Kompüter şəbəkəsi • Kompüter şəbəkəsi




Download 233.63 Kb.
Pdf ko'rish
bet1/4
Sana24.05.2022
Hajmi233.63 Kb.
#21805
  1   2   3   4
Bog'liq
komputer se



Kompüter şəbəkəsi



Kompüter şəbəkəsi -rabitə xətləri və xüsusi proqram 
təminatı ilə bir-birilə əlaqəli kompüterlər və periferiya 
avadanlıqları sistemindən ibarətdir.

İnformasiyan
ın əldə olunması, ötürülməsi və 
istifadəçilərin mövcud informasiyadan birgə 
istifadəsini təmin etmək üçün kompüter şəbəkələrinin 
olması vacib şərtdir. 

Məsafədən asılı olaraq, rabitə xətləri kimi kabeldən, 
telefon xətlərindən, radiorabitədən, peyk rabitəsindən 
və optik lifli xətlərdən istifadə olunur. 

Ən populyar kompüter şəbəkəsi 
internetdir
.


Kompüter şəbəkələrinin əsas 
komponentləri aşağıdakılardır:

kompüterlər;

kommunikasiya avadanlıqları;

şəbəkə əməliyyat sistemləri;

şəbəkə tətbiqləri (network applications);

əlaqə kanalları.


OSI modeli
1983-cü ildə 
Beynalxalq Standartlaşma Təşkilatı
 (
ISO
) tərəfindən açıq sistemlərin qarşılıqlı əlaqəsinin modeli 
yaradılmışdır. Bu model 
OSI
 (Open System Interconnection - Açıq sistemləin qarşılıqlı əlaqəsi) adlandırılmışdır və 
müasir kompüter şəbəkələrinin əsasını təşkil edir. OSI modelində aşağıdakı səviyyələr vardır:

Fiziki səviyyə (Physical layer) – 1-ci və ən aşağı səviyyədir. Bu səviyyə fiziki əlaqə kanallarında informasiyanın 
(bitlərin) elektrik, optik və ya radiosiqnal şəklində ötürülməsini təmin edir. Bu səviyyədə siqnalların səviyyəsi, 
kodlaşdırma tipi, siqnalların ötürülmə sürəti və s. təyin edilir.

Kanal səviyyəsi (Data Link layer) – 2-ci səviyyədir və şəbəkələrin fiziki səviyyədə qarşılıqlı əlaqəsinin təmin 
edilməsinə xidmət edir və baş verə biləcək səhvlərə nəzarət edir. Fiziki səviyyədən alınmış verilənlər kadrlarda 
(frame) yerləşdirilir, bütövlüyü və səhvləri yoxlanılır və şəbəkə səviyyəsinə göndərilir.

Şəbəkə səviyyəsi (Network layer) – 3-cü səviyyədir və verilənlərin ötürülməsi yollarının (marşrutlarının) 
müəyyən edilməsi üçün təyin edilmişdir. Məntiqi ünvanların və adların fiziki ünvanlara çevrilməsinə, qısa 
marşrutların müəyyən edilməsinə, şəbəkədəki nasazlıqların və tıxacların izlənilməsinə cavabdehdir.

Nəqliyyat səviyyəsi (Transport layer) – 4-cü səviyyədir və verilənlərin səhvsiz, itkisiz, təkrar edilmədən və 
göndərilmiş ardıcıllıqla ünvana çatdırılması üçün təyin edilmişdir. Bu zaman ötürülən verilənlərin tipi 
əhəmiyyət kəsb etmir, sadəcə bu səviyyə ötürmə mexanizmi təqdim edir.

Seans səviyyəsi (Session layer) - 5-cı səviyyədir və əlaqə seansının təmin edilməsinə cavabdehdir və tətbiqlərin 
uzun müddət öz aralarında qarşılıqlı əlaqədə olamalarına imkan verir. Bu səviyyə seansın yaradılmasını və 
sona çatdırılmasını, informasiya mübadiləsini, sinxronlaşdırmanı, verilənlərin ötürülməsi hüququnun müəyyən 
edilməsini və tətbiqlərin aktiv olmadıqları müddətdə seansın saxlanmasını idarə edir.

