Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari




Download 135.69 Kb.
bet21/27
Sana15.03.2017
Hajmi135.69 Kb.
#80
TuriQaydalar
1   ...   17   18   19   20   21   22   23   24   ...   27
11. İfrat gərginliklərdən mühafizə
11.1. Elektrik stansiyalarında, yarımstansiyalarda və elektrik şəbəkələrini istismar edən müəssisələrdə hər bir PQ və HX-nın ifrat gərginliklərdən mühafizəsi üzrə aşağıdakı məlumatlar olmalıdır:

  1. ildırımötürücülərin, projektor dirəklərinin, metal və dəmir-beton konstruksiyaların, ucalan tikili və binaların sahələrindəki cərəyandaşıyıcı hissələrin mühafizə zonalarının təsviri;

  2. mühafizə aparatlarının, yarımstansiya avadanlıqlarının torpaqlayıcı naqillərinin və ildırımötürücüləri olan portalların qoşulma yerləri göstərilməklə PQ torpaqlanma qurğusunun sxemi əlavə torpaqlayıcı elektrodların, onların uzunluğu və miqdarına dair məlumatlar olmaqla yerləşməsi;

  3. PQ avadanlığının impuls möhkəmliyi (impuls sınaq və deşmə gərginliyi) üzrə pasport məlumatları;

  4. PQ və HX-da istifadə edilən ifrat gərginlik məhdudlaşdırıcılarının, ventil və boru boşaldıcıların və qığılcım aralıqların pasport mühafizə xarakteristikaları;

  5. trosla (burazla) mühafizə olunan HX yaxınlaşmalarının uzunluqlarının qiymətləri və şinləmə üzrə onlara müvafiq PQ mühafizə aparatları və mühafizə olunan avadanlıqlar arasındakı məsafələr ilə PQ sxemi;

  6. HX dayaqlarının, o cümlədən HX, PQ, TY və çevirici məntəqələrin burazlı yaxınlaşmalarının torpaqlanma müqavimətinin qiymətləri;

  7. HX trassası və PQ ərazisi üzrə qruntun keçiriciliyi haqqında məlumatlar;

HX-lərin öz aralarında, rabitə, radio verilişi, dəmir yolların avtomatik bloklama xətləri ilə kəsişməsi haqqında məlumatlar.

11.2. 1000 V-dək gərginlikli istənilən təyinatlı (işıqlandırma, telefon, yüksəktezlikli və s.) HX naqillərin APQ elementlərindən, ayrıca dayanan çubuqşəkilli ildırımötürücülərdən, projektor dirəklərindən, tüstü borularından, soyuducu qurğulardan asılması və həmçinin bu xətlərin partlayış təhlükəli otaqlara çəkilməsi qadağandır.

Göstərilən məqsədlər üçün metal örtüklü kabellər və ya torpaq altında qoyulan metal borulardan keçirilmiş metal örtüyü olmayan kabel tətbiq edilməlidir.

Kabellərin örtükləri, metal borular torpaqlanmalıdır.

Partlayış təhlükəli otaqlara kabellərin çəkilməsi bina və tikililərin ildırımdan mühafizəsi qurğuları üzrə qüvvədə olan təlimatın tələbləri nəzərə alınmaqla yerinə yetirilməlidir.



11.3. Hər ildırımlı mövsümdən əvvəl paylayıcı qurğuların və elektrik veriliş xətlərinin ifrat gərginlikdən mühafizəsinin vəziyyəti yoxlanılmalı, ildırım və daxili ifrat gərginlikdən mühafizənin işə hazırlığı təmin edilməlidir. Enerji müəssisələrində ildırım vurmasından HX-nin, PQ avadanlıqlarının açılması və zədələnməsi halları qeyd edilməlidir. Alınan məlumatlar əsasında ildırımdan mühafizənin etibarlılığının qiymətləndirilməsi aparılmalı və zərurət yaranan halda ildırımdan mühafizənin etibarlılığı üzrə tədbirlər işlənilib hazırlanmalıdır.

