• G Ə N C Ə - 2017 1. Kökümeyv ə li yeml ə ri hazırlayan maşınlar
  • Qeyd : Kəsrin sürətindəki rəqəm 1- ci modifikasiyaya , məxrəcdəki rəqəm 11 modifikasiyaya uyğun gəlir
  • M Ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n




    Download 10.82 Mb.
    bet6/25
    Sana27.12.2019
    Hajmi10.82 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   25

    MÜHAZİRƏ № 4

    KÖKÜMEYVƏLİ, DƏNLİ VƏ VİTAMİNLİ OT UNUNUN

    HAZIRLAYAN MAŞINLAR

    P L A N

    1. Kökümeyvəliləri hazlrlayan maşınlar.

    2. Dənli yemləri hazırlayan maşınlar.

    3. Vitaminli ot unu hazırlayan maşınlar.


    G Ə N C Ə - 2017
    1. Kökümeyvəli yemləri hazırlayan maşınlar

    Məlum olduğu kimi kökümeyvəli hazırlayan maşınlar vəzifələrinə görə yuyan, yuyan-doğrayan və doğrayanlardan ibarətdir. Yuyan maşınlar işçi hissə-lərinə görə diskli, şnekli və barabanlı olur. Bunların içərisində geniş tətbiq olunanı şnek tipli kökümeyvəli yuyan və doğrayanlardır. İKS-5M (şəkil 2.12) maşını kökümeyvəlini yuyur, doğrayır və nəqliyyata yükləyir. Bu, iki variantda buraxılır: birinci açıq bunkerli, digəri bağlı. Aqreqat bunkerdən, şnek daşıyıcıdan, doğra­yıcıdan, su təknəsindən, su nasosundan və hərəkət ötürücü mexanizmdən ibarət-dir. Qəbul təknəsinin həcmi 3 m3 olub bir yük maşının kökümeyvəli tutumu-na bərabərdir. Təknənin alt hissəsində metal qəfəs yerləşdirilmişdir ki, bu da çir-kabın təmizlənməsinə imkan yaradır. İstifadə olunmuş çirkab və suyun kənara axıdılması üçün təknənin yan divarında örtük yerləşdirilmişdir. Şnek daşıyıcısı üfiqi səthə nəzərən 450 bucaq altında yerləşdirilib diametri 400 mm, uzunluğu 3290 mm-ə bərabərdir. Maşın gücü 1,5 kVt olan elektrik mühərriki ilə hərəkətə gətirilir. Xırdayıcının rotorunun tələb etdiyi güc 7,5 kVt-dır. Maşının işi aşağıdakı kimi yerinə yetirilir. İşin əvvəlində maşının işçi hissələri yoxlanılır və nizamlama işləri



    Şəkil 1. İKS-5,0 M kökümeyvəli yuyub doğrayan:


    1-bunker; 2-şnek; 3-işə salıcı aparat; 4-şnekin intiqalı; 5-sonsuz vint reduktoru; 6-şnekin ulduzcuğu; 7-şnekin xırdalayıcının elektrik mühərriki; 8 - istiqamətverici; 9-daraqlar; 10 - xırdalayıcının elektrik mühərriki;11-təmizləyici qəfəs; 12- nasos; 13-15-su təknəsi.
    yerinə yetirilir. Sonra bunkeri kökümeyvəli ilə doldurulur. Bunkerin aşağı hissə-sində su olduğundan kökümeyvəli islanır, bu da onun təmiz və keyfiyyətli yuyul-masına səbəb olur. Bunkerdən yem şneklə daşınıb onun kövdəsinin üst tərəfində yerləşdirilən püskürücü vasitəsi ilə müəyyən təzyiqlə su püs­kürülüb kökümeyvəli torpaqdan təmizlənir. Təmizlənmiş kütlə doğranma kamerasına ötürülərək lazım olduqda doğranılır. Fərdi işləmə prinsipinə malik olanlardan ən geniş tətbiq olunanı İKM-5 aqreqatıdır. Bu kökümeyvəlini daşdan təmiz­lədikdən sonra yuyub doğrayır. O, iki rejimdə işləyir və doğrayıcı diskin 500 və 1000 fırlanma tezliyi vardır. Birinci rejim donuzlar, ikinci rejimi qaramal üçün tətbiq olunur. Bu aqreqat vannadan, şaquli şnekdən, xırdalayıcıdan, kürəkli transportyordan və elektrik mü-hərikindən ibarətdir. Kürəkli daşıyıcı bunkerin alt tərəfində 450 bucaq altında qondarılır.

