ErməNİstanda azərbaycan məNŞƏLİ toponiMLƏRİN İzahli lüĞƏTİ 1




Download 2.08 Mb.
bet3/13
Sana24.03.2017
Hajmi2.08 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

Ermənistan ərazisində skiflərə ( yəni saklara) aid əşyalar 29 arxeoloji abidədə (onların 11-i yaşayış yerləridir), Gürcüstanın Kürlə Alazan çaylararası ərazisində 30 abidədə, Azərbaycanın Kürdən cənubdakı ərazisində isə cəmi 8 abidədə tapılmışdır (bax: 94,139-141). Deməli, indiki Ermənistan ərazisi bütünlüklə Sak çarlığına aid idi. Qeyd etmək lazımdır ki, Ermənistanın şimal-şərqində ermənicə Tanzut, Surb-Naatak, Astxi-Blur, Berdatex, Tmbadir adlanan qalalarda (bu qala adları ermənicəyə tərcümə edilmiş türk dilli adlardır) arxeoloji qazıntılar nəticəsində er.əv.VII-VI əsrlərə aid mədəni təbəqələr aşkar edilmişdir (Погребова М.Н. Закавказье и его связи с Передней Азией в скифское время,  с. 220-221.) Bu göstərir ki, həmin qalalar məhz sakların möhkəmləndirilmiş məskənləri idi. Biz burada Alazan və Kür çaylararası ərazinin indi Gürcüstana məxsus hissəsində və Azərbaycanın Şəki-Zaqatala bölgəsində sakların yaşaması məsələsinə toxunmayacağıq. Təkcə bunu deməklə kifayətlənirik ki, Klavdi Ptolemeyin (II əsr) Albaniyada sadaladığı şəhər və kənd adlarının bir hissəsi məhz indi Gürcüstana aid Kaxetiyada lokalizə olunur. Bunu da nəzərdə tutmaq lazımdır ki, Strabon (Strabon, XI, 3,2) Alazan çayını Albaniyaya aid edir. Strabonun Kürün İberiyadan və Albaniyadan axması məlumatını (Strabon,  XI,I, 5) tədqiqatçılar indiyədək düz təfsir edə bilməmişlər. Bu məlumat indi Gürcüstana mənsub Alazan-Kür çaylararası ərazinin Albaniyaya aid olduğu vaxtdakı vəziyyəti əks etdirir. Odur ki, Alazan-Kür arası ovalıq  mənbələrdə “Alban çölü” adlanırdı. . “Катехинская Тушетия состоит из так называемой Алвани, которая простирается до Катехинского Алазана. Албанские поле в Кахетии одна из плодородных местностей в западной части Кахетии”. (Б.Дорн. Каспий. Спб. 1875, s.336). Gürcüstanda Alpana (Kutais quberniyasının Leçxum qəzasında), Alvani-Sameobi (Tioneti qəzasında), Kür boyunda Zemo-Albani və Kvemo-Albani və başqa toponimlər (133, 11, 13) türk mənşəli albanların oralarda yaşadıqlarını göstərir.  Gürcü mənbələrində albanlara məxsus əyalət kimi göstərilən və Ereti adlanan bu bölgə er.əv. II-I əsrlərdə Kartli tərəfindən tutulmuş, vassal vəziyyətinə salınmış və V əsrdə Gürcüstana birləşdirilmişdir.  Kür və Alazan çay adlarının türk mənşəli olması göstərir ki, bu çayların hövzələrində eradan əvvəl türk mənşəli tayfalar yaşayırdılar.

Yuxarıda sadaladığımız bütün arxeoloji abidələr er.əv. VII-V əsrlərə aiddir.

Antik mənbələrdə Cənubi Qafqazda skiflər barədə məlumatlar Herodotun (er.əv V əsr) skiflərin “nəhəng ordu” ilə Cənubi Qafqaza gəlməsi (Herodot 1, 103-104), Ksenefontun (er.əv. VI-V əsrlər) Arminidə “skiflərin yaşaması” (Ksenefont, Anabazis, VI, 7, 18-19), er.əv. VI-V əsrlərə aid məlumatda Kolxidanın “Skif ölkəsi” adlandırılması (bax: “Вестник древней истории”, 1947, № 1, s. 312 - 313), (Kolxidanın Skif ölkəsi adlandırılması türk mənşəli kimmerlərin Qara dənizin şimal çöllərindən Cənubi Qafqaza Meoti-Kolxida yolu ilə, yəni Qara dənizin şərq sahili boyu gəlməsi (Меликишвили Г.А. К истории древней Грузии. Тбилиси, 1959, с. 9) ilə izah olunur. Rodoslu Apollonun (er.əv.IIIəsr) Kolxidada Skif çarının Aeta (qədim türk mənşəli Ata adının təhrifidir) adlanması (М.Н.Погребова. Закафказье  и его связи с Передей Азией в скифское время,  с.19), albanların yaxınlığında skiflərin yaşaması (Tatsit, Annallar, II, 68), Plininin (Plini, VI, 13, ), Strabonun (Strabon XI, 14,4) və Arrianın (Arrian, II, 84) Kürdən cənubda Sakasin adlı əyalətin yerləşməsi məlumatları ilə bitir. Qədim gürcü mənbələrində Makedoniyalı İsgəndərdən əvvəl Gürcüstanda  xəzər dilində danışılması (bu məlumatda “xəzər” etnonimi adı altında er.əv.VII əsrdə skiflər, yəni saklar nəzərdə tutulur) məlumatı da Gürcüstan ərazisində sakların yaşaması baxımından maraqlıdır. Lakin Ermənistanda və Azərbaycanın Kürdən cənubda ərazisində Sak etnonimi ilə bağlı hökmdar adlarının çəkilməsinə görə Vəsr erməni mənbələrində və Musa Kalankatlının “Alban tarixi”ndə saklar barədə nisbətən ətraflı məlumatlar vardır. Bu barədə aşağıda  danışacağıq.

Cənubi Qafqazda Skif (Sak) problemlərinə toxunmuş tədqiqatçıların söylədikləri mülahizələr isə belədir: İ.M.Dyakonov yazmışdır ki, Cənubi Qafqazda Skif çarlığı olmuşdur (89. 291). O qeyd etmişdir ki, bu çarlıq Kür-Araz çaylararası ovalıqda yerləşirdi (89,250-251). Bu fikir həqiqəti əks etdirir, çünki bu ovalıq A.M.Xazanovun haqlı yazdığı kimi, (Хазанов А.М. Социальная история скифов.М.:1975, s. 219.) köçəri skiflərin maldarlığı üçün sərfəli ərazi idi. İ.M.Dyakonova görə Kürdən cənubdakı Sakasena əyaləti bu çarlığın mərkəzi idi (89. 251). (Lakin İ.M.Dyakonova aydın deyil ki, Strabon müxtəlif ölkələrdə Sakasena adlı üç əyalətin olduğunu yazmışdır, aşağıda bu barədə deyəcəyik). Bu fikir də İ.M.Dyakonova məxsusdur ki, skiflər (sakları nəzərdə tutur) ermənilərin tərkibində etnik komponentlərdən biri olmuşlar  (88. 257). Yenə bu müəllif yazmışdır ki, saklar Azərbaycan ərazisində çarlıq yaratmışlar (88, 174). K.V.Trever yazmışdır ki, saklar sonra Alban tayfa ittifaqına daxil olmuşlar (154, 59).  İ.M.Dyakonovun 1956-cı ildə deyilmiş bu fikirləri sonrakı tədqiqatçıların əsərlərində bir qədər uydurmalar əlavə olunmaqla yalnız təkrarlanmışdır.