PQ-da qeyri-standart aparat və avadanlıqlar quraşdırıldıqda müvafiq ildırımdan mühafizə tədbirləri işlənilib hazırlanmalıdır.



11.4. İfrat gərginlik məhdudlaşdırıcıları və bütün gərginlikli ventil boşaldıcıları daim işə qoşulmuş vəziyyətdə olmalıdır.

Qasırğalı, şaxtalı, temperaturu kəskin dəyişilən və güclü çirklənmə olan ərazilərdə APQ-də yalnız ildırım ifrat gərginliyindən mühafizə üçün nəzərdə tutulmuş ventil boşaldıcılarının qış dövründə (yaxud onun ayrı-ayrı aylarında) açılmasına icazə verilir.



11.5. Ventil və boruşəkilli boşaldıcıların, həmçinin ifrat gərginlikli məhdudlaşdırıcıların profilaktik sınaqları normativ-texniki sənədlərin tələblərinə uyğun aparılmalıdır.

11.6. Boruşəkilli boşaldıcılara və mühafizə aralıqlarına baxışlar elektrik veriliş xətlərinə nəzarət vaxtı aparılır. Boşaldıcıların işləməsi halları baxış (nəzarət) vərəqlərində qeyd edilməlidir. Boruşəkilli boşaldıcıların dayaqlardan çıxarılmaqla yoxlanması 3 ildə 1 dəfə aparılmalıdır.

Güclü çirklənmə sahələrində quraşdırılan boruşəkilli boşaldıcılara dayaqlardan çıxarılmadan üstdən baxış, həmçinin əlavə baxış və yoxlamalar yerli təlimatlar üzrə yerinə yetirilməlidir.

Boruşəkilli boşaldıcıların təmiri, yoxlama və baxışların nəticəsindən asılı olaraq, ehtiyac olduqda aparılmalıdır.

11.7. Neytralı izolə olunmuş və ya tutum cərəyanları kompensasiya olunduğu şəbəkələrdə, hava və kabel elektrik verilişi xətlərinin yerlə qapanması halında işləməsinə, qəza ləğv edilənə qədər icazə verilir.

Bu halda insanların və heyvanların cərəyanla zədələnmə təhlükəsi yaranan yaşayış yerlərindən keçən HX-də dərhal zədə yerinin axtarılmasına və qısa müddətdə ləğv edilməsinə başlanmalıdır.

Generator gərginlikli şəbəkələrdə və həmçinin yüksək gərginlikli mühərriklər qoşulmuş şəbəkələrdə yerlə qapanma ilə işə 1.24. bəndinə uyğun icazə verilir.

11.8. Yerlə qapanma tutum cərəyanının qövssöndürücü aparatlarla kompensasiyası, tutum cərəyanları aşağıdakı qiymətlərdən artıq olduqda tətbiq edilir:
şəbəkənin nominal gərginliyi, kV.........6 10 15-20 35 və yüksək

yerlə qapanmada tutum cərəyanı, A …30 20 15 10


Blok elektrik stansiyaların 6 kV gərginlikli xüsusi sərfiyyat şəbəkələrində rezistor vasitəsilə şəbəkə neytralının torpaqlanması ilə iş rejiminə icazə verilir. Generator gərginlikli dövrələrdə müvafiq hesablamalar ilə əsaslandırıldıqda izoləedilmiş neytral ilə iş rejiminə icazə verilir.

Dəmir-beton və metal dayaqlı HX olan 6-35kV gərginlikli şəbəkələrdə yerlə qapanmada tutum cərəyanı 10A və artıq olduqda qövssöndürücü aparatlar tətbiq edilməlidir.

Yuxarıda göstərilən qiymətlərdən artıq tutum cərəyanları kompensasiya olunmadıqda 6-35 kV gərginlikli şəbəkələrin işləməsinə icazə verilmir.

