§1.2. Radioelektron kompleksi və əsas radiotexniki proseslər




Download 1.48 Mb.
bet3/38
Sana04.04.2021
Hajmi1.48 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   38
§1.2. Radioelektron kompleksi və əsas radiotexniki proseslər



Şəkil 1.1.Radioelektron kompleksinin funksional sxemi:

İM–informasiya mənbəyi, MÇ–məlumat çeviricisi, M–modulyator, YTVG – yüksəktezlikli verici generator, GG–güc gücləndiricisi, RX–rabitə xətləri, Ö/A–ötürücü antena, Q/A– qəbuledici antena, F–filtr, YTG–yüksək tezlik gücləndiricisi, Q–qarışdırıcı, G–geterodin, ArTG – ara tezlik gücləndiricisi, D–detektor, ATG–alçaqtezlik gücləndiricisi, İİ –informasiya işlədicisi.


Müasir radioelektron kompleksi (şəkil 1.1) çox mürəkkəb bir sistem olub, əsas vəzifəsi informasiyanı bir yerdən digər yerə ötürmək, qəbul etmək və təhlil etməkdir. İnformasiya hər hansı bir fiziki hadisənin dəyişməsi haqqında məlumatdır. İnsanla avtomat, avtomatla avtomat, hətta bütün canlılar arasında məlumat mübadiləsi, məhz informasiyanın verilməsi və qəbulu ilə əlaqədardır.

Radioelektronikada informasiyanı ötürmək üçün maddi daşıyıcı kimi elektrik siqnallarından istifadə olunur. Bu vaxt qəbuledicinin çıxışında alınan s*(t) siqnalı ilk s(t) siqnala «oxşar» olmalı, yəni [s(t)– s*(t)] ≤ ε şərti ödənilməlidir (burada ε – ilk siqnalın yol verilə bilən təhrifolunma dərəcəsi, başqa sözlə müəyyən miqdarda informasiya itkisidir).

Radioelektron kompleksin ümumi funksional sxemindən göründüyü kimi, məlumat informasiya mənbəyindən informasiya çeviricisinə (məsələn, mikrofona, fotoelementə, termocütə və s.) verilir. Burada məlumat elektrik rəqslərinə çevrilir və ya koderdə kodlaşdırılır (məsələn, hərf və ya rəqəm şəklində).

İnformasiya çeviricisinin çıxışında alınan elektrik rəqsləri bilavasitə antenaya verilərək uzaq məsafələrə göndərilə bilməz. Bu, iki səbəbdən mümkün deyil: b i r i n c i s i, bu rəqslər alçaqtezlikli rəqslərdir və ötürülən enerji kiçik olur. İ k i n c i s i, elektromaqnit rəqslərini fəzaya effektiv şüalandırmaq üçün ötürücü antenanın xətti ölçüləri şüalandırılan rəqslərin dalğa uzunluğu tərtibində olmalıdır. Belə olduqda alçaqtezlikli rəqsləri şüalandırmaq üçün istifadə olunan antenaların ölçüləri xeyli böyük alınar ki, bu da praktiki cəhətdən əlverişli deyil. Göstərilən səbəblərə görə alçaqtezlikli elektrik siqnallarını radiovericidə yüksəktezlikli modullaşmış rəqslərə çevirmək lazım gəlir. ω yüksəktezlikli harmonik rəqslərin (buna radioelektronikada çox vaxt daşıyıcı tezlikli rəqslər də deyilir) hər hansı parametrinin – amplitud, tezlik və ya fazasının verilən məlumata, yəni Ω alçaqtezlikli idarəedici rəqslərə uyğun olaraq dəyişilməsi prosesinə r ə q s l ə r i n m o d u l l a ş m a s ı deyilir. Bu, ən mühüm radiotexniki proseslərdən biridir. İdarəedici rəqs səs tezlikli, videosiqnal və ya impuls siqnallar şəklində ola bilər. Bu proses nəticəsində siqnalın spektri alçaq tezlik oblastından yüksək tezlik oblastına köçürülür. Radioelektron kompleksin funksional sxemində modullaşma prosesi m o d u l y a t or vasitəsilə həyata keçirilir. Modulyatorun çıxışında alınan yüksəktezlikli modullaşmış rəqslərə r a d i o s i q n a l deyilir. Modullaşmış rəqsi riyazi olaraq aşağıdakı ifadə ilə yazmaq olar:

u=Um (1 + mcosΩt) cosωt.

Burada Um – rəqsin modullaşmaya qədər amplitudu, m – modullaşma əmsalıdır..

Rəqslərin modullaşmasının üç növü mövcuddur: amplitud, tezlik və faza modullaşmaları. Şəkil 1.2-də modullaşdırıcı (idarəedici), yüksəktezlikli və amplituda görə modullaşmış yüksəktezlikli rəqslərin amplitudlarının zamana görə dəyişməsi (rəqslərin zaman təsviri) göstərilmişdir. Şəkil 1.3, c-də isə modullaşmanın ən sadə növü olan amplitud manipulyasiyası göstərilmişdir. Burada həmçinin tezlik və fazaya görə rəqslərin manipulyasiyası da göstərilmişdir (şəkil 1.3, ç, d).




Download 1.48 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   38




Download 1.48 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



§1.2. Radioelektron kompleksi və əsas radiotexniki proseslər

Download 1.48 Mb.