• 9.2.5. Havaayırıcılar 9.2.5.1. A
  • 9.2.6. Lopa yaranan kameralar 9.2.6.1.
  • 9.2.6.7. Bulanıq s
  • 9.2.6.9.
  • 9.2.6.11.
  • 9.2.8. Üfüqi durulducular 9.2.8.1.
  • 9.2.9. Asılı çöküntü layı olan şəffaflandırıcılar 9.2.9.1.
  • AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi




    Download 4.24 Mb.
    bet7/53
    Sana24.03.2017
    Hajmi4.24 Mb.
    1   2   3   4   5   6   7   8   9   10   ...   53

    9.2.4.8. Arakəsməli qarışdırıcının bir döngəsində basqı itkisi (8) düsturu ilə təyin edilməlidir.

    bar                                                      (8)

    burada- müqavimət əmsalı olub 2,9 qəbul edilir;



    - qarışdırıcıda suyun hərəkət sürəti (0,7-dən 0,5 m/s-yə qədər azalan istiqamətdə qəbul edilir);

    g-sərbəst düşmə təcilidir (9,8 m/s2).

    9.2.4.9. Qarışdırıcılar daşma və buraxıcı borularla təchiz edilməlidirlər. Lopaların intensivyaranma dövründə suyun qarışdırıcıda qalma vaxtını azaltmaq məqsədilə arakəsmələrin sayının azaldılmasının mümkün olması üçün tədbirlər görülməlidir.

    9.2.4.10. Qarışdırıcılardan lopalar yaranan kameralara (reaksiya kameralarına) və asılı çöküntü layı olan şəffaflandırıcılara suyu nəql etdirən borularda, yaxud kanallarda suyun hərəkət sürəti 1-dən 0,6 m/s-yə qədər azalan istiqamətdə qəbul edilməlidir. Suyun onlarda qalma vaxtı 1,5 dəq-dən çox olmamalıdır.

    9.2.5. Havaayırıcılar

    9.2.5.1. Asılı çöküntü layı olan lopa yaranan kameralı durulducular, asılı çöküntü layı olan şəffaflandırıcılar, təmas şəffaflandırıcılar və təmas önsüzgəcləri, həmçinin iki pilləli süzgəcləri olan texnoloji sxemlərə havaayırıcılar daxil edilməlidirlər.

    9.2.5.2. Havaayırıcının sahəsi suyun aşağı enmə sürəti 0,05 m/s-dən çox olmayaraq və onda qalma vaxtı 1 dəq-dən az olmayaraq təyin edilməlidir.

    Kompleksdəki bütün qurğular üçün ümumi, yaxud hər bir qurğu üçün müstəqil havaayırıcının qəbuluna yol verilir.

    Qarışdırıcıların konstruksiyaları hava qabarcıqlarının sudan ayrılmasını təmin edən və suyun qarışdırıcıdan qurğulara hərəkəti zamanı hava ilə zənginləşməsinin baş verməsi mümkün olmayan hallarda havaayırıcılar qəbul edilməməlidir.

    9.2.6. Lopa yaranan kameralar

    9.2.6.1. Durulducularda konstruksiyalarına daxil edilmiş hidravlik tipli lopa yaranan kameralar nəzərdə tutulmalıdır. Əsaslandırma olduqda mexaniki tipli lopa yaranan kameraların qəbul edilməsinə yol verilir.

    9.2.6.2. Üfüqi durulducularda arakəsməli, şaquli, burulğanlı, yaxud asılı çöküntü laylı hidravlik tipli lopa yaranan kameralardan istifadə etməyə yol verilir.

    9.2.6.3. Arakəsməli lopa yaranan kameralarda suyun hərəkətinin üfüqi, yaxud şaquli istiqamətdə qəbul edilməsinə yol verilir. Suyun dəhlizlərdə hərəkət sürəti kameranın əvvəlində 0,2-0,3 m/s, sonunda isə dəhlizin eninin artırılması hesabına azalan istiqamətdə 0,05-0,1 m/s qəbul edilməlidir.

