• Qoyunların mayalandırılmasının t ə şkili.
  • Quzulamanın t ə şkili v ə cavan heyvanların yetiş­dirilm ə si.
  • Qoyunların saxlanma üsulları.
  • Qoyunların bordaqda-otlaq ş ə raitind ə saxlanması üsulunda.
  • Qoyunların yayda saxlanması.
  • Qoyunların qırxılması.
  • Qırxım qurğuları.
  • M Ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n




    Download 10.82 Mb.
    bet14/25
    Sana27.12.2019
    Hajmi10.82 Mb.
    1   ...   10   11   12   13   14   15   16   17   ...   25

    Kiçik fermalarda qoyunçuluq məhsulları istehsalı texnologiyası. Hazırda mövcud fermaların, yun və qoyun əti verən əsas istehsalçıların əhəmiyyətini qiy-mətləndirməmək olmaz. Torpaqdan, texnikadan əmək ehtiyatlarından səmərəli isti-fadə olunması, həmin fermalarda məhsul istehsalını artırmağa kömək edəcəkdir.

    Qoyunçuluq məhsulları istehsalı texnologiyası aşağıdakı istehsal proseslərindən ibarətdir: sürünün artırılmasının təşkil edilməsi, qoyunların yayda və qışda saxlan-masının təşkil edilməsi.

    Sürünün strukturu qoyunçuluğun istiqamətindən və ixtisaslaşdırılmasından, təbii-iqtisadi şəraitindən, fermanın və sahənin inkişaf planından asılıdır (cədvəl 1.3).
    Cədvəl 1.3. İlin əvvəlində qoyun sürüsünün strukturu, %

    Q o y u n q r u p l a r ı



    Qoyunçuluğun istiqaməti

    Yunluq və yunluq-ətlik

    Ətlik-yunluq

    Ətlik piylik və quzu dərisi üçün

    Kürk-

    lük


    Qoçlar (damazlıq və nümunəlik)

    1

    1

    1

    1

    Doğar qoyunlar

    60-70

    65-75

    70-80

    65

    Cavan təmir heyvanları

    29

    34-24

    29-19

    23

    Cavan heyvanlar (ana sürüsündən ayrıldıqdan sonra)

    -

    -

    -

    10

    Buruq qoçlar və otlaqda kökəl-dilən heyvanlar

    10

    -

    -

    -

    Torpaqların çox hissəsinin şumlandığı təsərrüfatlardakı zərifyunlu qoyun-çuluqda daha çox doğar qoyun (65-70 %-ə qədər) və yalnız 10-15 % buruq saxla-maq sərfəlidir, çünki bu şəraitdə saxlanma dəyəri eyni, doğar qoyundan məhsul çıxımı isə yüksəkdir. Şumlamaya yararlı təbii otlaq sahələrinin böyük olduğu yer-lərdə buruqların xüsusi çəkisini 20 %-ə, bütün il boyu bordaq şəraitində sax­lan­dıq­da isə yüksək məhsuldar buruq­ların xüsusi çəkisini 30 %-ə çatdırmaq da məq­sə­də­uy­ğundur.

    Doğar qoyunlar bordaq şəraitində maksimal, otlaq şəraitində isə minimal miq-darda saxlanılır.

    Yarımzərifyunlu qoyunçuluqda sürüdə doğar qoyunların xüsusi çəkisi 70 və 80 %-ə çata bilər ki, bu da kökəldilmək və 6-7 aylıq olanda kəsilmək üçün çoxlu cavan heyvan əldə etməyə imkan verir.

    Kürklük istiqamətli qoyunçuluqda yemlənmənin sayından və müddətindən asılı olaraq doğar qoyunların miqdarı 60-80% arasında dəyişir. Bu istiqamətdə işləyən təsərrüfatlarda buruqlar yetişdirilmir.

    Qoyunçuluqda sürünün ən optimal tərkibi cədvəl 1.3-də verilmişdir.



