Ixtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı Fənn: Ərazinin mühəndis təchizatı Müəllim: Məmmədova Aygül Mustafa qızı Kurs: II




Download 14.61 Mb.
bet5/10
Sana26.12.2019
Hajmi14.61 Mb.
1   2   3   4   5   6   7   8   9   10

hişçi = Hqırmız - Hqara

Hqırmızı - layihə xəttinin yüksəklik qiyməti (torpaq yatağının qaşı): Hqara - yer səthimin yüksəklik qiyməti.

•Uzunluq profilində layihə xəttinin qırılma yerlərini şaquli əyrilərlə yumşaldırlar. Şaquli əyrilər qabanq və çökək növlü olur.

Uzunluq profili xüsusi tələblər əsasında tərtib olunur. Əyaniliyi qabartmaq üçün şaquli miqyası üfuqi miqyasdan 10 dəfə böyük qəbul edirlər. Əsas miqyas: şaquli- 1:500 r dağlıq relyefdə 1:200 üfuqi - 1:5000; 1:2000

Uzunluq profilində həmçinin qrunt şəraiti (geoloji kəsiklər) göstərilir (surt quyularm məlumatları), burada şaquli miqyas 1:50 qəbul olunur. Uzunluq profıli əsasən millimetrlik kağızda çəkilir.

Avtomobil yolunun, onun qurğu və avadanlıqlarmm, qrunt istifadəsi üçün torpaq karxanalannm yerləşməsi üçün ayrılan zolağa təhkim zolağı deyilir və yolun dərəcəsindən asılı olaraq belə qəbul olunur: I-39m; II-28m; III-22m; IV-19m; V-18m



•Yolun oxuna perpendikulyar olan yol kəsiyinə EN PROFİLİ deyilir.

.

B-gediş hissəsi; b-hərəkət zolağı; a-çiyin; 1-yol geyimi; 2-gediş hissəsinin qaşı;

3-torpaq yatağı(tökmədə); 4-torpaq yatağının qaşı; 5-siqnal dirəkləri; 6-boru; 7-torpaq yatağının kənarı; 8-təhkim zolağı; 9-üfüqi nişanlama xətti.

Avtomobil hərəkət edən yol səthinin zolağına gediş hissəsi deyirlər. Gediş hissəsində yol geyimi qurulur. I dərəcəli yolda hər hərəkət istiqaməti iiçün aynca gediş hissəsi olur və onların arasmda təhlükəsizlik üçün ayırıcı zolaqyerləşdirilir. Gediş hissəsinin yanlanna ÇİYİN deyilir. Çiyin və ayırıcı zolağ boyu bəriktmə zolağı olur. Gediş hissəsini yer səthindən lazımı səviyyədə yerləşdiımək üçün TORPAQ YATAGI tikilir. Torpaq yatağmdan suyu kənar etmək üçün KÜVET qurulur. Torpaq yatağı üçün istifadə olunan qrunt yerlərinə REZERV (ehtiyyat) deyilir. İstifadə olunmayan artıq torpaq (qrunt) yola paralel tökülür (kavalyer). Torpaq yatağmın yaxşı hamarlanmış yanlarına yamac deyilir. Torpaq yatağının kənar xətlərinə yatağın qaşı, qaşlar arası məsafə- torpaq yatağınm eni adlanır. Yamacın malliyi maillik əmsalı ilə (l:n) ifadə olunur, müəyyən tələblərə görə 1:1,2-5- 1:6 və əsasən 1:1,5 götürülə bilər. Yağış və qar sularmm qazmaya axmasınm qarşısmı almaq üçün kavalyerlə qazmanın yamacı arasmda BANKET qurulur. Banket üçbucaq kəsikli olur, hündürlüyü 0,6m-ə qədər, səthinin mailliyi 20-40%o götürülür; onun yamacmm oturacağı qazmanm qaşından lm aralı olmalıdır. Banket və kavalyer arasmda banket arxası qanov çəkilir (h-0.3m)



Kənd Təsərrüfatı Yolları

Təsərrüfat daxili yollar yanaşma yolları ilə birgə (bir təsərrüfata xidmət edən) k/t yollarr adlanır. Təsnifatı:

1) təsərrüfatlar arası; 2) təsərrüfat daxili

IV-V dərəcəli yol kimi layihələndirilir.

