Konstruksiya materiallarinin texnologiyasi fənnindən MÜhaziRƏLƏR




Download 408.98 Kb.
bet5/5
Sana12.10.2020
Hajmi408.98 Kb.
#12090
1   2   3   4   5
plastik kütlə deyilir. Plastik kütlələr bir sıra qiymətli mexaniki, fiziki və kimyəvi xassələrə malikdir; xüsusi çəkiləri azdır, nisbətən yüksək möhkəmliyə malikdir, aqressiv mühitlərin dağıdıcı təsirinə qarşı çox davamlıdır, müstəsna yapışma qabiliyyətinə malik olduğundan möhkəm birləşmə alınmasına imkan verir və asanlıqla emal olunur.Plastik kütlələrin eyni zamanda aşağıdakı nöqsanları vardır: istiyə qarşı davamsızdır, səthi bərkliyi çox aşağıdır, termiki genişlənmə əmsalı yüksəkdir və s. Plastik kütlələr adi temperaturda plastiklik xassələrindən məhrumdur. Plastik kütlələrin temperatur dəyişmələrə qarşı münasibəti eyni deyildir. Bir sıra plastik kütlələr qızdırıldıqda əvvəlcə yumşalır, qismən əriyir, sonradan həllolma qabiliyyətini itirərək bərkiyir. O, təkrar qızdırıldıqda yumşaldığından və yenidən plastik hala keçmədiyindən çox çətin deformasiya edilir və ya deformasiya olunma qabiliyyətini itirir. Bu tip plastik kütlələrə termoreaktiv kütlələr deyilir.

Plastik kütlələrin bir növüdə termoplastik kütlələrdir. Bunları qızdırdıqda əvvəlcə elastik, sonra isə yumşalaraq plastik vəziyyətə keçirir və əriyir. Soyuduqda isə bərkiyir və təkrar yenidən elastiklik, plastiklik, ərimə və üzvi məhsullarda həllolma xassələri kəsb edir. Plastik kütlələrin tərkibi əsasən süni qətranlardan ibarətdir. Süni qətranlar sadə üzvi maddələrin qarşılıqlı təsiri nəticəsində alınır. Süni qətranlar kondensləşmə və polimerləşmə qətranlarına ayrılır. Kondensləşmə qətranlarına müvafiq olaraq: fenol-aldehidli, amilin-aldehidli, poliefirli və epoksidli qətranları göstərmək olar. Bunlar termoreaktiv qətranlar qrupuna daxildir.Polimerləşmə qətranlarının polivinilxlorid, polimetilmeta-krilat, polistral kimi növləri vardır. Bunlar termoplastik kütlələr qrupuna mənsub qətranlardır. Mürəkkəb plastik kütlələr, adətən əlaqələndirici, doldurucu, plastifikatorlar, boyaq, katalizator, yağlayıcı və başqa maddələrin qarışıqlarınadn alınır.

Əlaqəyaradıcılar-təbii və süni qətranlar, asfaltlar, sellüoz efirlərindən ibarətdir. Əlaqəyaradıcı maddələrin vəzifəsi plastik kütlələrin tərkib hissələrini sementləşdirməkdir.

Doldurucular-plastik kütlələrin mexaniki və texnoloji xassələrini xarakterizə edir. Plastik kütlələrə 40-70%-ə qədər doldurucu maddələr qarışdırılır. Doldurucu üzvi və mineral maddələrdən hazırlanır. Üzvi doldurucu maddələr: ağac unu, pambıq lifləri, kağız, pambıq-kətan toxumları və başqalarından ibarətdir.

Plastifikatorlar-plastik kütlənin plastikliyini, sıyıqlığını, elastikliyini artırır, sərtlik və kövrəkliyini isə azaldırlar.

Boyaq maddələri-üzvi və mineral olmaq üzrə iki növüdür. Bunların əsas rolu plastik kütləyə müxtəlif rənglər verməkdən ibarətdir.

Müxtəlif qatışıqlar-yağlayıcı və bunlara edilən xüsusi əlavələrdən əmələ gəlir.

Katalizatorlar-maqnezium oksidi, əhəng və litopon kimi xüsusi qatışıqlardan ibarətdir

Mövzu 23. Qeyri-metal materiallar. Ağac materiallar. Rezin materiallar. Şüşə materiallar.

