• Mövzu-6. Kənd təsərrüfatı torpaqlarından trassanın keçirilməsi PLAN
  • L=24+20 loq N; N
  • Emission səviyyə
  • Mövzu-7 TORPAQ YATAĞI VƏ YOL GEYİMİ PLAN
  • I, II, III dərəcəli yolda - təkmilləşdirilmiş kapital örtük IV dərəcəli volda - təkmilləşdirilmiş yüngül örtük V dərəcəli volda
  • Ixtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı Fənn: Ərazinin mühəndis təchizatı Müəllim: Məmmədova Aygül Mustafa qızı Kurs: II




    Download 8.07 Mb.
    bet6/10
    Sana26.12.2019
    Hajmi8.07 Mb.
    #5389
    1   2   3   4   5   6   7   8   9   10

    Ədəbiyyat

    1.Справочник инженера-дорожника. Проектирование автомобильных дорог. Москва, 1989.

    2.СНиП 2.02 05-85

    3.В.Ф.Бабков, О.В.Андреев. Проектирование автомобильных дорог. Часть I, Москва, 1979.

    4.Y.M.Piriyev. Avtomobil yolları. Bakı,1999.


    Mövzu-6. Kənd təsərrüfatı torpaqlarından trassanın keçirilməsi

    PLAN

    1.Yol tikintisinin ətraf mühitə təsiri.

    2.Yolun layihələndirilməsində ətraf mühitin mühafizəsi tələbləri.

    3. Kənd təsərrüfatı torpaqlarından trassanın keçirilməsi.

    4. Meşə massivləri rayonlarında trassanın keçirilməsi.

    5. Yaşayış məntəqələri ərazisindən trassanın keçirilməsi.

    6. Bataqlıq yerlərdə trassanın keçirilməsi.

    7. Yol tikintisində sənaye tullantılarından istifadə tələbləri.

    8. Yol tikintisi zamanı ətraf ərazidə yaxşılaşdırma tədbirləri.

    Avtomobil yollarının layihələndirilməsi zamanı ətraf mühitin mühafizəsinə, onun resurslarından qənaətlə istifadə olunmasına böyük diqqət verilməlidir, çünki yol tikintisi təbiətin ekoloji tarazlığında və rayonun tə­sərrüfat həyatında böyük dəyişikliklər yaradır.

    Çalışmaq lazımdır ki, ekoloji, hidroloji, geoloji və digər təbii şəraitlərdə po­zuntuların təsiri az olsun və nəqliyyat vasitələrinin mənfi təsirləri, mümkün qədər aşağı salınsın. Layihələndirmə qərarlarında ətraf mühitə az ziyan vuran və land­şaftla optimal əlaqədə olan variantlara üstünlük verilməlidir.

    Trassanın variantlarının və konstruktiv həllərinin müqayisəsində tikinti üçün istifadə olunacaq torpaqların qiymətləri, həmçinin müvəqqəti ayrılmış torpaqların rekultivasiyasına sərf ediləcək xərclər nəzərə alınmalıdır.

    Avtomobil yollarının trassasının keçirilməsini, həmçinin süni qurğuların, is­tehsal bazalarının, yanaşma yollarının və digər müvəqqəti qurğuların yerləşdiril­məsini aşağıdakıları nəzərə almaqla yerinə yetirirlər:

    - qiymətli təbii landşaftların və meşə massivlərinin saxlanmasını;

    - vəhşi heyvanların, quşların və su heyvanlarının çoxalması, yemlənməsi yerlərini və miqrasiya yollarını.

    Torpaq sahələrinin ayrılması və sərhədlərinin dəyişilməsi mövcud növbəli əkin sistemini pozur və kənd təsərrüfatına böyük iqtisadi ziyan vurur. Bəzən bö­yük intensivlikli avtomobil magistrallarının tikintisi zamanı yolun hər iki tərəfində yerləşən kənd təsərrüfatı torpaqlarını yenidən planlaşdırmaq tələb olunur ki, kənd təsərrüfatı maşınları yoldan keçə bilsin. Aşağı dərəcəli yollardan qalxan toz tarla­la­rın məhsuldarlığını aşağı salır.

