• APS-6 qarışdırıcısı.
  • Texnoloji işi.
  • 3. Fermanın suya, elektrik enerjisinə və buxara olan tələbatı.
  • M Ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n




    Download 10.82 Mb.
    bet9/25
    Sana27.12.2019
    Hajmi10.82 Mb.
    1   ...   5   6   7   8   9   10   11   12   ...   25

    Nizamlanması. Yumruqlu yarım muftaların təpələ­ri arasındakı boşluq hər gün oxlanmalıdır. Bu boşluq maşın işdən çıxmış vəziyyətdə 48 mm olmalıdır. Nizamlama trosun tarımlığın artırıb azaltmaqla yerinə yetirilir.

    Pazvari qayışın ortasında 10-15 kq qüvvə ilə basdıqda əyinti 2-3 sm artıq olmalıdır.



    APS-6 qarışdırıcısı. Bu qarışdırıcının vəzifəsi nəmliyi 60…80% olan yem qarışığı hazırlamaqdır. Maşında həmçinin kökümeyvəliləri də 0,07 MPa təzyiq altında buxarla pörtləmək mümkündür. Maşın işə salınıb yükləyici daşıyıcı vasitəsilə qarışdırılacaq yem komponentləri qarışdırıcıya ötürülür. Yem komponentləri aqreqatda ya pörtlədilərək və ya da pörtlədilmədən qarışdırılır. Yem pörtlədildikdə yükləyici pəncərənin qapağı bağlanır. Hazırlanmış yem qarışığı boşaldıcı şnek vasitəsilə nəqliyyata yüklənir.

    Texnoloji işi. Becəriləcək kartof yuyucuya ötürülə­rək orada çirkdən və daşdan təmizlənir. Təmizlənmiş kartof şnek vasitəsilə paylayıcı qurğuya ötürülür. Paylayıcı qurğu kartofu çənin içərisinə bərabər səviyyədə doldurur. Pörtlədici çən dolduqdan sonra ora buxar buraxılır. Pörtlədilmiş kartof boşaldıcı şnek vasitəsilə əziciyə ötürülərək orada xırdalanır.

    Bu aqreqat TK-3 çömçəli daşıyıcı ilə birlikdə işləyir. ZPK-4 aqreqatı yem sexində qondarılıb su borusu, buxar borusu və çirkli suyu xaricedici qurğu ilə təchiz olunur.

    Yem qarışdıran maşınlarla yanaşı buxar hazırlayanlardan da istifadə olunur. Onlar haqqında qısa olaraq aşağıdakılar haqqında məlumat verilir.

    Heyvandarlıq fermalarında buxar hazırlayanlardan süd qablarını yumaq və südü pasterizə etmək, kökümeyvəliləri və başqa yemləri pörtlətmək və bişirmək üçün istifadə olunur (cədvəl 2.7). Buxar hazırlayanlar quruluşuna görə şaquli və üfiqi olur. Onlardan ən geniş istifadə olunanı KV-1600 markalı buxar hazırlayandır.

    Bu qazan buxar və isti su əldə etmək üçündür. Qazana silindrik qızdırıci kamera, ocaq su ekonomayzeri və qoruyucu qurğu daxildir. Qızdırıcı kameranın 4 cərgə və hər cərgədə isə üç ədəd borusu vardır. Qızdırıcı borunun üst tərəfində tüstü borusu üçün deşik qoyulmuşdur. Qazana su əl nasosu ilə verilir. Qazanda suyun səviyyəsini göstərən şüşə və buxarın təzyiqini göstərən manometr vardır.

    KM-1600 buxar qazanı həcmi 860 l olan iki yem pörtlədən çən ilə komplektləşdirilmişdir.

