• Şəkil 25. Birtərəfli palto.
  • Şəkil 27. Sərbəst siluet
  • Şəkil 28. İnsan bədən fiquru üzərinə məmulatın geydirilməsi
  • İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI
  • XÜLASƏ Yeniyetmə qızlar üçün xəz yaxalıqlı paltonun bədii layihələndirilməsində texnoloji ardıcıllığın tərtibi
  • РЕЗЮМЕ Оформление технологической последовательности в художественном проектировании пальто для девочек в подростковом возрасте с меховым воротником
  • SUMMARY Registration processing sequence in the artistic design od coat for teenage girls with fue collar
  • 810M qrup magistrantı Bağırlı Nərmin Akif qızının
  • Tədqiqatın predmeti və obyekti.
  • Tədqiqatın informasiya bazası və işlənməsi metodu.
  • İşin strukturu və həcmi.
  • Dissertasiya işinin II fəslində
  • Dissertasiya işinin III fəslində
  • Nəticə və təkliflərin qısa xülasəsi.
  • Şəkil 24. Kişi geyimində üst qarsağın maniken üzərində görünüşü




    Download 443.18 Kb.
    bet5/5
    Sana09.04.2017
    Hajmi443.18 Kb.
    1   2   3   4   5

    Şəkil 24. Kişi geyimində üst qarsağın maniken üzərində görünüşü


    Uzunluq


    Paltonun ölçü və yaşa görə uzunluğu

    Qolun uzunluğu



    Kiçik

    Orta

    Böyük

    Kiçik Orta Böyük

    44-52

    44-52

    54-60

    44-52

    54-60

    44-52

    44-60

    44-60



    1
    2
    3


    4
    5

    94
    98


    102
    106
    110

    96
    100


    104
    108
    112

    98
    102


    106
    110
    114

    98
    102


    106
    110
    114

    100
    104


    108
    112
    116

    59
    61


    63
    65
    67

    60
    62


    64
    66
    68

    61
    63


    65
    67
    69



    Qadın üst geyimlərinin aşağıdakı üst əlamətlərinə görə bölünürlər.

    1.Siluet xarakterinə görə yapışıq,yarımyapışıq, düz və sərbəst olurlar.

    2.Məmulatın uzununa,isitfadə tikişlərinin sayına görə 2 tikişli,3tikişli və 6 tikişli olurlar.

    3.Qoldibinə görə 2 tikişli,qoldibinə tikilən bütöv biçimli və reqlam olurlar.

    Qadın üst geyimlərinin xarakteristikası kişi üst geyimlərinə nisbətən çoxdur.2 tikişli dedikdə ancaq yan tikişlər nəzərdə tutulur.

    Kürəyi bütöv biçimli olur.Belə məmulatlar düz siluetli məmulatlara daxildirlər.Əgər kürəyin orta tikişi yoxdursa,bel hissədə qarsaq tikilər ki,belin formasıaz da olsa alınsın.Əgər qarsaq nəzərə alınmayıbsa,onda isti-nəmləşdirmə əməliyyatı vasitəsilə ütülənərək formasını az da olsa alırlar.

    Üç tikişli məmulatlarda 2 yan tikişi və kürəyin orta tikişi sayılır.6 tikişli məmulatlarda iki yan tikişi,iki kürək hissədə və iki ətək hissədə olur.Deyilənləri sxemada göstərək.


    Şəkil 25. Birtərəfli palto.
    Qadın geyimlərində ətək altının eni (1 tərəflik üçün jaketlər 2 3,5 sm qədər paltolarda 4-6 sm,2tərəfli məmulatlarda isə jaketdə 6-8 sm,paltolarda 8-10 smolur.

    Şəkil 26.İkitərəfli palto

    Yuxarıda qeyd etdiyim kimi palto məmulatları müxtəlif siluetlərdə olduğu kimi,düz siluetli paltolar daha geniş yayılmışdır.Belə paltolarda kürəyin orta kəsiyi bel xəttindən 1,5-2,5 sm-ə qədər,daxilə nəzərən maillik yaradılır.