Konkret olaraq Ermənistan ərazisində sakların yaşamaları barədə fikirlər də vardır. N.Y. Marr yazmışdır ki. Ermənistanın bir bölgəsində saklar yaşayırdılar (Марр Н.Я. Избр. работы. том V с. 195.). S.T.Yeremyan yazmışdır ki, saklar Kür-Araz ovalığını tutaraq kimmerləri oradan sıxışdırdıqdan sonra Ararat vadisinə, oradan da Urmiya gölü hövzəsinə keçmişlər. (Еремян С.Т. Нашествие киммерцев и скифский племен и борьба Урарту и Ассирии против кочевников . “Историко-филологический журнал”, 1968. № 2. с. 93-94.).Q. Kapansyana görə Hayasa ölkəsinin cənubunda və cənub şərqində hərəkatın başında saklar dururdular (Капанцян Г. Историко-лингвистические работы к начальной истории армян. Древняя Малая Азия. Ереван. 1956. s.150.). B.B.Piotrovskiyə görə Cənubi Qafqazın şərqində və qərbində müxtəlif skif tayfaları yaşayırdı. Bu müəllifə görə Ermənistan ərazisində Urartunun Teyşebani qalasını saklar dağıtmışdılar. Gürcü tarixçisi Q.A.Melikişvili yazmışdır ki, İrəvan və Sevan bölgələrində skif tipli əşyaların tapılması orada kimmerlərin və sakların yaşadıqlarını göstərir (Меликишвили Г.А. К истории древней Грузии, с. 225).

Qədim erməni mənbələrində saklarla bağlı məlumatlar əsasən V əsrə aid qaynaqlarda olduğuna görə, çox hallarda yarıəfsanəvidir. Ermənistan ərazisində Sak çarlığının mövcud olduğu vaxtdan təxminən min il sonraya aid olduqlarına görə, bu mənbələrdə sakların çar adları təhrif olunmuş vəziyyətdədir.

Saklar indiki Ermənistan ərazisini işğal etdikdə Urartulular onlara qarşı qoşun yeritmədilər. Görünür, Urartu çarları az əvvəl kimmerlərlə toqquşmanın Urartulular üçün ağır nəticəsini unutmamışdılar.

Saklar URARTU dövlətinin süqutunu sürətləndirdilər. Bundan istifadə edən Cənubi Azərbaycan ərazisindəki Maday dövləti er.əv. 590-ci ildə Urartu dövlətinin Kiçik Asiyadakı ərazisini işğal etdi . Bu əraziyə şübhəsiz, Armini və Hayasa əyalətləri də daxil idi. Odur ki, Ksenefont (er.əv. Vəsr) “Madaydan asılı Armeni dövləti” ifadəsini işlədir (Ksenefont, II, 4, 2). Bu məlumatda “Armeni dövləti” dedikdə Madayın tabeliyində olan, lakin yerli hakim tərəfindən idarə olunan Armini əyaləti nəzərdə tutulmalıdır. Qeyd edilməlidir ki, Ksenefontun vaxtında bu əyalət artıq Madaya yox, onu əvəz etmiş fars Əhəmənlər dövlətinə daxil idi. Görünür, Əhəmənlər bu əyalətdə Madayın canişinini fars mənşəli hakim ilə əvəz etmişdilər. Strabonun “midiyalılar ermənilərin adətlərinin baniləridir” (Strabon, XI, 13, 9) məlumatında Armini əyalətinin Madaya məxsus olduğu göstərilir. Məhz Madayın Urartu dövlətinin ərazisini işğal etməsi ilə “Urartu”,  yaxud “Biaini” adları (Madayların Urartu dövlətini necə adlandırdıqları məlum deyil) “Armini” adı ilə əvəz olunur və onlardan da Əhəmən sülaləsindən hökmdar I Daranın Büsütun qaya yazısında er.əv. 520-ci ildə “Urartu” nun qarşılığı kimi “Armini” adı öz əksini tapır.

Urartuluların (əslində yuxarıda deyildiyi kimi, Urartu dövlətini yaratmış hurrilərin) dilində yaranmış Armini (Arme əyalətinin adından və həm məkan, həm də mənsubiyyət bildirən “-ini” şəkilçisindən yaranıb,  Urartu dilində “e” və “i” səsləri bir-birini əvəz etdiyinə görə, bu adı həm “Armeni”, həm də “Armeini” kimi oxumaq olar) əyalət adı o vaxt heç də özlərini “hay” adlandıranların etnik adı, yaxud onların kompakt halda yaşadıqları ərazinin adı deyildi.

Sak çarlığı, deyildiyi kimi, Şimali Azərbaycan  və indiki Ermənistan ərazisini əhatə edirdi. Deməli, indiki Ermənistan ərazisində ilk dövlət qurumu qədim türk mənşəli Sak çarlığıdır. “Bibliya”da bu çarlıq “Aşkenaz” adlanır. V əsr erməni tarixçisi Koryonun “Haylar Aşkenazın nəslindəndir” məlumatı da bununla əlaqədardır. Alban tarixçisi Musa Kalankatlı Qriqorinin Ərməniyədə IV əsrin əvvəllərində xristianlığı yaymasından danışdıqda qeyd edir ki, Qriqori “dünyaya gəldikdən sonra xristianlığı yaymaq üçün Aşkenazın nəsillərinin (yəni sakların və hayların - Q.Q.) yanına göndərilmişdi”. (“Alban tarixi”, I kitab, 10-cu fəsil). ”Bibliya”da Yaxın Şərq xalqlarının şəcərəsində Aşkenazın (yəni Skif çarlığının) qardaşı Torqom, Torqom isə Qomerin, yəni kimmerlərin (yəni kəmərlərin) oğlu sayılır. Moisey Xorenasi Torqomu ermənilərin atası adlandırmışdır. Bu yarıəfsanəvi məlumatdan alınan nəticə ondan ibarətdir ki, Ərməniyə türk mənşəli kəmərlərin və sakların ölkəsi hesab edilir.

Ərməniyədə Sak hökmdarlarının hamısının adları məlum deyil. Qədim erməni mənbələrində bu çarların banisi Skaordi “Sak oğlu” (88. 174) adlanır. Əgər hər hansı bir ölkədə çarlıq həmin ölkədə çoxluq təşkil edən etnosun siyasi qurumu kimi yaranırsa, onda belə nəticə alınır ki, Ərməniyədə saklar aparıcı rola malik idilər.

V əsr erməni tarixçisi Moisey Xorenasi ermənilər (yəni özünü ”hay” adlandıranlar) barədə açıq yazır ki, «biz (yəni “hay” lar) kiçik, azsaylı, zəif və çox hallarda özgələrin hakimiyyəti altında yaşayan xalqıq». Bu məlumat göstərir ki, V əsrdə indiki Ermənistan ərazisində ermənilər azlıq təşkil edirdilər. Onların adları türkcə olan yaşayış məntəqələrində yaşamaları da gəlmə olduqlarını göstərir. Qədimdə də belə idi. Məsələn, Moisey Xorenasinin özü “Xorenli Moisey” mənasındadır; deməli, Moisey Xoren (bu məntəqə Taron əyalətində idi) adlı kənddən idi. “Xoren” adı ermənicə Horen toponiminin  təhrifidir. Horen toponimi isə ermənicə tələffüzdə əvvəlinə “h” səsi əlavə olunmaqla qədim türkcə oron “gəliş yeri”, “yaşayış yeri”, “mal-qara üçün üstüaçıq hasarlanmış yer”, “xan tərəfindən təyin olunmuş yer”, “(hərbi) xidmət yeri” sözündən (147, 1,477-478) ibarətdir. Müqayisə üçün demək olar ki, Alban tarixçisi Musa Kalankantlının “Alban tarixi” əsərində Albaniyada bir yaşayış məntəqəsi də Dashoran adlanır. Bu toponim türkcə tas (daş, qaya) və əvvəlinə “h” səs əlavə olunmaqla “oron” sözündən ibarətdir. Qeyd etmək lazımdır ki, Altay dillərində oron həm də “köçəbə”, “oba” mənasındadır (Г.М.Васильевич. Топонимы тунгусского происхождения. “Этнография имен” М.: 1971, с. 167).

