Halbuki bu məsələdə də təkamülçülər yanılırlar




Download 1.73 Mb.
bet43/72
Sana24.03.2017
Hajmi1.73 Mb.
1   ...   39   40   41   42   43   44   45   46   ...   72

Halbuki bu məsələdə də təkamülçülər yanılırlar.


Antibiotiklər bəzi mikroorqanizmlər tərəfindən digər mikroorqanizmlərə qarşı mübarizə aparmaq üçün hazırlanan “öldürücü molekullardır”. İlk antibiotik 1928-ci ildə Aleksandr Fleminq tərəfindən kəşf edilən penisilindir. Fleminq kif göbələyinin stafilakokk (Staphylococcus) bakteriyasını öldürən molekul hazırladığını aşkar etmiş və bu kəşf tibb dünyasında yeni cığır açmışdır. Mikroorqanizmlərdən götürülən antibiotiklər müxtəlif bakteriyalara qarşı istifadə edilmiş və uğurlu nəticələr əldə edilmişdir. Ancaq bir müddət sonra məlum olmuşdur ki, bakteriyalar antibiotiklərə qarşı zaman ərzində immunitet qazanırlar. Bunun mexanizmi isə belə işləyir: antibiotikə məruz qalan bakteriyaların böyük hissəsi ölür, amma bəziləri bu antibiotikdən təsirlənmir və bunlar sürətlə çoxalaraq bütöv populyasiya əmələ gətirirlər. Beləliklə, bütün populyasiya antibiotikə qarşı müqavimətlı olur.

Təkamülçülər isə bu faktı “bakteriyaların şərtlərə uyğunlaşaraq təkamül keçirməsi” kimi göstərməyə cəhd edirlər.

Halbuki məsələ bu səthi təkamülçü dəyərləndirmədən çox fərqlidir. Bu mövzuda ən ətraflı elmi fəaliyyət göstərən şəxslərdən biri 1997-ci ildə nəşr olunmuş “Təsadüfən deyil” (Not by chance) adlı kitabı ilə tanınan israilli biofizik prof. Li Spetnerdir. Spetner bakteriya immunitetinin iki fərqli mexanizmlə təmin edildiyini, amma bunların ikisinin də təkamül nəzəriyyəsinə heç bir dəlil olmadığını izah edir. Bu iki mexanizm:


  1. Bakteriyalarda əvvəlcədən mövcud olan müqavimət genlərinin ötürülməsi və

  2. Mutasiya nəticəsində genetik məlumat itkisinə uğrayan bakteriyaların antibiotikə qarşı müqavimət qazanmasıdır.

Spetner 2001-ci il tarixli bir məqaləsində ilk mexanizmi belə izah edir:

Bəzi mikroorqanizmlər antibiotiklərə müqavimət göstərən genlərə malikdirlər. Bu immunitet antibiotik molekulunun formasını pozma və ya onu hüceyrədən kənara atma sayəsində baş verir. Bu genlərə malik olan orqanizmlər bunu digər bakteriyalara ötürərək onlara da immunitet qazandıra bilirlər. İmmunitet mexanizmi müəyyən antibiotikə istiqamətlənsə də, bir çox patogenik bakteriya fərqli gen dəstləri qazanır.307

Prof. Spetner bunun “təkamülə dəlil” olmadığını isə belə açıqlayır:

Antibiotikə qarşı müqavimətin bu şəkildə əldə edilməsi... təkamül üçün dəlil təşkil etməsi gözlənilən mutasiyalar üçün nümunə deyil. Nəzəriyyəyə (təkamül) dəlil göstərilən mutasiyalar bakteriyanın genomuna məlumat əlavə edən genetik dəyişikliklər deyil, bu dəyişikliklər eyni zamanda bütün biokosma (bioloji aləmə) məlumat əlavə etməlidir. Genlərin üfüqi ötürülməsi ancaq bəzi növlərdə mövcud olan məlumatı yayır.308

Yəni təkamül yoxdur, çünki yeni genetik məlumat ortaya çıxmır, sadəcə əvvəlcədən mövcud olan bir genetik məlumat bakteriyalar arasında ötürülür.