    Paltonun konstruksiyasının çertyojunda yan tikişləri və yaxud yan kəsikləri düz xətlə ifadə olunur.Belə paltolar yaxşı və kök adamlar tərəfindən istifadə olunur.Bunu aşağıdakı sxemada göstərək.
    Şəkil 27. Sərbəst siluet

    Geyimin yeni modeli üçün ülgü konstruksiyasını işlədikdə 3 variantdan istifadə edirdilər.Eyni tipli konstruksiyadan siluet əsasını dəyişmədən yeni modellərin işlənməsi aparılır.Bu variantda eyni tipli konstruksiyanın “qohum” modelləri üçün ülgülərinin konstruksiyasının işlənməsinə geniş yer verilir.Müxtəlif modellərə isə müəyyən dəyişikliklər verməklə,işləmək olar.Buna görə də yeni modelləri dəqiqləşdirmə prosesində müəyyən dəyişikliklər etməklə dəqiqləşdirilir.

    Məsələn,döş qarsağının köçürülməsi yan tikişinin dəyişdirilməsi və s.

    Yeni modalar üçün ülgülərinin konstruksiyası işləndikdə,siluet dəyişikliklər,yəni məmulatın bel xəttinə yapışma dərəcəsi,aşağı hissəsinin eniləşdirilməsi və s.hallar.Belə dəyişdirmələri yerinə yetirdikdə rəsmdən çertyoj üzərinə ölçüsüz olaraq köçürülür.Bunun sayəsində də ülgü hazırlanarkən diqqətlə yoxlanılır və təsdiq olunur.

    Bir modelin əsasını konstruksiyada yeni məmulat hazırlanır ki,bu da gələcəkdə həmin modelin nümunəsi tikilərkən dövlət standartlarına əsasən yoxlanılıb dəqiqləşdirilməlidir.

    Yeni modellərin ülgüləri hazırlandıqda aşağıdakı ardıcıllığa riayət etmək lazımdır.

    1.Verilmiş modelin baza əsasının seçilməsi və modelin ətrafı öyrənilməsi.

    2.Məmulatın təyinatına görə üz,astar və araqatı materiallar seçilir.Seçilmiş materialın fiziki,mexaniki xassələri,xarici görünüşünü və rəngi nəzərə alınmalıdır.

    3.Nümunədən və ya rəsmdən bütün moda xüsusiyyətlərinin çertyoja dəqiq köçürülməsi.

    4.Yeni modellərin ülgüləri qurularkən bütün rəsmdə olan elementlərin nəzərə alınması,yəni müəyyən qatlamaların,qatın,tikiş xəttinin,tikiş paylarınınvə s.

    Yuxarıda deyilən bütün ardıcıllıqlar əsasında yeni modelin konstruksiyasını qurarkən,moda tam çəkilir.Mütənasib üzrə müəyyən olunmuş sahələrdən paralel-üfüqi xətlər keçirdilir və tərtib olunur.
    Şəkil 28. İnsan bədən fiquru üzərinə məmulatın geydirilməsi


      1. 7ci boyun fəqərə sümüyündən keçən xətt

    2-2 çiyin kəsiyindən keçən xətt

    3-3 döş hissədən keçən xətt

    4-4 bel hissədən keçən xətt

    5-5 omba hissədən keçən xətt

    6-6 aşağı hissədən keçən xətt

    Təsdiq olunmuş modelin nümunəsinin işlənməsi və ülgülərin modelin formalaşması,ölçülərin dəqiqləşməsi ,maniken üzərinə və ya insan bədən fiquru üzərinə və ya insan bədən fiquru üzərinə məmulatın geydirilməsi ilə aparılır.

    Məmulatda olan bütün texniki tələblatlar nümunəçilər tərəfindən tətbiq edilir.

