Vaxt: 10-15 dəq, Dərs tipi




Download 494 Kb.
bet44/76
Sana13.06.2021
Hajmi494 Kb.
#15002
1   ...   40   41   42   43   44   45   46   47   ...   76
Vaxt: 10-15 dəq, Dərs tipi: yeni bilik verən dərs, ümumiləşdirici dərs

Yarana biləçək problemlər: vaxtın uzanması, şagirdlərdə mövzu ilə bağlı məlumat azlığı

P.3. Söz assosiasiyaları. Bu priyoma əsasən müəllim 2-3 dəqiqə ərzində möv­zu­­nun mahiyyətini diktə edir, şagirdlər dərhal cavab verirlər. O, inkişaf dinamikasına

əsasən şagirdləri qiymətləndirir.

Müəllim məsdər mövzusunu kecərkən sinfə tapşırıq verir ki, mən dediyim sözə əksmənalı söz tapıb defislə yazın. Şagirdlər müəllimin dediyi sözlərin hər birini yazır, defis işarəsindən sonra əksmənalı söz əlavə edirlər: qalxmaq- əyləşmək, yuxlamaq-oyanmaq, atmaq-tutmaq, getmək-gəlmək vəs. Müəllim meşədə bitən çicəklərdən birinin adını deyir. Şagirdlər tanıdıqları çiçəklərin adlarını yazırlar: lalə, nərgiz, çobanyastığı, inciciçəyi, novruzgülü və s.

Şagirdlərə bir söz verilir, onlar həmin sözlə əlaqədar lügət ehtiyatına nəzər salır və ani olaraq sözləri sadalayırlar (yazırlar). Məsələn, Xəzər sözünü deyir. Şagirdlər onunla əlaqədar dəniz, göl, Volqa, Kür, Rusiya, Qazaxıstan, Türkmənistan, İran,gəmi, qayıqçı, balıqcılıq, balıq, kürü, suiti, yosun, cimərlik və s. sözlərini yazırlar.Bu priyom şagirdlərin lügət ehtiyatının zənginləşdirilməsində növ-cins anlayışlarının yaranmasın­da mühüm rol oynayır.

P. 4. Əlifba təlimi dövründə şagirdlərin heca anlayışını inkişaf etdirmək, onlara hecalardan sözlər düzəltmək vərdişi aşılamaq məqsədilə söz zəncirindən istifadə olunur. Söz zəncirində hər bir sözün ikinci hecası növbəti sözün birinci hecası olur. Müəllim yazı taxtasına qutu sözünü hecalarla yazır: QU-TU. Şagirdlərdən biri tire cəkib LA, üçüncüsü PƏ, başqa birisi YƏ hecasını yazır. Beləliklə, qutu, tula, lalə, ləpə, pəyə şəklində söz zənciri alınır.

Söz sırası yeni söz düzəltmək imkanının olmadığı hala qədər davam etdirilir. Müəyyən vərdiş yarandıqdan sonra ola bilər ki, müəllim uşaqların hərəsinə bir söz

verib belə zəncir düzəltməyi tələb etsin. O zaman müxtəlif söz zəncirləri alınır:

Öl-kə-tə-kər-ki-şi-rə-is-tək-lif sa-hə-sən-siz-dən-li-mon

Kim çox söz düzəldə bilir və işi tez yerinə yetirirsə, qalib hesab olunur. Obyektivliyin təmin olunması üçün müəllim elə sözlər secməlidir ki, onlardan sözlərin düzəldilməsi imkanları təxminən bərabər olsun.

Azərbaycan dili dərslərində heca tədris olunarkən söz zəncirindən istifadəyə ge­niş yer vermək olar.Yalnız 3 hərfdən ibarət qapalı hecalardan istifadə etmək tapşırı­la bilər: kö-tük-süz-gün-düz-mək-təb-riz-van

Yalnız incə saitli hecalardan söz zənciri düzəltməyi də tələb etmək olar:



büz-düm-düz-gün-düz-lük



Download 494 Kb.
1   ...   40   41   42   43   44   45   46   47   ...   76




Download 494 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Vaxt: 10-15 dəq, Dərs tipi

Download 494 Kb.