    Bu tipdə olan qazanlar buxar hazırlayanları üfiqi olub KV-100, KV-200, KV-300 markalarda buraxılır. Bu qazanlar quruluşca bir-birinə oxşayır. Fərqi ancaq məhsuldarlığın­da­dır. Qazanın əsas hissələri bir-birinin içərisində yerləşdirilmiş iki silindirdən ibarətdir. Daxili silindir qızdırıcı kamera olub qabaq tərəfində ocaq yerləşdirilmişdir. Arxa tərəfində isə su qaynadan borular və buxar qızdırıcısı quraşdırılmışdır. Buxar qazanında əl ilə işləyən su nasosu, manometr, suyun səviyyə­sini göstərən şüşə, qoruyucu klapan, buxar ötürücü ventillər vardır. Qazanları qızdırmaq üçün maye və bərk yanacaqdan istifadə olunur. Maye yanacağı yandırmaq üçün KV-200 buxar qazanında PNQ-1, KV-300 buxar qazanında isə PNQ-2 avadanlığından istifadə olunur.

    Ən keyfiyyətli yem qarışığı həmin cinslik əmsalının 1-ə yaxın qiymətləri hesab olunur. Ən keyfiyyətsiz qarışma 0-a yaxın qiymətlərdir.


    Cədvəl 2.7. Buxar qızdıranın qvsa texniki xarakteristikası

    Göstəricilər

    KM-1600

    KV-
    100

    KV-
    200

    KV-300

    D-721

    Məhsuldarlığı, kt/saat

    300

    100

    200

    300

    600

    Qızma səthi,m2

    11,5

    5,78

    9,00

    14,16

    6,75

    Buxarın təzyiqi, MPa

    0,035

    0,07

    0,07

    0,07

    0,07

    Buxar qızdıranın

    Faydalı iş əmsalı, faizlə



    53-59

    50-62

    64-67

    61-72

    84,8

    Buxar qazanının su tutumu, l.

    710

    366

    592

    1060

    900

    Hündürlüyü /tüstü borusu/,mm

    3400

    1300

    1300

    1500

    1860

    Kütləsi,kq

    1100

    500

    800

    1200

    800

    Onun qiyməti

    = (1.40)
    ifadəsi ilə təyin olunur. Orta kvadratik menyillənmənin qiymətləri aşağıdakı ifadə ilə təyin olunur.

    (1.41)



    (1.42)


    Burada orta kvadratik meyl etmənin nəzəri qiyməti; orta kvadratik minimal qiymətidir; Xi qarışığın orta qiymətidir; - qarışığın orta cəbri qiymətidir; n təcrü­bələrin sayıdır.

    Qarışdırma prosesinin o vaxt bitmiş hesab etmək olar ki, yemin tərkibində kombikormanın miqdarı 97% sulu şirəli yemlər 93%, maye və ya hörrə yemlər

    95%, mineral yemlər 98% olmuş olsun. Qarışdırmanın aşağıdakı növləri vardır:

    -bir layın digər lay üzərində sürüşdürülməsi - buna kəsmə ilə qarışdırmada deyilir;

    -bir komponentin hissəciklərinin digər komponentin hissəcikləri daxilində hərəkət etdirilməsi;

    -bir komponentin hissəciklərinin digər komponentin daxilinə bir-bir nüfuz etdirmək; buna diffuziya yolu ilə qarışdırma deyilir;

    -bir komponentin digəri daxilində deformasiya yolu ilə nüfuz etdirilməsi - buna xırdalanma deyilir.

    Qarışdırmanın özünün həddi və müddəti vardır. Elə hal ola bilər ki, bir komponent digərinin daxilində lazımi səviyyədə qarışsın, onun müddətini həddən artıq davam etdirsək onların yenidən əks prosesi gedir, buna seqreqasiya deyilir. Normal yem qarışığı almaq məqsədi ilə qarışdırıcılar maye yemlər üçün 80%, yarım maye 70%, bərk yemlər üçün 70% öz həcmi qədər doldurulmalıdır. Yemin qarışdırılma müddəti 20-40 dəqiqəyə qədər qəbul olunur. Bu müddətdən artıq qarışdırıcını işlətmək məqsədə uyğun hesab olunmur.