V əsrin 40-cı illərində Ərməniyədə Eznik Koqbatsi (“Koqblu Eznik”) adlı bir filosof yaşayırdı.  Koqb (əsli “Kolb”-dur, lakin qədim ermənicə “l” səsi “ğ” səsi ilə verilirdi) mahal adı qədim türk mənşəli “Kuloba” adının ermənicə yazılış formasıdır. VII əsrdə Ərməniyədə Qabriel  Şiqqaratsi adlı həkim yaşayırdı. Bu şəxsin adı isə “Şiqqarlı Qabriel” mənasındadır. Şiqqar Ermənistanda yer adıdır. Bu ad qədim türk dillərindəki  şinq “sıldırım dağ yamacı”, “alınmaz dağ” (126. 626),  “ alınmaz (sıldırım) qaya”  (108, 107) sözlərindən ibarətdir. VII əsrdə yaşamış Anani Şirakatsi “Ərməniyə coğrafiyası” adlı əsərin müəllifidir. Onun Şiraklı olması etnik mənsubiyyətcə erməni (hay) olması demək deyil.

Yuxarıda dedik ki, Ərməniyənin ilk çarları Sak mənşəli hakimlər idi. Moisey Xorenasi er.əv. VII əsrin axırında Ərməniyə hökmdarının adını Paruyr kimi yazmışdır. Müəllif onu skaordi  - “sak nəslindən olan”, “sak oğlu” (88. 174) adlandırır. Ona görə də B.B.Piotrovski yazmışdır ki,  “Paruyr skif mənşəli erməni başçısıdır” (141). Onun bu fikri Moisey Xorenasinin “Skaordi bizim qüdrətli banimizdir” (Moisey Xorenasi, 1 kitab, 23-cü fəsil) məlumatına uyğundur. Lakin, göründüyü kimi,  V əsr erməni müəllifi bunu “sak” yazdığı  halda  B.B.Piotrovski “skif” kimi qeyd edir.

Moisey Xorenasi Paruyru “Ərməniyədə ilk tac qoyan” kimi səciyyələndirir (Moisey Xorenasi, 1 kitab, 21-ci fəsil). Bunula əlaqədar, İ.M.Dyakonov yazır ki, Moisey Xorenasinin əsərində Arminidə Erməni çarlığının yaranmasında hansısa yadellilərlə müttəfiqliyin rolu aydın görünür və bu müttəfiqlik madaylarla əlaqəli idi (88. 194).

Paruyr adı türkcə bar “var”, “özüdür” və ur “varis” ,”övlad” sözlərindən ibarətdir  (addakı “y” işarəsi qədim erməni dilində əlavə olunma səsdir). Bu ad Qara dənizin şimal sahillərində Skif çarı Qnur (Herodot, IV, 76), (türk dillərində qun “knyaz” və un  “oğul”, “varis”, “övlad” sözlərindən,  Türkiyədə Osman Qazinin sərkərdəsi Qunur-Alp, XII əsrdə Gürcüstana gəlmiş Çinli tayfasının başçısı Çin-Bakur (bək və ur sözlərindən) və b. adlarla sıra təşkil edir. Paruyrun etnik mənsubiyyətcə Sak olduğunu göstərən başqa fakt da vardır. Moisey Xorenasi yazır ki. Paruyr Maday çarı Kiaksarın Assuriyanın paytaxtı Nineva şəhərinin tutulmasında iştirak etmişdir. (Moisey Xorenasi. 1 kitab. 21-ci fəsil). Deməli, Paruyr Kiaksarın müttəfiqi idi. Başqa mənbələrdən məlumdur ki, Nineva şəhərinin er.əv. 612-ci ildə tutulmasında Kiaksara  ermənilər (“hay”lar) yox, skiflər (yəni saklar) kömək etmişlər (88, 176). Moisey Xorenasi həmçinin qədim ermənicə yazılışca Hraçeay, Parnuye, Kornak və b. çar adlarını da çəkir (bax aşağıya). Bu adların hamısı qədim türkcədir. Həmin müəllif er.əv. bir Ərməniyə (yəni Sak) çarının adını Slak kimi yazır. Bu ad qədim türkcə es “ağıl” “zəka” sözündədir. Onun haqqında müəllif yazır ki. “doğrusunu deyə bilmirəm, Haykdanmı törənmişdir (yəni etnik mənsubiyyətcə “hay”dır - Q.Q.),  yoxsa ona qədər (yəni “hay”lara qədər - Q.Q.) ölkədəki (yəni Ərməniyədəki -Q.Q.) aborigenlərdən” (Moisey Xorenasi, 1 kitab. 23-cü fəsil). Həmin müəllif er.əv. 1 əsrə aid hadisələrdən danışarkən Ərməniyədə Paskam şəxs adını çəkir. Bu ad qədim türkcədir. V əsr erməni tarixçisi Moisey Xorenasi onun nəslindən Tork adlı bir nəfəri Ərməniyədə Parfiyanın Arşaklar sülaləsindən I Tiridadın eranın I əsrinin ortalarında Ərməniyənin qərbində hakim təyin etdiyini yazdır və onun xarici görünüşünü belə təsvir edir: “Kobud cizgili, hündür boylu, yöndəmsiz, yastı burunlu, batıq gözlü, dəhşətli baxışlı, nəhəng  gövdəli və qüvvətli Tork” (Moisey Xorenasi, II kitab, 8-ci fəsil). Bu,  monqoloid irqli adamın zahiri görünüşün təsviridir.

Qədim ermənicə yazılışda Paskam kimi qeyd edilmiş şəxs adının əsli Bas-Qam (yəni  Baş-Qam, başqa sözlə “Baş şaman”) idi. Midiyada er.əv 521 -ci ildə fars hakimiyyətinə qarşı üsyan etmiş Qaumata (əsli Qam-Ata) və “Kitabi-Dədə Qorqud”da Qamxan şəxs adları ilə Paskam (Baş-Qam) şəxs adı mənaca eynidir.

V əsr müəllifi Favst Buzand Ərməniyədə Sak nəslindən bir hakimin adını qədim ermənicə Pisak kimi yazmışdır (Favst Buzand, II kitab, 20-ci fəsil). Bu şəxs adı qədim türk dillərində pi (bi) “bəy”, “şahzadə”, “başçı” (147, II, 97) və sak, çak “sayıq”, “oyaq”, “huşyar” (93, 480) sözlərindən ibarətdir. Bu adın “sak” hissəsi Parfiyanın Arşaklar sülaləsinin banisi Arşak, X əsrdə Çin Türküstanının Kaşqar əyalətinin hakimi Oğulcak, Səlcuq oğuzlarının əmirlərindən Turşaq, “İqor polku haqqında dastan” da qıpçaq xanı Konçak, Sisakan yepiskopunun adı Matuşaq (Alban tarixi, II kitab, 16-cı fəsil) və b. şəxs adlarında əksini tapmışdır.

Ksenefont (er.əv.Vəsr) Kiçik Asiyanın şərqindən danışdıqda Armini əyalətinin Madaya xərac verməkdən boyun qaçırdığını və müstəqil çarlığa çevrildiyini yazmışdır. Müəllif hökmdarın adını çəkmir, lakin onun oğlanlarının Tiqran və Sabar, ordu başçısının Embas adlandığını qeyd edir. (Ksenefont, Anabazis, I kitab, 24-cü fəsil. 30-cu abzas).