    Yeni modelin nümunələri işlənilərkən iki yoxlamada yerinə yetirilir.Birinci yoxlama vaxtı bütün məmulatın köməkçi və bəzək elementləri yoxlanılır.Birinci yoxlama qurtardıqdan sonra,məmulatda olan bütün kök sapları rədd edilir.Zibillər təmizlənir,nəhayət nümunə ikinci yoxlamadan keçirilir.İkinci yoxlamada artıq bütün məmulatın detalları tikilir və tam hazır vəziyyətdə isti-nəmləşdirmə əməliyyatı aparılır.

    Manikenə və ya hava buxar-manikeninə geydirilir və məmulatın forması dəqiqləşdirilir.

    NƏTİCƏ VƏ TƏKİFLƏR
    “Yeniyetmə qızlar üçün xəz yaxalıqlı paltonun bədi layihələndirilməsində texnoloji ardıcıllığın tərtibi” mövzusunda aparılan tədqiqatların nəticəsi olaraq aşağıdakı nəticə və təkliflər irəli sürülmüşdür.

    1.Yeniyetmə qızlar üçün xəz yaxalıqlı paltonun keyfiyyətli istehsal olunmasında əsas amillərdən biri tikiş sənayesində palto istehsal edən işçilərin peşə hazırlığı yüksək dərəcədə olmasıdır.

    2.İstər yeniyetmə qızlar üçün paltolarda, istərsə də digər geyim məmulatlarında tətbiq olunan dizayn elementləri dəqiq və aydın seçilməlidir.

    3.Yeniyetmə qızlar üçün paltonun bədii layihələndirilməsi və tikilişində əsas material sərfi düzgün aparılmalı və istifadə olunacaq materiallar düzgün seçilməlidir.

    4.Yeniyetmə qızlar üçün layihələndiriləcək paltonun tikilişində istifadə olunan parça və digər tikiş məmulatlarının qiymətləndirilməsi zamanı dövlət standartlarının tələbləri nəzərə alınmalıdır.

    5. Paltonun tikişili üçün bədən ölçülərinin çıxarılması müasir qaydalara tam uyğun olmalıdır.



    6.Dizayn elementlərinin seçilməsi və tətbiq olunması modaya uyğun olmalıdır.

    İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI



    1. MəmmədovF.A., Şamxalov O.Ş. “Tikiş məmulatı çeşidlərinin ekspertiza edilməsi”, G., 2000.

    2. АзгальдовГ.Г. Теория и практика оценки качества товаров.-М.; Экономика, 1989.- 256 с.

    3. Гличев А.В., Рабинович Г.О., Примаков М.И., Синицын М.М. Прикладные вопросы квалиметрии. - М., Изд-во стандартов, 1983. – 136 с.

    4. Леонов И.Г., Аристов О.В. Управление качеством продукции; Учебное пособие – М., Изд-во стандартов, 1990. – 223 с.

    5. Окрепилов В.В. Всеобщее управление качеством: Учебник. Кн.1. – СПб.: Изд-во СПб УЭФ, 1996. – 454 с.

    6. Свиткин М.З., Мацута В.Д., Рахлин К.М. Обеспечение качества продукции на основе международных стандартов ИСО серии 9000., - СПб.: СПб ГУЭФ, 1997. – 220 с.

    7. Солод Г.И. Основы квалиметрии: Учебное пособие – М., Моск.горный институт, 1991. – 84 с.

    8. Федюкин В.К., Дурнев В.Д., Лебедев В.Г. Методы оценки и управления качеством промышленной продукции; Учебник. – М., Информационно-издательский дом «Филинъ», Рилант, 2000. – 328 с.

    9. Фомин В.Н. Квалиметрия. Управление качеством. Сертификация; Курс лекций – М.: Ассоциация авторов и издателей «ТАНДЕМ». Издательство «ЭКМОС», 2000. – 320 с.

    10. Шишкин И.Ф., Станякин В.М. Квалиметрия и управление качеством: Учебник – М.: Изд-во ВЗПИ, 1992. – 225 с.

    11. Мишин В.М. Управление качеством: Учебное пособие для вузов – М.: ЮНИТИ – ДАНА, 2000. – 303 с.

