D Ə m I ryoln ə q L i yyatind a h ə r ə k ə t I n t ə n z I m L ə m ə s I steml ə r I




Download 1.59 Mb.
bet1/23
Sana21.03.2021
Hajmi1.59 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   23



D Ə M İ R Y O L

N Ə Q L İ Y Y A T I N D A

H Ə R Ə K Ə T İ N

T Ə N Z İ M L Ə M Ə

S İ S T E M L Ə R İ

AVTOMATİKA, TELEMEXANİKA VƏ İŞARƏVERMƏ QURĞULARI HAQQINDA ÜMUMİ MƏLUMAT.

Dəmir yolunun bütün təsərrüfat sahələrinin istehsalat prosesləri müasir avtomatik və telemxanik idarəetmə sistemləri və qurğuları ilə təchiz edilmişdir. Bu gün dəmir yolu kompüter texnikası, teleidarə, teleölçmə, sərnişinlərə avtomatlaşdırılmış xidmət sahələri və digər informasiya-nəzarət sistemləri ilə təmin olunmuşdur. Bu fəsildə qatarların hərəkətinin tənzimlənməsi, onların stansiya və mənzillərdə təhlükəsizliyini təmin edən avtomatika-telemexanika vasitələri və qurğuları haqqında ümumi məlumat veriləcəkdir. Bu qurğulara avtomatik bloklama, avtomatik lokomotiv işarəvermə, qatarların hərəkətinə nəzarət edən dispetçer mərkəzləşməsi, yoldəyişənlərin avtomatik işarəvericisi və çəpərləyicisi, yarımavtomat bloklama, yoldəyişənin və siqnalların elektrik mərkəzləşməsi, çeşidləmə təpəsinin mexanikləşdirmə və avtomatlaşdırma qurğuları və s. daxildir.

Avtomatika, telemexanika və rabitə yaxud dəmiryol mütəxəssislərinin dili ilə desək, İMB –işarəvermə, mərkəzləşmə və bloklama – qatarların hərəkətinin idarə olunması proseslərinin avtomatlaşdırılması, hərəkət təhlükəsizliyini və dəmir yolunun lazımi qatarburaxma qabiliyyəti və əmək məhsuldarlığının artırılmasını təmin edir. Adətən, avtomatik idarəetmə nizamlama, nəzarət obyektlər arası çox da böyük olmayan məsafədə mümkün olur. Əgər idarə ediləcək məntəqələr bir-birindən və idarəetmə mərkəzindən nəzərə çarpacaq dərəcədə uzaq məsafədə yerləşirsə, onda telemexanika sistemindən istifadə edirlər.

Dəmir yol nəqliyyatında təyinatına görə İMB qurğuları iki qrupa bölünürlər: stansiya və mənzillərin İMB qurğuları.

Birinci qrupa avtomatik bloklama, avtomatik lokomotiv işarəvericisi, yol yarımavtomat bloklaması, qatarların hərəkətinə dispetçer nəzarəti sistemi və avtomatik keçid işarəvericisi, ikinci qrupa elektrik və dispetçer mərkəzləşdirilməsi, avtomatik təpəcik qurğuları kompleksi və s. daxildir. Mənzillərdə qatarların hərəkəti, stansiyada qatarların hərəkəti və manevr işləri, fasiləsiz dəyişən şəraitdə yerinə yetirilir. Belə şəraitdə müxtəlif əmr və göstərişlər lokomotiv briqadalarına və qatarların hərəkəti ilə sıx əlaqədə olan işçilərə dəmiryolu işarələri ilə çatdırılır. Belə işarələr stansiyalarda və mənzillərdə qatarların hərəkətini və manevr işlərini təhlükəsiz həyata keçirməyə imkan verir.



Download 1.59 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   23




Download 1.59 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



D Ə m I ryoln ə q L i yyatind a h ə r ə k ə t I n t ə n z I m L ə m ə s I steml ə r I

Download 1.59 Mb.