    Kənd təsərrüfatı rayonlarında trassanı, imkan daxilində tarlaların, növbəli əkinlərin və ya təsərrüfatların sərhədləri üzrə layihələndirirlər. Trassanı dövlət qo­ruqlarının, yasaqların, qiymətli təbiət və mədəni abidələrin ərazisindən keçirməyə icazə verilməyir. Trassa - çayların, göllərin və digər su nohurlarının mühafizə zo­nasının kənarlarından çəkilə bilər. Yolların layihələndirməsini meliorativ işlərlə mütləq əlaqələndirmək lazımdır.

    Kurort, sanatoriya, istirahət evləri, pansionatlar və s. yerləşən rayonlarda trassanı sanitar zonanın kənarlarından keçirirlər və ya layihədə vacib mühafizə tədbirləri nəzərdə tuturlar.

    Böyük meşə massivlərindən keçirilən avtomobil yolu meşə heyvanlarının hə­yat şəraitini dəyişir. Yola çıxan heyvanlar yol-qəza hadisəsinə səbəb olur.

    Meşədən istifadə qaydalarının və ekoloji tədqiqatların sənədlərinə əsasla­naraq meşə massivləri rayonlarında yolları, cığırların və yanğına qarşı aralıqların istiqaməti, meşə müəssisələrinin və meşəbəyliklərin sərhədləri üzrə keçirirlər. Me­şə massivlərindən keçən I-III texniki dərəcəli yolların trassalarının istiqamətinin hakim küləklərin istiqaməti ilə üst-üstə salınması məsləhət görülür ki, təbii ven­tilyasiya (havalanma) təmin edilsin və yolun qarla basılması azalsın. Avtomobil yolunun heyvanların miqrasiya yolları ilə kəsişən yerlərində onların təhlükəsiz və maneəsiz hərəkətlərinə təminat verən tədbirlər işlənməlidir.

    Yolun və onun qurğularının tikilməsi üçün daimi ayrılmış torpaqlarda (həm­çinin tikinti dövründəki müvəqqəti ayrılan) münbit torpaq qatı kəsilməli və az münbitli kənd təsərrüfatı torpaqlarının və ya meşə təsərrüfatı obyektlərinin məh­suldarlığını artırmaq məqsədləri üçün istifadə olunmalıdır. Əgər yerin relyefi im­kan vermirsə və qaya qruntlarında, həmçinin iri daşlı (0,5m) sahələrdə torpağın münbit qatı kəsilməyir.

    Su mühafizə zonalarının hüdudlarından keçən yollarda gediş hissəsinin sət­hindən suyun, yola tökülən yağın və təkərin yeyilməsinin materiallarının toplanıb təmizlənməsi və ya su təchizatı mənbələrini çirkləndirmədən kənarlaşdırılması tədbirləri ( xüsusi durulducu sistemlər) nəzərdə tutulmalıdır.



    Yaşayış məntəqələrinin yaxınlığında və daxilində keçən avtomobil yolla­rın­dakı nəqliyyat vasitələri havanı zəhərli qazlarla çirkləndirir, səs-küy və vibra­siya yaradır, əhalinin sağlamlığına və iş qabiliyyətinə pis təsir göstərir. Sanitar nor­malara görə köhnə yaşayış məhəllələrində səs-küyün buraxılan səviyyəsi 50-60 dBA (desibel), kurort şəhərlərində isə 40-50 dBA olmalıdır. Torpaq yatağının qa­şında səs-küyün səviyyəsi təxminən aşağıdakı kimi hesablanır:

    L=24+20 loq N;

    N – hərəkətin şidddətliyi, avt/saat.

    Nəqliyyatın hərəkətindən yara­nan səs-küyün 2 səviyyəsini ayırırlar:

    a)Emission səviyyə-hərəkət şiddətin­dən, hesabi sürətdən, yol səthinin görü­nüşündən və uzunluq mailliyinin qra­diyentindən asılı olaraq hesablanır;

    b)İmission səviyyə-səs-küyə məruz qa­lan obyektin yanında ölçülür, emissiya yerindən uzaqlığa görə digər faktorlardan asılıdır.

