• Görmə prosesinin kimyəvi strukturu
  • "İbtidai gözün" sadələşdirilməz quruluşu




    Download 1.73 Mb.
    bet50/72
    Sana24.03.2017
    Hajmi1.73 Mb.
    1   ...   46   47   48   49   50   51   52   53   ...   72

    "İbtidai gözün" sadələşdirilməz quruluşu


    Darvinin “ibtidai göz” kimi bəhs etdiyi orqanlar da əsla təsadüflərlə açıqlana bilməyən kompleks və sadələşdirilməz quruluşa malikdirlər. Ən sadə formalı belə olsa, “görmənin” əmələ gəlməsi üçün bir canlının bəzi hüceyrələri işığa həssas olmalı, bu həssaslığı elektrik siqnallarına çevirən qabiliyyətə malik olmalı, bu hüceyrələrdən beyinə gedən xüsusi sinir şəbəkəsi əmələ gəlməli və beyində də bu məlumatı dəyərləndirən “görmə mərkəzi” meydana gəlməlidir. Bütün bunların təsadüfən və eyni anda, eyni canlıda əmələ gəldiyini irəli sürmək isə ağlasığmazdır. Təkamülçü yazıçı Camal Yıldırım təkamül nəzəriyyəsini müdafiə etmək niyyəti ilə qələmə aldığı “Təkamül nəzəriyyəsi və fanatiklik” adlı kitabında bu həqiqəti belə qəbul edir:

    Görmək üçün çox sayda mexanizmin iş birliyinə ehtiyac var: göz və gözün daxili mexanizmləri ilə bərabər beyindəki xüsusi mərkəzlərlə göz arasındakı rabitələr də bura aiddir. Bu kompleks quruluş necə formalaşmışdır? Bioloqların fikrincə, təkamül prosesində gözün əmələ gəlməsindəki ilk mərhələ bəzi ibtidai canlılarda dəri üzərində işığa həssas kiçik bir hissənin meydana gəlməsi ilə başlamışdır. Ancaq təbii seçmə zamanı bu qədər inkişafın tək başına canlıya verdiyi üstünlük nə ola bilər? Bu cür inkişafla birlikdə beyində görmə mərkəzi ilə ona bağlı olan sinir şəbəkəsi də qurulmalıdır. Çox kompleks olan bu bir-birinə bağlı mexanizmlər qurulmadıqca “görmə” adlandırdığımız hadisənin meydana gəlməsini gözləmək olmaz. Darvin variasiyaların təsadüfən əmələ gəldiyinə inanırdı. Elə olsaydı, görmənin tələb etdiyi çox sayda variasiyanın orqanizmin müxtəlif yerlərində eyni zamanda əmələ gəlib uyğunlaşması sirli tapmacaya bənzəməzdimi?.. Halbuki görmə üçün bir-birini tamamlayan bir sıra ardıcıl dəyişikliklərə və bunların tam uyğunluqla və əlaqəli şəkildə işləməsinə ehtiyac var... Adi bir yumşaqbədənli olan şanapipiyin gözündə bizim gözümüzdə olduğu kimi tor qişa, buynuz qişa və sellüloza toxumasından olan linza var. Təkamül səviyyələri bu qədər fərqli olan bu iki növdə bir sıra ardıcıl təsadüfü tələb edən bu formalaşmanı ancaq təbii seçmə ilə necə açıqlaya bilərik? Darvinçilərin bu suala qənaətbəxş cavab verib-vermədikləri mübahisəlidir...351

    Problem təkamül nəzəriyyəsi baxımından o qədər böyükdür ki, nə qədər incəlikləri araşdırılsa da, o qədər içindən çıxılmaz vəziyyətə düşürlər. Burada araşdırılmalı mühüm bir “detal” da “işığa həssas hala düşən hüceyrə” hekayəsidir. Görəsən, Darvinin və digər təkamülçülərin: “Görmə bir hüceyrənin işığa həssas hala düşməsi ilə baş verə bilər?” -deyərək üstündən ötüb keçmək istədikləri bu forma necə bir dizayna malikdir?

