• 1. Valideyinlərin sənətinin uşaq əməyində təzahürü.
  • 2. Oyunların uşaq əməyində təzahürü.
  • 3. Müxtəlif faktorların uşaq əməyində təzahürü.
  • Məktəbəqədər yaşlı uşaqların əmək təlimi və tərbiyəsinin mahiyyəti, məqsədi və vəzifələri Plan




    Download 0.68 Mb.
    bet17/33
    Sana02.07.2021
    Hajmi0.68 Mb.
    #15333
    1   ...   13   14   15   16   17   18   19   20   ...   33
    Uşaq əməyinin xüsusiyyətləri

    P l a n

    1.Valideynlərin sənətinin uşaq əməyində təzahürü.

    2. Oyunların uşaq əməyində təzahürü.

    3. Müxtəlif faktorların uşaq əməyində təzahürü.

    N ə t i c ə

    Ədəbiyyat



    1. Valideyinlərin sənətinin uşaq əməyində təzahürü. Həyati müşahidələr göstərir ki, məktəbəqədər yaşlı uşaqların əmək fəaliyyəti əsasən oyunun daxilində, oyunun xatirinə icra olunursa da, hər halda bu müəyyən cəhətlərlə fərqlənir. Çünki oyun körpə uşaq üçün əsas fəaliyyət növüdür. Onlar oyun prosesində varlığı əks etdirməklə yanaşı həyata və əməyə də hazırlanırlar. Uşaq öz həyatı prosesində ətraf adamların təcrübəsini, rəftar və hərəkətlərini təqlid etməklə və mənimsəməklə yanaşı, onların əmək fəaliyyətləri barədə müəyyən məlumat da əldə edir, əməyin insan həyatında oynadığı mühüm rolu dərk etməyə başlayır. Onlar tədricən müəyyən əmək növləri ilə tanış olur, valideynin, ailənin başqa üzvlərinin işi ilə maraqlanmağa başlayır, onun haqqında müəyyən məlumat əldə edirlər. Aparılan tədqiqatlardan məlum olur ki, məktəbəqədər yaşlı uşaqların əksəriyyəti (70-80%-i, böyük məktəbəqədər yaşlı uşaqlar) valideynin harada işlədiyini və nə iş gördüyünü bilirlər. Qalan hissəsi isə yalnız onu bilir ki, ata və ya ana, yaxud hər ikisi haradasa işləyir. Uşaqlar həm də valideynin əmək fəaliyyətini ailənin yaşayışının təmin edilməsi ilə bağlayır, işləməyin, əməklə məşğul olmağın həyati zərurət olduğunu, onsuz ailənin dolanmayacağını, özünün isə yeyib-içməyəcəyini, yaxşı paltar geyməyəcəyini özlərinə məxsus şəkildə başa düşürlər. Doğrudur, uşaq kiçik olduqca onun öz valideyninin peşəsi və işi ilə maraqlanması, o barədə müəyyən məlumata malik olması çox səthi olur, lakin həmin yaşda belə uşaqda müşahidə etdiyi işləri, “yerinə yetirməyə”, təqlid etməyə xüsusi bir həvəs, sanki bir meyl nəzərə çarpır. Bu hər şeydən əvvəl, uşağın müəyyən tapşırıqlar almağa meyl göstərməsində, bəzən hətta öz qüvvəsi xaricində olan işləri belə ciddi-cəhdlə yerinə yetirməyə çalışmasında ifadə olunur. Uşaqların yaş xüsusiyyətləri onların öz valideynlərinin işi, sənəti, əmək fəaliyyəti haqqında təsəvvür və biliklərində aydın surətdə təzahür edir. Məsələn, 3-4 yaşlı uşaqlar valideynin sənəti haqqında zahiri əlamətlərə əsasən mühakimə yürüdür. Belə ki, bəzən “atan nə işdə işləyir?”, “anan nə işdə işləyir?” və s. bu kimi suallara atanın və ya ananın səhər tezdən necə geyinib getmələrini təsvir etməklə cavab verirlər. Bir neçə dəfə öz atasının işdən gəldikdən sonra iclas haqqında danışdığını eşitmiş olan uşaq “atan harada işləyir?” sualına xüsusi ahənglə: - “iclasda işləyir” cavabını vermişdir. Psixoloji tədqiqatlarla sübut olunmuşdur ki, məsələn 4 yaşlı uşaqların əksəriyyəti valideynin iş yeri, sənəti haqqında dəqiq məlumata malik olmurlar. Verilmiş suala cavab olaraq 20 nəfər dörd yaşlı uşaqdan yalnız üç nəfəri valideyninin nə işdə işlədiyini deyə bilmişdir. Bu da əsasən valideynin işinin xarakterindən asılıdır. Belə ki, valideyn müəyyən nəqliyyatda işlədikdə uşaq bunu bilir. Yaxud bilavasitə təsərrüfat işi ilə məşğul olduqda uşaqlar, hətta üç yaşlılar belə bundan xəbərdar olurlar. Məktəbəqədər yaşlı uşaqlar bağçaya getdikdə orada tərbiyəçinin, həkimin, xadimələrin əməyi haqqında müəyyən