• Təsdiq edirəm”
  • P R O Q R A M I Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr pilləsində təhsil alan tələbələr üçün Azərbaycan Respublikası
  • Proqram Azərbaycan Dövlət İqtisad Universitetinin “Mülki müdafiə” kafedrasının ümumi iclasda müzakirə olunmuşdur. Protokol № 9 12 may 2015-ci il
  • Azərbaycan Dövlət İqtisad Universitetinin “Mülki müdafiə” kafedrasının əməkdaşları: Dosent Y.İ.Ələkbərov; Baş müəllim A.Z.Cahangirov;
  • Mülki müdafiə” fənnin öyrənilməsində tələbələr aşağıdakıları bilməlidir
  • Kafedrasi




    Download 38.56 Kb.
    bet1/6
    Sana10.04.2022
    Hajmi38.56 Kb.
    #19564
      1   2   3   4   5   6
    Bog'liq
    2az (2)


    AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
    AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

    MÜLKİ MÜDAFİƏ” KAFEDRASI


    1401” MÜLKİ MÜDAFİƏ


    fənninin


    P R O Q R A M I
    Azərbaycan Dövlət İqtisad Universitetinin
    bakalavr pilləsində təhsil alan tələbələr üçün
    BAKI - 2015

    Təsdiq edirəm”


    Azərbaycan Dövlət İqtisad Universitetinin
    Tədris və təlim texnologiyaları
    üzrə prorektor


    ___________ prof.D.A.Bağırov
    ____” iyun 2015-ci il
    MÜLKİ MÜDAFİƏ” KAFEDRASI

    1401” MÜLKİ MÜDAFİƏ


    fənninin


    P R O Q R A M I
    Azərbaycan Dövlət İqtisad Universitetinin
    bakalavr pilləsində təhsil alan tələbələr üçün

    Azərbaycan Respublikası
    Təhsil Nazirliyinin 19.10. 2009-cu
    il tarixli 1157 saylı əmri ilə təsdiq
    olunmuşdur.

    Proqram Azərbaycan Dövlət İqtisad Universitetinin “Mülki müdafiə” kafedrasının ümumi iclasda müzakirə olunmuşdur. Protokol № 9 12 may 2015-ci il
    Proqram “Mülki müdafiə” kafedrasının müdiri Elçin Əliyevin rəhbərliyi ilə tərtib olunmuşdur.


    Tərtib edənlər:
    Azərbaycan Dövlət İqtisad Universitetinin “Mülki müdafiə” kafedrasının əməkdaşları:
    Dosent Y.İ.Ələkbərov;
    Baş müəllim A.Z.Cahangirov;
    Müəllimlər: V.İ.Məmmədov;
    S.T.Məhərrəmova;
    N.Ş.Lətifov.
    R.Ş.Verdiyev


    1. TEMATİK-METODİK GÖSTƏRİŞLƏR

    Azərbaycan Respublikasının bəzi ali məktəblərində (texniki ali məktəblərində) həyat fəaliyyətinin təhlükəsizliyi ilə əlaqədar “Mülki müdafiə” fənni ayrı-ayrı tədris edildiyi üçün onların proqramı da müxtəlifdir, proqramlarda çoxlu təkrarlanmalara yol verilir. Humanitar və pedaqoji ali məktəblərdə isə insanların gündəlik fəaliyyətində (işdə, məişətdə və s.) qarşılaşdıqları adi təhlükə hallarından (səs-küydən, tozdan, cərəyandan, qazdan və sairə) mühafizə tədbirləri tədris edilmir. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci tarixli 1182 saylı Fərmanına əsasən Fövqəladə Hallar Nazirliyinin yaradılması və həyat fəaliyyətinin təhlükəsizliyi ilə əlaqədar məsələlərin Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilməsi, ali məktəblərdə “Mülki müdafiə” fənninin tədrisi məsələlərinə yenidən baxılması gündəmə gəlir.


    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.09.1998-ci il tarixli 193 saylı qərarına görə:
    - Dövlət və qeyri-dövlət təhsil müəssisələrində şagirdlərin, tələbələrin və dinləyicilərin “Mülki müdafiə” hazırlığı proqramı, mövzuları və tədris saatlarının miqdarı müvafiq nazirlik, dövlət komitələri, baş idarələr, təhsil müəssisələri tərəfindən yerli xüsusiyyətlər nəzərə alınmaqla işlənib hazırlanır və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılır.
    -“Mülki müdafiə” - ali məktəblərdə əyani və qiyabi şöbələrinin bütün tələbələrinə öyrədilməsi məcburi olan fənn sayılır və tədris planına xüsusi fənn kimi daxil edilir.
    - Ali məktəblərin tələbələrinə “Mülki müdafiə” fənni qüvvədə olan proqrama müvafiq tədris edilir.
    - Tələbələrə “Mülki müdafiə” fənninin öyrədilməsi üzrə əsas vəzifələr aşağıdakılardır:
    - Sülh və müharibə dövründəki fövqəladə hallarda fəaliyyət göstərmək və ali məktəblərdə aldıqları ixtisasa müvafiq olaraq, obyektlərin sabit işinin təmin edilməsi üsullarını öyrənmək;
    - Tibbi biliklərin əsasına yiyələnmək və fövqəladə hallarda da əməli olaraq ilkin tibbi yardım göstərməyi bacarmaq;
    - Ümumtəhsil məktəblərinin 1, 5, 6 siniflərində “Mülki müdafiə” və “Tibbi-sanitariya hazırlığı” üzrə məşğələlər aparmağı bacarmaq.

    “Mülki müdafiə” fənni imtahan verməklə qurtarır.


    Mülki müdafiə” fənnin öyrənilməsində tələbələr aşağıdakıları bilməlidir:


    - fövqəladə hallar, onların baş vermə səbəblərini;


    - fövqəladə hadisələrin xəbərdar edilməsinin növləri və vasitələri;
    - davranış qaydalarının əhaliyə çatdırılması üsulları və yolları;
    - fövqəladə hallarda əhalinin mühafizəsinin prinsipləri və üsulları;
    - fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirləri;
    - zədələnmə ocaqlarında qəza-xilasetmə və digər təxirə salınmaz işləri;
    - fövqəladə hallarda iqtisadiyyat obyektlərinin iş dayanıqlığının təmin edilməsi
    yollarıni və üsullarını;
    - istehsalat sahəsində həyat fəaliyyətinin təhlükəsizliyinin təminini;
    - istehsalat sahələrində insanlar üçün təhlükə törədən amilləri;
    - istehsalat sahələrində bədbəxt hadisələrin araşdırılmasını və təhlilini;
    - zədələnmiş insanlara ilk tibbi yardımın göstərilməsini.



    Download 38.56 Kb.
      1   2   3   4   5   6




    Download 38.56 Kb.