Təsərrüfatdaxili yollar bölünür. təsərrüfat mərkəzini, briqada, ferma və s., həmçinin onların arasında, malikanə daxili (qəsəbə yola); çöl (tarla) yolu; digər yollar.

Çöl (tarla) yollan 2 qrup olur: daimi və müvəqqəti.

Tarktor yollan tırtıllı texnikamn intensiv hərəkəti olan yerlərdə aynca torpaq yatağında layihələndirilir. Böyük çay keçidlərində və qiymçətli k/t torpaqlarmda traktor y^olunu əsas yol ilə birləşdirmək olar. Traktor yollan əsasən 1 gedişli qəbul olunur, görkəm məsafəsini təmin etmək üçün və intensivliK 20 traktor/saatdan çox olsa, 2 gedişli layihələndirilir. Hərəkət zolağmın eni 3,5-5,5 m, torpaq yatağının eni 4,5-5,5 m olur; 2 tərəfli hərəkətdə torpar yatağının eni 8- 10 m olmalıdır. Rmin = 100m, çətin şəraitdə 15-30 m ola bilər, i=40%o enişdə isə lmax =60%o 'çətin hallarda lmax =80%o və lmax =100%o qəbul oluna bilər.

Uzun məsafəli və i=60%o yol sahələrində hər 500 m-dən bir üfüqi və ya i- 20% olan və uzunluğu traktor qatan qədər meydança qurulur.

En profil «sıfir» otmetkasmda qəbul olunur, yol geyimi təbii qrunt və ya skelet əlavələri ilə yaxşılaşdınlan qrantlardan düzəldilir.

Dönmə bucağı (dər.)

Tangens T

Əyrinin uzunluğu K

Domer D=2T-K

Bessintrisa E

1

8,73

17,45

0.01

0,04

3

26,19

52,36

0,02

0,34

5

43,66

87,27

0,05

0,95

7

61,16

122,17

0,15

1,87

9

78,70

157,08

0,32

3,09

11

96,29

191,99

0,59

4,63

13

113,94

226,89

0,99

6,47

15

131,66

261,80

1,52

8,63

17

149,45

296,71

2,21

11,11

19

167,34

331,61

3,07

13,91

21

185,34

366,52

4,16

17,03

23

203,45

401,43

5,47

20,49

25

221,70

436,33

7,07

24,28

27

240,08

471,24

8,62

28,42

29

258,62

506,15

11,09

32,90

31

277,33

541,05

13,61

37,94

33

296,21

575,96

16,46

42,95

35

315,30

610,87

19,73

48,53

37

334,60

645,77

23,43

54,49

39

354,12

680,68

27,56

60,85

41

373,89

715,59

32,19

67,61

43

393,91

750,49

37,33

74,79

45

414,21

785,40

43,02

82,39

47

434,81

820,30

49,32

90,44

49

455,73

855,21

56,25

98,95

51

476,98

890,12

63,84

107,93

53

498,58

925,02

72,14

117,40

55

520,57

959,93

81,21

127,38

57

542,96

994,84

91,08

137,89,

59

565,77

1029,74

101,80

148,96

61

589,05

1064,65

113,45

160,59

63

612,80

1099,56

126,04

172,83

65

637,07

1134,46

139,68

185,69

67

661,89

1169,37

154,41

192,20

69

687,28

1204,28

170,28

213,41

71

713,29

1239,18

187,40

228,33

73

739,96

1274,09

205,83

244,00

75

767,33

1309,00

225,66

260,47

77

795,44

1343,90

246,98

277,78

79

824,34

1378,81

269,87

295,97

81

854,08

1413,72

294,44

315.09


Mövzu-5. YOLUN İŞİNƏ TƏBI FAKTORLARIN TƏSİRİ

PLAN

  1. Yola təsir edən təbii faktorlar.

  2. Relyefin yolun işinə təsiri.

  3. Geoloji şəraitin yolun işinə təsiri.

  4. İqlim şəratinin yolun işinə təsiri.