    Yem qarışdırıcıları iş prinsipinə görə fasilələi və fasiləsiz olurlar. Onların işçi hissəsi: baraban və ya qarışdırıcı. Pərlərin hərəkətinə görə yenə iki qrupa bölünür: fırlanan barabanlı və tərpənməz barabanlı qarışdırıcılar. İşçi barabanların yerləşməsinə görə üfüqi və şaquli tipdə olur. İşçi hissəsini konstruksiyasına görə:


    • axıntılı yemlər üçün - şnekli, ərsinli;

    • maye yemlər üçün - tribun, pərli;

    • nəmli yemlər üçün - şnek və pəngəli olurlar.

    Qarışdırıcılar fırlanma tezliyinə görə aşağı sürətli və yüksək sürətli olur. Bu göstərici kinematik rejim əmsalına görə qiymətləndirilir, belə ki,
    K=<30 (1.43)
    K>30 olduqda yuxarı sürətli qarışdırıcılar adlanır. Baraban tipli yem qarışdırıcıların əsas tipləri aşağıdakı kimidir.

    Yuxarıdan göründüyü kimi, yem qarışdırıcıların işçi hissələri çox və müxtəlifdir. Biz yalnız heyvandarlıqda ən çox tələb olunan pərli və şnek tipli yem qarışdırıcıların hesabatını nəzərdən keçirəcəyik. Ərsinli yemqarışdırıcılar ən çox S-12 tipli fasiləli yem qarışdıranda tətbiq olunur. Bu yem qarışdırıcının məhsuldarlığı:

    Q = (1.44)

    olar. Burada D valın mərkəzindən iki qarşıqarşıya duran ərsinlər arası məsafə və ya diametr; S ərsinlərin addımıdır; yem qarışığının sıxlığıdır; yem qarışdırıcının həcmindən istifadə əmsalıdır. Onun qiyməti 0,7…0,8 arasında qəbul olunur.

    Yemin lazımi tələbata uyğun qarışdırılmasının əsas şərtlərindən biri onun iş rejiminin düzgün seçilməsidir. Belə ki, fırlanma tezliyi aşağıdakı şərti ödəməlidir:
    =
    Burada R pərin və ya ərsinin fırlanma radiusudur.

    Qarışdırıcının əsas hesabatlarından biri onun tələb etdiyi gücdür. Güc pərə təsir edən qüvvələr əsasında hesablanılır. Bundan ötrü aşağıdakı sxemə fikir verək (şəkil 1).


    Şəkil 1. Pərli yemqarışdırıcının hesabat sxeması:


    a-təsir edən qüvvələrin sxeması; b-konstruktiv ölçülər.
    Pərə iş vaxtı N normal qüvvəsindən, sürtünmə bucağı qədər yerini dəyişən bütün qüvvələrin əvəzləyici R qüvvəsi təsir edir. Bunun qiymətini təyin etmək üçün həmin qüvvəyə bərabər və onun əksinə P qüvvəsini istiqamətləndirək. Həmin P qüvvəsini d bucağı qədər sürüşdürməklə qarışdırıcının səthinə perpen-dikulyar olan N qüvvəsinə ayıraq. N qüvvəsini eyni zamanda iki toplanmasından biri Pp1 ,digəri üfiqi P qiymətinə malik olur. N normal qüvvəsi öz növbəsində Fsür qüvvəsini əmələ gətirir. Həmin sürtünmə qüvvəsi iki toplana­na ayrılarsa, onlardan biri oxa perpendikulyar digəri valın oxu boyunca yemin hərəkət istiqamətinin əksinə Fsür olar.

    Qüvvənin əvəzləyicisinin üfiqi və şaquli istiqamətlərdə qüvvələrinin əvəzləyici sini yazıb müvafiq qiymətlərini yerinə yazmaqla sadələşdirmə aparaq


    (1.45)
    (1.46)
    Pn qüvvənin qiyməti kürəyin üzərində olan yemin kütləsindən asılı olaraq aşağıdakı ifadə ilə təyin olunur.

    Pn=9,81 (1.47)

    olar. Burada hor yemin səthindən pərin (yüklənən) ortasına qədər qısa məsafədir; F fırlanma istiqamətində pərin yemlə yüklənən hissəsinin sahəsidir; daxili sürtünmə bucağıdır.