Yerlə qapanmada tutum cərəyanlarının kompensasiyası üçün əllə və ya avtomatik tənzimlənən qövssöndürücü aparatlar (reaktorlar) tətbiq edilməlidir.

Tutum cərəyanlarının, qövssöndürücü reaktorların cərəyanlarının, yerlə qapanma cərəyanlarının və neytralın sürüşmə gərginliyinin ölçülməsi, qövssöndürücü reaktorlar istismara verildikdə və şəbəkənin iş rejimi əhəmiyyətli dərəcədə dəyişdikdə, lakin 6 ildə 1 dəfədən az olmayaraq aparılmalıdır.

11.9. Qövssöndürücü reaktorların gücü, şəbəkənin gələcək inkişafını nəzərə almaqla, tutum cərəyanının qiymətinə görə seçilməlidir.

Torpaqlayıcı qövssöndürücü reaktorlar, kompensasiyalanan şəbəkə ilə iki elektrik verilişi xəttilə bağlanan yarımstansiyalarda quraşdırılmalıdır.

Dalan (bir xətlə qidalanan) yarımstansiyalarda qövssöndürücü reaktorların quraşdırılması qadağandır.

Qövssöndürücü reaktorlar transformatorların, generatorların və ya sinxron kompensatorların neytrallarına ayırıcılar vasitəsilə qoşulmalıdır.

Qövssöndürücü reaktorları qoşmaq üçün, bir qayda olaraq, dolaqları ulduz-üçbucaq birləşmə sxemli transformatorlardan istifadə olunmalıdır.

Qövssöndürücü reaktorların əriyici qoruyucularla mühafizə olunan transformatorlara qoşulması qadağandır.

Qövssöndürücü reaktorun torpaqlama üçün nəzərdə tutulan girişi, cərəyan transformatoru vasitəsilə ümumi torpaqlayıcı dövrə ilə birləşdirilməlidir.

11.10. Qövssöndürücü reaktorların rezonans sazlanması olmalıdır.

Artıq kompensasiya ilə sazlanmaya icazə verilir: bu halda sazlanmasının pozulma dərəcəsi isə 5%-dən artıq olmamalıdır. Əgər 6-20 kV gərginlikli şəbəkələrdə quraşdırılan qövssöndürücü reaktorların budaqlanmalarının cərəyan fərqi böyükdürsə, yerlə qapanma cərəyanının reaktiv tərkibi 10 A-dan artıq təşkil etməyən sazlanmaya icazə verilir. 35kV gərginlikli şəbəkələrdə 15 A-dan kiçik yerlə qapanma tutum cərəyanında sazlanmanın pozulma dərəcəsinin 10%-dən çox olmayan qiymətinə icazə verilir. Tutum cərəyanının natamam kompensasiyası ilə şəbəkələrin işləməsinə, bir qayda olaraq, icazə verilimr.

Lazımi gücdə qövssöndürücü reaktorlar olmadıqda və şəbəkə fazalarının tutumlarında yaranan qəza qeyri-simmetrikliyi zamanı neytralın sürüşmə gərginliyi faza gərginliyinin 70 %-indən artıq olmaması şərti ilə müvəqqəti olaraq natamam kompensasiya ilə sazlanmanın tətbiqinə icazə verilir.

11.11. Tutum cərəyanının kompensasiyası ilə işləyən şəbəkələrdə qeyri-simmetrik gərginlik faza gərginliyinin 0,75%-indən artıq olmamalıdır.

Şəbəkədə yerlə qapanmanın yoxluğunda neytralın sürüşmə gərginliyinin qiyməti faza gərginliyinin 15%-indən çox olmadlqda uzun müddət və 30%-dən çox olarsa - 1 saat müddətində işləməyə icazə verilir.