  5. Hidroloji və hidrogeoloji şəraitin yolun işinə təsiri.

  6. Torpaq yatağının nəmlənmə mənbələri.

  7. Torpaq yatağının su rejimi.

  8. Yol-iqlim zonası.

  9. Qrunt səthi üzərindən torpaq yatağının qaşının hündürlüyünün tələbləri.

Avtomobil yolunun işi bir çox təbii geofiziki amillərin (faktorların) təsirin­dən asılıdır ki, bunlardan ən güclü təsir iqlim və hidroloji şəraitlərdən, həmçinin ərazinin torpaq-geoloji quruluşundan baş verir. Ayrı-ayrı təbii amillərin yola tə­sirini təyin etmək çox zaman çətin olur, çünki ayrılıqda təsir etməklə yanaşı bu amillər qarşılıqlı əlaqədə olaraq yola təsirlərini artıra və ya azalda bilərlər. Bu səbəbdən trassa keçən rayonun təbii şəraitinin ümumi qiymətləndirilməsi zamanı bu amilləri landşaft zonalarına tətbiq etməklə kompleks şəkildə öyrənmək lazım­dır. Həmçinin insanın fəaliyyəti nəticəsində onların perspektiv dəiyşkənliyi də nəzərə alınmalıdır. Məsələn, süni suvarma qrunt sularının səviyyəsinin artmasına və mülayim mikroiqlim yaranmasına səbəb olur, meşələrin qırılması ərazinin qurumasına gətirib çıxarır.

1) Relyef yolun uzununa mailliyinin seçilməsinə, ərazidən yığılacaq suyun miqdarına, tikinti işlərinin üsullarının seçilməsinə, yüklü nəqliyyat vasitələri üçün yol təyin edilməsinə təsir edir, həmçinin yolun istismarı dövründə yükdaşımaların qiymətində öz əksini tapır.

Relyefin xüsusiyyəti yer qabığının yuxarı qatlarının geoloji quruluşu ilə sıx əlaqədədir və onların inkişafının dinamikasında baxılmalıdır. Yer səthinin forma­sını öyrənən elmə geomorfologiya deyilir. Relyefin əsas formaları aşağıdakılardır:

Düzənliklər- nöqtələrinin yüksəkliklərinin az fərqli olan quru sahələridir. Bəzi yerlərdə kiçik təpə və dərələr ola bilər;

Təpələr- 200m–dən az hündürlüklü yüksəklik sahələridir ki, səlis olaraq dü­zənliyə keçirlər;

Dağlar- hündürlüyü 200 m-dən çox olan yüksəklik sahələridir. Dağlar bir sırada yerləşərək dağ silsiləsi təşkil edirlər.

Avtomobil yolunun layihələndirilməsində relyefi 5 mürəkkəblik dərəcəsinə bölürlər:

I -düzənlik (geniş suayırıcılı düzənliklər, yastı yamaclı çay dərələri );

II -zəif dərə-təpəli (alçaq təpələr və çalalar, yastı suayırıcılar, tək-tük dərələr);

III -kəskin dərə-təpəlik (kəskin dərə-təpəli relyef, əyrixətli suayırıcılar, çox saylı dərələr. Dağətəyi və dağların yamaclarının aşağı hissələri);

IV -dağlıq (kəskin relyefli ərazi, dağ və dağətəyi yamaclar, dağ çaylarının dar də­rələri, böyük maillikli yamaclar və su axınlarının yatağı);

V -dağlar (növbələnən dağ silsilələri, kəskin yamaclı qıvrılan dağ dərələri. Dağ silsilələrinin aşırım sahələri.