    Şnekin vəzifəsi kökümeyvəlini daşdan təmizləyib, yuyub doğrama kamera-sına ötürməkdir. Şnek valının başlanğıc tərəfin-də vint qondarılmışdır ki, bu da su-yun cərəyan etməsinə imkan yaradır. Şnek gücü 2,2 kVt olan elektrik mühərriki ilə hərəkətə gətirilir. Doğrayıcı diametri 400 mm olan aşağı və yuxarı disklərdən ibarət olub, iki ədəd vertikal və dörd üfüqi bıçaqlar bərkidilmişdir. Kəsici disk iki sürətə malik olan və gücü 7,5 kVt-lıq A102-62-12/6 elektrik mühərriyi ilə hərə­kətə gətirilir.

    Maşının işi aşağıdakı kimi yerinə yetirilir. Əvvəlcə su borusunun ventili açılıb təknəyə su verilir. Kökümeyvəli TK-5B transportyoru ilə qəbul bunkerinə verilərək valın üzərinə qondarılan pərin sirkulyasiyası ilə yaranan suyun köməyi ilə torpaqdan təmizlənir. Kökümeyvəlinin içərisində olan daş öz ağırlığı ilə kürək-li transportyora daxil olub və oradan kənar olunur. Tam torpaqdan təmizlənmə-miş kökümeyvəli şneklə daşınıb ikinci dəfə yuyulur, sonra doğranma kamerasına ötürülür.

    Yaşıl kütləni və kökümeyvəlini xırdalamaq üçün "Volqar-5A" aqreqatından istifadə olunur. Maşın kəsici barabandan, ikinci mərhələdə doğrayıcıdan, itiləyici qurğudan, sıxıcı və yemverici transportyordan və elektrik mühərriyindən ibarətdir. Kəsici baraban iki diskdən ibarətdir. Diskin üzərinə vint istiqamətində altı ədəd qısa ölçülü bıçaqlar bərkidilmişdir. İkinci kəsici aparat və onun, üzərinə birləş-dirilmiş şnekdən ibarətdir. Hərəkətdə olan bıçaqla hərəkət etməyən arasında nor-mal aralıq boşluğu 0,5 mm qəbul olunmuşdur. Elektrik mühərrikindən hərəkət digər işçi hissələrə zəncir ötürməsi vasitəsi ilə yerinə yetirilir.

    Maşının iş prinsipi belə yerinə yetirilir: yem transpor­tyorun üzərinə bərabər layda tökülür. Sıxıcı transportyor müəyyən qədər sıxdıqdan sonra kəsici aparata verir. Bıçaqlar həmin yemi 80 mm uzunluqda xırdalayır. Yemin xırdalanma uzun-luğu və bıçaqlar arasında məsafə nizamlayıcıların köməyi ilə yerinə yetirilir.

    Bu məqsəd üçün istifadə olunan maşınların texniki xarakteristikası aşağıdakı kimi verilmişdir (cədvəl 1.1).


    Cədvəl 1.1.

    Kökümeyvəli yemləri hazırlayan maşınların texniki xarakteristikası




    Əsas göstəricilər

    İKS-5M

    İKM-5

    Volqar-5A

    Məhsuldarlığı t/saat; kökümeyvəli xırdaladıqda

    5-8,8

    5…7,5

    8…10

    Küləş və ya ot







    0,8…1,0

    Yaşıl kütlə







    5

    Elektrik mühərriyinin gücü, kvt

    9

    10,5

    25

    Xırdalanmış kütlənin qaldırılma hündürlüyü

    1,9

    2,05

    0,3

    Qabarit ölçüləri mm










    Uzunluğu

    4100/3700

    2200

    2400

    Eni

    2600/1800

    1360

    1330

    Hündürlüyü

    2900

    2850

    1350

    Kütləsi, kq

    1250/1200

    900

    1175

    İşçilərin sayı

    1

    1

    1-2

    Qeyd: Kəsrin sürətindəki rəqəm 1-ci modifikasiyaya, məxrəcdəki rəqəm 11 modifikasiyaya uyğun gəlir.
    2. Dənli yemləri xırdalayan maşınlar.

    Dənli-qüvvəli yemləri xırdalayan maşınlar universal və fərdi olmaqla iki yerə bölünür. Universal maşınlar həm dənli yemləri, həm də qaba, sulu-şirəli yemləri xırdalamaq imkanına malikdir. Bunlardan ən çox istifadə olunan KDU-2 aqreqatıdır. Bu maşının gücü 30 kVt olan elektrik mühərriyi və ya traktorun güc-ayırıcı valından hərəkəti ala bilər.

    Maşının ümumi görünüşü aşağıdakı şəkildə də verilmişdir (şəkil 1.1, cədvəl 1.2).

    Dənli yemləri xırdaladıqda bıçaqlar və yemverici transportyor işdən çıxarılır. Dənli yem, bunkerdən nizamlayıcı örtük vasitəsi ilə verimi nizamlanaraq maqnit tutucular arasından keçirilib metal qırıntılarından təmizləndikdən sonra xırdalayıcı barabana ötürülür. Baraban üzərində yerləşən çəkiclər iti zərbə ilə yemi dekanın üzərinə çırparaq onu lazımi ölçüdə xırdalayıb ələkdən keçirir. Xırdalanmış kütlə havalan­dırıcının köməyi ilə siklona ötürülür. Siklonda onun sürəti azaldıqdan ağır kütlə kisələrə doldurulur. Püfə isə toztutana daxil olur.