    Suyun lopa yaranan kamerada qalma vaxtı 20-30 dəq-ə qəbul edilməlidir (20 dəq-ə bulanıq sular üçün,30 dəq-ə aşağı temperaturlu rəngli sular üçün).

    Dəhlizin eni 0,7 m-dən az olmamalıdır. Arakəsməli kameralarda döngələrin sayının 8-10 ədəd qəbul edilməsinə yol verilir. İkimərtəbəli kameraların qəbul edilməsinə yol verilir. Kamerada basqı itkisi maddə 9.2.4.8-in göstərişlərinə əsasən təyin edilməlidir.

    9.2.6.4. Şaquli lopa yaranan kameralar şaquli, yaxud maili divarlı layihələndirilir (divarların mailliyi kameranın hündürlüyündən asılı olaraq 50-70º qəbul edilməlidir). Suyun kamerada qalma müddətini 6-12 dəq-ə qəbul edilməlidir ( 6 dəq-əbulanıq sular üçün, 12 dəq-ə rəngli sular üçün).

    Suyun kameraya giriş sürəti 0,7-1,2 m/s, kameranın çıxışında aşağıdan yuxarıya istiqamətdə hərəkət sürəti isə 4-5 mm/s qəbul edilməlidir.

    Suyu lopa yaranan kameradan durulduculara nəql edən yığıcı novlarda, borularda və deşiklərdə suyun hərəkət sürəti bulanıq sular üçün 0,1 m/s-dən, rəngli sular üçün isə 0,05 m/s-dən çox olmayaraq qəbul edilməlidir.

    Kameradakı basqı itkisini maddə 9.2.4.8-in göstərişlərinə əsasən təyin edilməlidir.



    9.2.6.5. Şaquli arakəsməli asılı çöküntü layı olan lopa yaranan kameralar orta bulanıqlığa malik və bulanıq suların təmizlənməsində tətbiq edilməlidir. Kamerada suyun aşağıdan yuxarı qalxma sürəti orta bulanıqlığa malik sular üçün 0,65-1,6 mm/s və bulanıq suları təmizlədikdə isə 0,8-2,2 mm/s qəbul edilməlidir.

    Durulducunun konstruksiyasına daxil edilmiş asılı çöküntü layı olan lopa yaradan kameralardan istifadə edildikdə durulducularda asılı maddələrin çökmə sürəti bulanıq sular üçün cədvəl 17-də göstəriləndən 20%, orta bulanıqlı sular üçün isə 15% çox qəbul edilməlidir.

    Cədvəl 17. Durulducularda tutulan asılı maddələrin çökmə sürəti

    Emal edilən suyun xarakteristikası və emal üsulu

    Durulducuda tutulan asılı maddələrin çökmə sürəti (u0), mm/s

    Koaqulyantla emal edilən az bulanıqlı rəngli sular

    Koaqulyantla emal edilən orta bulanıqlı sular.

    Koaqulyantla emal edilən bulanıq sular

    Flokulyantla emal edilən bulanıq sular

    Koaqulyantla emal edilməyən bulanıq sular


    0,35 – 0,45

    0,45 – 0,50

    0,50 – 0,60

    0,20 – 0,30

    0,08 – 0,15


    Q e y d:

    1.Su koaqulyantla emal edildikdə flokulyant da daxil edilirsə asılı maddələrin çökmə sürəti 15-20% artırılmalıdır.

    2. -ın aşağı qiymətləri təsərrüfat-içməli su kəmərlərinə aiddir.




    9.2.6.6. Asılı çöküntü layı olan lopa yaranan kameraların sahəsi boyu suyun paylanması basqılı, divarlarında aşağıya doğru 450 bucaq altında açılmış deşikləri olan borularla təmin edilməlidir. Deşikli borular arasındakı məsafə 2 m, kameranın divarlarından isə 1 m olmalıdır.