    Hesabatlar üçün səs-küyün orta səviyyəsi qəbul olunur və onu sutkada 2 dəfə ölçürlər: saat 600 -2200 və 2200 -600.

    Səs-küydən mühafizə məqsədi ilə yolu tikililərdən o qədər aralı məsafədə keçirmək lazımdır ki, səs-küy normadan çox olmasın.



    Əgər səs-küyün səviyyəsi həddi sanitar normadan yuxarıdırsa, onda səs-küyə qarşı aşağıdakı tədbirlər planlaşdırılır:

    -yolun qazmada və yarıtunellərdə tikilməsi;

    -səs-küyə qarşı torpaq bəndlərin, səsi udan materialdan baryerlərin (çəpərlərin) qurulması;

    - səs-küyə qarşı xüsusi yaşıl zolağın əkilməsi;

    -nəqliyyatın hərəkətindən ən az səs-küy yaradan örtüyün tikilməsi.





    Səsdən mühafizə panelləri

    Səs-küydən mühafizə hasarlarının hündürlüyünü aşağıdakı sxemə görə təyin edir­lər:





    A-obyektin hündürlüyü;B-hasarın hündürlüyü;C-yük maşınının hündürlüyü

    Yaşayış məntəqələrindən və kənd təsərrüfatı torpaqlarından (xüsusən də toz­lu şəraitdə daha güclü çoxalan zərərvericilər olan quraqlıq pambıqçılıq rayonla­rında) keçən sahələrdə yol geyiminin örtüyünü toz yaratmayan materiallardan ti­kirlər. Yaşayış məntəqlərini yandan keçən avtomobil yollarını külək tutmayan tə­rəfdə yerləşdirirlər.

    Əhalini nəqliyyatın səs-küyündən müdafiə etmək üçün, yaşayış məntə­qə­sinin inkişafının baş planını nəzərə almaqla, avtomobil yolu ilə tikililər arasında “bufer” zonası yaradırlar.

    Bataqlıqda tikilən tökmələr torf qatını kipləşdirərək hidroloji rejimi pozur, bataqlaşmanın fəallaş­ma­sına və ya qurumasına səbəb olur.

    Torpaq yatağının tikilməsi yol ətrafı ərazilərdə bataqlaşma və səthi sularla basılma təhlükəsi yaradarsa, layihədə kənd təsərrüfatı bitkilərinin və meşə əkili­lərinin inkişafına təminat yaradan sukənaredici qurğular nəzərdə tutulmalıdır.

    Yol trassasına nəzərən suyun eninə hərəkəti olan bataqlıqdan keçən sahə­lərdə tökmə tikərkən suyun səviyyəsinin qalxmasının və bataqlaşma sahəsinin artmasının qarşısını almaq lazımdır. Bunun üçün tökməni və ya onun yuxarı hissə­sini drenlədici qruntlardan tikirlər, torpaq yatağı boyu uzununa arxlar qururlar, çökök yerlərdə, lazım gələrsə, süni qurğular yerləşdirirlər.

    Torpaq yatağını tikmək üçün yararsız qrunt həcmləri olarsa, onları dərələrin başlanğıcına, eroziya çökəklərinə, torpaq tullantıları yerlərinə tökürlər, yayırlar və kipləşdirirlər.

    Əkinlərdən, suvarılan və ya qurudulan torpaqlardan, bağlardan, üzümlük­lər­dən və s. keçən III - V texniki dərəcəli yolların torpaq yataqlarını rezervsiz və kavalyersiz layihələndirirlər.

