“RNT dünyası” tezisinin əsassızlığı




Download 1.73 Mb.
bet37/72
Sana24.03.2017
Hajmi1.73 Mb.
1   ...   33   34   35   36   37   38   39   40   ...   72

“RNT dünyası” tezisinin əsassızlığı


70-ci illərdə ibtidai dünya atmosferinin tərkibində olan qazların amin turşusu sintezini qeyri-mümkün etdiyinin məlum olması kimyəvi təkamül nəzəriyyəsinə böyük zərbə oldu. Stenli Miller, Sidney Foks, Siril Ponnamperuma kimi təkamülçülərin illər boyu keçirdiyi “ibtidai atmosfer təcrübələrinin” hamısının əsassız olduğu məlum oldu. Bu səbəbdən, 80-ci illərdə başqa təkamülçü axtarışlar başladı. Bunun nəticəsində əvvəlcə, zülalların deyil, zülallar haqqında məlumat daşıyan RNT molekulunun əmələ gəldiyini irəli sürən “RNT dünyası” ssenarisi ortaya atıldı.

1986-cı ildə harvardlı kimyaçı Volter Cilbert tərəfindən ortaya atılan bu ssenariyə əsasən, bundan milyard illər əvvəl necə olubsa, öz-özünü köçürə bilən RNT molekulu təsadüfən əmələ gəlib. Sonra bu RNT molekulu ətraf mühitin şərtlərinin təsiri ilə birdən-birə zülallar hazırlamağa başladı. Daha sonra məlumatları ikinci molekulda saxlamaq ehtiyacı yaranmış və necə olubsa, DNT molekulu meydana gəlib.

Hər mərhələsi ayrı-ayrı qeyri-mümkünlüklər zənciri olan bu ssenari həyatın başlanğıcını izah etmək əvəzinə problemi daha da böyütmüş, bir çox cavabsız sualı gündəmə gətirmişdir:

1- Hələ RNT-ni təşkil edən nukleotidlərin bir dənəsinin belə əmələ gəlməsi əsla təsadüflərlə izah edilə bilmir, görəsən, xəyali nukleotidlər necə uyğun ardıcıllıqla düzülərək RNT-ni əmələ gətiriblər? Təkamülçü bioloq Con Horqan RNT-nin təsadüfən əmələ gəlməsinin qeyri-mümkünlüyünü belə qəbul edir:

Tədqiqatçılar RNT-ni hərtərəfli şəkildə araşdırdıqca getdikcə daha artıq problem üzə çıxır. RNT ilk dəfə necə əmələ gəlib? RNT və onun tərkib hissələrinin laboratoriyada ən yaxşı şərtlər daxilində sintezlənməsi belə olduqca çətin ikən o, prebiotik (həyatdan əvvəlki) mühitdə necə əmələ gəlib?275

2- Təsadüfən əmələ gəldiyini fərz etsək belə, ancaq bir nukleotid zəncirindən ibarət olan bu RNT hansı şüurla özünü köçürməyə qərar vermiş və nə cür mexanizmlə bu köçürməni bacarmışdır? Özünü köçürərkən istifadə etdiyi nukleotidləri haradan tapmışdı? Təkamülçü mikrobioloqlar Cerald Coys və Lesli Orcel vəziyyətin çıxılmaz olduğunu belə ifadə edirlər:

Mübahisə içindən çıxılmaz vəziyyətə çevrilir: mürəkkəb bir polinukleotid şorbasından çıxıb birdən-birə özünü köçürə bilən xəyali RNT əfsanəsi... Bu anlayış ancaq bu günkü prebiotik kimya anlayışımıza əsasən həqiqətdənkənar olmaqla yanaşı, eyni zamanda RNT-nin özünü köçürə bilən bir molekul olması kimi həddindən artıq pozitiv fikri də əsassız edir.276

3- Əgər ibtidadi dünyada özünü köçürən RNT əmələ gəldiyini və həmin mühitdə RNT-nin istifadə edəcəyi hər cür amin turşusundan saysız-hesabsız miqdarda olduğunu fərz etsək və bütün bu qeyri-mümkünlüklərin bir yolla həyata keçdiyini düşünsək belə, bu vəziyyət yenə bir zülal molekulunun əmələ gəlməsi üçün kifayət deyil. Çünki RNT təkcə zülalın quruluşu ilə əlaqədar məlumatdır. Amin turşuları isə xam maddədir. Ancaq ortada zülal əmələ gətirən “mexanizm” yoxdur. RNT-nin varlığını zülalın əmələ gəlməsi üçün kafi hesab etmək bir avtomobilin kağız üzərində çəkilmiş çertyojunu o avtomobili təşkil edən minlərlə hissənin üzərinə atıb sonra avtomobilin öz-özünə montaj olunaraq əmələ gəlməsini gözləməklə eyni dərəcədə mənasızdır.