    Deşikli paylaşdırıcı borulardakı basqı itkisi maddə 9.2.9.10-nun göstərişlərinə əsasən təyin edilməlidir. Paylaşdırıcı boruların başlanğıcında suyun hərəkət sürəti 0,5-0,6m/s, deşiklərin sahəsi borunun en kəsik sahəsinin 30-40%-i qədər, deşiklərin diametri isə 25 mm-dən az qəbul edilməməlidir.



    9.2.6.7. Bulanıq suları lopayaranan kameradan durulduculara 0,1 m/s-dən az, rəngli suları isə 0,05 m/s sürətlə nəql etdirmək lazımdır. Suyun durulducuya daxil olduğu yerdə durulducunun hündürlüyünün ¼-i qədər suya batırılmış asılı arakəsmə qoyulmalıdır. Durulducunun divarı və arakəsmə arasında suyun hərəkət sürəti 0,03 m/s-dən çox olmamalıdır.

    9.2.6.8. Şaquli durulducularda burulğanlı lopa yaranan hidravlik kameralar nəzərdə tutulmalı və durulducunun mərkəzində yerləşdirilməlidir. Su kameraya toxunan boyu istiqamətlənmiş ucluqlarla daxil edilir. Kameranın aşağı hissəsində özəklərinin ölçüləri 0,5x0,5 m, hündürlüyü 0,8 m olan və taxtadan hazırlanmış barmaqlıq qoyulmalıdır.

    Ucluqda basqı itkisi maddə 9.2.4.8-də verilmiş (8) düsturu ilə hesablanmalıdır. Suyun ucluqdan çıxma sürəti 2-3 m/s və müqavimət əmsalı  qəbul edilməlidir.

    Ucluq kameranın divarından 0,2dk (burada dk kameranın diametridir)məsafədə yerləşməli və su səthindən 0,5 m dərinə batırılmalıdır.

    9.2.6.9. Burulğanlı lopa yaranan kameranın sahəsi suyun onda 15-20 dəqiqə qalmasına və kameranın hündürlüyünün 3,5-4 m qiymətlərinə hesablanmalıdır.

    9.2.6.10. Lopa yaranan kameraların üstündə eni 6 m-dən böyük olmayan köşklər (pavilyon) inşa edilməlidir.

    9.2.6.11. Durulduculara birləşdirilmiş lopa yaranan kameraların sayı altıdan az olduqda bir ehtiyat kamera nəzərdə tutulmalıdır (m.9.2.7.1,9.2.8.2).

    9.2.7. Şaquli durulducular

    9.2.7.1. Nazik laylı bloklar qoyulmamış şaquli durulducunun çökmə zonasının sahəsi (9) düsturu ilə iki dövr üçün müəyyən edilir və daha böyük qiyməti hesablama üçün qəbul edilir: suyun minimal qış sərflərində minimal bulanıqlıq və maksimal su sərflərində bu dövrə uyğun gələn maksimal bulanıqlıq.

    m2                                                                  (9)

    burada q- maksimal və minimal sutkalıq sutələbatı günlərində hesabi sərf, m3/st;



    v- suyun aşağıdan yuxarı hesabi qalxma sürəti, mm/s (texnoloji axtarışlar olmadıqda maddə 9.2.6.5 nəzərə alınmaqla asılı maddələrin cədvəl 17-də göstərilən çökmə sürətindən çox olmamalıdır);

    - işləyən durulducuların sayı;

    Β - durulducunun həcmindən istifadəni nəzərə alan əmsal olub 1,3-1,5 qəbul edilir (aşağı hədd durulducunun diametrinin hündürlüyünə nisbəti 1-ə, yuxarı həddi 1,5-ə bərabər olduqda qəbul edilir);

    Durulducuların sayı 6-dan az olduqda bir ehtiyat durulducu qəbul edilməlidir.