Relyef mürrəkkəbləşdikçə, o qədər də böyük uzunluq mailliyi qəbul edilir və bu da öz növbəsində trassanın uzunluq əmsalının qiymətini artırır (1,1-1,5), həmçinin torpaq işlərinin həcmi də böyüyür. I texniki dərəcəli yolun 1km-də düzən relyefdə 60-70 min m3, kəskin dərə-təpəli relyefdə 90-120 min m3 torpaq işləri görülməlidir. V dərəcəli yolda torpaq işlərinin həcmləri uyğun olaraq 5-15 min m3, 15-30 min m3 və dağlıq relyefdə isə 30-50 min m3 təşkil edir.

2) Geoloji şərait yol trassasının keçdiyi rayon və dağ süxurlarının dəyanət­liliyini xarakterizə edir Geoloji məlumatlara əsasən yerli yol inşaat materiallarınnın yerləri təyin edilir, qrunt şəraiti, bitki qatı, qruntların qranulometrik tərkibi açıq­lanır. Kəskin bataqlaşma, duzlaşma, qum sovrulan yerləri, əgər trassa çox uzanma­yırsa, imkan daxilində yandan keçmək lazımdır. Qruntun qranulometrik tərkibi torpaq yatağının qaşının hündürlüyünü və qurutma xəndəklərinin dərinliyini təyin edir. Yol geyiminin hesabatı zamanı qruntların möhkəmlik göstəricisini (elastiklik modulu) nəzərə alırlar. Torpaq işlərinin görülməsində qruntların işlənmə kateqori­yasını bilmək tələb olunur ki, yol maşınlarının tipləri seçilsin, məhsuldarlığı təyin edilsin. Yolların istismar dövründə qrunt və hidroloji şəraitlər yolun qabarmasını, torpaq yatağının yamacının və yan xəndəklərin su ilə yuyulmasını təyin edir.

3) İqlim şəraiti əsasən yolun istismarı zamanı öz təsirini göstərir. Buraya temperaturun kəskin dəyişilməsi, maksimum və minimum temperatur, yağıntı və buxarlanma, qar örtüyünün qalınlığı, küləyin istiqaməti və sürəti, donma dərinliyi aiddir. Bunları həm də torpaq yatağını layihələndirəndə nəzərə alırlar. İqlim şəraiti yolun tikintisində də müəyyən problemlər yaradır.

İqlim şəraiti tikinti mövsümünün müddətini azaldır, işlərin aparılmasının xüsusi üsullarını tələb edir və onların yerinə yetirilməsini mürəkkəbləşdirir. Qar və çovğun yolda hərəkəti dayandıra bilər. Yolun buzla örtülməsi pnevmatik təkərlərin yol örtüyü ilə ilişkənliyini azaldaraq yolda qəza hadisələrinə səbəb olur. Donmuş torpaq yatağında nəmliliyin paylanması, buz layının yaranması prosesi baş verir ki, yazda əriyərək, qruntları izafi nəmləndirir və yol geyiminin möhkəmliyini azaldır. Son illər işlərin texnologiyasının təkmilləşdirilməsi, yeni yol geyimi konstruk­siya­larının tətbiqi, tikintinin mexanikləlşdirilməsi və onun sənaye üsuluna keçməsi sa­yəsində yol tikintisi işlərinə iqlim şəraitinin təsiri azaldılıbdır. Torpaq və daş işləri qış mövsümündə də müvəffəqiyyətlə yerinə yetirilir.

4) Hidrolojihidrogeoloji şəraitlər yağıntının miqdarı, suyun axma və buxarlanması şərtləri, qarın yazda ərimə intensivliyi, qrunt sularının dərinliyi və rejimi, çay və bulaqların rejimi ilə xarakterizə olunur. Bütün bu şərtlər torpaq yata­ğını və suyun kənar edilməsini layihələndirəndə də nəzərə alınmalıdır.

Qeyd edək ki, təbii faktorların yolun işinə təsirini qiymətləndirəndə yol ti­kin­tisinin təbii şəraitə təsiri də nəzərə alınmalıdır. Məsələn, təhkim zolağında bitki qatının kəsilib kənar edilməsi və yol ətrafı zolağın təmizlənməsi zolağın quru­ma­sına, qışda daha dərin donmasına və yazda tez əriməsinə səbəb olur. Bataqlığı tökmə ilə keçəndə torf layı sıxılaraq qrunt sularının sızıb keçməsinə mane olur, nəticədə bataqlaşma prosesi dəyişilə bilər.