Tiqran şəxs adı ermənicə deyil. İranşünaslar (məsələn, İ.M.Dyakonov Tiqran adını iran mənşəli sayır) bu adı farsca tiğ “ucu şiş”, “iti” (tat dilində indi də ağzı iti metal alətə “tic” deyilir) sözü ilə bağlayırlar, lakin adın “ran” hissəsinin mənasını aça bilmirlər.

Əslində Tiqran şəxs adı türk dillərində tınq “möhkəm”,  “qüvvətli” (bax: 93) və ərən “şücaətli”, “cəsur döyüşçü”, ”mərd oğul”, “qoçaq” (147, I, 291) cözlərinin birləşməsindən ibarət addır  (Vəsrdə yaşamış Ktesiy Midiyada bir çarın adını Artik kimi qeyd edir ki, bu da türkcə  ər “kişi” və tınq sözlərindən ibarətdir). Lakin, görünür, ata-anasının dilində Tiq Ərən kimi səslənmiş adı antik müəlliflər “Tiqran” kimi yazmış, elə də erməni mənbələrinə keçmişdir. Sabar şəxs adı türkcə səbər “təmiz”, “ehtiyatlı”, “qənaətcil”,  “qayda sevən”, “xoşagələn” (143, III, 2, 1993, 1997) sözündədir. Bu ad IX əsrdə türk bulqarlarının  xanı Sevar, X əsrdə Dəyləmin türk hakimi Savar, IX  əsrdə Artsakda Ər-Rub mahalının hakimi Savar və b. şəxs adları ilə eynidir. Sərkərdə Embasın adı isə türkcə em “dərman”, “cadukərlik”, “bacarıqlı”(147. I, 270) və bas “başçı” sözlərindən ibarətdir.

Yuxarıda dedik ki, er.əv. 590-cı ildə Maday (Midiya) Urartu dövlətinə son qoyaraq ərazisini tutmuşdu. Er.əv. 550-ci ildə Madayda hakimiyyət farsların Əhəmən sülaləsinə keçdikdən sonra er.əv. 521-518-ci illər arasında Armini Əhəmənlər dövlətinin 13-cü canişinliyinə daxil edildi. O vaxt indiki Ermənistan ərazisi hələ Ərməniyə adlanmırdı. Ümumiyyətlə, Urartu dövləti və Sak çarlığı vaxtlarında olduğu kimi, er.əv. II əsrə qədər (“Böyük Ərməniyə” yaradılana qədər) indiki Ermənistan ərazisinin necə adlandığı məlum deyil.

Aşağıda gəstərəcəyimiz kimi, Armini canişinliyi əslən Atropatenalı sərkərdə Artaşesin işğalçılığı sayəsində Böyük Ərməniyə yaradılması ilə Kiçik Asiyadakı Armini adı işğal olunmuş ərazilərə, o sıradan indiki Ermənistan ərazisinə şamil olunmuşdur.

Şimali Azərbaycan və indiki Ermənistan ərazisində Sak çarlığının parçalanma vaxtı məlum deyil. Burası aydındır ki, bu çarlığın dağılması nəticəsində er.əv. IV-III əsrlərdə Göycə və Zəngəzur bölgələrində Sisakan (sakların Si sülaləsinin adından və Sak etnonimindən ibarətdir), Kürdən cənubda Sakasin və Kürdən şimalda Alban dövlətləri yaranmışdı. Er.əv. 521 -ci ildə İran Əhəmənlər dövlətinə qarşı üsyan edən ölkələr içərisində Armini əyaləti də vardı. Büsutun qaya yazısında “Armini” adının çəkilməsi də bu hadisə ilə bağlıdır. Üsyan yatırıldıqdan sonra Armini canişinliyə çevrildi. Bununla əlaqədar olaraq bir məsələni də qeyd etmək lazımdır: Büsutun qaya yazısında deyilir ki, Arminidə üsyanın yatırılması Dadarşiş adlı ərməniyə həvalə olunmuşdur. Bu məlumatdan aydın olur ki, üsyan edənlər etnik mənsubiyyətcə ermənilər (“hay”lar) deyildilər, çünki belə halda I Dara üsyanın yatırılmasını ərməniyə (haya) tapşırmazdı. Dadarşiş şəxs adı da ermənicə deyil, bu, təmiz türk dilli ad olmaqla, “Dadar” və türk dillərində çin, şin “igid” sözlərindən ibarətdir.

Əhəmənlər imperiyasının tərkibində Armini XIII canişinliyə daxil idi. Canişinliyi Əhəmən sülaləsindən olan hakimlər idarə edirdilər. Bu hakimlər içərisində qədim yunanca yazılışda adları Oront kimi yazılan şəxslər mühüm yer tuturdular. Er.əv. 401-ci ildə Arminidən keçmiş Ksenefont orada canişinin Oront adlandığını yazmışdır (Ksenefont, Anabazis, II, 4.).O qeyd edir ki, Oront İran şahının kürəkənidir (Ksenefont, III. 5, 17). Antik mənbələrdə er.əv. IV-II əsrlərdə Armini ərazisində çoxlu Oront hökmdar adı məlumdur. Qədim yunanca Oront kimi yazılmış ad V əsr erməni mənbələrində Eruand (Ervand - əvvəlinə ermənicə “y” səsinin əlavəsilə - Yeruand,  yaxud Yervand) kimidir.

Lakin Ksenefontun Kiçik Asiyanın şərqindən keçdikdə canişin Orontun atasının adını Artasur kimi qeyd etməsi   maraqlıdır. Artasur qədim yunan dilində “ç” səsi olmadığına görə Ardaçur adının fonetik forması olmaqla, qədim türk dillərindəki arda “şux”, “oynaq”,  “gümrah”, “itiqaçan”, “cəld” və çur “qüvvətli”, “vüqarlı” , “əzəmətli” (143, IV, 1, 671) sözlərindən ibarətdir. Adın “çur” hissəsinin iştirak etdiyi şəxs adlarına VIII əsrdə Uyğur xaqanlığında Moyonçur, IX əsrdə Ərəb Xilafətində türk sərkərdəsi Manqaçur, XII-XIII əsrlərdə monqollarda Bayançur və b. şəxs adlarını misal göstərmək olar. Qeyd edilməlidir ki, er.əv. 316-cı ildə Atropatenada hökmdarın adını da antik müəllif Orontobat kimi yazmışdır. Nədənsə, erməni tarixçiləri onun adını “Yervantabad “ kimi yazmırlar. Ehtimal ki, Orontobat yerli Orozbat şəxs adının yunan dilində təhrif olunmuş forması olmaqla qədim türk dillərində oraz, oruz, oris “ xoşbəxt nişanə” və bat ”mətin”, “bahadır” (Cingiz xanın nəvəsi Batu xanın adını xatırlayın) sözlərindən ibarətdir.

Oruz (Orus) Azərbaycan tarixində mühüm rol oynamış bir  neçə şəxsin adıdır. Er.əv. 66-cı ildə Roma sərkərdəsi Qney Pompeylə vuruşmuş Alban çarının adı Oroyz (Oruz) idi. V əsrdə Albaniyanın Girdman əyalətinin hakiminin adı da Orus idi. Erməni mənbələrində və Alban tarixçisi Musa Kalankatlının “Alban tarixi” əsərində qədim  ermənicə yazılışda əvvəlinə “h” səsinin əlavə olunması ilə bu ad Hurs kimi, əsərin ruscaya tərcüməsində Xurs kimidir. Azərbaycan tarixçiləri bu adı ruscadan Xurs kimi götürüb əsərlərinə salmışlar. Həmin Orusun (yaxud Oruzun) Daşkəsən r-nun Xaçbulaq kəndinin yaxınlığındakı qəbri XIX əsrdə azərbaycanlı və erməni ailələrinin sitayiş yeri idi. Orusun qəbrinin ziyarətgah olması onun Girdmanda xristian dinini yayması ilə əlaqədardır. “Kitabi-Dədə Qorqud”da Oruz (bu adın “Uruz” kimi oxunması səhvdir) şəxs adı da bu sıradandır. Er.əv. 336-cı ildə Arminidə Əhəmən sülaləsindən Kodoman adlı bir nəfər canişinlik edirdi. Həmin ildən sonra o, er.əv. 331-ci ilə qədər III Dara adı ilə Əhəmənlərdən axırıncı İran şahı olmuşdur.