    Onda ümumi güc qüvvələrin və sürətin qiymətini nəzərə alsaq, aşağıdakı ifadə ilə təyin olunar:

    N=(PpVp+PoVo) (1.48)
    Burada Z eyni vaxtda yüklənən pərlərin sayı; Vp fırlan­ma­da hərəkət sürətidir; V0 ox istiqamətində olan sürətdir.

    Onlar ayrı ayrılıqda



    Vp = (1.49)
    V0=Vpcos (1.50)
    qiymətlərinə malik olur. Şnek tipli yem qarışdırıcının məhsul­darlığı:
    Q=V0F (1.51)
    ifadəsi ilə təyin olunur. Burada V0 ox istiqamətində olan sürət; F şnekin en kəsik sahəsi; yemin sıxlığı; şnekin dolma əmsalıdır, üfiqi tiplər üçün =0,3…0,4; şaquli şneklər üçün =0,7…0,8 qəbul olunur.

    Üfiqi istiqamətdə qondarılan şnek üçün məhsuldarlıq


    Q= (1.52)
    düsturu ilə təyin olunur. Burada Dd şnekin vintin və valın diametrləri; Ş şnekin addımı; nc şnekin fırlanma tezliyidir.

    Ox istiqamətində olan sürət



    Vomin=r (1.53)
    Üfüqi şnekin minimum məhsuldarlığı
    Qmin=0,25csin (1.54)
    Burada rc=0,35orta radius; vintin açıl­ma bucağının orta qiymətidir.

    Bir neçə valla yem qarışdırıcının məhsuldarlığı


    Q=Z (1.55)
    Burada Z şnekin sayıdır.

    Yemin qarışdırılma müddəti


    t= (1.56)
    Burada Vqap qarışdırıcının həcmi; Qmin qarışdırıcının minimum məhsuldarlığıdır.

    Yemin qarışdırılmasına sərf olunan ümumi vaxt


    tüm=tqar+t yük+tboş (1.57)
    Burada tyük, tboş qarışdırıcının yüklənməsinə və boşaldıl­ma­sına sərf olunan vaxtdır.

    Fasiləli iş rejiminə malik olan yem qarışdırıcının məhsuldarlığı


    Qqar= (1.58)
    K materialın dövr etməsini nəzərə alan əmsaldır.

    Yem qarışdırıcının tələb etdiyi güc:

    üfiqi şnek üçün N= 0,01;

    şaquli şnek üçün N = 0,01 olur.

    K gətirilmiş əmsaldır. Taxıl və kombikorma üçün 1,2; düz üçün 2,5; kökümeyvəli üçün 8-10 qəbul olunur.
    3. Fermanın suya, elektrik enerjisinə və buxara olan tələbatı.

    Ferma və komplekslərdə görülən texnoloji proseslərin yerinə yetirilməsinə, istər heyvanların tələbatından irəli gələn işlərə və ya da heyvandarlıq məhsullranın istehsal və emalına elektrik enerjisi, su və buxar lazımdır. Bunlara tələbatın hərəsinin özünə uyğun olaraq hesablanma metodikası vardır.

    Elektrik enerjisinə tələbat aşağıdakı kimi hesablanır.

    Əvvəlcə bütün texnoloji iş əməliyyatları sıra ilə yazılır.

    İkinci qrafada bu işləri yerinə yetirmək üçün maşın və avadanlıqlar göstərilir, üçüncü qrafada seçilmiş maşınların güc tələbatı qeyd olunur, dördüncü qrafada eyni adlı maşınlardan neçəsi lazımsa, qeyd olunur, beşinci qrafada ümumi güc tələbatı qeyd olunur, altıncı qrafada sutkalıq işin həcmi göstərilir, yeddinci qrafada hər bir texnoloji prosesi yerinə yetirmək üçün bir sutka ərzində tələb olunan vaxt hesablanıb qeyd olunur.

    Cədvəlin ikinci hissəsində sutkanın saatları göstəril­məklə ferma və ya kompleksdə texnoloji proseslərin görülmə vaxtına uyğun olaraq işləmə saatları qeyd edilir.

    Bu işlər qurtardıqdan sonra həmin cədvəlin alt hissəsində koordinat sistemi çəkilib, absis oxunda sutkanın saatları, ordinat oxunda tələbedicilərin gücü qeyd olunur.