Qeyri-simmetrik və neytralın sürüşmə gərginliklərinin göstərilən qiymətlərə qədər azaldılması yerə nəzərən şəbəkə fazalarının tutumunu bərabərləşdirməklə (faza naqillərinin qarşılıqlı vəziyyətini dəyişməklə və həmçinin xətlərin fazaları arasında yüksəktezlikli əlaqə kondensatorlarının yerləşdirilməsi ilə) həyata keçirilməlidir. Yüksəktezlikli əlaqə kondensatorları və fırlanan maşınların ildırımdan mühafizə kondensatorlarını şəbəkəyə qoşarkən, fazaların tutumlarının yerə nəzərən qeyri-simmetrikliyinin yol verilməsi yoxlanmalıdır.

Neytralın sürüşmə gərginliyinin göstərilən qiymətdən artıq olmasına səbəb ola bilən hava və kabel xətlərinin fazalar üzrə qoşulması və açılması qadağandır.



11.12. 6-20kV gərginlikli şəbəkələrdə, bir qayda olaraq, kompensasiya cərəyanının avtomatik sazlanma tənzimləyiciləri olan rəvan tənzimlənən qövssöndürücü reaktorlar tətbiq edilməlidir.

Cərəyanı əllə tənzimlənən qövssöndürücü reaktorlar tətbiq olunduqda sazlanma göstəriciləri kompensasiyaya sazlanmada pozuntunu ölçən cihazla müəyyənləşdirilməlidir.

Əgər kompensasiya olunan şəbəkənin yerlə qapanma tutum cərəyanı 5%-dən artıq olmamaqla kompensasiyanın sazlanmasının pozulması ilə sutkada orta hesabla 2 dəfədən çox olmayaraq dəyişirsə, bu halda yerlə qapanma tutum cərəyanının və qövssöndürücü reaktorların kompensasiya cərəyanının ölçülməsinin nəticələri əsasında qövssöndürücü reaktorların sazlanmasına icazə verilir.

11.13. Vakuum açarları istifadə olunan qurğularda, bir qayda olaraq, induktiv elementlərin (elektrik mühərriklərinin, transformatorların) kommuyasiyası zamnı kommutasiya ifrat gərginliyindən mühafizə tədbirləri nəzərdə tutulmalıdır; mühafizə tədbirlərindən imtina əsaslandırılmalıdır.

11.14. 110-220 kV-lıq yarımstansiyalarda neytralın öz-özünə sürüşməsindən və ya təhlükəli ferrorezonans proseslərdən yaranan ifrat gərginlikləri ləğv etmək üçün operativ əməliyyatı, HKФ-110 və HKФ-220 gərginlik transformatorları ilə, yüksüz şin sisteminə qoşulmuş transformatorun neytralının torpaqlanmasından başlamaq lazımdır. HKФ-110 və HKФ-220 gərginlik transformatorları qoşulmuş yüksüz şin sistemini şəbəkədən ayırmazdan qabaq, qidalandırıcı transformatorun neytralı torpaqlanmalıdır.

110-220 kV-luq şəbəkələrdə neytralı ioləolunmuş transformatorlarda natamam qidalanma rejimi yarandıqda, bu transformatorların neytralının torpaqlanması ilə əlaqədar operativ əməliyyatların aparılmasına icazə verilmir.

Kontaktları kondensatorla şuntlanmış açarlar və elektromaqnit gərginlik transformatorları olan 150-500kV gərginlikli paylayıcı qurğuların sistem şinləri açılarkən, ferrorezonans ifrat gərginliklərinin yaranması ehtimalını yoxlamaq lazımdır. Lazım gəldikdə, operativ və avtomatik açılmalar zamanı ferrorezonansın qarşısını almaq üçün tədbirlər görülməlidir.

Lazım gəldikdə, 6-35kV-lıq şəbəkə və birləşmələrdə ferrorezonans proseslərinin, o cümlədən neytralın özbaşına sürüşmələrinin qarşısını almaq üçün tədbir görülməlidir.