Torpaq yatağının nəmlənmə mənbələri. Torpaq yatağının su ilə dolması çox qorxulu haldır, bu zaman yol geyiminin möhkəmliyi və yatağın yamaclarının daya­naqlığı kəskin dərəcədə azalır. Torpaq yatağına su iki yolla daxil olur: torpaq yatağının səthindən sızmaqla və qrunt sularının səviyyəsindən kapilyarlar vasitəsi ilə yuxarı qalxmaqla.

Yağış suyunun bir hissəsi torpağın səthi ilə axır, digər hissəsi dərinliyə ho­pur, alt layların məsamələrində toplanır. Belə yaranmış qrunt sularının səthi yerin relyefini ifadə edir-təpələrin altında qrunt suyunun səviyyəsi qalxır, vadilərdə isə aşağı düşür. Qrunt sularının yer səthinə çıxdığı yerlərdə bulaqlar və bataqlıqlar yaranır. Belə yerlərdə qrunt sularının səviyyəsi aşağı düşür.



Qrunt hissəcikləri arasındakı məsafə çox az olur və düzgün olmayan formalı və dəyişən en kəsikli nazik kanallar - kapillyarlar əmələ gəlir. Molekulyar qüv­vələrin təsirindən su kapilyarla yuxarı qalxır. Kapillyarlarla suyun qalxma hün­dürlüyü qumlu qruntlarda 30-50 sm, tozlu qruntlarda isə bir neçə metrə çatır. Qrunt sularının səviyyəsi qalxdıqca, kapillyar qalxmanın səviyyəsi də artır. Kapillyar qalxmadan yuxarıda yerləşən qrunt layında qalınlığı mikrondan da az olan su təbəqəsi yerləşir (asılı su). Qrunt sularının bəzi növləri il ərzində torpaq yatağında statik vəziyyətdə qalmayır, səviyyəsini daima dəyişir.

Beləliklə, torpaq yatağının nəmlənməsi mənbələri aşağıdakılardır: yağın­tılar, ətrafdan gələn yağış və qar suları, qrunt sularının səviyyəsindən kapilyarlarla qalxan su, havadan su buxarının kondensasiya olunması, qrunt hissəciklərinin səthi üzrə təbəqəşəkilli nəmliyin hərəkəti.

İqlim rayonundan, yerli şəraitdən və ilin fəsillərindən asılı olaraq torpaq ya­tağının nəmlənməsinin bu və ya digər səbəbləri üstünlük təşkil edə bilər.

Torpaq yatağının su rejimi. Torpaq yatağının tərkibindəki nəmliliyin miq­darı (W) il ərzində sabit qalmayır və müəyyən zaman kəsiyində su balansının tən­liyinə uyğun olaraq dəyişir:



A- torpaq yatağına düşən yağıntı; B- ətraf ərazidən axıb gələn suyun sızması; C- kapilyarlarla qalxan, təbəqələrdəki və buxar nəmliyinin hərəkətindən yığılan su; D- torpaq yatağından suyun axını; E- qrunt səthindən nəmliyin buxarlanması; F- torpaq yatağından suyun dərin qrunt laylarına sızması.

Torpaq yatağının su rejiminin dəyişməsinə atmosfer yağıntılarından əlavə, topaq yatağının daxilində temperatur qradiyenti yaradan temperaturun il ərzində dəyişiklikləri də təsir edir ki, nəticədə qruntun tərkibindəki su isti yerdən soyuq yerə hərəkət edir. Nəmliyin dəyişilməsinin illik tsiklində aşağıdakı dövrləri ayır­maq olar:

I- payızda yağış sularının sızmasından nəmliyin ilkin toplanması, II-torpaq yatağının donması və nəmliyin qış mövsümündə paylanması; III-torpaq yatağının buzunun əriməsi və qruntun yazda izafi nəmlənməsi; IV- torpaq yata­ğının yayda quruması.