    12. Варакута С.А. Управление качеством продукции: Учебное пособие – М.: ИНФРА-М, 2002. – 207 с.

    13. Пономарев С.В., Мищенко С.В., Белобрагин В.Я. Управление качеством продукции. Введение в системы менеджмента качества: Учебное пособие – М.: РИА «Стандарты и качество», 2004. – 248 с.

    14. Эфендиев Э.М. Квалиметрия и управление качеством продукции: Учебное пособие – Баку: «Тахсил» ИПП, 2004. – 194.

    15. Совершенствование методов и приборов, изучающих оценки качества текстильных материалов, М., 1984.

    16. Мамедов Ф.А. Исследование и разработка рациональных пакета материалов и технологии изготовления одежды, М., 1988.

    17. Материалы текстильные и изделия из них. Методы определения воздухопроницаемости ГОСТ 10550-75.

    18. Материалы текстильные и изделия из них. Методы определения воздухоприницаемости ГОСТ 12088-77.

    19. Мамедов Ф.А. «Проблемы повышения эффективности использования материалов в Азербайджане». Диссертация на соискание ученой степени.

    20. Губенко Г.Б. «Приемка и определение качества швейных изделий» М., «Экономика» 1964.

    21. РайхманЭ.П., Азгальдов Г.Г. «Экспертные методы в оценке качества товаров» М.,«Экономика» 1974.

    22. КирюхинС.М., Соловьев А.Н. «Контроль и управление качеством текстильных материалов». Москва «Легкая индустрия» 1977.

    23. Соловьев А.Н., Кирюхин С.М. Оценка качества и стандартизация текстильных материалов. - М.: Изд-во «Легкая индустрия», 1974.

    24. Лешкун Я.К. «Контроль качества одежды в торговле» Москва «Экономика» 1977.

    25. Подольякин В.И. «Автоматизированный комплекс рационального использования материалов на швейном предприятии» М., 1987.

    26. Плеханова С.В. Конспект лекций по дисциплине квалиметрия и управление качеством. - М.: 2010.

    27. Сапошинский Я.С. «Определения качества товаров» М., 1987.

    XÜLASƏ
    Yeniyetmə qızlar üçün xəz yaxalıqlı paltonun bədii layihələndirilməsində texnoloji ardıcıllığın tərtibi
    Magistr dissertasiya işi tikiş müəssisələrində müasir ölçü və qaydalarla tikilən yeniyetmə qızlar üçün xəz yaxalıqlı paltonun bədii layihələndirilməsində texnoloji ardıcıllığın tərtibi kimi aktual məsələyə həsr olunub.

    Dissertasiya işinin I fəslində Tikiş məmulatlarının hazırlanmasının əsas mərhələləri haqqında,tikiş məmulatlarının keyfiyyət göstəriciləri,tikiş sənayesində baş verən nöqsanlar haqqında ümumi məlumat verilir. Bundan başqa Yeniyetmə qız geyimlərinin bədii tərtibatının analizi haqqında izahatlar verilmişdir.Habelə modanın dəyişməsindən asılı olaraq dizayn elementlərinin analizinin məsələsi də nəzərdən qaçmamışdır.

    Dissertasiya işinin II fəslində Tikiş müəssisələrinin ilkin hesabatı və əsaslandırılması haqqında geniş materiallar verilir. Tikiş müəssisələrində əsas material sərfi ətraflı olaraq yazılmışdır.Müasir texnologiya ilə yeni qızlar üçün xəz yaxalıqlı paltoların ardıcıl yığımı haqqında da məlumatlar verilir.

    Dissertasiya işinin III fəslində Modeldən asılı olaraq konstruksiya edilmənin işlənməsi, siluetdən və modanın istiqamətindən asılı olaraq yeni baza konstruksiyasının qurulması haqqında məmulatlar verilib və müasir üsullarla bədən ölçülərinin çıxarılması qaydaları da öz əksini tapmışdır. “Yeniyetmə qızlar üçün xəz yaxalıqlı paltonun bədi layihələndirilməsində texnoloji ardıcıllığın tərtibi” mövzusunda aparılan tədqiqatların nəticəsi olaraq nəticə və təkliflər irəli sürülmüşdür


    РЕЗЮМЕ
    Оформление технологической последовательности в художественном проектировании пальто для девочек в подростковом

    возрасте с меховым воротником
    Диссертационная работа магистра посвящена такой актуальнойтеме как оформлению и шитью технологической последовательности в художественном проектировании пальто для девочек – подростков с меховым воротником в швейных предприятиях с современными размерами и нормами.