    Qoyunların mayalandırılmasının təşkili. Mayalandırma­nın əsas forması süni mayalandırmadır. Əl ilə mayalandırma səmərəli deyildir, çünki bu halda beş-altı dəfə artıq qoç tələb edilir. Əl ilə mayalandırmada hər qoça 60-80 qoyun düşürsə, süni mayalandırmana 300-500 qoyun düşür.

    Quzulamanın təşkili və cavan heyvanların yetiş­dirilməsi. Qoyunçuluqda quzu-lamanı qışda və yazda keçirirlər. Qışda keçirilən quzulama üçün isti ağıllar və kifa-yət miqdarda yemlər lazımdır, qışda keçirilən quzulama zamanı yaşamağa qabil və məhsuldarlığı daha yaxşı olan quzular alınır, qısır çıxan qoyun az olur.

    Sıxlaşdırılmış quzulama (iki ildə üç dəfə quzulama) qoyun sürüsünün artırıl-masını tezləşdirir, təsərrüfatın rentabelliyini yüksəldir, lakin balaəmizdirmə döv-rünü qısaltmağı və cavan heyvanların anadan erkən ayrılmasını tələb edir. Yaxşı yemləndikdə erkən ayrılma quzuların inkişafına təsir göstərir. Bu tədbiri kifayət qədər istiləşdirilmiş ağıllar olduğu şəraitdə həyata keçirmək olar.

    Cavan heyvan (toğlu) 4 aylıq olana qədər ana altında yetişdirilir. Ana sürüsün-dən ayrılmış 25-30 kq-lıq quzulardan cinsinə, inkişafına, mənşəyinə və yununun keyfiyyətinə görə qoyun sürüsü təşkil edirlər. Cavan heyvanlar üçün ən yaxşı otlaq seçilir, onları qüvvətli yemlərlə bəsləyirlər.

    Qoyunların saxlanma üsulları. Təbii-iqtisadi şəraitdən asılı olaraq qoyunların saxlanması üçün müxtəlif üsullar tətbiq olunur. Otlaqda saxlanma, otlaqda-bordaqda saxlanma, bor­daq­da-otlaqda saxlanma və bordaqda saxlanma. Qoyunların otlaqda saxlanması əsasən qış mövsümündə az qar yağan, lakin böyük otlaq, massivləri olan cənub və cənub-şərq rayon­larında tətbiq edilir. Belə rayonlarda il boyu qoyun sax-lamaq mümkün olur. Otlaqda saxlanma köçürülmə qaydasında və ya stasionar qayda-da ola bilər. Köçürülmə qaydasında otlaqda saxlanma zamanı qoyunları yay mövsü-mündə yüksək dağlarda yerləşən otlaqlara (yaylaqlara) sürürlər, qış mövsümündə isə aran yerlərindəki otlaqlarda (qışlaqlarda) saxlayırlar. Stasionar vəziyyətdə örüş otlaqlardan (qoyunları növbə ilə otarmaq üçün otlağı ayrı-ayrı sahələrə-küzlərə bölürlər) istifadə edilir.

    Qışlaqlarda qoyunları əlverişsiz hava şəraitindən müha­fizə etmək üçün üç divardan ibarət olan yarıaçıq tikililərdən istifadə olunur.

    Qış və ya erkən yaz quzulaması üçün 30-35% doğar qoyun tutan əsaslı ağıllar yaradılır.

    Qoyunların otlaqda-bordaqda saxlanma üsulu: İlin çox hissəsində otlaqlarda qışda isə üç-beş ay ağıllarda saxlayırlar, hava yaxşı olduğu hallarda qoyunları qış vaxtında da otarırlar.



    Qoyunların bordaqda-otlaq şəraitində saxlanması üsulunda. Heyvanların tiki-lilərdə (6-8 ay) saxlanmasına üstünlük verilir, yayda isə onları otlaqda saxlayıb bəsləyirlər.