Su rejiminin dəyişmə xarakteri yerli iqlim şəraitindən çox asılıdır, belə ki, su balansının tənliyindəki faktorlar müxtəlif iqlim zonalarında müxtəlif cür təsir edir­lər.



Cənubun quraqlıq zonalarında qrunt sularının su balansının dəyişikliklərində rolu azalır, buxar şəkilli nəmliyin hərəkətinin rolu artır. Çöl zonalarında torpaq yatağı əsasən yağıntılardan nəmlənir. Cənuba yaxın­laş­dıqca, yol geyiminin əsası rolunu oynayan qruntların yaz mövsümündə kon­sistensiyası daha sıx olur, nəmlik isə azalır.

Yol-iqlim zonası. Ərazicə kiçik olmasına baxmayaraq Azərbaycan Respublikasında müxtəlif iqlim növlərinə rast gəlinir, yer üzərindəki 12 iqlim zonasından 9-u (bəzi mənbələrə görə 10) burada mövcuddur. Torpaq yatağının su rejimi yol keçən rayonun yerli iqlim şəraitindən asılıdır. İqlim, torpaq-qrunt və hidroloji şəraitlərin müxtəlifliyi torpaq yatağını və yol geyimini vahid bir qayda ilə layihələndirməyə imkan vermir. Keçmiş postsovet məkanında qəbul edilmiş yol-iqlim rayonlaşdırması Azərbaycan Respublikasının ərazisini tam səciyyələndirə bilmədiyindən 1982-ci ildən Azərbaycanın təbii-iqlim və yol şəraitini dolğun nəzərə alan yol-iqlim rayonlaşdırması hazırlanmışdır. Təbii-iqlim amillərinin 25 illik məlumatlarının hərtərəfli təhlili və avtomobil yollarının su-istilik rejiminin öyrənilməsinin nəticəsində Respublika ərazisi 5 yol-iqlim zonasına bölünübdür.

Yol-iqlim zonalarının sərhədləri təbii-tarixi rayonlaşdırmanın sərhədlərinə tam uyğun gəlməylir. Lakin torpaq tiplərinin və landşaft zonalarının xəritələrini yol ra­yonlaşdırma xəritələri ilə müqayisə etdikdə, bu sərhədlərin yaxşı uyğunluğu aşkar edilir.



Yol-iqlim zonaları

Yol-iqlim rayonlaşdırılması xüsusi xəritə şəklində təsvir olunur. Hər bir zona öz daxilində təxminən eyni istilik, nəmlilik, eynicinsli torpaq və bitki tipləri ilə xa­rakterizə olunur.



Yol-iqlim rayonlaşdırması coğrafi rayonların yalnız ümumi xarakteris­tika­sını verir. Hər bir zonanın daxilində torpaq yatağının qruntlarının iş şəraiti dəyişir.

Azərbaycanın ərazisində avtomobil yolları müxtəlif şəraitli sahələrdə yerləşdiyinə görə onları layihələndirəndə nəmlənmə şəraitinə görə trassa sahələri 4 tipə bölünür:

I-izafi (həddən artıq) nəmli sahələr. Burada qrunt sularının səviyyəsi yüksəkdir, yağış çox yağır, buxarlanma azdır, nəmlənmə əmsalı (il ərzində yağan yağışın miqdarının buxarlanma miqdarına nisbəti) 1-dən çoxdur.

II-nəmli sahələr. Qrunt suları dərindədir,yaz və payız mövsümündə qruntlar çox nəmlənir (nəmlənmə əmsalı: 0,6-1,0).

III- az nəmli sahələr. Yağışın miqdarı az, buxarlanma isə çox olur, qrunt sularının səviyyəsi dərindədir, nəmlənmə əmsalı 0,3-0,6 olur.

IV-quru sahələr. Qruntlar az nəmlənir, buxarlanma çoxdur, nəmlik əmsalı 0,12-0,3 arasındadır. Süni suvarılan ərazilərdə, qrunt sularının yüksək səviyyəsində və duzlaşmış torpaqlarda torpaq yatağı nəmlənə bilər.