    Görmə prosesinin kimyəvi strukturu


    Maykl Behe “Darvinin qara qutusu” (Darwin’s black box) adlı kitabında canlı hüceyrəsinin quruluşunun və bütün digər biokimyəvi sistemlərin Darvin və müasirləri üçün naməlum “qara qutu” olduğunu vurğulayır. Darvin bu qara qutuların çox sadə quruluşa malik olduğunu və təsadüfən əmələ gəldiyini güman etmişdir. Halbuki müasir biokimya bu qara qutuları açmış və canlıların sadələşdirilməz kompleks quruluşunu üzə çıxarmışdır. Behe Darvinin gözün əmələ gəlməsi haqqındakı şərhlərinin XIX əsrin sözügedən ibtidai elmi səviyyəsi səbəbi ilə bəzilərinə “inandırıcı” göründüyünü bildirir.

    Darvinın dünyanın böyük hissəsini müasir gözün sadə formadan yavaş-yavaş meydana gəldiyinə inandırdığı hesab edilirdi, amma görmə hadisəsinin başlanğıcının haradan gəldiyini heç açıqlamağa belə çalışmamışdı. Əksinə, Darvin bu sadə işığa həssas nöqtənin, yəni gözün mənşəyi sualını bilərək görməməzliyə vurmuşdu... Bu sualı görməməzliyə vurmaq üçün yaxşı bəhanəsi var idi: bu tamamilə on doqquzuncu əsrin elmi səviyyəsinə uyğun deyildi. Gözün necə fəaliyyət göstərdiyi – yəni işıq fotonları tor qişaya ilk dəfə düşdükdə nələr olduğu o dövrdə açıqlana bilməzdi.352

    Bəs Darvinin sadə bir quruluş kimi görüb üstündən keçmək istədiyi bu sistem əslində necə işləyir? Gözün tor qişasındakı hüceyrələr üstlərinə düşən işıq zərrəciklərini necə qəbul edirlər?

    Sualın cavabı olduqca mürəkkəbdir. Fotonlar tor qişadakı hüceyrələrə toxunduqda sanki bir-birinin ardınca ustalıqla düzülmüş domino daşlarını hərəkətə gətirirlər. Bu domino daşlarının birincisi “11-cis-retinal” adlanan və fotonların təsiri ilə hərəkətə keçən molekuldur. Foton ona təsir etdiyi anda 11-cis-retinal molekulu formasını dəyişdirir. Bu forma dəyişikliyi 11-cis-retinalla əlaqədar olan “rodopsin” adlı zülalın da formasını dəyişdirir. Rodopsin bu sayədə daha əvvəl hüceyrənin içində yerləşən, amma formasının uyğunsuzluğu səbəbiylə reaksiyaya girə bilmədiyi “transdusin” adlı başqa bir zülal ilə birləşə bilir.

    Transdusin rodopsinlə reaksiyaya girmədən əvvəl GDP adlı başqa bir molekula bağlı olur. Rodopsinə bağlandığı anda GDP-dən ayrılır və GTP adlı yeni bir molekula bağlanır. Artıq 2 zülal (rodopsin və transdusin) və 1 kimyəvi molekul (GTP) bir-birinə bağlanmış vəziyyətdədir. Bu yeni formaya birlikdə “GTP-transdusinrodopsin” deyilir.

    Ancaq hələ proses yeni başlamışdır. GTP-transdusinrodopsin adlı yeni birləşmə hüceyrənin içində əvvəlcədən mövcud olan “fosfodiesteraz” adlı başqa zülalla birləşmək üçün uyğun formadadır. Bu birləşmə vaxt itirilmədən dərhal həyata keçirilir. Bu birləşmə nəticəsində isə fosfodiestaz zülalı daha əvvəl hüceyrənin içində mövcud olan cGMP adlı molekulu parçalama xüsusiyyəti qazanır. Bu proses bir neçə dənə deyil, milyonlarla zülal tərəfindən həyata keçirildiyi üçün hüceyrənin içindəki cGMP-nin faizi sürətlə azalır.