    Su axarlarla kəsişmə yerlərini, süni qurğuların açıqlığını və konstruksiyasını təyin edərkən (xüsusən də sərt yamaclarda) texniki –iqtisadi məqsədyönlülüklə ya­naşı ərazinin yuyulmaqdan və lillənmədən mühafizəsi, bitki qatının ən az pozul­ması, suaxarların hidroloji rejiminin və qrunt sularının səviyyəsinin dəyişməsi, yamacların yuyulmaqdan və dağılmaqdan mühafizəsi məsələləri də həll olunma­lıdır. Yamacların kəsil­mə­si və tökmələrlə yüklənməsi sürüşmə prosesini fəallaş­dırır.

    Tikinti rayonunda yerləşən müəssisələrin (dağ-mədən, filizçıxarma və s.) av­tomobil yolunun tikilməsinə yararlı tullantılarından maksimum istifadə olunma­lıdır. Aqressivliyə və toksikliyə yoxlanıldıqdan sonra tullantıların yol tikintisində tətbiqinə icazə verilir. Qeyd edək ki, yerli sənaye tul­lan­tılarından yol tikintisində istifadə olunması onların illərlə yığılmış tullantı yer­lərinin azalmasına kömək edir.

    Dayanıqsız ekoloji sistemli yerlərdə (su ilə doymuş qruntlar, bataqlıqlar, çay məcraları, yamac sürüşmələri) ekoloji tarazlığın minimum pozulmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır. Tədbirlər planı fərdi texniki-iqtisadi əsaslandırma ilə təyin edilir.

    İstehsalat bazalarının, yol və nəqliyyat xidməti bina və qurğularının layihə­ləndirilməsi zamanı su obyektlərində, atmosfer havasında, torpaqda və s. çirkli maddələrin həddi konsentrasiyasını təmin edən tədbirlər işlənməlidir.

    Yol tikintisi zamanı aparılan torpaq işləri ətraf landşaftın gözəlliyinə xələl gətirir. Bu səbəbdən belə yerləri yaşıl əkililərlə maskalayırlar.

    Avtomobil yolu özünə çoxsaylı insanları cəlb edir, buna görə mənzərəli meydançalar nəzərdə tutulmalı və orada sanitar-gigiyenik tələblər yerinə yetiril­məlidir ki, yol ətrafı zolaq çirklənməsin.



    Yol layihə­si zamanı yaxşı seçilmiş variantlar hesabına ətraf ərazidə bataq­lıqların qurudul­ması, su anbarlarının yaradılması, qumların bərkidilməsi, yamac­ların dayanıq­lı­ğının artırılması, eroziyaya qarşı tədbirlər və s. yerinə yetirilir.



    Ətraf mühitin mühafizəsi tədbirləri yol tikintisini mürəkkəbləşdirsə və ba­halaşdırsa da, bu əlavə xərclər özünü doğruldur.

    Ədəbiyyat

    1.Справочник инженера-дорожника. Проектирование автомобильных дорог. Москва, 1989.

    2.СНиП 2.02 05-85.

    3.В.Ф.Бабков, О.В.Андреев. Проектирование автомобильных дорог. Часть I,II. Москва, 1979.

    4.Y.M.Piriyev. Avtomobil yolları. Bakı,1999.



    Mövzu-7 TORPAQ YATAĞI VƏ YOL GEYİMİ

    PLAN

    1.Torpaq yatağı

    2.Torpaq yatağının qruntları

    3.Torpaq yatağının kipləşdirilməsi

    4.Yol geyimi.

    5.Yol geyiminin tip örtükləri



    Torpaq yatağı və yol geyimi

    Avtomobillərin yüksək sürətlə hərəkəti üçün örtüyün səthinin bütün istismar dövründə hamar qalması vacibdir. Bunun üçün torpaq yatağı möhkəm və dayanıqlı olmalıdir.