    В первой главе диссертации дана общая информация об основных этапах подготовки швейных изделий, о показательях качества изделий и о недостатках в швейнох промышленности. Кроме этого даты объяснения об анализах художественного оформления одежд девочек-подростков. А также не упущен из виду вопрос анализа элементов дизайна в зависимости от изменения моды.

    Вторая глава диссертации дает широкий обзор о материалах первоначального отсчета и обоснованности швейной промышленности. Дам полный обзор расхода в швейных предприятиях. Дается информация о поэтапная сборе пальто с меховым воротником для девочек -подростков с применением новейших технологии.

    В третьей главе диссертации отображены разработка конструкции в зависимости от модели, построение конструкции баз и зависимости направления моды и силуэта, правила снятия размера современными методами.



    SUMMARY
    Registration processing sequence in the artistic design od coat for teenage girls with fue collar
    The thesis is devoted to such an important topic as the desgin of sewing technological sequence desgin coat with fue for girls.

    There is information about quality of garment and element of design.

    The first chapter of the tesis gives information about the main stages of preparation of garments, and also positive and negative aspects of the clothing industry.

    More over, the analyres of decoration clothes teenage, girls and is represented, no overlooked the ussue of analysis of design elements based on changes as well.

    The second chapter illustrates broord overview about materials initial reference and responsibilities of the garment industry.

    There is information about stepwise collection coat with fur collar for girls.

    Finally, the thirt chapter of thesis demonstrates konstruksis development depending on the model and building bases konstruksi dependence fashion trends, and rulus silhouette SNAT size modern methods.

    810M qrup magistrantı Bağırlı Nərmin Akif qızının

    Yeniyetmə qızlar üçün xəz yaxalıqlı paltonun bədii



    layihələndirilməsində texnoloji ardıcıllığın tərtibi”

    adlı magistr dissertasiyasının
    REFERATI
    Mövzunun aktuallığı. Respublikamız müstəqillik əldə etdikdən sonra ölkənin xalq təsərrüfatının qarşısında duran əsas tələblərdən biridə yerli xammallardan istifadə etməklə çoxişlənən malların istehlak və istehsalını yüksəltməkdən ibarətdir.
    Xalq - bu odamlar jamoasi boʻlib, ularning tili, madaniyati, sanʼati, dini boshqa jihatlarini birgalikda aks ettiradi. Xalq tushunchasi keng boʻlib jihatlari bilan birlashtiriladigan odamlar yigʻindisiga aytiladi.

    Tikiş sənayesinin əhəmiyyətli dərəcədə inkişaf etdirmək,yüksək keyfiyyətli məhsulun istehsalı və əmək məhsuldarlığının yüksəlməsini təmin etmək üçün istehsalatda texnoloji rejimlərin optimallaşdırılması vacibdir.Bununla əlaqədar olaraq da bu sahədə tətbiq olunan avadanlıqların səviyyəsinin yüksəldilməsi vacibdir.

    Tikiş sənayesində çoxlu sayda müasir avtomatlar quraşdırılmışdır.

    Yeniyetmə qızlar üçün olan xəz yaxalıqlı paltolara olan tələbat getdikcə artır və bu tələbat yüksək sürətli, keyfiyyətli məhsul istehsal edən geyim məmulatlarının yaranması üçün zəmin yaradır.

    Artmaqda olan palto məmulatlarının istehsalı geyim və tikiş sənayesininin inkişafına böyük təkan verir.Elə bu baxımdan magistr dissertasiyasında aparılan tədqiqatlar aktuallıq kəsb edir.