    Qaba yemləri xırdaladıqda bıçaq və yemverici transportyor işə qoşulur. Yem transportyorun üzərinə tökülür, o yemi maili sıxıcı transportyor vasitəsi ilə sıxdıq-dan sonra kəsici bıçaqların arasına ötürülür və müəyyən ölçüdə xırdaladıqdan sonra lazımi yerə verilir.

    Sulu şirəli yemləri xırdaladıqda maşında müəyyən qədər dəyişiklik olur. Belə ki, xırdalayıcı aparatın gövdəsinin qapağı




    a



    b

    Şəkil 2. a) KDU- 2,0 universal yem xırdalayıcısı:

    1-xırdalayıcı aparat; 2-ventilyator; 3-dənli yem bunkeri; 4-yemverici şlyuz; 5-siklon; 6-yemötrən pnevmatik boru; 7-qalıq yemi ötürən pnevmatik boru; 8-süzğəc; 9-yüklənməni ğöstərən cihaz; 10-xırdalayıcı baraban; 11-yemverici transportyor; 12-elektrik mühərriki; 13-çərçivə; 14-kipləşdirici transportyor.
    b) KDU-2 xırdalayıcısının sxemi:

    1-xırdalayıcı baraban; 2-dəyişdirilən şadara; 3- şadara arxası kamera; 4-tullama lyuku5-taxma tullama boğazcığı 6 -xırdalayıcı ukameranın qapağı; 7-maqnit separatoru ; 8-səpələnən yemlər üçün çalov (unker); 9-su üçün qısaboru; 10-kəsicı baraban; 11-sıxlaşdırıcı transportyor;12-qidalandırıcı (verici) transportyor; 13-hava qəbulu qısaborucu; 14-çərçivə; 15-elektrik mühərriki; 16-ventilyatorun qısaborusu; 17-deka; 18-əkskəsən lövhə.


    Cədvəl 1.2. Dənli yemxırdalayıcıların xarakteristikaları


    Maşının markası, əsas gös tiəricilər

    KDM-2

    KDU-2

    Aİ-DDR

    Aİ- DDR

    DM

    DDM

    DM- 440U

    AI-5D2-M

    Məhsuldarlı-ği,t/s

    2-2,5

    2-2,5

    8,5-9

    5,0

    3

    7

    2,5

    0,6-1,5

    Rotorun ölçüləri, mm: Diametri Eni

    500

    410


    500

    410


    630

    588


    640

    353


    500

    353


    980

    410


    450

    -


    500

    70


    Çəkiclərin sayı

    90

    90

    144

    96

    72

    160

    288

    60

    Çəkiclərin sürəti m/s

    71

    71

    100

    67

    77

    76

    67

    75

    Rotorun fırlanma tez-liyi,dövr/dəq.

    2700

    2700

    2950

    2940

    2970

    1470

    2925

    2910

    Tələb etdiyi güc, kVt

    30

    20

    100

    40

    22

    55

    13

    7,5

    Qabarit ölçüləri, mm: Uzünlüğü

    Eni Hündürlüyü



    2465

    1130


    3185

    2800

    1660


    2975

    2250

    1050


    2490

    1885

    1050


    2490

    1640

    888


    1360

    1980

    1440


    1685

    1380

    690


    640

    750

    1070


    1330

    Kütləsi (elektrik mühəriksiz), kq-la

    955

    1300

    2100

    1500

    1085

    1960

    241

    450

    açılıb, xəlbir çıxarılır, onun yerinə yemi boşaltmaq üçün boru qondarılır. Borunun qapağı açılıb dən təknəsinin siyirtməsi bağlanılır. Maşını işə salıb yemi daşıyıcı-nın üzərinə tökülür. Yem buradan doğrama kamerasına verilərək lazımi ölçüdə xırdalanır. Orada xırdalanmış yem çəkiclər vasitəsi ilə çıxarış borusundan xaric olunur.

    KDM-2-dən xırdalayanın, KDU-2- dən fərqi yalnız dənli yemlər xırdala-maqdan ibarətdir. Qaba yemləri xırdalamaq üçün istifadə olunan yemverici daşı-yıcı və bıçaqlar yoxdur.

    Çəkicli dən xırdalayanlardan biri də, DM -fərdi iş prinsipinə malik olan maşındır. Bu da dənli yemləri, cımıxı və kombi-kormanın başqa komponentlərini xırdalamaqdan ötrüdür. O gövdədən, elektrik mühərrikindən, rotordan, sağ və sol örtülər qapaqdan, çəkiclərdən və ələkdən ibarətdir.



    Download 10.82 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   25




    Download 10.82 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    M Ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n

    Download 10.82 Mb.