    Qoyunların saxlanmasının iki dövrünü (qış və yay) bir-birindən fərqləndirmək lazımdır.

    Qoyunların qışda saxlanma dövrü müxtəlif zonalarda 100-dən 200 günə qədər uzanır; bu dövr həm bordaq, həm də otlaqda saxlanma dövrü ola bilər. Bodaqda saxlanma şəraitində qoyunlar ağıllarda yerləşir və gəzinti üçün xal-xaldan istifadə edilir. Qoyunların növlərinə görə heyvanların yerləşmə sıxlığı aşağıdakı kimidir: doğar qoyunlar üçün bir başa balalama vaxtından asılı olaraq 1,5-2 m2 , qoçlar üçün 1 m2 nəzərdə tutulur. Bordaq dövründə qoyunlara qulluq etmək üçün su təchizatı, yemin hazırlanması, daşınması və paylanmasından, eləcə də peyinin yığılmasından ötrü avadanlıq komplekti buraxılır.

    Qaba yemləri RSS-6B markalı küləş-silos doğrayan və ya məhsuldarlığı 3 t/saat olan İQK-30 markalı yemdoğrayan maşınla xırdalayırlar.

    Dəni KDU-1, KDU-2 markalı yemxırdalayan maşınların köməyi ilə xırda-layırlar. Yemxırdalayan maşın 2-3 komponenti qarışdıra bilər. KDU-2 markalı yem-xırdalayanın məhsuldarlığı dən üçün 2 t/saat - 3 t/saat quru ot və küləş - 0,8 t/saat, silos və yaşıl kütlə - 20 t/saat. Yemi KTU-10, PTU-10 K, RMM-5, KUT-3, KTU-10A (yemi iki tərəfdən paylayır) markalı yempaylayıcılarla paylayırlar. Silosun xən-dəklərdən götürülüb verilməsi əməliyyatı MTZ markalı traktora qoşulan PSN-5 markalı yükləyici-xırdalayıcı maşın vasitəsi yerinə yetirilir. Yemin paylanması əmə-liyyatının mexanikləşdirilməsi əmək sərfini 3-4 dəfə azaltmağa imkan verir. Qışda qoyunları xal-xallarda, yağışlı-buludlu havalarda isə ağıllarda gündə 4 dəfə yemlə-yirlər. Xal-xallarda qoyunların suvarılması üçün VUO-30 və ya QAO-4 markalı suvarma qurğusundan istifadə olunur. Bu qurğuların tətbiq olunması qoyun sürüsü-nün suvarılmasına əmək məsrəflərini sutkada 6,4 adam gündən 0,8 adam-günə qədər azaltmağa imkan verir.

    Xal-xal və ağıllardakı peyini BN-1 buldozerli "Bela­rusğ" traktoru vasitəsilə yığırlar. Qoyunları bordaqda saxlama­ğa göndərməzdən əvvəl ağılları dezinfeksiya edir və yerə döşənək döşəyirlər. Bu döşənək hələ qış vaxtı "Belarusğ" traktorunun yedəyinə alınan KNU-1 markalı xotmandaşıyan maşınla gətirilir.

    Yemlərin paylanması üçün maşınların tətbiq olunması yalnız qoyunların iri qruplar halında saxlandığı halda mümkündür. Heyvanları 300-500 doğar qoyunu hesablanmış müəyyən tip layihələr əsasında tikilmiş ağıllarda saxlayırlar. İçəridə üç seksiyaya bölünmüş ağılların seksiyaları arasında, onların boyu uzunu paylamaq üçün keçidlər və yem təknələri qoyulmuşdur. Peyin daşıyan maşınların gediş-gəlişi üçün də həmin keçidlərdən istifadə olunur. Yaz vaxtı qoyunları xal-xalda yemləyirlər. Heyvanları dənəvər yemlərlə bəslədikdə avtomatik təknələri bir həftəlik yempayı ilə doldururlar ki, bununla da əmək məsrəfi xeyli azalır. Qış dövründə bir sıra rayonlarda qoyunları gündüzlər otlaqlarda, gecələr isə ağıllarda və ya xal-xallarda saxlayırlar.