    9.2.7.2. Durulducunun çökmə zonasında nazik laylı bloklar qoyulduqda bu zonanın sahəsi su güzgüsünün vahid sahəsinə düşən xüsusi hidravlik yükə hesablanır. Xüsusi hidravlik yük koaqul-yantla emal edilən az bulanıqlı və rəngli sular üçün 3-3,5m3/(st.m2), orta bulanıqlı sular üçün 3,6-4,5m3/(st.m2), bulanıq sular üçün isə 4,6-5,5 m3/(st.m2)qəbul edilir.

    9.2.7.3. Şaquli durulducuların lil toplanan və sıxlaşan zonasının divarları maili layihələndirilməlidir. Maili divarlar arasındakı bucaq 70-800 həddində qəbul edilməlidir.

    Çöküntünün durulducu işdən ayrılmadan ondan kənar edilməsi nəzərdə tutulmalıdır. Çöküntünün kənar edilmələri arasındakı müddət (Th) (10) düsturu ilə hesablanmalıdır.



    ,                                                         (10)

    burada Wçz- çöküntünün toplanma və sıxlaşma zonasının həcmi, m3;



    - çökmə hissəsinin hündürlüyü boyu çöküntünün bərk fazasının orta qatılığı, qr/m3(qiyməti suyun bulanıqlığından və çöküntünün kənar edilmələri arasındakı vaxtdan asılı olaraq cədvəl 18-ə əsasən qəbul edilir).

    B- durulducudan çıxan suyun bulanıqlığı, qr/m3, (8-15 qr/m3 qəbul edilir);

    C- durulducuya daxil olan suda asılı maddələrin (11) düsturu ilə hesablanan qatılığı,qr/m3;

    ,qr/m3 (11)

    burada B0- xam suda asılı maddələrin miqdarı, qr/m3;



    R - xam suyun rəngliliyi, dərəcə;

    α- bir dərəcə rənglilik yaradan üzvi maddələrin miqdarı, qr/m3 (şək.1-də verilmiş qrafikdən təyin edilir);

    Şək.1. Suyun rəngliliyinin ondakı humus turşularının miqdarından asılılıq qrafiki

     

    Dk - susuz məhsula görə koaqulyantın dozası, qr/m3;

    - suya daxil edilən koaqulyantdakı həll olunmayan qarışığın miqdarını nəzərə alan əmsal olub təmizlənmiş alüminium sulfat üçün 0,08; təmizlənməmiş alüminium sulfat üçün 0,69; dəmir xlorid üçün 0,01 və dəmir sulfat üçün 0,1 qəbul edilməlidir;

    K1 - çevirici əmsal olub alüminium sulfat, dəmir xlorid və dəmir sulfatı onların hidroksidlərinə çevirmək üçün uyğun olaraq 0,46; 0,66 və 0,76 qəbul edilməlidir;

    Bə - əhənglə suya daxil edilən həll olmayan maddələrin miqdarıdır (qr/m3) və istifadə edilən əhəngin pasport göstəriciləri olmadıqda (12) düsturu ilə hesablanır.

    burada Kə - əhəngdə CaO-nun pay miqdarı;



    Də - əhəngin CaO-ya görə dozasıdır, qr/m3.

    Çöküntünün tullanmaları arasında durulducunun işləmə vaxtı 6 st-dan az olmamalıdır.



    9.2.7.4. Şaquli durulducularda şəffaflanmış suyun toplanması kənar divarlar boyu və radial istiqamətlərdə yerləşdirilmiş deşikli, yaxud üçbucaq kəsikli novlar vasitəsilə nəzərdə tutulmalıdır. Novların en kəsikləri suyun onlarda 0,5-0,6 m/s sürətlə axmasına hesablanmalıdır.

    9.2.8. Üfüqi durulducular

    9.2.8.1. Üfüqi durulducular durulmuş suyun durulma zonasının bütün sahəsi boyu toplanmasına layihələndirilməlidirlər. Durulducular maddə 9.2.7.1-ə əsasən iki dövrə hesablanmalıdırlar.