11.15. Transformatorların və avtotransformatorların istifadə olunmayan alçaq (orta) gərginlikli dolaqları ulduz və ya üçbucaq şəklində birləşdirilməli və ifrat gərginlikdən mühafizə olunmalıdır.

Yüksək gərginlikli dolaqların arasında yerləşən və istifadə olunmayan alçaq gərginlikli dolaqların mühafizəsi, hər fazanın girişinə birləşdirilmiş ventil boşaldıcılarla və ya ifrat gərginlik məhdudlaşdırıcısıyla yerinə yetirilməlidir. Əgər alçaq gərginlik dolağına, uzunluğu 30m-dən az olmayan kabel xətti daimi qoşulubsa belə mühafizə tələb olunmur.

Digər hallarda, istifadə olunmayan alçaq və orta gərginlikli dolaqların mühafizəsi, bir fazanın və ya neytralın torpaqlanması ilə və ya hər fazanın girişinə ventil boşaldıcıları (və ya gərginlik məhdudlaşdırıcıları) qoşulmaqla yerinə yetirilməlidir.

11.16. 110kV və yüksək gərginlikli şəbəkələrdə 110-220kV-lıq transformatorların neytralının torpaqlamadan açılması və həmçinin sistem avtomatikası və rele mühafizəsinin fəaliyyəti təyin edildikdə nəzərə alınmalıdır ki, müxtəlif operativ və avtomatik açılmalarda, şəbəkədə neytralı torpaqlanmamış transformatorlar olan sahələr yaranmasın.

İzolyasiyası xətt girimlərinin izolyasiyasının səviyyəsindən aşağı olan transformatorların neytrallarının ifrat gərginlikdən mühafizəsi ventil boşaldıcıları və ya ifrat gərginlikli məhdudlaşdırıcılar vasitəsilə yerinə yetirilməlidir.



11.17. 110-500kV gərginlikli şəbəkələrdə operativ əməliyyatlar zamanı və qəza rejimlərində avadanlıqda sənaye tezlikli (50 hs) gərinliyin yüksəlməsi cədvəl 5.3-də göstərilən qiymətlərdən yuxarı olmamalıdır.

Cədvəl 5.3-də surətdə ən böyük işçi faza gərginliyin amplitud hissəsində faza – yer, məxrəcdə isə faza-faza izolyasiyası üçün qiymətlər göstərilib.

Faza-faza izolyasiyası üçün qiymətlər yalnız üçfazalı güc transformatorlarına, şuntlayıcı reaktorlara və elektromaqnit gərginlik transformatorlarına, həmçinin bir çəndə üç qütbün yerləşməsi ilə üçqütblü icrada olan aparatlara aiddir.

5.3 cədvəlində göstərilən iki qiymət arasındakı müddətdə gərginliyin artmasının davamiyyət müddətində (t) gərginliyin buraxılabilən artması bu iki qiymətdən ən böyüyü üçün göstərilən davamiyyət müddətinə bərabərdir. 0,1< t< 0,5san olduqda U1s+0,3 (U0,1s-U1s)-ə bərabər gərginliyin artmasına icazə verilir, burada U1s vəU0,1s- müvafiq olaraq 1və 0,1 san davamiyyət müddətində gərginliyin buraxılabilən artmasıdır. Bu halda aparatlar üçün 1,6; 1,7 və 1,8 qiymətləri yalnız 110, 150 və 220 kV gərginlikli aparatların xarici fazalararası izolyasiyasına aiddir.

Müxtəlif növ avadanlıqlara gərginliyin artmasının eyni vaxtda təsiri zamanı bu avadanlıq növləri üçün normalaşdırılmış ən kiçik qiymət bütövlükdə elektrik qurğusu üçün buraxılabilən qiymət sayılır.