    Qoyunların bordaqda saxlanması üsulu torpaqların çox hissəsinin şumlandığı otlaq sahələrinin məhdud olduğu rayonlarda tətbiq edilir. Bu zaman qoyunları il boyu bağlı və ya yarıaçıq binalarda saxlayırlar. Yemi növbəli yem əkini sahələrindən gətirir, otlaqda heyvanların gəzintisi üçün istifadə edirlər.



    Qoyunların yayda saxlanması. Yay vaxtı qoyunların otlaqlarda saxlanması müddəti iqlim şəraitindən asılı olaraq 115 gündən 265 günə qədər çəkir.

    Otlaqlardan düzgün istifadə olunması, otarma örüş ilə təmin olunur. Bu zaman qoyunların otlaqda saxlanma dövrü üçün ayrı-ayrı örüşlərin otarılması qrafikini tərtib edirlər.

    Mexanikləşdirilmiş iri qoyunçuluq fermalarında çoxillik mədəni otlaqlar yaradılır. 5000 baş qoyunun illik yemə olan tələ-batlarının 60 -65%-ni otlaqların hesabına təmin etməkdən ötrü məhsuldarlığı 3-3,5 min yem vahidi, hektar olan 500-600 ha mədəni otlaq sahəsi lazımdır.

    Kiçik qoyunçuluq fermalarında həmçinin təbii otlaq sahələrindən istifadə olunur. Bu otlaqlara qaramalı otardıqdan sonra da qoyun buraxmaq olar.

    Örüşlərin miqdarını və ölçüsünü qoyunların 4-5 günlük yaşıl yem tələbatına, səhra və yarımsəhra zonalarında isə hər otarma üçün 1-2 günlük vaxta görə təyin edirlər.

    Örüşlərin sayı aşağıdakı düsturla təyin olnur:


    K = (1.1)
    Burada O ot örüyünün boyatma dövrü, ğün; D örüşdə otarılan qoyunların sayı; 3 ot çalımı üçün örüşlərin sayıdır.

    Otlaqların məhsuldarlığından asılı olaraq yay dövründə 2-5 tsikl otarma keçirilir. Örüşün sahəsini aşağıdakı düsturla hesablayırlar:


    (1.2)
    burada Q sürüdə qoyunların miqdarı; H bir il üçün yaşıl yemə sutkalıq tələbat, kq; G otarma ğünlərinin sayı; M yaşıl kütlələrinin məhsuldarlığıdır, s/ha.

    Qoyunların sayından asılı olarq kifayət qədər rütubətli meşə zonasında 3- 5 ha sahəyə malik olan 7-8 örüş ayırmaq olar. Səhra zonasında isə örüşlərin sayı 20-30-a çatdırıla bilər. Örüşlərin ətrafında dəmir-beton dirəklərdən, eləcə də məftillrdən ibarət alçaq çəpər çəkirlər. Bu zaman kənd təsər­rü­fatı maşınları ilə birlikdə traktor-ların hərəkət etməsi üçün yol qoyulur.

    Elektrik çəpərlərindən istifadə olunması hər bir çobanın öhdəsinə buraxılan qoynların sayını 750-1200-ə çatdırmağa imkan verir.

    Qoyunlar otlaqda suvarma ilə təmin olunmalıdır, bunun üçün orada QAO-4 tipli avtomatik qrup suvarma qurğusu qoyulur.