    Xarici qüvvələrin və təbii faktorların təsirindən deformasiya etməyərək öz tikinti formasım və ölçülərını dəyişməz saxlamasına torpaq yatağının möhkəmliyi deyilir. Dayanaqlıq - torpaq yatağının layihə vəziyyətinin sürüşmələrsiz və çökmələrsiz saxlanmasıdır. Torpaq yatağımn dayanaqlığı onun su rejimi ilə sıx əlaqəlidir ki, yamaclarm sürüşməsinə səbəb olur. Çox illik yol tikintisi təcrübəsi nəticəsində torpaq yatağmın tip konstruksiyaları işlənmişdir. Lakin mürəkkəb şəraitdə bu tip en profillərə bəzi düzəlişlər əlavə etmək lazım gəlir (tökmənin hühdürlüyü, qazmanm dərinliyi 12m-dən çox olanda, kəskin maillikli yamaclarda, zəif qruntlarda, sürüşmə zonasında və s.)

    •Torpaq yatağı tikmək üçün aşağıdakı qrunt növləri istifadə olunur:

    1) İri qırıntılı qaya qruntları - qaya suxurlarınm qırıntıları. Bunlar buzlaq daşı və qırmadaş qruntlarıdır. Bunlara yaxın şlakları, daş kömür tullantılarının yanmış suxurları misal ola bilər;

    2) Çınqıl və qum qruntları - su keçirəndirlər;

    3) Qumluca qruntlan - az miqdar gil hissələri var;

    4) Tozlu qumluca - 50%-dən çox 0.25mm ölçüdən kiçik diametrli danələrdən ibarətdir. Nəmləndikdə dayanıqlığı azalır, şişməyə meyillidir;

    5) Tozlu gillicə və ağır tozlu qumluca - 2-5-0.05mm ölçülü fraksiyaların miqdarı çoxdur, şışməyə meyillidir, yamaclardan tez yuyulur və axır;

    6) Gillicə qruntlar - yaxşı materialdır, yuyulmağa müqavimətlidir;

    7) Gilli qruntlar - su ilə gec doyur və gec quruyurlar, çox nəm halda kipləşmirlər;

    8) Lilli və torflu qruntlar - nəmlik dəyişdikcə, həcmini dəyişirlər, torpaq yatağı üçün yararsızdırlar.



    Öz çəkisinin, hərəkət edən nəqliyyatın, nəmləmə və qurumasının təsirindən zaman ötdükcə torpaq yatağı təbii yolla kipləşməyə başlayır. Lakin təbii kipləşmə dövrü çox uzun vaxt tələb edir. Bu səbəbdən süni kipləşdirmə əməliyyatı aparılır. Tələb olunan kipləşdirmə dərəcəsini təyin etmək üçün tökmənin hündürlüyünü bir neçə zonaya bölürlər; hər zonada kipləşdirmə dərəcəsi oradakı gərginliklərə görə təyin edilir. Zonaların qalınlığı torpaq yatağmın qaşından 1,5; 6 m və daha çox qəbul olunubdur.

    Qruntun optimal nəmliliyi elə nəmlilikdir ki, burada qruntun kipləşdirilməsinə az iş sərf olunur.


    Kipləşidirmə əmsalı - K=

    -

    s - qrunt skeletinin sıxlığı;



    - maksimum sıxlıq, laboratoriyada qruntun optimal nəmliyində standart kipliyi.

    Torpaq yatağında qruntlarm yüksək dərəcədə kipləçdirilməsi yalnız deformasiyaları aradan qaldırmır, həmçinin torpaq yatağmın su rejimini stabilləşdirir. V yol - iqlim zonasında tökmədə minimum kipləşdirmə dərəcəsi cədvəldə verilir:

    Laym dərinliyi, m 1.5m 1.5-1.6 6m-dən çox

    Kipləşdirmə əmsalı 0.98-0.95 0.95 0.95

    Avtomobillərin il boyu hərəkətini təmin etmək məqsədi ilə gediş hissəsində iqlim faktorlarının və nəqliyyatın təkərlərinin təsirinə yaxşı müqavimət göstərə bilən möhkəm monolit konstruksiyalı yol geyimi qurulur. Avtomobillərin hərəkətindən düşən gərginlik yol geyimində dərinlik artıqca sönür. Bu səbəbdən yol geyimini çox laylı konstruksiya kimi layihələndirirlər. Hər layda olan gərginliyə uyğun müxtəlif nıöhkəmlikli material qəbul edilir. Aşağıdakı konstruktiv laylar istifadə olunur:

    l) Örtük - ən möhkəm, nisbətən nazik üst laydır. Sürtünməyə, təkərin zərbə və sürüşdürmə qüvvələrinə yaxşı müqavimət göstərir. Örtük bahalı materialdan qurulur, səthi hamar olur, yüksək ilişmə qabiliyyətlidir. Bəzən örtüyün üzərində ehtiyyat lay (yeyilmə layı) nəzərdə tutulur;

