İsmayıllı İlkin Qrup: 402 Dövlət rejimi və onun növləri İstifadə olunmuş ədəbiyyatlar




Download 32.89 Kb.
bet3/4
Sana04.04.2021
Hajmi32.89 Kb.
1   2   3   4
Avtoritar rejimlər əsasən hökumət və şəxsin münasibətlərinin məcburiyyət və qorxu üzərində qurulması ilə xarakterizə olunur. Bunula yanaşı avtoritar rejim çox nadir hallarda cəmiyyətə ümumi ideologiyanı aşılayır, siyasi təfəkkürdə və fəaliyyətdə məhdudlaşmış plüralizmə yol verir. Totalitarizmdən fərqli olaraq, avtoritar iqtidar xalqı rejimə itaətkarlıq nümayiş etdirməyə məcbur etmirlər. Onlar üçün açıq siyasi qarşıdurmanın olmaması yetərlidir. Lakin bu rejimlər onların hakimiyyətinə yaranacaq hər hansı bir real təhlükəyə qarşı olduqca qəddardırlar. Avtoritar hökumət insan fəaliyyətinin bütün sahələrini nəzarətə almağa çalışmır, iqtisadiyyat, sosial, mədənə, dini və ailə sahələrində birbaşa idarəetməyə can atmır. İtaətkarlıq və qayda-qanun avtoritar idarəçilikdə xalqın dəstəyindən daha dəyərli sayılır. Ona görə də vətəndaşlar qanunlara əməl edərək və ya vergilər ödəyərək onların müzakirəsində iştirak etmirlər. Avtoritar dövlətdə demokratik institutlar fəaliyyət göstərsə belə, əonlar cəmiyyətdə real gücə malik deyirlər.

Avtoritar rejimlər müxtəlif formalarda təcəssüm edirlər. Bunlar monarxiya, prezident respublikası, hərbi xunta, dini sistem və s. ola bilər. Avtoritar rejimlərin yaranması müxtəlif yollarla baş verir. Öz inkişafında geri qalmış ölkələrdə əhali demokratik təcrübədən məhrumdur və burada avtoritarizm yeganə ənənəvi və qəbul olunmuş hakimiyyət formasıdır. O, çox zaman, monarxiya şəklində meydana çıxır (İordaniya, Mərakeş, Səudiyyə Ərəbistanı, Bruney). Digər ölkələrdə avtoritar rejim kəskin iqtisadi və siyasi böhranlar zamanı ortaya çıxır. Bu zaman rəqabət edən qüvvələr razılığa gələ bilmirlər və müəyyən davranış qaydalarına riayət etmirlər. Avtoritarizm xalqın hər hökumətə hörmət etmək alışqanlığından, siyasi məsuliyyəti öz üzərinə ala biləcək çox sayda insanın olmamasından qaynaqlanır və yararlanır. Avtoritar siyasi rejimlərə aşağıdakılar xasdır:

➢ hakimiyyətin, rəhbərin və ya azsaylı qrupun əlində cəmləşməsi;

➢ təmsilçi hakimiyyət orqanların səlahiyyətlərinin məhdud olması və avtoritar rəhbərdən asılı vəziyyətə düşməsi;

➢ məhkəmələrin azad olmaması;

➢ dissident və rejim əleyhidarlarına qarşı qeyri-qanuni təzik və zorakilıq usullardan istifadə olunması;

➢ dövləti idarə edən ali və yerli orqanların seçilməməsi, və ya keçirilən seçkilərin formal xarakter daşıması, vəzifəli şəxslərə xalq tərəfindən nəzarət edilməməsi;

➢ idarəçilikdə əmr, inzibati usullardan geniş istifadə olunması;

➢ vətəndaş azadlıqların və siyasi hüquqların olmaması;

➢ siyasi senzuranın mövcudluğu, onun olmadığı zaman geniş oxuçu və dinləyiçi dəirəyə təsir edən KİV-lərə, əsas etibarı ilə elektron vasitələr üzərində dolayısı yolla nəzarətin həyata keçirilməsi;

➢ müxalifətin fəaliyyətinin məhdudlaşdırılması, çoxpartiyalılığın imitasiyası.

Avtoritar rejimlərin güclü tərəfi, onun böhran şəraitində ictimai qayda-qanunun və siyasi sabitliyin qısa bir zamanda bərqərar etmək əzmi, eyni zamanda ictimai resursların müəyyən məsələlərin həllində, xüsusilə də xarici təhlükənin neytrallaşdırılması istiqamətində effektiv şəkildə səfərbər etmək qabiliyyətidir. Ancaq, bu vasitələr uzunmüddətli ictimai inkişafın strateji məsələlərini həll etmək üçün yararlı olmur. Hakimiyyət səlahiyyətlərin bir əldə cəmləşməsi xalqı və ölkəni, rəhbərin və ya məhdud insan dairəsinin professional və əxlaqi keyfiyyətlərindən çox ciddi şəkildə asılı vəziyyətə salır. Vətəndaşlar rejimin xarici siyasət avantüralarının, sosial və iqtisadi sahələrdə səhv hesablanmış qərarların qarşısını almaq iqtidarında olmurlar. Burada əsas çatışmayan cəhət, avtoritar rejimlərin totalitarda olduğu kimi, vətəndaşların təşəbbüslərinin məhdudlaşdırılması və bununla da onların şəxsi və ya cəmiyyətin maraqları üçün yaradıcılıq potensialından istifadə olunmasının əngəllənməsidir.

XX əsrrin 70-ci illərində Afrika, Asiya və Latın Amerikasının bir çox ölkələrində avtoritar, əsasən hərbi diktatura şəklində, rejimlər qurulmuşdur. Avtoritar idarəçiliyin iqtisadi və siyasi nəticələri Çili və Cənubi-Şərqi Asiya ölkələrini (Koreya, Tayvan, Tayland) çıxmaq şərti ilə mənfidir. Bu rejimlərin çoxu 80-90-cı illərdə ya çökmüş (Braziliya, Arqentina), ya da demokratiya (Çili, Koreya) dönüşmüşlər. SSRİ-nin dağılmasından sonra yaranmış yeni müstəqil dövlətlərin bir çoxunda zahirən demokratik konstitusiya olmasına baxmayaraq müxtəlif avtoritar rejimlər bərqərar olunmuşdur.



Download 32.89 Kb.
1   2   3   4




Download 32.89 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



İsmayıllı İlkin Qrup: 402 Dövlət rejimi və onun növləri İstifadə olunmuş ədəbiyyatlar

Download 32.89 Kb.