    Qoyunları bordaqda və otlaqda saxladıqda onları hər gün iki dəfə suvarırlar, ot şirəli olan otlaqlarda isə bir dəfə suvarmaq kifayətdir. Bordaq dövründə bir baş qoyuna ğündəlik su tələbatı 10 1, cavan heyvana isə 5 l təşkil edir. Səhra və yarım-səhra rayonların köçürmə otarılması üçün istifadə olunan otlaqlarında bu rəqəm uy-ğun olaraq qoyunlar üçün 3-6 l, cavan heyvanlar üçün 1-3 l olur. Tipik (nümunəvi) suvat məntəqəsi su mənbəyindən (suburaxıcı avadanlıqla birlikdə), su ehtiyatı saxlamaq üçün rezervuardan və suvat meydançasından ibarətdir.

    Qoyunları su ilə təchiz etməkdən ötrü yeraltı sudan və açıq su sistemindən (su anbarlarından) istifadə edirlər.

    Yeraltı suyu şaxtı quyularından və boru kəməri endirilmiş quyulardan əldə edirlər.

    Su mənbəyindən asılı olaraq suyu otlağa aşağıdakı nasoslarla vururlar: GSV tip-li dalma nasosları BN 2-6, BN-2S tipli su fırnaqlı nasoslar, mərkəzdənqaçma (kon-sollu) nasoslar; DH-10 tipli burulğanlı üzücü nasoslar, elektrik və ya istilik mühərriki ilə hərəkətə gətirilən suqaldırıcılar. Su sərbəst axın sistemi ilə də verilə bilər.

    Suyu quyulardan BDB-50 markalı qaldırıcılar və PPB-30 tipli səyar suqaldıran qurğu vasitəsilə vururlar. Suvat məntəqəsi olmayan otlaqlara suyu BUO-3 tipli səy-yar suvarma qurğusu olan avtosisternlərlə gətirirlər. Suvatın radiusu 2,5-dən 6 km-ə qədər ola bilər. Quzuları otlaq şəraitində kölgədə saxlamaq üçün səyyar talvarlardan istifadə edirlər. Əgər əvvəllər xəstəlik halları müşahidə edilmişdirsə onda qaşınma əmələ gətirən dəri xəstəliklərini məhv etmək üçün qoyunları aktiv kreolin məhlu-lunda bir-iki dəfə çimdirmək lazımdır. Bu məqsədlə tətbiq olunan UKO-750 mar-kalı qurğu əmək sərfini 2-4 dəfə azaltmağa imkan verir. Boğaz qoyunları və üç aylığa qədər quzları çimdirirlər.

    Qoyunların qırxılması. Zərifyunlu və yarımzərifyunlu qoyunları yazda qırxır-lar; yaz balalamasından alınan cavan heyvanları bir yaşa çatanda, qış balalamasından alınan cavan heyvanları isə yunu 4-5 sm uzunluğuna çatana - iyul - avqust aylarında qırxırlar. Qabayunlu qoyunları yazda və payızda, Romanov cinsli qoyunları isə ildə üç dəfə: yazda yayda və payızda qırxırlar. Qırxımı keçirmək üçün plan-qrafik tərtib olunur və ayrı-ayrı sürülərin qırxım müddəti müəyyən­ləş­dirilir. Qoyunçuluqda yun qırxımı 90% mexanikəşdirilmişdir. Ferma, təsərrüfatdaxili və təsərrüfatlararası, eləcə də səyyar və stasionar qırxım məntəqələri vardır. 10 mindən artıq qoyun saxla-nan fermalarda daimi, xırda və pərakəndə fermalarda isə səyyar qırxım məntəqələri düzəltmək məqsədə uyğundur.

    Qırxım məntəqələrini 12, 24, 36, 48, 60 və 100 maşına hesablanmış GSA markalı qırxım aqreqatları, PQŞ-1,0 tipli yun presləri itirləyici aparatlar üçün, qırxıcı maşınları sazlamaq üçün dəzgahlarla, yunu siniflərə ayırmaqdan ötrü stollarla, qırxılmış bütöv yunu qırxıcılardan hesabların stoluna vermək üçün transportyorla, yun taylarını çəkmək üçün 500 kq-lıq tərəzilərlə təchiz edirlər. İri qırxım məntəqə-lərinin texniki-iqtisadi göstəriciləri xırda məntəqələrinə nisbətən yüksəkdir. Məsə-lən 60 maşınlıq qırxım məntəqəsində bir qoyunun qırxılmasının maya dəyəri, xid-mətedici heyətin əmək haqqı ilə əlaqədar olan məsrəflərin azalması hesabına, 12-16 maşınlıq qırxım məntəqəsindəkinə nisbətən 38,8 % aşağıdır.