    Tədqiqatın predmeti və obyekti.Dissertasiya işinin tədqiqatının obyekti müasir üsul və vasitələrlə hazırlanan yeniyetmə qızlar üçün paltolardır.

    Tədqiqatın əsas məqsədi və vəzifələri. Bu magistr dissertasiya işində tikiş müəssisələrində istehsal olunan yeniyetmə qızlar üçün paltoların müasir ölçü və baza konstruksiyasının qurulması ilə düzgün bədii layihələndirilməsidir.

    Tədqiqatın informasiya bazası və işlənməsi metodu. Magistr dissertasiya işimdə nəzəri və eksperimental metodlardan,yerli və xarici ədəbiyyat və internet portallardan istifadə edilmişdir.

    Tədqiqatın elmi yeniliyi. Magistr dissertasiya işinin elmi yeniliyi,yeniyetmə qızlar üçün xəz yaxalıqlı paltonun bədii layihələndirilməsində texnoloji ardıcıllığın tərtibinin müasir üsul və vasitələrlə təkmilləşdirilməsidir.

    İşin strukturu və həcmi. Dissertasiya işi giriş,4 fəsil,nəticə və təklifdən və istifadə olunmuş 27 ədəbiyyat sihayısından ibarətdir.

    Dissertasiya işinin I fəslində Tikiş məmulatlarının keyfiyyət göstəriciləri,tikiş sənayesində baş verən nöqsanlar haqqında ümumi məlumat verilir. Bundan başqa Yeniyetmə qız geyimlərinin bədii tərtibatının analizi haqqında izahatlar verilmişdir.Habelə modanın dəyişməsindən asılı olaraq dizayn elementlərinin analizinin məsələsi də nəzərdən qaçmamışdır.

    Dissertasiya işinin II fəslində Tikiş müəssisələrinin ilkin hesabatı və əsaslandırılması haqqında geniş materiallar verilir. Tikiş müəssisələrində əsas material sərfi ətraflı olaraq yazılmışdır.Müasir texnologiya ilə yeni qızlar üçün xəz yaxalıqlı paltoların ardıcıl yığımı haqqında da məlumatlar verilir.

    Dissertasiya işinin III fəslində Modeldən asılı olaraq konstruksiya edilmənin işlənməsi,Siluetdən və modanın istiqamətindən asılı olaraq yeni baza konstruksiyasının qurulması haqqında məmulatlar verilib və müasir üsullarla bədən ölçülərinin çıxarılması qaydaları da öz əksini tapmışdır.

    Nəticə və təkliflərin qısa xülasəsi. “Yeniyetmə qızlar üçün xəz yaxalıqlı paltonun bədi layihələndirilməsində texnoloji ardıcıllığın tərtibi” mövzusunda aparılan tədqiqatların nəticəsi olaraq aşağıdakı nəticə və təkliflər irəli sürülmüşdür.

    1.Yeniyetmə qızlar üçün xəz yaxalıqlı paltonun keyfiyyətli istehsal olunmasında əsas amillərdən biri tikiş sənayesində palto istehsal edən işçilərin peşə hazırlığı yüksək dərəcədə olmalıdır.

    2.İstər yeniyetmə qızlar üçün paltolarda, istərsə də digər geyim məmulatlarında tətbiq olunan dizayn elementləri dəqiq və aydın seçilməlidir.

    3.Yeniyetmə qızlar üçün paltonun bədii layihələndirilməsi və tikilişində əsas material sərfi düzgün aparılmalı və istifadə olunacaq materiallar düzgün seçilməlidir.



    4.Yeniyetmə qızlar üçün layihələndiriləcək paltonun tikilişində istifadə olunan parça və digər tikiş məmulatlarının qiymətləndirilməsi zamanı dövlət standartlarının tələbləri nəzərə alınmalıdır.




    Download 443.18 Kb.
    1   2   3   4   5




    Download 443.18 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Şəkil 24. Kişi geyimində üst qarsağın maniken üzərində görünüşü

    Download 443.18 Kb.