    2) Əsas-geyimin daşıyıcı möhkəm layıdır, bərk daş materialdan və ya yapışdırıcı hopdurulmuş qruntdan qurulur. Bu laydakı materialların möhkəmliyi örtüyün materialmın möhkəmliyindən az ola bilər. Əsas layı bir və bir neçə laydan ibarət olur.

    3) Əlavə laylar - örtüyün və əsas layın qalınlığmı azaltmaq üçün əsas layla qrunt arasında yerləşdirilir. Əlavə laylar torpaq yatağınm üst laylarından izafı suyu xaric edir, yol geyimini quru saxlayır və torpağ yatağmın qruntunun möhkəmliyini artırır.

    4) Torpaq yatağının qruntu (altlıq lay) - torpaq yatağmın yaxşı kipləşdirilmiş və hamarlanmış üst layıdır ki, üzərinə yol geyiminin konstruktiv layları qoyulur. Nəqliyyatm hərəkətindən düşən yüklər bu laya ötürülür.

    Yol geyimi möhkəm, hamar, kələ - kötürlü,yeyilməyə davamlı olmalıdır. Aşağıdakı tip örtüklü yol geyimləri vardır:

    1) Asfaltbeton örtüklü - ən mükəmməl yol örtüyüdür, iki və ya üç lay asfaltbetondan olur. Asfaltbeton qırmadaşdan (çmqıl), qumdan, yapışdırıcıdan və mineral tozdan ibarət süni tikinti materialıdır ki, onu da kipləşdirirlər. Növləri: iridanəli a/b (qırmadaşm fraksiyası 5 - 40mm), ortadanəli (5 - 25mm), xırdadanəli (5 - 15mm), qumlu (5mm - dən kiçik).

    2) Sementbeton örtük - yüklərə yüksək davamlı və monolit olur. Monolit sementbeton örtükləri planda ölçüləri 3x6 və 4x7m olan, qalınlığı 18 - 24sm-lik tavalardan tərtib edirlər. Tavalar bir - birindən temperatur tikişləri ilə ayrılır. Tikişlər genişlənmə və sıxılma tipli olur. Tavaların birgə işini təmin etmək və qarşılıqlı vəziyyətlərini saxlmaq məqsədi ilə tikişlərə metal millər daxil edirlər. Sementbeton örtüyün yeyilməsi digər örtüklərə nisbətən çox azdır. Sementbeton örtüyün tikilməsi tam nexanikləşdimıiş, 1 gündə 900 – l000 m örtük qurmaq olar. Bu örtüklərin mənfı cəhəti odur ki, qarışığın yayılmasmdan örtüyün istismara verilməsinə qədər çox vaxt keçir və örtüyə xidmət böyük diqqət tələb edir. Sementbeton örtüyün zəif yeri tikişlərdir ki, oradan su hopa bilir. Bir neçə il istismardan sonra avtomobil tikişlərdən keçdikdə təkərlərdə taqqıltı hiss olunur. Sementbeton örtüklərin altmda sementlə bərkidilmiş möhkəm qrunt və ya qırmadaş əsas qoyulmalıdır. Son zamanlar zavod şəraitində hazırlanmış dəmirbeton tavalardan yığma dəmirbeton örtüklər quraşdırılır. Belə örtüklərin ikilmə tempi aşağıdır, örtüyün səthini hamar etmək çətin olur, tikişlərin izolyasiyası problem yaradır, istismar dövründə tavalarda çökmə prosesi baş verir. Əyri hissələrdə tavaların qoyulma problemi tam həll olunmayıb, çoxlu armatur sərfı olur.

