• Makromutasiyalar xətası
  • HƏyatin gerçƏK




    Download 1.73 Mb.
    bet28/72
    Sana24.03.2017
    Hajmi1.73 Mb.
    1   ...   24   25   26   27   28   29   30   31   ...   72

    Sıçrayışın “mexanizmi”


    Sıçrayışlı təkamül nəzəriyyəsi canlı populyasiyalarının çox uzun müddət boyu dəyişmədiyini, bir növ “tarazlıq” (equilibrium) vəziyyətində qaldıqlarını qəbul edir. Bu iddiaya əsasən, təkamül xarakterli dəyişikliklər çox qısa zaman intervallarında və çox dar populyasiyalar daxilində baş verir (tarazlıqda durğunluq, yəni “punctuation” baş verir). Populyasiya çox dar olduğu üçün böyük mutasiyalar çox qısa müddət ərzində təbii seçmə yolu ilə seçilir və beləliklə, yeni növ əmələ gəlir.

    Bu nəzəriyyəyə əsasən, məsələn, bir sürünən növü milyon illər boyu heç bir dəyişikliyə uğramadan yaşayır. Ancaq bu sürünən növünün içindən bir şəkildə ayrılan az saydakı bir qrup sürünən səbəbi açıqlana bilməyən bir sıra mutasiyaya məruz qalır. Bu mutasiyaların üstünlük gətirənləri bu kiçik qrup daxilində sürətlə seçilir. Qrup sürətlə təkamül keçirir və qısa müddətdə başqa bir sürünən növünə, hətta bəlkə məməlilərə çevrilir. Bütün bu proses çox sürətli olduğu və kiçik populyasiyada baş verdiyi üçün. çox az fosil izi qalır, bəlkə də heç qalmır.

    Diqqət edilsə, əslində, bu nəzəriyyə “fosil izi buraxmayacaq qədər sürətli bir təkamül prosesi necə təsəvvür edilə bilər?” sualına cavab vermək üçün ortaya atılmışdır. Bu cavabı uydurarkən iki əsas fərziyyə qəbul edilir:


    1. “Makromutasiyaların”, yəni canlıların genetik məlumatında böyük dəyişikliklər əmələ gətirən böyük mutasiyaların canlılara üstün xüsusiyyətlər qazandırdıqları və yeni genetik məlumat əlavə etdikləri fərziyyəsi.

    2. Sayca az olan heyvan populyasiyalarının genetik cəhətdən daha üstün xüsusiyyətlərə malik olduqları fərziyyəsi.

    Lakin hər iki fərziyyə də elmi kəşflərlə açıq şəkildə ziddiyyət təşkil edir.

    Makromutasiyalar xətası


    Sıçrayışlı təkamül nəzəriyyəsi, bir az əvvəl də bildirdiyimiz kimi, yeni növ əmələ gəlməsinə səbəb olan mutasiyaların çox böyük ölçülərdə baş verdiyini və ya bəzi fərdlərin üst-üstə çox mutasiyaya məruz qaldığını fərz edir. Lakin bu fərziyyə genetika elminin bütün müşahidə faktlarına ziddir.

    Əsrin məşhur genetiklərindən R.A.Fişerin təcrübə və müşahidələrə əsaslanaraq ortaya qoyduğu bir qanun bu fərziyyəni açıq şəkildə təkzib edir. Fişer “Təbii seçmənın genetik nəzəriyyəsi” (The genetical theory of natural selection) adlı kitabında “mutasiyanın bir canlı populyasiyasında daimi olmasının mutasiyanın fenotip üzərindəki təsiri ilə tərs mütənasib” olduğunu bildirir.176 Başqa sözlə, bir mutasiya nə qədər böyük olsa da, populyasiyada daimi olma ehtimalı da bir o qədər azalır.

    Bunun səbəbini görmək çətin deyil. Əvvəlki fəsillərdə nəzərdən keçirdiyimiz kimi, mutasiyalar canlıların genetik məlumatında təsadüfi dəyişikliklər əmələ gətirirlər və heç vaxt canlının genetik məlumatını inkişaf etdirən təsirləri yoxdur. Əksinə, mutasiya keçirən fərdlər ciddi xəstəlik və şikəstliyə məruz qalırlar. Ona görə də mutasiya bir fərdə nə qədər çox təsir edirsə, yaşama ehtimalı da bir o qədər az olur.

