    18.5.13. İstehsalat tullantı sularının emalının texnoloji proseslərinin avtomatlaşdırılması və nəzarətin tələb olunan həcmi elmi-tədqiqat təşkilatlarının tövsiyələrinə əsasən qəbul edilməlidir.

    19. Bina və qurğuların inşaat həlli və konstruksiyalarına tələblər

    19.1. Baş plan və həcmi planlaşdırma həlləri

    19.1.1. Kanalizasiya qurğuları üçün meydançaların seçilməsi, planlaşdırılması və onların ərazisinin abadlaşdırılması texnoloji tələblərə, TN və Q II-89-un göstərişlərinə və TN və Q 2.04.02-nin ümumi tələblərinə əsasən yerinə yetirilməlidir.

    Suaxarların və sututarların sahil zonalarında yerləşən təmizləyici qurğular və nasos stansiyaları meydançalarının planlaşdırılma yüksəklikləri 3% təminatlı sel sularının maksimum səviyyəsindən və küləyin yaratdığı dalğanın TNvəQ 2.04.02-ə görə təyin edilən hündürlüyündən ən azı 0,5 m yuxarı qəbul edilməlidir.




    Download 4.24 Mb.
    1   ...   45   46   47   48   49   50   51   52   53




    Download 4.24 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



     Çöküntünün termiki qurudulmasının vacibliyi onun sonrakı istifadəsindən və nəqliyyat şərtlərindən asılı olaraq təyin edilməlidir. 17.7.8

    Download 4.24 Mb.