Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari




Download 425.5 Kb.
bet22/27
Sana15.03.2017
Hajmi425.5 Kb.
#80
TuriQaydalar
1   ...   19   20   21   22   23   24   25   26   27
12. İşıqlandırma
12.1. İşçi, qəza və təxriyə işıqlandırılması bütün otaqların, iş yerlərinin və açıq ərazinin normalara uyğun səviyyədə işıqlanmasını təmin etməlidir.

Qəza işıqlanması lampaları işçi işıqlanması lampalarından fərqləndirici nişanlarla və ya rənglərlə seçilməlidir. Tüstü borularının və digər uca tikililərin işıqla çəpərlənməsi hündür maneələrin markalanması və işıqla çəpərlənməsi qaydalarına müvafiq olmalıdır.



12.2. Elektrik stansiyaları və yarımstansiyaların baş, mərkəzi və blok idarəetmə lövhələrinin otaqlarında və həmçinin dispetçer məntəqələrində qəza işıqlanması lampaları əsas idarəetmə lövhə panellərinin üz tərəflərinin işıqlanmasını 30 lk-dan az olmayaraq təmin etməlidir; bir-iki lampa qoruyucular və ya avtomatlar vasitəsilə sabit cərəyan şinlərinə birləşdirilməli və gecə-gündüz qoşulu vəziyyətdə qalmalıdır.

12.3. Normal rejimdə qəza və işçi işıqlanması müstəqil olaraq ayrı-ayrı mənbədən qidalanmalıdır. Qidalanma mənbəyi açılanda, elektrik stansiyalarında, yarımstansiyalarda və dispetçer məntəqələrində qəza işıqlanması avtomatik olaraq akkumulyator batareyasına və ya digər müstəqil qida mənbəyinə keçirilməlidir.

Qəza işıqlanması şəbəkəsinə, bu işıqlanmaya aid olmayan və digər yük növlərinin qoşulması qadağandır.

Qəza işıqlanması şəbəkələrində ştepsel rozetkaları olmamalıdır.

Təxliyə işıqlanma çıraqları işçi işıqlanma şəbəkəsindən asılı olmayan şəbəkəyə birləşdirilməlidir. Qida mənbəyi açıldıqda təxliyə işıqlanması akkumlyator batareyasına və ya mühərrik-generator qurğusuna qoşulmalıdır.



12.4. Təmir işıqlanmasının səyyar əl çıraqları gərginliyi 42V-dan, elektik cərəyanı ilə zədələnmə təhlükəsi artanda isə 12 V-dan yüksək olmayan şəbəkədən qidalanmalıdır.

12-42V-luq ştepsel açarları 127-220V gərginlikli rozetkalara uyğun gəlməməlidir. Rozetkaların gərginliyini bildirən yazıları olmalıdır.



12.5. Verilmiş çıraq növləri üçün nəzərdə tutulandan artıq gücə malik lampaların quraşdırılması qadağandır. Çıraqların işıq səpələyicilərinin, ekran və qoruyucu qəfəslərinin çıxarılması qadağandır.

12.6. Elektrik stansiyalarının və yarımstansiyaların daxili, xarici və mühafizə işıqlanma şəbəkələri ayrı-ayrı xətlər üzrə qidalanmalıdır.

Yanacaq anbarı və elektrik stansiyalarının uzaq obyektlərinin işıqlanma şəbəkəsindən başqa, xarici işıqlanma şəbəkəsi və həmçinin mühafizə işıqlanma şəbəkəsi baş və ya mərkəzi idarəetmə lövhəsi yerləşən otaqdan idarə edilməlidir.



12.7. Elektrik stansiyalarının işıqlanma şəbəkəsi gərginliyi lazımi hədlərdə saxlamaq imkanına malik stabilizator və ya ayrı-ayrı transformatorlar vasitəsilə qidalanmalıdır.

Lampalardakı gərginlik nominaldan artıq olmamalıdır. Daxili işıqlanma şəbəkəsinin çox uzaqdakı lampalarında, həmçinin projektor qurğularında gərginliyin azalması nominal gərginliyin 5%-indən, xarici və qəza işıqlanmasının çox uzaqdakı lampalarında və 12-42 V gərginlikli şəbəkədə isə 10%-dən (lüminesent lampalar üçün-7,5 %-dən) artıq olmamalıdır.




Download 425.5 Kb.
1   ...   19   20   21   22   23   24   25   26   27




Download 425.5 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari

Download 425.5 Kb.