    Üfüqi durulducuların planda sahəsi (13) düsturu ilə hesablanmalıdır.



    m2                                                        (13)

    burada q-suyun hesabi sərfi, m3/st, olub maddə 9.2.7.1-ə əsasən qəbul edilir;



    u- asılı maddələrin çökmə sürəti, mm/s (cədvəl 17-dən qəbul edilir);

    - durulducunun həcmindən istifadə əmsalı olub 1,3 qəbul edilir.

    Çökmə zonasında nazik laylı bloklar qoyulduqda durulducunun sahəsi maddə 9.2.7.2-nin göstərişlərinə əsasən təyin edilir. Blokların durulducunun bütün uzunluğu boyu yerləşdirilməsi nəzərdə tutulmalıdır.



    9.2.8.2. Durulducunun eni və uzunluğu (14) düsturları ilə hesablanmalıdır.

    burada Hor- çökmə zonasının orta hündürlüyü, m (hündürlük sxemindən asılı olaraq 3-3,5 m qəbul edilir);



    vor- durulducunun əvvəlində suyun üfüqi hesabi hərəkət sürəti olub az bulanıqlı sular üçün 6-8, orta bulanıqlı sular üçün 7-10 və bulanıq sular üçün 9-12 mm/s qəbul edilir.

    Durulducu uzununa arakəsmələrlə eni 6 m-dən böyük olmayan və müstəqil fəaliyyət göstərən şöbələrə bölünməlidir.

    Bölmələrin sayı 6-dan az olduqda bir ehtiyat bölmənin olması nəzərdə tutulmalıdır.

    9.2.8.3. Üfüqi durulducular çöküntünün mexaniki, yaxud hidravlik üsulla (suyun durulducuya verilməsini dayandırmadan) kənar edilməsinə, yaxud bulanıq suları şəffaflandıranda az hərəkətli çöküntü yaranarsa suyun durulducuya verilməsini vaxtaşırı dayandırmaqla çöküntünü kənar etmək üçün hidravlik yuma sistemi nəzərdə tutmaqla layihələndirilməlidirlər. Durulducuların divarlarını və dibini yumaq məqsədilə elastik boru birləşdirmək üçün ventillə təchiz olunmuş boru kəməri nəzərdə tutulmalıdır.

    9.2.8.4. Sıyırıcı mexanizmlə çöküntünü mexaniki kənarlaşdıran sistemli durulducuların çöküntü toplanma və sıxlaşma zonasının həcmi çöküntü sıyırıcıların ölçüsündən asılı olaraq təyin edilməlidir.

    Çöküntü hidravlik üsulla kənar edildikdə, yaxud basqı altında yuyulduqda çöküntü toplanma və sıxlaşma zonasının həcmi (Wçh) durulducunun təmizləmələr arasındakı işləmə müddəti 12 st olduqda (10) düsturu ilə təyin edilir.

    Sıxlaşmış çöküntünün orta qatılığı cədvəl 18-ə əsasən təyin edilməlidir.

    9.2.8.5. Çöküntünü hidravlik üsulla kənar etmək üçün onun 20-30 dəq-ə müddətində durulducudan çıxarılmasını təmin edən deşikli borular sistemi nəzərdə tutulmalıdır.

    Çöküntünü toplayan borular sistemi arasında durulducunun dibi müstəvi, yaxud tillərinin mailliyi 45olan prizma şəklində qəbul edilməlidir.

    Cədvəl 18. Sıxlaşmış çöküntünün orta qatılığı


    Xam suyun bulanıqlığı,mq/l

    İstifadə edilən reagentlər

    Çöküntünün kənar edilmələri arasında aşağıda göstərilən vaxtdan (st) asılı olaraq çökmə hissəsinin hündürlüyü boyu çöküntünün bərk fazasının orta qatılığı, qr/m3.