Təqdimetmə səviyyəsi (Presentation layer) - 6-cı səviyyədir və informasiyanın məzmununu dəyişdirmədən 
onun təsvir olunma formasını təyin edir. Bu səviyyənin vasitəsi ilə informasiya bir sistemin tətbiqi 
səviyyəsindən digər sistemin tətbiqi səviyyəsinə aydın şəkildə təqdim edilir. Təqdimetmə səviyyəsi tətbiqi 
səviyyədə olan obyektlərə (istifadəçi və proqramlar) ötürülən informasiyanın çevrilmə (şirifləmə, sıxılma) 
üsullarını müəyyən edir.

Tətbiqi səviyyə (Application layer) – 7-cı ən yüksək səviyyədir, şəbəkə və istifadəçinin qarşılıqlı əlaqəsini təmin 
edir. Bu səviyyə istifadəçi tətbiqlərinin (user applications) şəbəkə xidmətlərinə girişinə icazə verir.


Kompüter şəbəkələrinin əsas anlayışları 

Server
- şəbəkənin işini mərkəzləşdirilmiş şəkildə idarə edən və yaxud 
şəbəkənin digər kompüterlərinə öz resurslarını (
fayl

printer
, və s.) istifadəyə 
verən, müvafiq proqram təminatı ilə təchiz olunmuş, xüsusi ayrılmış yüksək 
məhsuldarlığa malik olan kompüterdir.

Kliyent kompüteri - (kliyent, işçi stansiyası) serverin resurslarına (serverə) 
giriş əldə edən şəbəkə istifadəçisinin kompüteridir.

Proqram-server – verilmiş kompüterin resurslarına şəbəkənin digər 
kompüterlərindən giriş sorğularina xidmət üçün təyin edilmiş proqramdır.

Proqram-kliyent - uzaqda yerləşən resurslara giriş üçün sorğuların 
yaradılması və göndərilməsi, həmçinin sorğuya uyğun olaraq istifadəçinin 
kompüterində informasiyanın alınması və əks etdirilməsi üçün təyin edilmiş 
proqramdır (misal, vebbrauzer).

Konsentrator - bir neçə əlaqə kanalını bir kanala kommutasiya edən 
qurğudur.

Təkrarlayıcı - siqnalın verilmiş ötürücü fiziki mühitində nəzərdə tutulmuş 
məsafədən böyük məsafəyə ötürüldüyü zaman, onun formasının və 
amplitudasının saxlanmasını təmin edən qurğudur.

Hab (hub) - kompüterləri şəbəkəyə birləşdirməyə imkan verən qurğudur.



Modem - rəqəmsal siqnallarının telefon xətləri vasitəsilə ötürülməsi üçün onları 
analoq formasına və əksinə çevirən qurğudur. Bu zaman modemdə informasiya 
siqnallarının modulyasiyası və demodulyasiyası həyata keçirilir.

Verilənlərin ümumi istifadəsi - müxtəlif iş yerlərindən digər kompüterlərdə olan 
fayllara girişə imkan verir.

Proqram vasitələrinin ümumi istifadəsi - istifadəçilərə digər kompüterlərdə 
qurulmuş proqramları istifadə etməyə imkan verir.

Paket - kompüter şəbəkələrində informasiyanın əsas vahididir. Verilənlərin 
paketlərə bölünməsi zamanı şəbəkədəki hər bir kompüter praktiki olaraq 
verilənlərin digər kompüterlərlə eyni zamanda qəbulu və ötürülməsi imkanını əldə 
edir.

Protokol – kompüter şəbəkəsində verilənlərin ötürülməsi üçün qaydalar və 
razılaşmalar toplusudur.

Şəbəkə protokolları – şəbəkədə məlumatların təqdimat formalarını və ötürülmə 
üsullarını, müxtəlif avadanlıqların birgə işləmə qaydalarını müəyyən edən 
standarlardır.


Şəbəkələrin arxitekturaları və təsnifatı

Təsnifat əlamətləri:

Topologiya;

Kompüterlərin qarşılıqlı əlaqəsinin təşkili;

Ötürmə mühiti;

İnformasiyanın ötürülmə sürəti;

Ölçüsü.




Download 233.63 Kb.
  1   2   3   4




Download 233.63 Kb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Kompüter şəbəkəsi • Kompüter şəbəkəsi

Download 233.63 Kb.
Pdf ko'rish