    Cədvələ uyğun olaraq hər bir texnoloji prosesə görə kordinat sistemində görülən işə tələb olunan güc və ona uyğun işləmək müddəti qeyd olunur.

    Beləliklə, ümumi yük qrafiki qurulur. Ordinat oxu üzrə ən maksimum güc tələbatı ferma və ya kompleks üçün qeyd olunur və ona uyğun transformator seçilir. Absis oxununun qiymətinin ordinat oxunda olan göstəriciyə vurma hasili enerji sərfiyyatının qiymətini verir.

    Fermanın suya olan tələbatı su təchizatı bölməsində veril-mişdir. Odur ki, onun burada təkrarına ehtiyac yoxdur. Biz burada yalnız fermanın və ya kompleksin isti suya olan tələbatının hesabatını verəcəyik. İsti su yemlərin hazırlan­masında, heyvanlara qulluq işlərində, südün ilkin emalı prosesində, bəzi binaların qızdırılmasında istifadə olunur. İsti suya olan tələbat


    (1.59)
    hesablanır. Burada G1c, G2c, …, Gnc texnoloji əməliyyatlarda lazım olan suyun miqdarı; t1c, t2c, …, tnc uyğun işlərə sərf olunan suyun temperaturu; ti isti suyun temperaturu; tc soyuq suyun temperaturudur.

    Ferma və ya kompleksin buxara tələbatı aşağıdakı düstur ilə təyin olunur:


    Q=Q m+Qə.m+Qköv (1.60)
    Burada Qm məhsulun qızdırılmasına sərf olunan istiliyin miqdarı; Qə..m ətraf mühitin qızdırılmasına sərf olunan istiliyin miqdarı; Qköv məhsul saxlanılan kameranın qızdırılmasına sərf olunan istiliyin miqdarıdır.

    Məhsulun qızdırılmasına sərf olunan istiliyin miqdarı


    Qm=GmCm(tson-tbaş) (1.61)
    Burada Gm pörtlədilən məhsulun kütləsi; Cm məhsulun xüsusi istilik tutumu əmsalı; tson buxarın son temperaturu; tbaş məhsulun başlanğıc temperaturudur.

    Kameranın qızdırılmasına sərf olunan istiliyin miqdarı:



    Qköv=GkamCkam(t1 son- t1 baş) (1.62)
    Burada Gkam kameranın kütləsi; Ckam kameranın xüsusi istilik tutumu əmsalı; t1son gövdənin son temperaturu; t1 baş gövdənin başlanğıc temperaturudur.

    Ətraf mühitin qızdırılmasına sərf olunan istiliyin miqdarı


    Qə.m.=F (1.63)
    Burada F kameranın tam səthinin sahəsi; istilik keçirmə əmsalı; T kameranın işləmə müddəti; td divarın temperaturu; th havanın temperaturudur.

    Tələb olunan buxar sərfiyyatı


    D= (1.64)
    Burada: ibux, ikon buxarın və kondensatın istilik tutumu əmsalıdır.

    Xüsusi buxar sərfiyyatı:



    d= (1.65)
    Kökümeyvəli üçün xüsusi buxar sərfiyyatı 0,16…0,20 kq; küləşin pörtlədil-məsi üçün 0,4-0,5; suyun 100-dən 1000-yə kimi qızdırılması 0,20 kq.

    Yanacaq sərfiyyatı



    B= (1.66)
    hesablanır. Burada buxar hazırlayanın f.i.ə.; Qyan bir kq yanacağın verdiyi isti-liyin miqdarı; tsu suyun temperaturudur.

    Bunların əsasında buxar qazanının sahəsi hesablanılır


    Fk= (1.67)
    Dxus qazının xüsusi buxar sərfiyyatı əmsalıdır, 0,7 atm qədər qəbul olunur.

    Alınan sahəyə uyğun olaraq buxar qazanının tipi seçilir.




    Download 10.82 Mb.
    1   ...   5   6   7   8   9   10   11   12   ...   25




    Download 10.82 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    M Ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n

    Download 10.82 Mb.