    6

    12

    ≥ 24

    ≤ 50

    >50 – 100

    > 100 – 400

    > 400 – 1000

    > 1000 – 1500

    > 1500


    > 1500

    Koaqulyant

    “-“


    “-“

    “-“


    “-“

    Flokulyant

    Reagentsiz


    9000

    12000


    20000

    35000


    80000

    90000


    200000

    12000

    16000


    32000

    50000


    100000

    140000


    250000

    15000

    20000


    40000

    60000


    120000

    160000


    300000

    Q e y d. Su koaqulyant və flokulyantla birlikdə emal edildikdə çöküntünün bərk fazasının orta qatılığı az bulanıqlı rəngli sular üçün 25%, orta bulanıqlı sular üçün 15% çox götürülməlidir.




    Boruların oxları arasındakı məsafə prizma şəkilli dib olduqda 3 m-dən çox olmayaraq, müstəvi şəkilli dib olduqda isə 2 m qəbul edilməlidir.

    Boruların sonunda çöküntünün hərəkət sürəti 1 m/s-dən az olmayaraq; deşiklərdə 1,5-2,0 m/s; deşiklərin diametri 25 mm-dən az olmayaraq; deşiklər arasındakı məsafə 300-500 mm qəbul edilməlidir.

    Deşiklər şahmat qaydası ilə borunun oxuna nisbətən 450 bucaq altında aşağı istiqamətlənmiş düzülməlidirlər.

    Deşiklərin sahələri cəminin borunun en kəsik sahəsinə nisbəti 0,5-0,7 həddində qəbul edilməlidir.

    Borunun əvvəlində havanı kənar etmək üçün diametri 15 mm-dən az olmayan deşiyin olması nəzərdə tutulmalıdır.

    Çöküntü toplama sisteminin hidravlik hesabatı maddə 9.2.9.10-nun göstərişlərinə əsasən yerinə yetirilməlidir.



    9.2.8.6. Çöküntü yuyan basqılı hidravlik sistemlər ucluqları olan deşikli teleskopik borulardan, nasosdan, yuma suyu rezervuarından, çöküntünü susuzlaşdırıcı qurğuya verməzdən əvvəl toplamaq və sıxlaşdırmaq üçün həcmdən ibarət olub bulanıq və yüksək bulanıq suları təmizlədikdə durulducularda çökən ağır və çətin kənar edilə bilən çöküntüləri kənar etmək üçün layihələndirilirlər.

    9.2.8.7. Durulducuların hündürlüyü çökmə zonası və çöküntü toplanma zonasının hündürlükləri cəmi ilə inşaat hündürlüyünün hesabi su səviyyəsindən 0,3 m yuxarı qalxması nəzərə alınmaqla təyin edilməlidir.

    9.2.8.8. Çöküntü ilə durulducudan çıxarılan suyun miqdarı qarışma əmsalının aşağıda göstərilən qiymətləri nəzərə alınmaqla təyin edilməlidir:

    1,5 - çöküntü hidravlik üsulla kənar edildikdə;

    1,2 - çöküntü mexaniki üsulla kənar edildikdə;

    2-3 - çöküntü basqı altında yuyulduqda.

    Çöküntü hidravlik üsulla kənar edildikdə durulducunun dibinin mailliyi 0,005-dən az olmamalıdır.

    9.2.8.9. Şəffaflanmış suyu toplamaq üçün durulducunun uzunluğunun arxa divardan 2/3 hissəsində, yaxud durulducu nazik laylı bloklarla təchiz olunduqda bütün uzunluğu boyu üfüqi yerləşdirilmiş deşikli borular, yaxud batırılmış deşikləri və ya üçbucaq suaşıranları olan novlar sistemi layihələndirilməlidir.

    Novların və boruların sonunda şəffaflanmış suyun axma sürəti 0,6-0,8 m/s, deşiklərdən keçmə sürəti isə 1 m/s qəbul edilməlidir.