Ağac materialları başlıca olaraq ağacın gövdəsindən, kökündən və budaqlarından hazırlanır. Ağac başlıca olaraq efir yağları, qatranlar və aşılayıcı maddələrdən ibarətdir. Ağac hüceyrələrinin divarları liqnin və sellüloz maddələrindən ibarətdir. Sellüloz, liqnin və başqa maddələrin ümumi miqdarı 60%-ə çatır. Sellüloz lifli quruluşa malik olub, mexaniki və kimyəvi cəhətdən davamlıdır, ağaca möhkəmlik xassələri, liqnin isə hüceyrələrin divarlarına bərkluk və elastiklik verir. Göstərilən maddələrin qarşılıqlı nisbəti dəyişdikdə ağacın fiziki-mexaniki və başqa xassələri də dəyişir. Bu xassələri pisləşdirən xəstəliklərin qarşısını almaq, habelə suda şişmə, əyilmə, çürümə və s. ilə mübarizə aparmaq üçün ağac materiallarına xüsusi tərkibli qoruyucu məhlul və mayelər hopdururlar. Bunlara antiseptik maddələr deyilir. ağac materialının fiziki xassələrini xarakterizə edən əsas amillər sıxlığı və nəmin miqdarıdır. Ağac materialı kapilyar -məsaməli maddələrdən təşkil edildiyindən, onun içərisi hava, nəm və başqa yüngül maddələrlə doludur. Müxtəlif ağac növlərinin sıxlığı 1300-1700 kq/m3 arasında dəyişir.

Ağac materialların keyfiyyətini xarakterizə edən amillərdən biri də ağacın nəm yanmaq qabiliyyətidir. Ağac materiallardakı nəmliyin miqdarı ağacın növündən,strukturundan və bir sıra xarici amillərin təsirindən asılı dır. Ağac materialındakı nəmin miqdarı başlıca olaraq ağacın fiziki və mexaniki xassələrinə təsir edir, onu uzun zaman saxladıqda içərisində nəmin miqdarı azalır.

Məmulat hazırlanacaq ağac materialın nəmliyi 15%-ə qədər olmalıdır. Buna normal nəmlik deyilir.

Ağacı konstruksiya materialı kimi xarakterizə edən başlıca amil onun dartılmaya, sıxılmaya və əyilməyə qarşı göstərdiyi müqavimət, möhkəmlik xassələridir. Ağacın möhkəmlik həddi başlıca olaraq onun tərkibindəki nəmin miqdarı ilə yanaşı sıxlığından və strukturundan asılı olaraq dəyişir. Ağac materialın strukturu liflərin müxtəlif istiqamətlərində müxtəlifdir. Bu hal ağac materiallarının anizotropiya xassələrinə malik olduğunu göstərir. Ağac materialları müxtəlif istiqamətlərdə müxtəlif möhkəmliyə malikdir.

Ağac məmulatı istehsalında mişarlanmış və ya mişarlanmamış oduncaqdan istifadə edilir. Onlardan şponlar, fanerlər, tavalar, preslənmiş və əyilmiş yarımfabrikatlar və s. məmulatlar hazırlayırlar. Şponlar çox nazik təbəqələrdən ibarətdir. Bunlar istehsal üsullarından asılı olaraq soyulmuş, yonulmuş və mişarlanmış nazik qabıqlı şponlara bölünür. Faner istehsalı üçün şpon və nazik təbəqələrdən istifadə edilir.