Er. əv. 331-ci ildə Makedoniyalı İsgəndər ilə İran şahı III Dara arasında döyüşdə Əhəmənlər dövlətinə daxil olan Armini əyalətinin canişini Oront da iştirak edirdi. Məlum olduğu kimi həmin döyüşdə İsgəndər qalib gəlmiş və İran Əhəmənlər dövləti süqut etmişdir. Er.əv. 321-ci ildə İsgəndərin ölümündən sonra Ərməniyədə Orontlar (erməni mənbələrində Eruandlar) sülaləsinin dövləti yarandı və müstəqil çarlığa çevrildi.

İsgəndərin ölümündən sonra onun sərkərdələri imperiyanı parçaladılar. Er.əv.312-ci ildə Ön Asiyanın bir hissəsi və Kiçik Asiya, o cümlədən qədim Armeini sərkərdə Selevkə keçdi və onun adı ilə Selevklər dövləti yarandı.



Orontlar dövlətinin sərhədləri dəqiq  məlum olmasa da, əsas etibarilə indiki Ermənistan ərazisinin qərb hissəsini əhatə edirdi. Məhz əvvəlcə Orontlar dövləti sayəsində Kiçik Asiyanın şərqində yerləşən Armini əyalətinin adı indiki Ermənistan ərazisinə də şamil olundu. Dövlətin paytaxtı əvvəlcə Ararat vadisində er.əv VIII əsrdə Urartu çarı Argiştinin əsasını qoyduğu Argiştihinili (sonrakı Armavir) şəhəri idi. Sonra Eruandlar Zəngiçayın Araza töküldüyü yerdə Eruandaşat adlanan şəhər saldılar (“şad” sözü fars şahlarının saldığı şəhər adları üçün də səciyyəvidir, məsələn, Şah Firuz (459-484) Şad Firuz şəhərini salmışdı). Erməni tarixçiləri bu adın “şad” (ermənicə yazılışda “şat”) hissəsinin farsca olduğunu yazırlar, çünki erməni dilində belə söz yoxdur, bilmirlər ki, fars dilində şad sözü (eynilə Azərbaycan dilində şad “sevinc” “xoş əhval-ruhiyyə”) şumercədir, ikincisi,  şad sözü are dilindəki şahr sözündəndir (48, 30). Er.əv.  III minillikdə şumer dilində farscə “şad” sözü ola bilməzdi, heç olmasa, ona görə ki, onda hələ fars etnosunun özü mövcud deyildi.

Er.əv. 201-ci ildə Selevklər dövlətinin hökmdarı III Antiox Orontlar (erməni mənbələrində Yeruandlar) dövlətinin başçısı Orontu Arminidə və qismən indiki Ermənistan ərazisində hakimiyyətdən kənarlaşdıraraq oranı canişinliyə çevirdi  və əslən midiyalı (o dövr üçün atropatenalı) sərkərdə Artaşesi oraya canişin (strateq) təyin etdi. Bu canişinin adı antik mənbələrdə Artakses kimidir. Adın bu forması “Alban tarixi”ndə də əksini tapmışdır. Bu şəxs adı qədim yunan dilində “ş” səsi olmadığına görə Ərtaş,  yaxud Ar-Taş adının yazılışıdır, “es” sonluğu isə yunan dilində adlıq hal şəkilçisidir (məsələn, Aristotel şəxs adının yunanca “Aristoteles” kimi yazılışı ilə müqayisə edin). Qeyd edilməlidir ki, Strabon onun adını məhz Artaks kimi yazmışdır (Strabon, XI, 14, 5). Adın əslinin Artaş olmasını onun qədim erməni mənbələrində Artaşes kimi yazılışı da göstərir ki, bu da “Artaş” şəxs adından  və yunan dilindəki “-es” adlı hal şəkilçisindən ibarətdir. Deməli, erməni mənbələrində Artaşes kimi yazılmış adın əsli Artaşdır. Bu, təmiz türk mənşəli şəxs adıdır. Ərməniyədə Çinli türk tayfasından (bu barədə aşağıda danışacağıq) çıxmış sərkərdələr içərisində ermənicə yazılışda Artaş kimi  qeyd olunmuş şəxs adları da məlumdur. Məsələn, sərkərdə Manvel Mamiqunun atasının adı Artaşen, oğlunun adı Artaşes idi (Favst Buzand, III kitab, 37-ci fəsil). Qədim türk xalqlarının tarixində Artaş hökmdar adları olmuşdur. Məsələn, XI əsrdə Səlcuq oğuz bəylərindən biri  və XVI əsrdə Özbəkistanda bir xan Ərtaş adlanırdı. Adın “ər” hissəsi qədim türk dillərində  “kişi”, “döyüşçü”, “igid” mənalarında, bir sıra türk hökmdar adlarında (məsələn; Alp-Arslanın kürəkəni Ər-Barsqan, Səlcuq bəylərindən Ər-Toğrul, Ər-Tuğan və b.) əksini tapmışdır. Türklərdə sonu “taş” sözü ilə bitən şəxs adları qədim tarixə malikdir. Hələ er.əv. II minilliyin ortalarında Cənubi Azərbaycan ərazisində yaşamış  və bir müddət Mesopotamiyada hökmdarlıq etmiş qədim türk mənşəli Kas tayfasının çar adları içərisində Kantaş, Karaintaş, Karakardaş, Maruttaş, Kikkiurtaş adları mövcuddur. (Bu barədə bax:13) Antik müəlliflərdən biri er.əv. IV əsrdə Orta Asiyada Makedonyalı İsgəndərə qarşı çıxmış bir hakimin adını Kartazes kimi qeyd etmişdir. (Курций Руф, VII, 7,1). Bu ad şübhəsiz ki, türkcə Kartaş şəxs adının qədim yunan dilində yazılış formasıdır. Erkən orta əsrlərdə Mərkəzi Asiyada Uyğur xaqanlığında hökmdar Kinq-Daş, Xarəzm əyalətinin hökmdarı Altun-Taş (1017-1032), Mahmud Qəznəvinin sərkərdəsi Altun-Taş, XII əsrdə Azərbaycanda, Bəyləqan şəhərində Altun-Taş, həmin əsrdə Orta Asiyada Qara-Kitayların xanı Yeloy-Daş, Səlcuq oğuzlarının sultanı Məlikşahın (1072-1092) əmirlərindən biri Arslan-Taş, 1029-cu ildə ilk dəfə Cənubi Azərbaycana gəlmiş oğuzların başçısı Kök-Taş, Səlcuq oğuzlarının bəylərindən Su-Taş və b. şəxs adları Ərməniyə canişini Artaşın (əsli Ər-Taş) adı ilə sıra təşkil edir. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında adı çəkilən Türktaz şəxs adı da,  fikrimizcə,  əslində Türk-Tas (yaxud Türk-Taş) idi. Ərtaşın (Artaşın) türk mənşəli şəxs adı olması bir də onunla təsdiqlənir ki, birinci, Ərtaş Kiçik Midiyadan, yəni Atropatenadan idi. Erməni müəllifləri ənənəvi surətdə atropatenalıları Mar (Mad, yəni Maday etnoniminin qədim ermənicə yazılışı) adlandırırlar. V əsr erməni tarixçisi Moisey Xorenasi Artaşesin etnik mənsubiyyətcə mar (midiyalı) olduğunu yazmışdır. O yazır ki, Ərməniyə çarı Yeruand “Marların" (yəni atropatenalıların - Q.Q.) ölkəsindən Artaşesin onun üçün təhlükə olduğunu hiss etdiyinə görə səfir vasitəsilə və hədiyyələrlə Pars çarını ələ almaq istəyirdi ki, madaylı Artaşesi tutub ona versin” (Moisey Xorenasi, II kitab, 38-ci fəsil). Məlumatın bu hissəsi doğrudur ki, Artaşes atropatenalı idi. Atropatenalıların isə azərbaycanlıların türk  mənşəli ulu əcdadlarımızdan biri olduğu indi şübhəsizdir. Rus, fars və erməni tarixçilərinin, Azərbaycanda onların dediklərini təkrarlayan İqrar Əliyevin atropatenalıları iran dilli xalq hesab etmələri, ümumiyyətlə, türk xalqlarına və Azərbaycan xalqının türk mənşəli ulu əcdadlarına qarşı çevrilmiş ikrah hissinin təzahürüdür. Lakin gec-tez tarixi həqiqət yerini tutacaqdır. İkinci, Moisey Xorenasinin yazdığına görə Artaşes döyüş vaxtı örkən (arkan) işlədirdi. Döyüşdə uzaqdan düşmənin boğazına salıb sürütmək üçün örkən işlədilməsi qaydası türk xalqlarının bir döyüş üsuludur. Antik müəlliflərin əsərlərində bu döyüş üsulunun türk mənşəli sarmatlarda, hunlarda, basillərdə, alanlarda və b. tətbiqi haqqında məlumatlar vardır. Hələ Herodot (Herodot, IV, 85) Midiyada yaşayan saqartilər içərisində bu döyüş üsulu barədə yazmışdır. İran dilli tayfalarda və ermənilərdə belə döyüş üsulu barədə heç nə məlum deyil. Üçüncü, Moisey Xorenasinin yazdığına görə,  Artaşes Alban çarının qızı Satenikə evlənəndə atası qızın əvəzinə kalım (başlıq) istəmişdi. Qız əvəzinə kalım alınması mənşəcə qədim türk adətidir. Erməni dilində başlıq sözünü ifadə etmək üçün söz yoxdur, deməli, onlarda bu adət də olmamışdır. XIX əsrdə Ermənistandakı ermənilərin toy adətlərində qeyd olunmuş “sutqağan” sözü Azərbaycan dilində “süd” (süd pulu) və “qalan” (kalım sözünün qədim forması “kalan”dır, lakin ermənicə “l” səsi “ğ” səsi ilə ifadə olunduğuna görə “qağan” formasını kəsb etmişdir) sözlərindən ibarətdir.