Bir zülal hüceyrə içindəki olduqca kompleks proseslər nəticəsində bir çox fermentin köməyi ilə ribosom adlanan orqanoiddə hazırlanır. Ribosom isə zülallardan ibarət mürəkkəb hüceyrə orqanoididir. Ona görə, bu vəziyyət ribosomun da eyni anda təsadüfən meydana gəlməsi kimi ehtimaldan kənar fərziyyəni doğurur. Təkamül nəzəriyyəsinin və ateizmin məşhur tərəfdarlarından biri olan Nobel mükafatına layiq görülmüş Jak Monod da zülalın sintezlənməsini sadəcə nuklein turşularındakı məlumata reduksiya edilməsinin mümkün olmadığını bu şəkildə açıqlayır:

Şifrə (DNT və ya RNT-dəki məlumat) ötürülmədikcə mənası yoxdur. Dövrümüzdə hüceyrədəki şifrə ötürmə mexanizmi ən az 50 makromolekulyar hissədən ibarətdir ki, bunların özləri də DNT-də şifrələnmişdirlər. Şifrə bu hissələr olmadan ötürülə bilməz. Bu dövranın bitməsi nə vaxt və necə baş vermişdir? Bunu təsəvvür etmək belə həddindən artıq çətindir.277

İbtidai dünyadakı bir RNT zənciri hansı iradə ilə bu cür qərar vermiş və hansı metodlardan istifadə edərək 50 xüsusi hissənin işini təkbaşına edərək zülalı əmələ gətirmişdir? Təkamülçülər bu suallara heç bir cavab vermirlər. Məşhur “Təbiət” elmi jurnalında (Nature) dərc olunmuş bir məqalədə də “özünün surətini köçürən RNT” anlayışının tamamilə təxəyyül məhsulu olduğu, əslində heç bir təcrübədə bu cür RNT-nin əldə edilmədiyi bildirilir:

Maynard Smit və Szatmeri: “DNT-nin surətinin köçürülməsində baş verməsi ehtimalı o qədər çoxdur ki, bir gendəki bir DNT hissəsinin düzgün köçürülməsini təmin edən ferment zülallarının əvvəlcədən mövcud olmasına ehtiyac var”, -deyirlər. Bu təqdirdə hələ də məlum olan məlumat və ferment funksiyası daşıyan RNT müəllifləri bunu deməyə məcbur edir: “İlk RNT molekulları öz-özlərinn surətini köçürmək üçün polimerləşdirici zülal fermentinə ehtiyac hiss etməyiblər, öz-özlərinin surətini köçürüblər”. Bu, bir həqiqətdir yoxsa gözləmə? Əsasən bütün bioloqlar üçün bunu bildirməyin açıqlayıcı olduğunu düşünürəm: süni şəkildə sintezlənmiş katrilyonlarla (1024) təsadüfi RNT zənciri arasından bir dənə də özünün surətini köçürən (self-replicating) RNT çıxmamışdır.278

Dr. Lesli Orcel “həyatın RNT dünyası ilə başlaması” ehtimalını “ssenari” adlandırır. Orcel bu RNT-nin hansı xüsusiyyətləri daşımalı olduğunu və bunun qeyri-mümkünlüyünü “Scientific american” jurnalının 1994-cü il, oktyabr sayındakı “Yer üzündə həyatın mənşəyi” (The origin of life on the earth) adlı məqalədə belə ifadə edir:

Bu ssenarinin həyata keçməsi üçün ibtidai dünyadakı RNT iki xüsusiyyəti daşımalıdır: zülallar olmadan özünün surətini köçürmə xüsusiyyəti və zülal sintezinin hər mərhələsini həyata keçirmə xüsusiyyəti.279

Açıq şəkildə başa düşüldüyü kimi, Orcelin “olmadan olmaz” şərtini qoyduğu bu iki kompleks funksiyanı RNT kimi molekuldan gözləmək elmi düşüncəyə ziddir. Konkret elmi faktlar həyatın təsadüfən əmələ gəlməsi iddiasının yeni versiyası olan “RNT dünyası” tezisinin qeyri-mümkün ssenari olduğunu ortaya qoyur.

Con Horqan da “Elmin sonu” (The end of science) adlı kitabında sonradan əsassızlığı sübut edilmiş məşhur Miller eksperimentini həyata keçirən Stenli Millerin son dövrlərdə irəli sürülən həyatın mənşəyi haqqındakı nəzəriyyələrin olduqca mənasız və alçaldan tərzini bu cür izah edir:

İlk təcrübəsindən təqribən 40 il sonra Miller mənə həyatın mənşəyi tapmacasının cavabını tapmağın özünün və ya başqa hər hansı birinin düşündüyündən daha çətin olduğunu dedi... Millerin “mənasız” və ya “kağız üzərində kimya” adlandırdığı həyatın mənşəyi ilə bağlı yeni tezislərdən heç təsirlənmədiyi görünür. Bəzi hipotezləri o qədər alçaldan tərzdə davrandı ki, onlarla bağlı fikirlərini soruşduqda başını yellədi, ah çəkdi və güldü, sanki bəşəriyyətin axmaqlığını anlayırmış kimi... Stüart Kauffmanın avtokataliz nəzəriyyəsi də bu kateqoriyaya daxildir. Miller: “Kompyuterdə düsturlar hesablamaq təcrübə demək deyil”, -deyə cavab verdi. Miller elm adamlarının həyatın harada və nə vaxt başladığını qətiyyən bilməyəcəklərini də təsdiqlədi.280

Miller kimi həyatın mənşəyini təkamül baxımından izah etmək üçün ilk dəfə cəhd göstərənlərdən olmuş ən coşğun təkamül tərəfdarlarının belə təkamül haqqında bu qədər ümidsiz ifadələri nəzəriyyənin düşdüyü çarəsiz vəziyyəti açıq şəkildə əks etdirir.




Download 1.73 Mb.
1   ...   33   34   35   36   37   38   39   40   ...   72




Download 1.73 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



“RNT dünyası” tezisinin əsassızlığı

Download 1.73 Mb.