İmmunitetin ikinci növü, yəni mutasiya nəticəsində üzə çıxan immunitet də təkamülə dəlil deyil. Spetner bu mövzunu belə açıqlayır:

Bəzən də bir mikroorqanizm bircə nukleotidin (DNT pilləsinin) təsadüfən yerini dəyişdirməsi nəticəsində antibiotikə qarşı immunitet qazanır... Məsələn, ilk dəfə Uoksman və Albert Şatz tərəfindən kəşf edilən, 1944-cü ildə xəbər verilən Streptomisin (Streptomycin) bakteriyaların bu yolla immunitet qazandığı bir bakteriyadır. Amma keçirdikləri mutasiya Streptomisin üçün yararlı olsa da, yenə də bu neo-darvinist nəzəriyyənin ehtiyacı olan mutasiya növü deyil. Streptomisinə immunitet qazandıran mutasiyanın təsiri ribosomda ortaya çıxır və bu mutasiya antibiotik molekulu ilə ribosom arasındakı molekulyar cütləşməni pozur.309

Spetner bu hadisəni “Təsadüfən deyil” (Not by chance) adlı kitabında qıfıl-açar əlaqəsinin pozulmasına bənzədir. Streptomisin bir qıfıla tamamilə uyğun gələn bir açar kimi bakteriyaların ribosomuna yapışır və bu ribosomu təsirsiz hala salır. Mutasiya isə ribosomun formasını pozur və bu təqdirdə Streptomisin ribosoma yapışa bilmir. Bu, “bakteriya streptomisinə qarşı immunitet qazandı” kimi izah edilsə də, əslində bakteriya üçün qazanc deyil, itkidir. Spetner sözünə belə davam edir:

Məlum olur ki, (ribosomun quruluşundakı) bu pozulma bir xüsusiyyətin azalması, yəni bir məlumat itkisidir. İş də burasındadır ki, (təkamül) bu cür mutasiyalarla baş vermir, bu mutasiyalar nə qədər çox olsa da. Təkamülün xüsusiyyəti azaldan mutasiyalarla baş verməsi mümkün deyil...310

Mövzunun xülasəsi belədir: bakteriyanın ribosomuna təsir edən bir mutasiya bu bakteriyanı streptomisinə qarşı müqavimətli edir. Amma bunun səbəbi mutasiyanın ribosomu “pozmasıdır”. Yəni bakteriyaya genetik məlumat əlavə edilmir. Əksinə, ribosomun forması pozulur, əslində bir növ bakteriya “şikəst” olur. (Belə ki, bu mutasiyanı keçirən bakteriyaların ribosomunun normal bakteriyalara nisbətən daha faydasız olduğu müəyyən edilmişdir). Bu “şikəstlik” ribosoma yapışacaq quruluşa malik olan antibiotikə mane olduğu üçün “antibiotikə qarşı müqavimət” əmələ gəlir.

Nəticədə ortaya “genetik məlumatı təkmilləşdirən” mutasiya nümunəsi çıxmır. Antibiotikə qarşı müqaviməti təkamülə dəlil kimi göstərmək istəyən təkamülçülər mövzunu çox səthi şəkildə dəyərləndirir və yanılırlar.

Eyni vəziyyət DDT və buna bənzər kimyəvi maddələrə qarşı həşəratlarda əmələ gələn immunitetə də aiddir. Bu immunitet nümunələrinin çoxunda əvvəlcədən mövcud olan immunitet genlərindən istifadə edilir. Təkamülçü bioloq Fransisko Ayala: “Həşərat zəhərlərinin ən təsirli növlərinə qarşı immunitet bu süni maddələr həşəratlara tətbiq edildikdə o həşərat növünün müxtəlif genetik variasiyalarında açıq şəkildə mövcud idi”, -deyərək bu həqiqəti qəbul edir.311 Mutasiya ilə açıqlanan digər bəzi nümunələr isə eynilə yuxarıda izah edilən ribosom mutasiyasında olduğu kimi həşəratlarda “genetik məlumat itkisinə” yol açan faktlardır.

Bu halda, bakteriya və həşəratlarda immunitet mexanizmlərinn təkamül nəzəriyyəsinə dəlil olduğu irəli sürülə bilməz. Çünki təkamül nəzəriyyəsi canlıların mutasiyalar yolu ilə inkişaf etdiyi iddiasına əsaslanır. Spetner nə antibiotikə qarşı immunitetin, nə də başqa bioloji faktın bu cür mutasiyaya nümunə olmadığını belə açıqlanır:

Makrotəkamülün ehtiyacı olan mutasiyalar heç vaxt müşahidə edilməmişdir. Neodarvinist nəzəriyyənin ehtiyacı olan təsadüfi mutasiyaları təmsil edən, molekulyar səviyyədə təhlil edilmiş heç bir mutasiyanın genetik məlumat əlavə etdiyi müşahidə edilməmişdir. Sual: “müşahidə edilmiş mutasiyalar nəzəriyyəyə dəlil olan mutasiyalardır?” Cavab: “Xeyr”.312


Download 1.73 Mb.
1   ...   39   40   41   42   43   44   45   46   ...   72




Download 1.73 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Halbuki bu məsələdə də təkamülçülər yanılırlar

Download 1.73 Mb.