• Əməliyyat sistemləri
  • Dərs GİRİŞ Hesablama texnikası əsasən iki mühüm komponentin birgə fəaliyyətinə əsaslanır. Bunlar




    Download 1.61 Mb.
    Pdf ko'rish
    bet1/79
    Sana14.04.2022
    Hajmi1.61 Mb.
    #19706
    TuriDərs
      1   2   3   4   5   6   7   8   9   ...   79
    Bog'liq
    SPT ƏS




    Dərs 1. GİRİŞ 
    Hesablama texnikası əsasən iki mühüm komponentin birgə fəaliyyətinə əsaslanır. Bunlar 
    aparat və proqram vasitələridir. Yalnız bu komponentlərin birlikdə qarşılıqlı funksional işinin 
    təşkili sayəsində kompüterdə konkret məsələnin həllinə nail olmaq mümkündür. Yeni informasiya 
    texnologiyasının sürətli inkişafı və onun tətbiq sahəsinin genişlənməsi kompüterin proqram 
    təminatının intensiv inkişafı nəticəsində baş verir.
    Kompüterin proqram təminatı dedikdə informasiya emalının təşkili və idarə edilməsi üçün 
    istifadə olunan proqramlar kompleksi başa düşülür. 
    Proqram təminatı (PT) sistemini yerinə yetirdiyi funksiyalara görə iki hissəyə bölmək olar: 
    - sistem proqram təminatı (SPT); 
    - tətbiqi proqram təminatı (TPT). 
    SPT kompüterdə informasiyanın emalı prosesinin təşkili ilə yanaşı, tətbiqi proqramlar üçün 
    normal mühiti təmin edir. SPT kompüterin aparat vasitələri ilə sıx əlaqədə olduğuna görə, bəzən 
    onu kompüterin bir hissəsi də hesab edirlər. SPT-yə aşağıdakılar daxildir: 
    - əməliyyat sistemləri; 
    - servis proqramları; 
    - proqramlaşdırma sistemləri; 
    - texniki xidmət proqramları. 
    Əməliyyat sistemləri
    Əməliyyat sistemləri (ƏS) - informasiya emalının idarə olunmasını və aparat vasitələri ilə 
    istifadəçinin qarşılıqlı əlaqəsini təmin edir. ƏS-in əsasa funksiyalarından biri informasiyanın 
    daxiletmə-xaricetmə prosesinin avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən 
    proqramların idarə olunmasıdır. ƏS lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun 
    yerinə yetirilməsinə nəzarət edir. Qoyulmuş məqsədlərdən asılı olaraq ƏS-nin konfiqurasiyası 
    (tərkibi) müxtəlif ola bilər. Lakin komponentlər üçün hər bir ƏS-nin konfiqurasiyasına aşağıdakı 
    əsas komponentlər mütləq daxil olmalıdır: 
    - fayl sistemi; 
    - xarici qurğuların drayverləri; 
    - əmrlər dilinin prosessoru. 
    Fayl, sadə halda informasiyanın daimi saxlandığı sahədir. Çoxistifadəçili və çox məsələli 
    işlərin təşkili fayl sistemindən daha çox asılıdır. 
    Kompüterə çoxlu sayda xarici qurğular (XQ) qoşula bilər. Kompüterə standart qoşulan
    xarici qurğulardan (klaviatura, sərt və çevik informasiya daşıyıcıları, displey, maus və s.) başqa 
    əlavə qurğular da qoşula bilər. Bunlara giriş-çıxış qurğuları, modemlər, qrafik quranlar, skanerlər, 
    şəbəkə qurğuları və s. misal göstərmək olar. ƏS-nin əsas funksiyalarından biri də bu qurğuların 
    fəaliyyətini təmin etməkdir. Ona görə də ƏS– in tərkibinə xarici qurğuların işini idarə edən, 
    drayver adlanan xüsusi tip proqramlar daxil edilir. Hər bir tip XQ-nin özünəməxsus drayveri 
    olmalıdır və yalnız onlar sistemə qoşulduqdan sonra XQ–larin fəaliyyəti təmin olunur. 
    Standart qurğuların drayverləri baza giriş-çıxış (BİOS) sistemində yaradılır və sabit yaddaş 
    qurğusunda (SYQ) yerləşdirilir. 
    Əlavə qurğuların drayverləri kompüter işə başladığı anda dinamik olaraq ƏS-nə qoşula bilər. 
    İstənilən əməliyyat sistemində (MacOS əməliyyat sistemi müstəsna olmaqla) bu və ya digər 
    əməliyyatları, məsələn, kataloqa müraciət, xarici informasiya daşıyıcılarının nişanlanması, 
    proqramın işə salınması, surətlərin çıxarılması və s., yerinə yetirmək üçün əmrlər dili mövcuddur. 
    İstifadəçi əmrlərinin analizi və icrası, hazır proqramların kompüterin yaddaşına yazılması və 
    onlara müraciətin təşkili ƏS əmrlər prosessorunun köməyi ilə aparılır. Əməliyyat sisteminin bu 
    hissəsi, istifadəçi ilə kompüter arasında qarşılıqlı əlaqəni yaratmaq kimi mürəkkəb və mühüm 
    məsələni həyata keçirir. Ayrı–ayrı əmrlərin daxil edilməsindən başqa, əmrlər dilində adi 
    proqramlaşdırma dilindən istifadə etmədən, daha mürəkkəb əməliyyatlar ardıcıllığını yerinə yetirə 
    bilən tam proqramın tərtibi də mümkündür. 
    Əməliyyat sistemləri (əvvəlki versiyalar müstəsna olmaqla) eyni zamanda bir neçə məsələyə 
    xidmət etmək imkanlarına malikdir. Yəni, ƏS bir neçə proqramın işə salınmasını, onlar üçün 



    yaddaş sahəsinin ayrılmasını, prosessor və onun qurğularının bir məsələnin həllindən başqa bir 
    məsələnin həllinə keçməsini və bunlar arasında informasiya mübadiləsini təşkil edir. 
    ƏS-lər yerinə yetirdiyi funksiyalara görə üç grupa bölünür: 
    - birməsələli (bir istifadəçili); 
    - çoxməsələli (çox istifadəçili); 
    - şəbəkə. 

    Download 1.61 Mb.
      1   2   3   4   5   6   7   8   9   ...   79




    Download 1.61 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Dərs GİRİŞ Hesablama texnikası əsasən iki mühüm komponentin birgə fəaliyyətinə əsaslanır. Bunlar

    Download 1.61 Mb.
    Pdf ko'rish