Trassa sahələrinin hansı hidroloji şəraitə aid olmasını təyin edəndə relyefin, suyun gəlməsinin və çəkilməsinin, qrunt sularının səviyyəsinin vəziyyətinin və ba­taqlaşma əlamətlərinin qiymətləndirilməsi əsas tutulur. Qrunt və hidrogeoloji şərai­tin yaxşı xarakteristikası ərazinin bitki örtüyü ola bilər, çünki bitkilərin ayrı-ayrı növləri yalnız müəyyən torpaq və hidrogeoloji şəraitdə rast gəlinir. Bitki örtüyü təbii şəraitin dəyişikliyinə dəqiq reaksiya verir, aerofotoşəkillərdə yaxşı təsvir olu­nur və deşifrləmədə geniş istifadə edilir. Psammofitlər (qum arpası, qum cili) yal­nız qumluqda, qalofitlər (tamariks, yovşan) isə şoranlaşmış qrunt şəraitində bitə bilir.

Nəqliyyat vasitələrindən düşən yüklər yol geyimindən keçərək torpaq yatağı tərəfindən qəbul edilir. Qruntun müqaviməti onun nəmliyinə görə kəskin tərəddüd etdiyindən yol geyiminin etibarlı işi üçün torpaq yatağının su rejiminin daimiliyi bütün il boyu təmin edilməlidir.

Bu məqsədlə görülən əsas tədbir - torpaq yatağına suyun kapillyarlarla daxil olmasının qarşısının alınmasıdır. Müxtəlif yol –iqlim zonalarında nəmləmə mənbə­lərinin üzərində torpaq yatağının qaşının hündürlüyü müxtəlif olur. Qruntların növündən asılı olaraq örtüyün səthindən qrunt sularının səviyyəsinə qə­dər minimun məsafə nəmlənmə tipinə görə belə qəbul edilir:

Orta və xırda danəli qum, yüngül iri qumluca.............. 0,5-1,1m;

Tozlu qum, yüngül qumluca ........................................ 0,8-1,5m

Tozlu qumluca ,yüngül və tozlu gillicə ..........................1,1-2,2m

Ağır gillicə və gil ...................................................... .1,2-2,4m

Qar örtüyü üzərində torpaq yatağının qaşının hündürlüyü aşağıdakı qiy­mətlərdən az olmamalıdır (metrlə):



Yolun dərəcəsi I II III IV V

Torpaq yatağının qaşının hündürlüyü 1,2 0,7 0,6 0,5 0,4

Dəmir yolu və yüksək dərəcəli avtomobil yolları ilə kəsişmələrdə, yolun ya­şayış məntəqəsindən keçən hissəsində və digər hallarda torpaq yatağının qaşını tə­ləb olunan qədər hündürlükdə layihələndirmək həmişə mümkün olmadığından tor­paq yatağının yuxarı hissəsinin su rejimini daimi saxlamaq məqsədi ilə onun daxi­lində nəmin qarşısını kəsən aralıq izolyasiya layları qurulur. Bunlar iki növ olur:



a) kapillyar, təbəqə və buxar şəkilli nəmin qarışısını almaq üçün bitum və ya digər hidrofob materiallarla qatışdırılmış qruntdan (3-8sm), polietilen təbəqədən, tol və ya ruberoiddən;

b) kapillyar nəmliyin qarşısını almaq üçün iri danəli yaxşı filtrləmə xassəli materiallardan (çınqıl, qırmadaş, çınqıllı qum), 15-20sm qalınlığında. Layda lillənmənın qarşısını almaq məqsədi ilə onu üst və alt tərəfdən orta danəli qumluca və ya xırda çınqılla təcrid edirlər ki, xırda hissəcikləri saxlasınlar.

Aralıq layları torpaq yatağının bütün eni boyu, nəmləmə mənbəyindən 20sm yuxarıda qurulmalıdır.




Download 14.61 Mb.
1   2   3   4   5   6   7   8   9   10




Download 14.61 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Ixtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı Fənn: Ərazinin mühəndis təchizatı Müəllim: Məmmədova Aygül Mustafa qızı Kurs: II

Download 14.61 Mb.