• DNT təsadüflərlə açıqlana bilməz
  • HƏyatin gerçƏK




    Download 1.73 Mb.
    bet36/72
    Sana24.03.2017
    Hajmi1.73 Mb.
    1   ...   32   33   34   35   36   37   38   39   ...   72

    DNT molekulunun mənşəyi


    Buraya qədər təhlil etdiklərimizin göstərdiyi kimi, təkamül nəzəriyyəsi molekulyar səviyyədə də çətin vəziyyətdədir. Amin turşularının mənşəyini təkamül nəzəriyyəsi heç cür açıqlaya bilmir. Zülalların mənşəyi isə təkamül baxımından daha böyük problemdir.

    Ancaq problem sadəcə amin turşuları və zülallarla məhdudlaşmır, bunlar sadəcə bir başlanğıcdır. Bunlardan başqa canlı hüceyrəsinin qeyri-adi dərəcədə kompleks quruluşu təkamül baxımından böyük problemdir. Çünki hüceyrə amin turşusundan əmələ gəlmiş zülallardan ibarət bir yığın deyil, insanın indiyə qədər qarşılaşdığı ən kompleks sistemlərdən biridir.

    Canlıların mənşəyini təsadüflərlə açqılamağa cəhd edən təkamül nəzəriyyəsi hüceyrədəki ən əsas molekulların varlığını belə əsaslı izah edə bilmirdi, bir tərəfdən də genetika elmindəki irəliləyişlər və nuklein turşularının, yəni DNT və RNT-nin kəşfi nəzəriyyə üçün daha yeni problemlər doğurdu. 1953-cü ildə Ceyms Vatson və Frensis Krik adlı iki elm adamının tədqiqatları DNT-nin heyranedici kompleks quruluşunu və yaradılışını gün işığına çıxardı.

    Orqanizmdəki 100 trilyon hüceyrənin hər birinin nüvəsində yerləşən DNT adlı molekul insan orqanizminin tam quruluş planını ehtiva edir. Bir insana aid bütün xüsusiyyətlərin məlumatı xarici görünüşündən daxili orqanların formalarına qədər DNT-nin içində xüsusi şifrə sistemi ilə qeyd edilmişdir. DNT-dəki məlumat bu molekulu təşkil edən dörd xüsusi molekulun düzülmə sırası ilə kodlanmışdır. Nukleotid (və ya azotlu əsas) adlandırılan bu molekullar adlarının baş hərfləri olan A, T, Q, S ilə işarə edilirlər. İnsanlar arasındakı bütün fiziki fərqlər bu hərflərin düzülmə ardıcıllıqları arasındakı fərqdən irəli gəlir. Bu, dörd hərfli əlifbadan ibarət bir növ məlumat bankıdır. DNT-dəki hərflərin düzülmə sırası insanın quruluşunu ən incə təfərrüatına qədər müəyyən edir. Boy, göz, saç və dəri rəngi kimi xüsusiyyətlərlə bərabər orqanizmdəki 206 sümüyün, 600 əzələnin, 100 milyard sinir hüceyrəsinin, beyin hüceyrələri arasındakı 1000 trilyon rabitənin, 97.000 km uzunluğundakı damarların və 100 trilyon hüceyrənin planı bir hüceyrənin DNT-sində mövcuddur. Əgər DNT-dəki bu genetik məlumatı kağıza köçürmək istəsək, hər biri təxminən 500 səhifəlik 900 cilddən ibarət nəhəng kitabxana olar. Lakin bu qədər böyük məlumat millimetrin yüzdə biri qədər ölçüdəki hüceyrənin ondan çox kiçik olan nüvəsindəki DNT-sinin genlərində şifrələnmişdir.



    DNT təsadüflərlə açıqlana bilməz


    Burada bir cəhətə diqqət edilməlidir. Bir geni təşkil edən nukleotidlərdə meydana gələn bir düzülüş səhvi o geni tamamilə yararsız hala salır. İnsan bədənində təqribən 30 min gen olduğu nəzərə alınsa, bu genləri təşkil edən milyonlarla nukleotidin düzgün ardıcıllıqla təsadüfən düzülmələrinin tamamilə qeyri-mümkün olduğu məlum olar. Təkamülçü bioloq Frenk Seylsberi bu qeyri-mümkünlüklə bağlı belə deyir:

    Orta ölçüdəki bir zülal molekulu təqribən 300 amin turşusundan təşkil olunmuşdur. Bunu tənzimləyən DNT zəncirində isə təqribən 1000 nukleotid var. Bir DNT zəncirində dörd növ nukleotid olduğu nəzərə alınsa, 1000 nukleotiddən ibarət bir ardıcıllıq 41000 fərqli şəkildə ola bilər. Kiçik bir loqarifm hesablaması ilə əldə edilən bu rəqəm isə ağılın qavrama həddinin çox fövqündədir.265

    41000–də 1 “kiçik bir loqarifm hesablaması” nəticəsində 10600-də 1 deməkdir. Bu say 10-un yanına 600 sıfır əlavə edilməsiylə əldə edilir. 10-un yanında 12 dənə sıfır 1 trilyonu ifadə edir, 600 dənə sıfır əlavə edilərkən əldə edilən rəqəmin qavranması həqiqətən qeyri-mümkündür.

    Nukleotidlərin təsadüfən birləşərək RNT və DNT-ni əmələ gətirmələrinin qeyri-mümkünlüyünü fransız təkamülçü elm adamı Pol Oqer də belə ifadə edir:

    Təsadüfi kimyəvi reaksiyalar nəticəsində nukleotidlər kimi mürəkkəb molekulların əmələ gəlməsilə bağlı, məncə, iki mərhələni bir-birindən fərqləndirməliyik: tək-tək nukleotidlərin hazırlanması (bu bəlkə mümkün ola bilər) və bunların xüsusi ardıcıllıqla bir-birinə bağlanmaları. Məhz bu ikincisi qeyri-mümkündür.266

    Uzun illər molekulyar təkamül nəzəriyyəsini müdafiə edən Frensis Krik belə DNT-ni kəşf etdikdən sonra bu cür kompleks molekulun təsadüfən, öz-özünə təkamül prosesi nəticəsində əmələ gəlməyəcəyini etiraf etmiş və belə demişdir:

    Bu günkü mövcud məlumatlar işığında səmimi bir insan ancaq bunu deyə bilər: həyat möcüzəvi şəkildə ortaya çıxmışdır.267

    Təkamülçü bioloq prof. dr. Əli Dəmirsoy da DNT-nin meydana gəlməsi haqqında bu etirafı etməyə məcbur olmuşdur:

    Bir zülalın və nüvə turşusunun (DNT-RNT) əmələ gəlmə şansı təxminlərin çox fövqündə duran bir ehtimaldır. Hətta müəyyən bir zülal zəncirinin əmələ gəlmə şansı astronomik deyiləcək qədər azdır.268

    Burada çox maraqlı bir paradoks da var: DNT ancaq zülalın tərkibindəki bəzi fermentlərin köməyi ilə köçürülə bilər. Amma bu fermentlərin sintezi də ancaq DNT-dəki məlumatlar əsasında baş verir. Bir-biri ilə əlaqədar olduqlarına görə, köçürülmə prosesi üçün ikisi də eyni anda mövcud olmalıdır. Elmi yazıçı Con Horqan bu dilemmanı belə açıqlayır:

    DNT katalitik zülalların və fermentlərin köməyi olmadan etdiyi işi yeni DNT hazırlamaq da daxil olmaqla edə bilməz. Qısaca desək, DNT olmadan zülallar mövcud olmaz, amma DNT də zülallar olmadığı halda, əmələ gələ bilməz.269

    Bu vəziyyət canlıların təsadüfən əmələ gəlməsi ssenarisini bir daha təkzib edir. Amerikalı kimyaçı prof. Homer Ceykobson bu mövzuda belə deyir:

    İlk canlı meydana gəldiyi zaman çoxalma planlarının, ətraf mühitdən maddə və enerji təmin etmənin, böyümə sırasının, məlumatları böyüməyə çevirən mexanizmlərin hamısına aid əmrlərin o anda və birlikdə olması labüddür. Bunların hamısının kombinasiyası təsadüfən baş verə bilməz.270

    Prof. Ceykobson bu ifadələri Ceyms Vatson və Frensis Krik tərəfindən DNT-nin quruluşunun müəyyən edilməsindən iki il sonra yazmışdı. Ancaq elmdəki bütün irəliləyişlərə baxmayaraq, bu problem təkamülçülər üçün hələ də həllini tapmamışdır. Bu səbəbdən, alman biokimyaçı Duqlas R.Hofstadter belə deyir:

    Necə oldu ki, genetik məlumat onu şərh edən mexanizmlərlə (ribosomlar və RNT molekulları ilə) birlikdə ortaya çıxdı? Bu sual qarşısında özümüzü cavabla deyil, heyranlıq və təəccüb hissləri ilə qane etməliyik.271

    San Diyeqo Kaliforniya Universitetindən Stenli Millerin və Frensis Krikin həmkarı olan məşhur təkamülçü dr. Lesli Orqel isə 1994-cü il tarixli bir məqaləsində həmin həqiqət qarşısında belə deyir:

    Olduqca kompleks quruluşa malik olan zülalların və nuklein turşularının (RNT və DNT) eyni yerdə və eyni zamanda təsadüfən əmələ gəlmələri həddindən artıq ehtimaldan kənardır. Amma bunların biri olmadan digərini əldə etmək də mümkün deyil. Ona görə, insan həyatın kimyəvi yollarla meydana gəlməsinin əsla mümkün olmadığı nəticəsinə gəlmək məcburiyyətindədir.272

    Bütün bunlarla bərabər nəinki müəyyən informasiya ardıcıllığına malik olan DNT, RNT kimi nuklein turşularının təsadüflər nəticəsində əmələ gəlməsi, onları əmələ gətirən nukleotidlərdən tək birinin belə təsadüflər nəticəsində meydana gəlməsi və ibtidai dünya şərtləri daxilində mövcud olması kimyəvi cəhətdən mümkün deyil. Təkamülçü səpkidə fəaliyyət göstərən məşhur elmi jurnal “Scientific american”da dərc edilmiş bu sətirlər təkamülçülərin bu mövzu ilə bağlı etiraflarını ifadə edir:

    İbtidai dünya şərtlərinin təqlid edildiyi həqiqi təcrübələrdə ən sadə molekullar belə az miqdarda əldə edilmişdir. Daha pisi budur ki, bu molekullar əsasən üzvi molekulların ikinci dərəcəli tərkib hissələridir. Normal halda daha mürəkkəb üzvi qarışıqları əmələ gətirən geokimyəvi reaksiyalar nəticəsində onların necə ayrıldığı və saflaşdığı hələ də problem olaraq durur. Daha kompleks molekullarda vəziyyət daha da çətinləşir. Xüsusilə nukleotidlərin tamamilə geokimyəvi mənşəyi qarşımıza böyük çətinliklər çıxarır.273

    Buraya qədər bəhs edilənlərdən də göründüyü kimi, həyatın kimyəvi yollarla meydana gəlməsi əsla mümkün olmadığına görə həyatı sonsuz qüdrət sahibi Allahın yaratdığı açıq-aşkar üzə çıxır. Təkamülçülərin əsrin əvvəllərindən bəri bəhs etdikləri “kimyəvi təkamül” əsla baş verməmiş bir nağıldır.

    Amma bir çox təkamülçü bu və buna bənzər elmdənkənar nağıllara həqiqət kimi inanırlar. Çünki canlıların yaradıldığını qəbul etmək bütün canlılara hakim olan Uca Allahın varlığını qəbul etmək deməkdir. Onlar isə özlərini bu həqiqəti qəbul etməmək üçün şərtləndirmişlər. Maykl Denton “Təkamül: Böhran içində nəzəriyyə” (Evolution: A theory in crisis) adlı kitabında bu qəribə vəziyyəti belə təsvir edir:

    Ali canlıların genetik proqramlarının quruluşu milyardlarla bit (kompyuter informasiya vahidi) informasiyaya və ya 1000 cildlik kiçik kitabxananın içindəki bütün hərflərin düzülməsinə bərabərdir. Bu cür kompleks orqanizmləri əmələ gətirən trilyonlarla hüceyrənin inkişafını müəyyən edən, əmr edən və nəzarət edən saysız-hesabsız mürəkkəb funksiyanın tamamilə təsadüfə əsaslanan proses nəticəsində əmələ gəldiyini iddia etmək isə insan ağlına təcavüzdür. Ancaq bir darvinist bu düşüncəni heç şübhə etmədən qəbul edər!274




    Download 1.73 Mb.
    1   ...   32   33   34   35   36   37   38   39   ...   72




    Download 1.73 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    HƏyatin gerçƏK

    Download 1.73 Mb.