Selevklər dövlətini Roma  süquta yetirdikdən sonra bu dövlətin tərkibinə daxil olan ölkələr müstəqil oldular. Er.əv. 183-cü ildə Selevklərin Arminidə canişini Ər-Taş (erməni mənbələrində Artaşes) də Arminini müstəqil elan etdi və er. əv. 165-ci ildən başlayaraq ixtiyarındakı ordu ilə işğalçılıq siyasətinə keçərək qonşu dövlətlərdən ərazilər fəth etməyə başladı. Ər-Taş Orodlar (Yervandlar) dövlətinin ərazisinə - indiki Ermənistan ərazisinə yeni ölkələr birləşdirərək Böyük Ərməniyə yaratdı. Bununla da Anadolunun şərqindəki “Armini” əyalətinin adı daha geniş ərazilərə şamil olunan ada çevrildi. Orondun (ermənicə Yervandın) hakimiyyəti illərində “Armina” adının indiki Ermənistan ərazisinə şamil olunduğunu yuxarıda qeyd etmişdik. Artaş dövründə (er.əv. 189-160) isə həm də indiki Ermənistan ərazisini əhatə edən «Böyük Ərməniyə» («Böyük Ermənistan») adı yarandı və bununla ümumiləşdirici “Armini” (“Ərməniyə” mənasında ) anlayışı meydana çıxdı.

Deməli, əvvəlcə Arme əyalətinin köklü hurri dilli və luviya dilli sakinlərinin adı olan “erməni” sözü Balkanlardan gəlmə friqlərin bir qolu Arme əyalətində yerləşdikdən sonra həm də bu qolun adamlarına şamil olunmuş ad idi. «Böyük Ərməniyə»nin yaranması ilə Şərqi Anadoludakı Armini əyalətinin adı indiki Ermənistan ərazisinə şamil olduqdan sonra (qədim gürcülər də Urartu ölkəsinə verdikləri ”Yuxarı ölkə” mənasında “Somxeti” adını sonra indiki Ermənistan ərazisinə şamil etmişdilər) “erməni” adı “ərməniyəli” mənasında həm Ərməniyədə yaşayan, lakin azlıq təşkil edən “hay”lara, həm də er.əv.  VIII və sonrakı əsrlərdə burada məskunlaşmış, həm də çoxluq təşkil etmiş türk tayfaları üçün ümumiləşdirici etnik ada çevrildi. Bunun səbəbi o idi ki, nə Sak çarlığı, nə də Ervandlar dövləti vaxtında Ərməniyədə yaşayan türk dilli tayfalar üçün vahid etnik ad yox idi,  eləcə də  formalaşmamışdı. Yeri gəlmişkən qeyd edək ki, indiki Ermənistan ərazisinin adı kimi “Ərməniyə” adı da XI-XII əsrlərdən sonra unuduldu. Hər halda əsas etibarilə indiki Ermənistan ərazisində yaşamış “Dədə Qorqud” oğuzları bu adı işlətmirdilər. Onun əvəzində “Oğuz eli” adı vardır.