    Növbə ərzində 1-2 sürünün yununu qırxa bilən qırxım məntəqəsinin ölçüsü optimal hesab edilir, bu halda binanı nahar fasiləsində və axşam yığışdırıb sahmana salırlar ki, qırxıcılar boş dayanmasın.

    Qırxımı aşağıdakı ardıcıllıqla keçirilər: əvvəlcə daha az qiymətli heyvanlardan ibarət 2-3 sürünü, sonra buruqları və cavan heyvanları, nəhayət, ana qoyunları və qoçları.

    12 və 36 maşınlıq məntəqələrdə 22 və 58 nəfər işçi tələb olunur. Qırxım zamanı yun quru olmalı, qoyunlar isə heç olmazsa, yarım sutka ac saxlanmalıdır.

    Bacarıqlı qırxıcılar növbə ərzində 50-60 baş qoyunu qırxa-bilirlər. Qoyunlar stol və döşəmə üzərində qırxılır. Qırxımı keçirdikdə iş yeri təşkil edilməli və lazımı avadanlıqla təchiz olunmalıdır.


    Qırxım qurğuları.

    Qoyunların qırxılması ağır zəhmət tələb edən işlərdən biri olduğuna görə, onun mexanikləşdirilməsi mütləq lazımdır. Qırxım ildə iki dəfə yaz və payız fəsillərində aparılmalıdır. Qırxımın dəvamiyyəti 10-15 gündən artıq olmamalıdır. Hazır­da səna-yemiz qırxım məntəqəsində bütün istehsal proseslərini kompleks mexanik-ləşdirmə-yə imkan verən qoyunları maşınla qırxmaq üçün KTO-24, VSÜ-24/200 texnoloji avadanlıq komplektlərinin istehsalını mənimsəmişdir.

    Komplektlərin tərkibinə qırxım maşınlarından asma tip elektrik mühərrikləri, elastik vallar və güc şəbəkəsindən ibarət olan qırxım aqreqatları daxildir. Sənayemiz bir MSO-77B (şəkil 5.2) maşını ilə GSA-1D (şəkil 5.3) və 12 maşınla GSA-12Q qırxın aqreqatlarını həmçinin 6 yüksəktezlikli MSU-200 maşınla (şəkil 5.4) ilə GSA-6/200 aqreqatını və 12 maşınla GSA-12/200 aqreqatını istehsal edir (şəkil 5.5).

    GSA-1D aqreqatı qoyunların sayı 500-dən az olan elektrik-ləşdirilmiş təsərrü-fatlarda istifadə edilir. GSA-12Q aqreqatı 8-10 min başa hesablanmışdır. İri təsər-rüfatlarda bir neçə GSA-12Q aqreqatını birləşdirmək olar: Lakin ixtisaslaşdırılmış komplekt və aqreqatlardan məsələn, KTO-24 və 20 min qoyuna hesablanmış VSÜ-24/200-dən istifadə edilməsi daha məqsədəuyğundur (cədvəl 5.4).

    Heyvanların fiziologiya xüsusiyyətlərini nəzərə alaraq təsərrüfatda qoyunların qırxılmasının optimal müddəti 10-15 gün olmalıdır.Tələb olunan qırxım aqreqatındakı maşınların sayı

    nT = (5.3)



    Burada mol qırxılmalı qoyunların sayı; R növbə vaxtından istifadə əmsalı (0,70-0,75-ə bərabərdir); tsm növbənin müddəti saat; S1 iş növbələrinin sayı; S2 bir maşının saatlıq məhsuldar­lığı (6-8 qoyun); S3- qoyunları qırxma müddətidir, gün.