    Bəs bütün bunların görmə prosesi ilə nə əlaqəsi var? Bu sualın cavabını tapmaq üçün bu maraqlı kimyəvi reaksiya zəncirinin son mərhələsinə qədər baxaq. Hüceyrənin içindəki cGMP faizinin aşağı düşməsi hüceyrənin içindəki “ion kanallarına” təsir edir. İon kanalları hüceyrənin içindəki natrium ionlarının sayını tənzimləyən zülallardır. Normal şəkildə cGMP molekulları hüceyrəyə kənardan natrium ionları daşıyır, başqa bir molekul da artıq ionları hüceyrədən xaric edir və beləliklə, tarazlıq təmin olunur. Ancaq cGMP molekullarının sayı azaldıqda hüceyrədəki natrium ionlarının da sayı azalır. Bu say azalması hüceyrə içində elektrik tarazsızlığı meydana gətirir. Bu elektrik tarazsızlığı hüceyrəyə bağlı olan sinir hüceyrələrinə təsir edir və “elektrik oyanması” adlandırdığımız oyanma əmələ gəlir. Sinirlər bunları beyinə ötürür və orada da “görmə” adlanan proses baş verir.353

    Qısa desək, bir foton tor qişadakı hüceyrələrin birinə toxunmuş və bir-birini izləyən zəncirləmə reaksiyalar sayəsində hüceyrənin elektrik oyanması əmələ gətirməsinə səbəb olmuşdur. Bu oyanma fotonun enerjisinə görə fərqlənir, beləliklə, bizim “güclü işıq”, “zəif işıq” dediyimiz anlayışlar var. İşin ən maraqlı cəhətlərindən biri də budur ki, yuxarıda bəhs etdiyimiz bütün bu mürəkkəb reaksiyalar saniyənin ən çox mində biri qədər olan qısa müddət ərzində baş verir. Daha maraqlı olan cəhət də bu zəncirləmə reaksiyanın tamamlandığı anda hüceyrənin içindəki bəzi xüsusi zülalların 11-cis-retinal, rodopsin, transdusin kimi ünsürləri yenidən əvvəlki halına salmasıdır. Çünki gözə hər an yeni fotonlar toxunur və hüceyrədəki zəncirləmə reaksiya sistemi bu fotonların hər birini yenidən qəbul etməlidir.

    Burada qısa şəkildə xülasə etdiyimiz görmə prosesinin əslində daha kompleks incəlikləri var. Ancaq bu xülasə belə nə qədər möhtəşəm sistemin olduğunu bizə göstərmək üçün kifayətdir. Gözün içində o qədər kompleks, dəqiq hesablanmış bir sistem var ki, bu sistemin təsadüflərlə ortaya çıxacağını iddia etmək açıq-aşkar ağıldankənardır. Sistem tamamilə sadələşdirilməz kompleks quruluşa malikdir. Əgər bir-birləri ilə zəncirləmə reaksiyaya girən çox sayda molekulyar zərrənin biri əksik olsa və ya uyğun quruluşa malik olmasa, sistem əsla funksiyasını yerinə yetirməyəcəkdir.

    Bu sistemin darvinizmin canlılar haqqındakı “təsadüf” açıqlamasına böyük zərbə endirdiyi aşkardır. Maykl Behe gözün kimyəvi tərkibi və təkamül nəzəriyyəsi haqqında belə şərh verir:

    Darvinin XIX əsrdə açıqlaya bilmədiyi görmə prosesi və gözün anatomik quruluşu həqiqətən də heç bir təkamülçü məntiqlə açıqlana bilməz. Təkamül nəzəriyyəsinin irəli sürdüyü açıqlamalar o qədər sadədir ki, gözdə baş verən və kağıza köçürülməsi belə çətin olan inanılmaz dərəcədəki kompleks prosesləri əsla açıqlaya bilməz.354

    Gözün sadələşdirilməz kompleks quruluşu bir tərəfdən darvinist nəzəriyyəni Darvinin ifadəsi ilə “qəti şəkildə məhv edərkən”, digər tərəfdən də canlıları üstün ağıl və qüdrət sahibi Allahın yaratdığını göstərir.




    Download 1.73 Mb.
    1   ...   46   47   48   49   50   51   52   53   ...   72




    Download 1.73 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    "İbtidai gözün" sadələşdirilməz quruluşu

    Download 1.73 Mb.