    3) Üzvi yapışdırıcı materialla emal edilmiş çınqıl və qırmadaş örtüklər avtomobilin dağıdıcı təsirinə davamlıdır, su keçirməyir. Belə örtüklər müxtəlif üsulla hazırlanır: a) xüsusi qurğuda inert materiallar bitumla qarışdırılır və yolda yayılır; b) daş materialı bitumla birbaşa yolda qarışdırilir və yayılır, c) tam kipləşdirilməmiş qırmadaşm üzərinə emulsiya və ya qızdırılmlş bitum daxil edilir (hopdurma). Bu üsulda yapışdırıcı çox miqdarda sərf olunur; e) səth emalı üsulunda yol geyiminin səthinə bitum yayaraq üzərinə çox xırda qırmadaş səpib kipləşdirirlər. Nəticədə nazik qoruyucu lay əmələ gəlir.

    4) Qırmadaş və çınqıl örtuklərin möhkəmliyi kipləşdirmə prosesində daşların hissəçiklərinin bir birinin içərisinə girməsi (çarpazlaşma) hesabma olur. Bu örtüklər yeyilməyə az davamlıdır, buna görə müstəqil örtük kimi az şiddətlilikli yollarda icazə verilir.

    5) Daş döşəmə örtüklər bir - birinə sıx yerləşdirilmiş təbii və süni daşlardan ibarət olur. Bunlardan II və III dərəcəli yollarda müvəqqəti örtük kimi istifadə olunur.

    6) Bərkidilmiş qrunt və ya sənaye tullantılarından tikilən örtüklərdə yapışdırıcı kimi sement və ya bitumdan (qətrandan) istifadə olunur. Bəzən qruntu qum, çınqıl və digər iri danəli materriallarla da bərkidirlər.

    7) Təbii qrunt yollarinda faktiki olaraq yol geyimi olmayır, gediş hissəsinin materiah hərəkət nəticəsində kipləşən qruntdan ibarətdir.

    Hərəkətin rahatlılıq dərəcəsinə görə geyimin örtükləri belə təsnifatlandırırlar:

    1) təkmilləşdirilmiş kapital; 2) təkmilləşdirilmiş.yüngül; 3) keçid tipli; 4) aşağı tipli.

    I, II, III dərəcəli yolda - təkmilləşdirilmiş kapital örtük

    IV dərəcəli volda - təkmilləşdirilmiş yüngül örtük

    V dərəcəli volda - keçid tipli örtük ,V dərəcəli yolda - aşağı tipli örtük

    ■Yüklərin təsirindən işləmə prinsipinə görə yol geyimləri şərti olaraq 2 qrupa bölünür:

    1) sərt olmayan; 2) sərt geyimlər

    Sərt olmayan geyimlər əyilməyə az müqavimətlidir.Buna sementbeton və sementbeton əsası üzərində qurulan asfaltbeton və daş döşəmədən başqa bütün yol geyimləri aiddir.



    2) Sərt geyimlər elastik əsas üzərində qoyulan tava prinsipi ilə işləyir, xarici yükləri daha böyük qrunt sahəsinə ötürür. Bunlar sementbeton, dəmir - beton örtüklərdir.

    Geyimin hesabatı bütünlüklə yol geyiminin və onun ayrı–ayrı laylarının qalınlığının və dayanaqlığının təyin olunmasıdır. Geyimin konstruksiyasının se­çilməsinin əsas tələblərindən birisi-yerli yol inşaat materiallarından istifadə etmək­dir. Həmçinin geyimin tikilməsinin texnoloji xüsusiyyətləri nəzərə alınmalıdır, ucuz başa gələn variant qəbul olunmalıdır.




    1   2   3   4   5   6   7   8   9   10




    Download 8.07 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Ixtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı Fənn: Ərazinin mühəndis təchizatı Müəllim: Məmmədova Aygül Mustafa qızı Kurs: II

    Download 8.07 Mb.