Ar-Taş Ərməniyədə fars mənşəli Yervandların hakimiyyətinə son qoydu. Alban tarixçisi Musa Kalankatlı yazır ki, Artaşes Yervanda hücum edərkən, Yervand Albaniyanın Uti əyalətində idi. “Ordusunu orada saxlayıb Artaşes öz şəhərinə qayıdır. Orada Alban ordusunu yanına dəvət edir. Onlar (yəni Artaşes və albanlar Q.Q) Göycə gölünün yanına gəlir və onların (yəni albanların) köməyi ilə Yervandı qovub Ərməniyəni (indiki Ermənistan ərazisini - Q.Q.) istila edir” (Alban tarixi, I kitab, 9-cu fəsil). Bu məlumatda nə “hay”, nə də “erməni” adı çəkilmir. Məlumatın qiymətli cəhəti budur ki, birinci, Ar-Taş (Artaşes) indiki Ermənistan ərazisini “hay” ların yox, albanların hərbi köməyi ilə ələ keçirmişdir; ikinci, Alban tarixçisinin qeyd etdiyi “Albaniyanın Uti vilayəti” Göycə gölünün hövzəsində idi. Ona görə də erməni tarixçilərinin Yervandın ordusunun Albaniyanın Uti vilayətində olması haqqında ermənicə mənbədə olan məlumata əsasən (onlar bu Uti əyalətini Kürdən cənubda lokalizə edirlər, halbuki, Urartu mənbələrində Göycə bölgəsində Etiuni kimi qeyd olunan bu Uti Albaniya ərazisində - Kür sahilində ola bilməzdi) Kürdən cənubdakı ərazimizin hələ Yervandlar vaxtında Ermənistana məxsus olması fikrinin  qondarma olması  üzə çıxır; üçüncü və ən əhəmiyyətlisi odur ki, deməli,  er.əv. II əsrdə Göycə mahalı albanların ərazisi idi. Bu məlumatdan bir məsələ aydın deyil; Artaşa kömək edən albanlar kimlərdir? Eradan əvvəl mövcud olmuş Alban dövləti Kürdən şimalda yerləşirdi. Lakin albanlar həm də Kürdən cənubda yaşayırdılar (Aşağıda deyəcəyik ki, Strabonun  yazdığına görə Kaspiana albanlara aiddir, halbuki, onun vaxtında Albaniya Kürdən şimalda yerləşən ərazini əhatə edirdi). Şübhəsiz, Kürdən cənubda siyasi qurum vardı, lakin onun necə adlandığı məlum deyil. Görünür, Ar-Taşın Kürdən şimalda Albaniyanı da tutmaq məqsədi vardı. Alban tarixçisi yazır ki, “albanlar bütün dağlı qəbilələri və gürcülərin bir qismi ilə ittifaq yaradıb nəhəng qoşun toplayır və erməni torpağına hücum edirlər. Artakses (Ar-Taş) da öz ordusunu yığır və onlara qarşı çıxaraq Kür qırağında (təəssüf ki, bu məlumatda Kürün hansı hissəsinin nəzərdə tutulduğu bilinmir) düşərgə salır. Ağır döyüş başlanır və Alban çarının  (çarın adı çəkilmir - Q.Q.) oğlu (onun da adı çəkilmir - Q.Q.) Artakseksin əlinə əsir düşür. Çar (yəni Ar-Taş) onun bacısını (yəni əsir düşmüş çar oğlunun bacısını) – Satinik adlı (bu qızın qədim ermənicə yazılışda təhrif olunmuş adı türk dillərindəki sat, şat “cürətli”, “cəsarətli”, “ürəkli”, “qoçaq” və ınak “dost”, “etibarlı adam”, “yaxşı yoldaş” sözlərindən ibarətdir; Orta Asiyada Qaraxanlar dövlətinin banisinin adı Satuk-Buqra xan (901-995-ci illər), XIII əsrin əvvəllərində Azərbaycan hökmdarı Sultan Məhəmməd Xudabəndənin qızının adı Satibeq idi) çar qızını alır və sülh bağlayaraq Ərməniyəyə qayıdır" (Alban tarixi, I kitab, 10-cu fəsil). Məlumatın “Ərməniyəyə qayıdır” ifadəsi göstərir ki, Kürdən cənubdakı ərazi Ərməniyəyə məxsus deyildi.

Ar-Taş Ararat vadisində, Araz çayının sahilində Artaşat şəhəri saldı. (Buradan aydın olur ki, çarın əsl adı həqiqətdə də Ar-Taşdır və adın ”es” sonluğu yunan dilində əlavə olunma şəkilçidir, belə olmasaydı şəhər “Artaşesaşat” adlanardı). Bu şəhərin adı Artaş adından və şad (Yervandaşat şəhərinin adında olduğu kimi)  “şəhər” sözündən ibarətdir.

Oxucu görür ki, “Böyük Ərməniyənin” əsasını heç də etnik mənsubiyyəti “hay” olanlar deyil, Atropatenalı Ar-Taş qoymuşdu. Kənardan «onun-bunun» dediklərini köçürmək əvəzinə mənbələr əsasında beynimizin məhsulunu yazsaq, onda tarixi həqiqətin  belə olduğunu görərik.

Ar-Taşdan  sonra hakimiyyət oğlu Artavaza keçdi. Artavaz (antik müəllif Yuliy Kapitolinin məlumatında bu ad Artabast, Strabonun əsərində Artavast kimidir) adı da qədim türkcə olmaqla arda “şux”, “oynaq”, “itiqaçan”, “cəld” (bax: 147, I, 172-173) və bas (başçı) sözlərindən ibarətdir. Adın yazılışı qədim yunancadır, erməni müəllifləri də onu həmin mənbələrdən götürmüş və elə də əsərlərinə salmışlar. Artabast adının sonunu təşkil edən “t” səsi yunanca artırılmadır. XI əsrə aid gürcü mənbəyində bu ad Artavaz kimidir. (Леонти Мровели. Жизнь царей. Пер. с др. грузинского Г.В.Цулая, М.,1979, s.35 ). Adın ikinci hissəsini təşkil edən “bas” (baş) sözü Ermənistan ərazisində hələ er.əv. V əsrdə Embas sərkərdə adında vardır.Bu adın türkcə mənası haqqında yuxarıda demişik. Qeyd edilməlidir ki, Artavaz (Artabas) şəxs adı Atropatenanın hökmdarları içərisində də vardı. Roma imperatoru Avqustun məlumatında “Midiyalı Artabazın oğlu Ariobarzana Ərməniyəni verdim” ifadəsi vardır (51. 51) Artavazdan sonra oğlu II Tiqran (er. əv. 160-95-ci illər) hökmdar oldu. “Tiqran” şəxs adının türkcə olduğunu yuxarıda demişik. Qədim erməni mənbələrində Tiqranın etnik mənsubiyyətcə erməni (“hay”) olduğu göstərilmir, o yalnız “Ərməniyə çarı” kimi qeyd olunur.

Ərməniyə dövləti məhz II Tiqranın vaxtında daha da genişləndi və Kiçik Asiyadakı qədim Armeni əyaləti də ona qatıldı. II Tiqran Atropatenada da bir müddət hakim oldu və aşağıda deyəcəyimiz  kimi, er.əv. 80-ci illərdə onun Sakasena, Araksena və Kaspiana əyalətlərini Böyük Ərməniyəyə birləşdirdi. Aşağıda bu barədə deyəcəyik. Lakin er.əv. 66-cı ildə Roma ordusu II Tiqranı məğlub etdikdən sonra Böyük Ermənistan dağıldı.

Göründüyü kimi, Böyük Ərməniyəni yaradanlar türk mənşəli sərkərdələr idilər. Böyük dövlət yaratmaq üçün böyük ordu lazım idi. Etnik mənsubiyyətcə Kiçik Asiyadakı Arminidə haylardan belə böyük ordu təşkil oluna bilməzdi. Artaşın sülaləsindən çar II Artavaz (er.əv.55-34) er. əv. 34-cü ildə Roma ordusu tərəfindən məğlub edildi, özü və ailəsi əsir düşdü. Təkcə oğlu II Artaş (II Artaksis) xilas oldu (er.əv. 30-20). Onu III Tiqran  (er.əv. 20-ci illər) və qısa müddətdə III Artavaz əvəz etdikdən sonra sülalə süqut etdi. Eradan əvvəl 20-ci illərdə Atropatena çarı Artavazın oğlu Ariobarzan Sezar tərəfindən Ərməniyəyə hökmdar təyin edildi.

Eramızın I əsrinin 51-ci ilində Parfiya dövlətinin Arşaklar sülaləsindən Vologez (50-76-cı illər) qardaşı Tiridadı (erməni mənbələrində onun adı Trdat kimidir; Tiridad qədim fars dilində - tiri “Merkuri ulduzu” və dad “verilmiş” sözlərindən ibarətdir) Ərməniyəyə hökmdar göndərdi. (Antik müəllif İosif Flavi qeyd edir ki, Vologez Midiyanı qardaşı Pakora, Ərməniyəni qardaşı Tiridada verdi (İosif Flaviy, XIX, 3, 4). Erməni  tarixçisi N.Q.Adons yazmışdır ki, I əsrdə Ərməniyə Parfiyadan asılı vəziyyətdə idi (48, 387). Ona görə ki, bu vaxt artıq Böyük Ərməniyə parçalanmış, indiki Ermənistan ərazisi və Kürdən cənubdakı ərazimiz Parfiyanın, Kiçik Asiyanın Armini əyaləti isə Romanın tabeliyinə keçmişdi. Moisey Xorenasi er.əv. 330-cü ildən sonrakı əsrləri Ərməniyə ərazisində hərc-mərclik dövrü adlandırır və yazır ki, “ona görə Vologez Böyük Arşak Ərməniyəyə asanlıqla daxil olub qardaşı Valarşakı (Tiridadı nəzərdə tutur) erməni ölkəsində çar etdi (I kitab, 31-ci fəsil). Moisey Xorenasi yazır ki, Parfiya hökmdarı Vologez “dövlətinin (yəni Parfiya dövlətinin -Q.Q.) mövqeyi üçün münasib hesab edərək Ərməniyəyə Tiridadı çar təyin etdi” (Moisey Xorenasi, I kitab, 8-ci fəsil). Tiridad Ərməniyəyə ordusu ilə gəlmişdi. Tatsit yazır ki, Tiridad Ərməniyəyə gələndə orada Tiqran adlı hökmdar vardı, Tiridad onu qovdu və 54-75 -ci illərdə çar oldu. (Tatsit, Annallar, XV, 2). Bununla da Ərməniyədə (indiki Ermənistan ərazisində) Parfiyanın Arşaklar sülaləsinin yan qolu hakimiyyəti ələ əldı. Erməni mənbələrində “Arşakuni”adlanan bu sülalə 387-ci ilə qədər Ərməniyədə hökmdarlıq etmişdir. Arşakların Ərməniyədə hakimiyyəti ələ alması ilə orada er.əv. VII əsrdən türk mənşəli hakimlərin hökmdarlığı bitir və onu iran mənşəli hökmdar əvəz edir.

