İsmayıllı İlkin Qrup: 402 Dövlət rejimi və onun növləri İstifadə olunmuş ədəbiyyatlar




Download 32.89 Kb.
bet4/4
Sana04.04.2021
Hajmi32.89 Kb.
1   2   3   4
Demokratiya - yüksək səviyyədə inkişafı təmin etmək nöqteyi-nəzərindən, ən mürəkkəb və effektiv siyasi rejimdir və planetimizdə gündən günə geniş yayılmaqdadır. Məşhur amerikan politoloqu Samuel Xayzinqton qeyd edir ki, 19 əsrin əvvəlində başlamış demokratikləşmənin birinci uzun dalğası 1920-ci ildə demokratiyanın 30 ölkədə qələbəsi ilə nəticələnmişdir. Sonraki dövrdə avtoritarizmin və faşizmin yaranması 1942-ci ildə demokratik ölkələrin sayının 10-a qədər azalmasına səbəb olmuşdur. İkinci Dünya müharibəsindən sonra demokratikləşmənin ikinci yüksələn qısa dalğası yenidən demokratik dövlətlərin sayını 30-a qədər artırmış, lakin əvvəl də olduğu kimi bu ölkələrin bəzilərində demokratik idarəçilik süquta uğramışlar. Keçən əsrin 70-ci illərində Portuqaliya, İspaniyada avtoritar rejimlərin yıxılması ilə başlayan 90-cı illərdə SSRİ-nin parçalanması və Şərqi Avropada sosialist sistemin süquti ilə davam edən demokratikləşmənin üçüncü dalğası daha qüvvətli və sürətli, əvvəlkilərdən qat-qat üstün olmuşdur. İndi dünya ölkələrinin 60%-dən çoxu bu və ya digər formalarda, açıq və ədalətli seçkilər nəticəsində hakimiyyətə gəlmiş hökumətlərə malikdirlər.

Xalqın idarəçilikdə hansı şəkildə iştirakından və hakimiyyət funksiyalarının kimlər tərəfindən icra olunmasından asılı olaraq, demokratiya birbaşa və təmsilli olaraq ikiyə ayrılır: birbaşa demokratiyada vətəndaşlar qərarların həzırlanmasında, müzakirəsində və qəbul olunmasında birbaşa iştirak edirlər. Bu cür sistem çox az sayda, məsələn, kiçik icmaların idarəsində və ya azsaylı müəssələrin həmkərlar təşilatında praktik məna daşıya bilər.Təmsili demokratiyada isə vətəndaşlar onların maraqlarını ifadə edən nümayəndələrini hakimiyyət və digər idarəedən qurumlara seçirlər. Demokratik rejimlər hər bir ölkədə özünəməxsus xüysusiyyətlərə malikdir. Lakin onların hamısında bəzi ümumi prinsiplərə riayət olunur. Bu prinsiplərdən ən vacibləri aşağıdakılardır:

➢ vuətəndaşlar tərəfindən azad, ədalətli və düzgün seçkilər nəticəsində həyata keçirilən ümumi, bərabər seçki hüququ;

➢ mərkəzi və yerli dövlət hakimiyyəti orqanlarının seçki nəticəsində formalaşmsı və dəyişdirilməsi, onların seçicilər qarşısında hesabat verməsi;

➢ hakimiyyətin qanunverici, icraedici və məhkəmə qanadlarına ayrılması, bunlar arasında tarazlığın qorunması;

➢ qərarların çoxluq tərəfindən, azlığın rəyyini nəzərə alaraq, qəbul olunması;

➢ siyasi mədəniyyətdə tolerantlığın (dözümlükün) üstünlük təşkil etməsi, maraqların uzlaşdırılması və kompromislərin əldə olunması;

➢ vətəndaş hüquqlarının və siyasi azadlıqlarının tanınması və həqiqi mənada təmin olunması;

➢ silahlı qüvvələrin, polisin və təhlükəsizlik orqanlarının statusunun və funksiyalarının dəqiq müəyyənləşməsi və onlar üzərində mülkü nəzarətinin tətbiqi;

➢ müxtəlif ideologiya və siyasi partiyaların azad rəqabətini ehtimal edən ideya və siyasi plüralizm;



➢ KİV azadlığın, senzuranın ləğvi və vətəndaşlara informasiya əldə etmək hüququ təmin olunması;

➢ mülkiyyət formalarının müxtəlifliyi, onların qanun tərəfindən bərabər şəkildə qorunması, bazar iqtisadiyyatının təşkili.

Download 32.89 Kb.
1   2   3   4




Download 32.89 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



İsmayıllı İlkin Qrup: 402 Dövlət rejimi və onun növləri İstifadə olunmuş ədəbiyyatlar

Download 32.89 Kb.