    Şəkil 5.2. Qoyunları qırxmaq üçün MSO-77B maşınının ümumi görünüşü(a) və kəsici aparatın(b), sıxıcı(v), ekssentrik (q),

    oynaq (ğ) mexanizmlərinin və gövdənin (d), detalları:


    1-daraq; 2-bıçaq; 3-sıxıcı pəncə; 4-sıxıcı pəncələrinin yayı;5-qayka; 6-milin dayağı; 7-27-yaylar; 8-dayaq mili; 9-stopor yayı; 10-ştuser; 11-sıxıcı patron; 12-patronun dayağı; 13-sıxıcı qayka; 14-qoruyucu vint; 15-gövdə: 16-tıxac; 17-diyircək; 18-eksentrik; 19-oymaq; 20- val; 21-böyük dişli çarx; 22-xarici örtük; 23-oynağın kilidi; 24-oynağın xarici örtüyü; 25-kiçik dişli çarx; 26-ötürücü val; 27-oynağın daxili örtüyü;28-ling;29-dayaq;30-əks qayka;31-fırlanma mərkəzi; 32-vint.



    Şəkil 5.3. Elektrik qır­xım aqreqatı



    GSA-1D:

    1-PVN-30 isə salahlı ötürmə; 2-elektrik mühərri­ki­nin asması; 3-elektrik mühərriki AOL-012-3S; 4-elastik val VQ-10; 5-qırxım maşını MSO-77B; 6-maşı­nın qarmağı.





    Şəkil 5.4. MSO-200 qırxım maşını.
    1-sıxıcı pəncə; 2-qayka ilə vint; 3-yay; 4-dayaq pəncəsi; 5-sıxıcı patron; 6-sıxıcı qayka; 7-qoruyucu vint; 8-örtük; 9-kipləşdirici; 10,11-iç­lik; 12-şponka; 13-dişli çarx; 14-elektrik mühərriki; 15,22-qaykalar; 16-yay; 17-yastıq; 18-eksentrik val; 19-rolik; 20-gövdə; 21-tərpənmə mərkə­zi; 22-yağ qaykası; 23-dəstək; 24-darağın birləşmə vinti; 25-bucaq; 26- daraq.
    Əgər qırxın məntəqəsi elektrikləşdirilməmişdirsə, onda o, elektrikstansiyası ilə komplektləşdirilir (cədvəl 5.4).

    Şəkil 5.5. GSA-12/200 qırxım aqreqatı.

    1-torpaqlayıcının intiqalı; 2–itiləyici aparat; 3–naqil; 4 –torpaqlayıcı; 5 – çevirici blok; 6 –cərəyanverən kabel; 7 – asqılar; 8 – elektrik xətti; 9 – MSU-200 qırxım maşını


    Cədvəl 5.4. GSA-12Q və VSÜ-24/200 aqreqatlarının elektrik

    stansiyalarının texniki xarakteristikaları




    Göstəricinin adı

    Elektrik stansiyası üçün göstəricilər

    AB–4T/400M-1 (GSA-12Q aqreqatı)

    SNT-12A (VSÜ-24/200 aqreqatı)

    Mühərrikin tipi

    UD-2(benzinlə işləyən)

    MTZ traktoru

    Gücü, kVt

    4,4

    -

    Dirsəkli valın fırlanma tezliyi, san-1

    50

    9

    Genratoru

    QAB-4T/400

    GSS-5-62

    Gücü, kVt

    4

    12

    Gərginliyi, V

    400

    400

    Elektrik stansiyasının kütləsi, kq

    265

    406

    Güc şəbəkəsinin tipi

    SRSP və ya KRPT

    Kabeli




    Download 10.82 Mb.
    1   ...   10   11   12   13   14   15   16   17   ...   25




    Download 10.82 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    M Ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n

    Download 10.82 Mb.