Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında




Download 41.9 Kb.
bet1/14
Sana04.01.2022
Hajmi41.9 Kb.
#4662
  1   2   3   4   5   6   7   8   9   ...   14

Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI



 

Ölkədə sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması, daxili bazarın qorunması və “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanununa əsasən xarici iqtisadi fəaliyyətin mal nomenklaturu üzrə kodların Beynəlxalq Harmonik Sistemin yeni variantına uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisinə gətirilən aşağıdakı mallar əlavə dəyər vergisindən azad olunur:

//çıxarılıb// 

1.2. xarici investisiyalı müəssisənin əcnəbi işçilərinin öz ehtiyacları üçün Azərbaycan Respublikasına gətirdikləri əmlak (işə götürənin arayışı gömrük orqanlarına təqdim olunmaqla);

1.3. Azərbaycan Respublikasının ərazisində mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar;

1.4. texniki yardım da daxil olmaqla, təmənnasız yardım və xeyriyyə məqsədi ilə dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə gətirilən mallar;

1.5. xarici iqtisadi fəaliyyətin mal nomenklaturuna daxil olan bütün növ avtonəqliyyat vasitələri istisna olmaqla, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan artıq olmayan mallar;

1.6. fövqəladə halların qarşısının alınması və bu halların nəticələrinin aradan qaldırılması məqsədi ilə maddi-texniki təchizat sisteminin yaradılması, seysmik-müşahidə məntəqələrinin və qəza-xilasetmə dəstələrinin yerləşdiriləcəyi bazaların təşkili və onların fəaliyyəti üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının təsdiqedici sənədi əsasında idxal olunan xüsusi texniki vasitələr, avadanlıqlar, cihazlar, alətlər, komplektləşdirici məmulatlar, ehtiyat hissələri, ləvazimatlar və materiallar;

1.7. Azərbaycan Respublikası vətəndaşlarının pasportları və şəxsiyyət vəsiqələri blankları, onların fərdiləşdirilməsi, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin yaradılması və tətbiqi, əl-barmaq izlərinin, güllə və gilizlər üzərindəki izlərin müəyyən edilməsi üçün gətirilən avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar, polisə telefon zənglərinin qəbulu üzrə xüsusi “102” xidmətinə — Zəng Mərkəzi Sisteminə (ZMS) daxil olan avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar, dəniz səviyyəsindən 1300 metrdən hündürlükdə yerləşən dağlıq ərazilərdə turizm sahəsində olan investisiya layihələrinin həyata keçirilməsi üçün, ehtiyaclarını yerli xammal və materiallar hesabına ödəmək mümkün olmadıqda, layihə çərçivəsində idxal edilən mallar; 

//çıxarılıb//

1.9. aksizli malların aksiz markalarının saxta olub-olmamasını yoxlamaq üçün xüsusi avadanlıqlar (əl detektorları və lampalar), Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən blanklar, onların tətbiqinə nəzarət və istifadəsi üçün müvafiq avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar;

1.12. ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıq və materiallar (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına idxal olunan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə); 

1.14. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və onun tabeliyində olan müəssisələr tərəfindən müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalar, avadanlıqlar və dəstləşdirici hissələr; 





Download 41.9 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   14




Download 41.9 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında

Download 41.9 Kb.