    Batırılmış deşikli novun yuxarı tili durulducuda suyun maksimum səviyyəsindən 10 sm yuxarı olmalıdır, borunun su səviyyəsindən aşağı batırılma dərinliyi hidravlik hesablama ilə təyin edilməlidir.

    Deşiklər novun dibindən 5-8 sm yuxarı, borularda isə ox səviyyəsində üfüqi yerləşdirilməlidir. Deşiklərin diametri 25 mm-dən az olmamalıdır.

    Suyun nov və kanallardan yığıcı kanala tökülməsi sərbəst axınlı (batırılmamış) olmalıdır.

    Novların, yaxud boruların oxları arasındakı məsafə 3 m-dən çox olmamalıdır.



    9.2.8.10. Durulducuların içərisinə düşmək üçün örtüklərində qapaqlar, su nümunəsi götürmək üçün isə bir-birindən ən çoxu 10 m məsafədə deşiklər və ventilyasiya boruları nəzərdə tutulmalıdır.

    9.2.9. Asılı çöküntü layı olan şəffaflandırıcılar

    9.2.9.1. Şəffaflandırıcıların hesablanması təmizlənən suyun keyfiyyətinin il ərzində dəyişməsi nəzərə alınaraq aparılmalıdır.

    Texnoloji tədqiqatların nəticələri olmadıqda şəffaflanma zonasında suyun aşağıdan yuxarı qalxma sürəti və suyun şəffaflanma zonası ilə çöküntünün ayrılma zonası arasında paylanma əmsalı (Kp) cədvəl 17-də edilən qeydlər nəzərə alınmaqla cədvəl 19-dan qəbul edilməlidir.

     

    Cədvəl 19. Şəffaflanma zonasında suyun aşağıdan yuxarı qalxma sürətləri və suyun şəffaflanma və sıxlaşma zonaları arasında paylanma əmsallarının qiymətləri



    Şəffaflandırıcıya daxil olan suyun bulanıqlığı, mq/l

    Şəffaflanma zonasında suyun aşağıdan yuxarı qalxma sürəti, vşmm/s

    Suyun paylanma əmsalı, Kp







    Qış dövrü

    Yay dövrü




    50 – 100

    >100 – 400

    >400 – 1000

    >1000 - 1500



    0,5 – 0,6

    0,6 – 0,8

    0,8 – 1,0

    1,0 – 1,2



    0,7 – 0,8

    0,8 – 1,0

    1,0 – 1,1

    1,1 – 1,2



    0,7 – 0,8

    0,8 – 0,7

    0,7 – 0,65

    0,64 – 0,6



    Q e y d. Aşağı qiymətlər təsərrüfat-məişət su kəmərləri üçün göstərilmişdir.




    9.2.9.2. Şəffaflanma və çöküntünün ayrılma zonalarının sahələri üçün maddə 9.2.7.1-də göstərilən iki dövrə görə hesablamaların böyük nəticələri qəbul edilməlidir.

    Şəffaflanma zonasının sahəsi (15) düsturu ilə hesablanmalıdır.



    m2                                                          (15)

    burada Kp-suyun şəffaflanma zonası ilə çöküntünün ayrılma zonası (lilsıxlaşdırıcı) arasında paylanma əmsalı (cədvəl 19-a əsasən qəbul edilir);



    vş -şəffaflanma zonasında suyun aşağıdan yuxarı qalxma sürətidir (cədvəl 19-a əsasən qəbul edilir).

    Çöküntünün ayrılma zonasının sahəsi (16) düsturu ilə hesablanmalıdır.



    m2                                                   (16)

    Çökmə və çöküntünün ayrılma zonalarında nazik laylı bloklar qoyulduqda zonaların sahələri maddə 9.2.7.2-nin tələblərinə uyğun olaraq təyin edilməlidir.




    Download 4.24 Mb.
    1   2   3   4   5   6   7   8   9   10   ...   53




    Download 4.24 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi

    Download 4.24 Mb.