Lakin Ərməniyədə əyalət hakimləri yenə türklər idi. Moisey Xorenasi eranın I əsrində Alban hökmdarı Aranın (Ərənin) Kürdən cənubdakı əraziyə hakim təyin edilməsindən danışarkən qeyd edir ki, Tiridad Ərməniyədə Kanqark (Kəngər), Kolb, Taşir, Quqar və Basen əyalətlərinə də hakimlər təyin etmişdi (II  kitab, 8-ci fəsil). Müəllif həmin hakimlərin adlarını da çəkir. Məsələn, o, Ərməniyənin qərbinə təyin olunan hakimin Tork adlandığını yazır. Moisey Xorenasinin əsərində çəkilən Ərməniyə əyalətlərinin və oralara Tiridad tərəfindən təyin olunmuş şəxslərin adlarının hamısı türkcədir. Alban tarixçisi aydın yazır ki, “həmin Aranın (hökmdar Ərən nəzərdə tutulur -Q.Q.) nəslindən olan məşhur və cəsur ərlərin çoxunu çar Vologez özü hakim təyin etmişdir” (Alban tarixi, I kitab, 5-ci fəsil). Haralara təyin olunmuşlar? Kür-Araz ovalığı artıq Ərənə verildiyinə görə, onun nəslindən olan digər ərlərə yalnız indiki Ermənistan ərazisindən əyalətlər verilə bilərdi. Göründüyü kimi, Ermənistan ərazisində əyalətlər türk mənşəli hakimlər tərəfindən idarə olunurdu. Bu hakimlər isə, şübhəsiz, orada yaşayan türk dilli tayfaların başçıları idilər.

387-ci ildə Ərməniyə Bizansla İran arasında bölüşdürüldü və bundan sonra İrana məxsus Ərməniyədə fars canişinləri hökmdarlıq etməyə başladılar.

Məhz I Tiridad eranın I əsrinin  60-cı illərində Kürdən cənubdakı ərazimizə (deməli, bu ərazi indiki Ermənistanın ərazisi ilə birlikdə Parfiyanın tabeliyində idi), Moisey Xorenasinin "Ərməniyə tarixi" və Alban tarixçisi Musa Kalankatlının “Alban tarixi” əsərlərində deyildiyi kimi, Araz çayından Xunan qalasına (bu qalanın xarabalığı "Torpaqqala" adı ilə Tovuz r-nun ərazisində, Kür çayının sağ sahilində "Xunan düzü" adlı düzənin kənarında indiyədək qalmaqdadır) qədər olan torpağa Sisakanda (sonrakı Zəngəzurda) hakimiyyətdə olan Sisak sülaləsindən (Moisey Xorenasi bu sülaləni  "böyük və adlı-sanlı nəsil"  adlandırır; II kitab, 8-ci fəsil) Ərən (erməni dilində "ə" səsi olmadığına görə  ermənicə yazılışda Aran) adlı bir şəxsi hökmdar təyin etdi («Alban tarixi», I kitab, 5-ci fəsil; Moisey Xorenasi, II kitab, 8-ci fəsil). Alban tarixçisi bu hadisədən danışarkən qeyd edir ki, "Aran (Ərən) Araz çayından başlayaraq Xunan qalasına qədər uzanan  Alban ölkəsinin  düzənliklərini və dağlarını miras olaraq almışdır". Bu məlumatdan aydın olur ki, hökmdar Aranın əcdadları da bu ərazidə  hökmranlıq etmişlər. Həqiqət də belədir, aşağıda bu məsələyə qayıdacığıq. Bununla da Kürdən cənubdakı ərazimizdə "Alban” adlanan yeni (ona görə "yeni" ifadəsini işlədirik ki, antik mənbələrdə adı çəkilən və paytaxtı Qəbələ  şəhəri olan "Alban" dövləti Kürdən Dərbəndə qədərki ərazini əhatə edirdi) dövlət qurumu yaranır.

Burada söhbətimizi dayandırıb  Sisakan barədə qısaca məlumat verək, çünki çar Ərən Sisakandakı hakim sülalədən idi.

Er. əv. VII əsrdə gəlmiş saklar indiki Zəngəzur bölgəsində də məskunlaşmışdılar. Sak çarlığı parçalandıqdan sonra orada yerli sülaləyə mənsub hökmdarların dövlət qurumu yaranmışdı. "Alban tarixi"ndə Sisakan adı (qədim ermənicə yazılışda Sisak forması) I əsr hadisələri ilə əlaqədar çəkilmişdir. Qədim erməni mənbələrində bu ölkə Siuni adlanır ki, bu da "Si" (Si - Sakan adının birinci hissəsi) və Urartu dili mənşəli mənsubiyyət bildirən "-uni" şəkilçisindən ibarətdir. Sisakan adı "Si sakları" mənasındadır. Addakı "Si" sözü Sisakanda hakimiyyətdə olmuş Sak mənşəli sülalənin adıdır. Bu sülalədən olan  hökmdarların hamısının adları məlum deyil. Mənbələrdə Vasak, Andok, Qdixon, Sunbat və b. çar adları vardır. Qədim ermənicə yazılışda təhrifə uğramış bu şəxs adları qədim türkcədir (bax: 13, 166-167). Sisakanın əhalisinin türk mənşəli saklar olması Stepan Orbelianın (XIII əsr) "sisaklar təkcə Suininin yox, həm də albanların əcdadlarıdır, hətta onlara nisbətən daha qədimdir" (Степанос Оребелиан. Из истории рода Сисакан. Azərbaycan EA Tarix İnstitutunun  elmi arxivi, inv.№1274) ifadəsindən aydın görünür.

Sisakların türk dilli olduqlarını göstərən bir fakt da vardır. Alban tarixçisi yazır ki, sisaklar Yafəsin nəslinə mənsubdur. Yafəs dedikdə müəllif ümumi mənada türkləri nəzərdə tutur, çünki o, Yafəsin oğlanları içərisində Qamər (türk kəmərlər, yaxud qamərlər), Maqos (skiflər) və Mada (madaylar) adlarını da çəkir (Alban tarixi, III kitab, I fəsil). Moisey Xorenasi qeyd edir ki, Siuninin hakimləri Hay yox, Sisak sülaləsindəndir (I kitab, 12-ci fəsil).


Katalog: Language

Download 2.08 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13




Download 2.08 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



ErməNİstanda azərbaycan məNŞƏLİ toponiMLƏRİN İzahli lüĞƏTİ 1

Download 2.08 Mb.