1200 san. davamiyyətli gərginliyin yüksəlməsi sayı 1 il ərzində 50-dən artıq olmamalıdır. 20 san. davamiyyətli gərginliyin yüksəlməsi sayı dövlət standartında elektrik avadanlığının xidmət müddəti və ya xidmət müddəti göstərilməyibsə 25 il ərzində 100-dən artıq olmamalıdır. Bu halda 20 san. davamiyyətli gərginliyin yüksəlməsi sayı 1 il ərzində 15-dən və sutka ərzində 2-dən artıq olmamalıdır.

1200 və 20 san. davamiyyətli iki gərginlik yüksəlməsi arasındakı zaman fasiləsi 1 saatdan az olmamalıdır. Əgər 1200 san. davamiyyətli gərginlik yüksəlməsi 2 dəfə baş veribsə, onda yaxın 24 saat ərzində üçüncü dəfə gərginliyin yüksəlməsinə qəza vəziyyəti zamanı, lakin 4 saatdan tez olmayaraq icazə verilir.

0,1 və 1 san. davamiyyətli gərginliyin yüksəlməsi sayı tənzimlənmir. Həmçinin ventil boşaldıcıları üçün gərginliyin yüksəlməsi sayı tənzimlənmir.

Cədvəl 5.3

110-500 kV gərginlikli elektrik şəbəkələrində avadanlıqlarda sənaye tezlikli



gərginliyin buraxılabilən yüksəlməsi

Avadanlıq

Nominal gərginlik, kV

Təsiretmənin davamiyyət müddətində gərginliyin buraxılabilən yüksəlməsi, san.

1200

20

1

0,1

Güc transformatorları və avtotransformatorlar

110-500

1,10/1,10

1,25/1,25

1,90/1,50

2/1,58

Şuntlayıcı reaktorlar və elektromaqnit gərginlik transformatorları

110-330

1,15/1,15

1,35/1,35

2/1,50

2,10/1,58

500

1,15/1,15

1,35/1,35

2/1,50

2,08/1,58

Kommutasiya aparatları, tutum gərginlik transformatorları, cərəyan transformatorları, rabitə kondensatoru və şin dayaqları

110-500

1,15/1,15

1,60/1,60

1,10/1,10

1,10/1,10

Bütün tipli ventil boşaldıcıları

110-220

1,15

1,35

1,38

-

РВМГ tipli ventil boşaldıcıları

330-500

1,15

1,35

1,38

-

РВМK tipli ventil boşaldıcıları

330-500

1,15

1,35

1,45

-

РВМK-П tipli ventil boşaldıcıları

330-500

1,15

1,35

1,70

-

Qeyri xətti ifrat gərginlik məhdudlaşdırıcıları

110-220

1,39

1,50

1,65

-

330-500

1,26

1,35

1,52

-

Yerli təlimatlarda buraxılabilən qiymətlərdən yuxarı gərginliyin yüksəlməsinin qarşısının alınması üçün 330-500 kV və böyük uzunluqlu 110-220 kV-luq hər bir elektrik verilişi xəttinin qoşulması və açılması üzrə aparılan əməliyyatların qaydası göstərilməlidir. 330-500kV xətlər və ən böyük işçi gərginlikdən 1,1-dən artıq gərginliyin yüksəlməsi mümkün olan 110-220kV xətlər üçün gərginliyin yüksəlməsinə qarşı rele mühafizəsi nəzərdə tutulmalıdır.

Sistemlərdə, o cümlədən xəttin plan üzrə qoşulması zamanı ən böyük işçi gərginlikdən 1,1 dəfə artıq, avtomatik açılmalar zamanı isə 1,4 dəfə artıq gərginliyin artması mümkün olan işəburaxılma sxemlərində gərginliyin artmasını buraxılabilən qiymətlərə qədər və davamiyyət müddətini məhdudlaşdıran avtomatikanın nəzərdə tutulması tövsiyə olunur.



Download 135.69 Kb.
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Download 135.69 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari

Download 135.69 Kb.