Kafedra: elektrodinamika və rev




Download 99.93 Kb.
bet3/5
Sana04.08.2022
Hajmi99.93 Kb.
#25111
1   2   3   4   5
Bog'liq
Kurs isi

Tezlik diapazonu, Qhs

Impuls, MVt



Orta,
kVt

η,
%

G,
dB

f,
%

U0,
kV

I0,
A

Cihazın tipi

Firma

0.3-0.9

-

1

35

26

10

2.6

1.5

MA-2003

ABŞ(varian)

7.7-7.9

-

20

40

13

-

23

2.5

VA-148

ABŞ(varian)

5.4-5.9

3

48

35

35

9

135

95

VA-126

ABŞ(varian)

8.3-10

1.8

10

30

30

18

130

47

SYT-4341

ABŞ(sybvania)

3

12

20

50

37

10-14

175

160

VA-143 tvistron

ABŞ(varian)

Cədvəl 1.

Cədvəl 1-də verilmiş parametrlər: Pçıxış – çıxış gücü, η – faydalı iş əmsalı, G – gücə görə gücləndirmə, ∆f – gücləndiriləcək tezliklər zolağı, U0 – sürətləndirici gərginlik, I0 – cərəyan şiddətidir. İmpuls dalğalar üçün impuls və orta güc də göstərilmişdir.

Baxılan cihazın əsas parametr və xarakteristikaları aşağıdakılardır:


Gücləndirmə əmsalı:
Kp = 10lg (3)
Çıxış gücü:
Pr = (4)

Lampanın maksimal elektron faydalı iş əmsalı:


ηe = (5)

Burada – dalğanın elektrik sahəsi gərginliyinin ləngidici sistemin çıxışında uzununa komponentidir. Rc – lampanın çıxışındakı müqavimətdir. Lampa kəsilməz rejimdə işlədikdə çıxışda 10 kVt, impuls rejimində işlədikdə isə 10 MVt-dan daha böyük tərtibdə güc alınır.



“O” tip əks dalğa lampası
“O” tip qaçan dalğalarda işçi harmonikalar müsbət fəza harmonikalarıdır. Mənfi harmonikaları istifadə edən lampalar “O” tip əks dalğa lampası adlanır.
“O” tip əks dalğa lampası həm generator, həm də gücləndirici kimi işləyir. Bu lampa həmçinin karsinotron da adlanır. Şəkil 2-də “O” tip əks dalğa lampası təsvir edilmişdir.


Şəkil 2.

Əvvəlcədən fokuslanmış elektronlar ikiqat spirala daxil olur. Bu spiral ləngidici rolunu oynayır. Elektronlar daha sonra kollektora düşür. İdarəedici elektroda katoda nəzərən zəif mənfi gərginlik verilir. Ləngidici sistem boyunca elektronlar hərəkət etdikcə onların fokuslanması OQDL-də olduğu kimi maqnit və ya elektrik sahəsi ilə yerinə yetirilir. OQDL-dən fərqli olaraq əks dalğa lampası yüksəktezlikli enerjinin çıxması üçün qurğu ilə təchiz edilmişdir. Uducu maddə kollektora yaxın yerləşdirilmişdir. Lampanın yalnız 1 çıxışı vardır. Cihazın qısaca təsir prinsipi bu formadadır: ləngidici sistemdə elektronların fluktasiyası nəticəsində ilkin zəif rəqslər yaranır və elektromaqnit dalğası əmələ gəlir. Həmin dalğa fəza harmonikalarının cəmi kimi göstərilə bilər. Bu harmonikalardan birinin faza sürəti sinxronizm prinsipini ödəyə bilər. “O” tip əks dalğa lampalarında bu şərt bir qayda olaraq ilk əksedici harmonika üçün ödənilir.


Əksetdirici harmonikalarla qarşılıqlı təsirdə olan elektronlar qruplaşmağa başlayır və öz enerjisini dalğaya verir.
Dalğanın amplitudu artacaq, elektronlar qruplaşma effekti yüksələcək və getdikcə enerjinin dalğaya verilməsi çoxalacaq. Nəticədə ixtiyari avtogeneratorda olduğu kimi faza və güc balansı şərti ödəndikdə lampada stasionar amplituda malik rəqslər qərarlaşacaqdır. “O” tip əks dalğa lampasında gedən fiziki proseslər “O” tip qaçan dalğa lampasında gedən proseslərə oxşardır. Fərq ondadır ki, “O” tip əks dalğa lampasında elektron seli əksedici faza harmonikası ilə qarşılıqlı təsirdə olur. Cihaz əsasən aşağıdakı parametr və xarakteristikalara malikdir:
Çıxış gücü:
Pçıxış = u0 (I - In0) (6)

N = (7)

Burada: N – ləngidici sistemin elektrik uzunluğu, I – cərəyan, In0 – buraxıcı cərəyandır. I0 In0-dan adətən 5-6 dəfə çox olur.
“O” tipli əks dalğa lampaları çox zaman zəif gücləri generasiya etmək üçün istifadə olunur. Bu cihazların əsas xarakteristikaları ω (u0 ), σel (u0 ) və s. asılılıqlardır. Uducudan qaytarılma və başqa səbəblərdən Pçıxış = f (u0 ) asılılığı işçi diapazonda qeyri-monoton dəyişir.


Download 99.93 Kb.
1   2   3   4   5




Download 99.93 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Kafedra: elektrodinamika və rev

Download 99.93 Kb.