    Darvinizmin israrlı müdafiəçilərindən Ernst Mayr bu mövzuda belə deyir:

    Mutasiyalar nəticəsində genetik əcaib canlıların əmələ gəlməsi həqiqətən də müşahidə edilən faktdır, lakin bunlar o qədər qəribə canlılardır ki, ancaq “gözlənilməyən əcaib canlılar” kimi tərif edilə bilər. Tarazlıqları o qədər pozulmuşdur ki, tarazlayıcı seçmə mexanizmi yolu ilə seçilməkdən xilas olmaq üçün heç bir imkanları yoxdur... Əslində bir mutasiya fenotipə nə qədər çox təsir edərsə, onun (təbii mühitə olan) uyğunluğunu o qədər azaldır. Bu cür radikal mutasiyanın fərqli uyğunlaşma təmin edəcək yeni bir fenotip əmələ gətirəcəyinə inanmaq bir möcüzəyə inanmaq deməkdir... Bu “gözlənilməyən əcaib canlıya” cütləşəcəyi uyğun cüt tapmaq və bunların populyasiyanın normal fərdlərindən törəyici şəkildə təcrid edilmələri də, məncə, əsla həll edilməyəcək çətinliklərdir.177

    Mutasiyaların təkamül xarakterli inkişafa səbəb olmadığı aydındır və bu həqiqət həm neodarvinizmi, həm də sıçrayışlı təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətə salır. Mutasiya zərərverici mexanizm olduğuna görə, sıçrayışlı təkamül tərəfdarlarının bəhs etdikləri makromutasiyalar canlılara “makro” səviyyədə zərər verərlər. Bəzi təkamülçülər DNT-dəki “tənzimləyici genlərə” (regulatory genes) təsir edən mutasiyalara ümid bağlayırlar. Amma digər mutasiyalara aid olan zərərverici xüsusiyyət bu mutasiyalar üçün də etibarlıdır. Problem mutasiyanın təsadüfi dəyişiklik olmasındadır, genetik məlumat kimi kompleks quruluşda baş verən hər hansı təsadüfi dəyişiklik zərərli nəticələr verir.

    Genetik Leyn Lester və populyasiya genetiki Reymond Bohlin “Bioloji dəyişiklikdə təbii məhdudiyyətlər” (The natural limits to biological change) adlı kitablarında sözügedən mutasiya problemini belə izah edirlər:

    Nəhayət, bu nəticəyə gəlirik ki, hər hansı bir təkamül modelində hər cür genetik variasiyanın mütləq mənşəyi mutasiyadır. Bəziləri kiçik mutasiyaların nəticələrindən narahat olurlar və təkamül yeniliklərinin mənşəyini açıqlamaq üçün makromutasiyalara müraciət edirlər. Qoldsmitin gözlənilən əcaib canlıları həqiqətən də geri qayıtmışdır. Ancaq makromutasiyaların təsir etdiyi populyasiyalar, əslində, həyat uğrunda mübarizədə məğlub olan populyasiyalar olur. Makromutasiyaların kompleksliyin artırılmasını təminedici xüsusiyyətindən (genetik məlumatı dəyişdirmək baxımından) əsər-əlamət yoxdur. Əgər quruluşa təsir edən gen mutasiyaları (kiçik mutasiyalar) lazımi dəyişiklikləri əmələ gətirmək üçün kafi deyillərsə, tənzimləyici genlərə təsir edən mutasiyalar daha əlverişsiz olacaqdır, çünki adaptasiya (uyğunlaşma) təmin etməyən və hətta məhvedici təsirlər əmələ gətirəcəkdir... Bir cəhət olduqca aydındır: mutasiyaların (istər böyük, istərsə də kiçik olsunlar) hədsiz dərəcədə bioloji dəyişiklik əmələ gətirməsi tezisi bir faktdan çox inanc kimi qalmaqda davam edir.178

    Müşahidə və təcrübələr mutasiyaların genetik məlumatı təkmilləşdirmədiyini və canlıları məhv etdiyini göstərir, lakin sıçrayışlı təkamül tərəfdarlarının mutasiyalardan neodarvinistlərdən belə daha böyük “uğurlar” gözləmələri açıq-aşkar əsassızlıqdır.


    Download 1.73 Mb.
    1   ...   24   25   26   27   28   29   30   31   ...   72




    Download 1.73 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    HƏyatin gerçƏK

    Download 1.73 Mb.