Rezin istehsalı üçün ilkin material kauçukdur. Bunun üçün kauçuku kükürdlə və digər doldurucu maddələr (qurum.ş tabaşir, kaolin və s.), yumşaldıcı maddələr (qatran, karbohidrogenlər və s.) ilə vulkanizasiya etmək yolu ilə alırlar. Rezin yaxşı elastikliyə və vibrasiya udma xassəsinə malikdir. Rezinin xassələri onu əmələ gətirən kauçukun strukturundan və tərkibindən asılıdır.Kauçuk təbii və süni olmaqla iki qrupa ayrılır. Təbii kauçuk bitkilərdən, ağac növlərindən, otabənzər bitkilərdən və s. istehsal edilir. Süni kauçuklara misal xlorprenil, izoprenil, natrium-butadiyenli və s. Süni kauçuk öz xassələrinə görə təbii kauçuka yaxın olan maddədir. Süni kauçuk 1910-cu ildə ilk dəfə rus alimi Lebedev tərəfindən təklif edilmişdir. Kauçuku vulkanlaşdırıcılar və xüsusi aşqarların qarışığı ilə emal etdikdə işlək rezin qarışığı alınır. Rezin yüksək elastik materialdır. Vibrasiyaya qarşı davamlıdır (titrəyişləri udur), kimyəvi davamlılığı yüksəkdir, mexaniki möhkəmliyi kifayət qədərdir. Maşınqayırma sənayesində rezin materiallardan basqı və sorma şlanqları, birləşdirici şlanqlar, şinlər, qayışlar, lentlər, asqılar, dayaqlar, buferlər, rezin yastıqlar, kipkəclər, araqat lövhələri, halqalar, izolyasiya materialları və s. hazırlanır. Yumşaq rezin markaları eyni zamanda avtomobil pəncərəsi, lent, sıxlaşdırma üzüyü, membran hazırlanmasında tətbiq edilir. Toxucu və kağız sənayesində metal valların üzərinə çəkərək elastiklik yaratmaq məqsədi ilə yumşaq rezindən istifadə edirlər.



Şüşə termoplastik materiallar qrupuna daxildir. Onun tərkibində başlıca olaraq silisium oksidi vardır. Bununla yanaşı şüşə növlərində bu və ya digər miqdarda bor, alüminium, natrium, kalsium elementlırinin oksidləri götürülür. Şüşə istehsal etmək üçün xammal olaraq qum, təbaşir, soda , dolomit götürülür. Bunları zərərli aşqarlardan təmizləyərək qurutduqdan sonra üyüdülür. Üyüdülmüş materiallar xüsusi qatışdırıcılardan müəyyən nisbətdə qatışdırılaraq şixtəyə verilir. Xüsusi maşında alınmış şixtə bircinsli və narın olmalıdır. Bunun üçün şixtənin tərkib hissələri yaxşı qatışdırılmalıdır. Hazır şixtə şüşə bişirmə sobalarına verilir. Şüşə bişirmə sobasında teperatur 15000-yə çatdıqda şixtə yumşalır və əriməyə başlayır, ərimiş şüşə kütləsi xüsusi presqəliblərdə deformasiya edilərək istənilən şəkil və ölçü alınır.

Asbest başlıca olaraq maqnezium və silisumun oksidlərindən ibarət olub, lifli minerallar qrupuna daxildir. Azbestin tərkibində kalsium və dəmir oksidlərinə də təsadüf edilir. Asbestin keyfiyyəti onun liflərinin uzunluğu ilə xarakterizə edilir. Uzun lifli azbestlər keyfiyyərtli, qısa liflililər isə az keyfiyyətlidir. Asbest yüksək temperaturun, turşu və qələvilərin təsitinə qarşı davamlı maddələrdir. Turşuya və oda davamlılıq asbestdəki silisium və maqnezium oksidlərinin nisbətindən asılı olaraq dəyişir. Silisium oksidinin artması asbestin oda və turşuya davamlılığını artırır. Maqnezium oksidinin artması azbestin davamlılığını azaldır, lakin oda davamlılığını yüksəldir. Amfibol-asbestin ərimə temperaturu 1100-12000, xrizostol-azbestinki isə 14000-dir. Asbest materiallarından oda davamlı, sıxlaşdırıcı vəv istiliyi qoruyan qaytanlar hazırlanır. Asbestdən eyni zamanda nəm, istilik v əelektrik keçirçməyən təbəqələr də alınır. Asbestin sementlə qatışdıraraq azboşiferin materialı alınır ki, bu da su və qaz nəql edici boruları hazırlamaq, binaların damını örtmək üçün tətbiq edilir. Asbestlə kauçukun qatışığından alınan paronit suya və oda (4500-dək) davamlı maddədir. Buna görə də paronit buxar və su buxarları nəql edən boruları nəql edən boruların birləşdiyi yerdə araqatı materialı kimi işlədilir.

Download 408.98 Kb.
1   2   3   4   5




Download 408.98 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Konstruksiya materiallarinin texnologiyasi fənnindən MÜhaziRƏLƏR

Download 408.98 Kb.