məlumat əldə edir, hətta oyun prosesində həmin peşələri təqlid edirlər. Doğrudur, onların bu peşələr haqqında bilikləri, əksər halda zahiri əlamətlərinə istinad edir. Məsələn, 3-4 yaşlı uşaq üçün həkim ağ xalat geyən, iynə vuran, cibində trubkası olan adamdır. Uşaq böyüdükcə həmin peşənin mühüm əlamətlərini əks etdirməyə başlayır: “həkim xəstəni sağaldır” və s. 2. Oyunların uşaq əməyində təzahürü. Məktəbəqədər yaşlı uşaqların ayrı-ayrı peşələrlə tanışlığı və müəyyən təsəvvür əldə etməsi onların bilavasitə əməklə məşğul olmasına təkan verir. Doğrudur məkətəbəqədər yaş dövründə uşağın əmək fəaliyyəti əsasən epizodik, təsadüfi xarakter daşıyır, həm də bilavasitə maddi nemət istehsalına yönələn mütəşəkkil, müntəzəm, planauyğun əmək hesab edilə bilməz. Həm də onların müəyyən əmək fəaliyyəti, əmək alətləri ilə tanışlığı əsasən oyun prosesində baş verir və bəzən də onların hər hansı əmək tapşırıqlarını yerinə yetirmələri oyun fəaliyyətinin möhrünü özündə gəzdirir, başqa sözlə oyun səciyyəsi daşıyır. Bir çox halda isə əmək tapşırıqlarının icrası təqlidi xarakter daşıyır. Bu ən çox rola girməklə yerinə yetirilən əmək növlərində özünü göstərir. Müəyyən rolu ifa etməklə “icra edilən” əmək növünü uşaq oyun prosesində daha ətraflı öyrənir, alətlərin işlədilməsi üsulunu, onların xassələrini, lazım olan hərəkətləri icra etməklə əlaqədar olan oyunlar zamanı onlar qarşılarına xüsusi əmək məqsədləri qoymurlar. Onlar belə oyun prosesində əmək cəhdindən boyun qaçırır, müəyyən çətinliklə rastlaşdıqda oyundan əl çəkirlər və oyunu axıra çatdırmırlar. Uşaqlar oyun prosesində üzərlərinə götürdükləri əmək tapşırıqlarına nisbətən ciddi yanaşır, müəyyən işi yerinə yetirmək üçün xeyli iradi səy göstərirlər. Əgər uşaq gözətçi rolunu oynayırsa müəyyən müddət bu tapşırıqla əlaqədar olaraq öz yerini tərk etmir, ondan tələb olunan normaları yerinə yetirməyə çalışır. Belə oyunlarda uşaqlarda əmək fəaliyyəti üçün zəruri olan dözümlülük, iradi cəhd, dəqiqlik və s. inkişaf edir. Onu nəzərə almaq lazımdır ki, əmək fəaliyyəti həmişə müəyyən nəticənin, maddi və mənəvi məhsulun əldə edilməsinə yönəldiyindən, burada yaradıcılıq ünsürləri daima mühüm yer tutur. Doğrudur əmək prosesində heç də həmişə tamamilə yeni, orijinal məhsul əldə edilmir, bir çox əmək növlərində əsasən müəyyən nümunəyə və ya standarta uyğun olan məhsul əldə edilir. Burada əsas göstərici nümunə ilə əldə edilən məhsulun az və ya çox dərəcədə mütabiqliyidir (bir-birinə uyğun gəlməsi). Bəs oyun prosesində uşaq üçün belə bir nümunə rolunu oynayan nədir, o, öz məhsulunu nəyə oxşatmalıdır? Bu nümunə əsasən yaşlıların hərəkət və rəftarı, həmçinin əmək fəaliyyətidir. Uşaqlar da öz hərəkət və rəftarlarının, əmək tapşırıqlarının icrasının bu nümunəyə çox mütabiq (uyğun) gəlməsinə can atırlar. Lakin onlar həmişə təqlidçi rolunda çıxış etmirlər. Onlar da “yaratmağa”, “kəşf etməyə” can atırlar. Həm də belə “kəşflər” onların həyatında az təsadüf edilmir. Ancaq onu qeyd etmək lazımdır ki, uşaqların yaratdıqları artıq yaradılmış olanların, “kəşfləri” isə artıq kəşf olunmuşların “kəşfidir”. Başqa sözlə, onlar özləri də bu və ya digər məsələləri özləri üçün, həm də müstəqil olaraq “nümunə götürmədən” “təqlid etmədən” müəyyən etməyə çalışır və yaradıcı olmağa meyl göstərirlər. Belə yaradıcılıq ən çox onların quraşdırma ilə əlaqədar olan oyunlarında nəzərə çarpır. Doğrudur, onlar bu və ya digər yeni cismi hazırlamaq üçün onu, yaşlı adamların etdiyi kimi, əvvəlcə başlarında, ideal formada hazırlayıb, sonra öz ideyalarını maddi şəklə salmağa çalışmırlar. Bu onların yaş səviyyəsinə müəssər deyildir. Lakin həmin “kəşfi” əyani - əməli prosesdə edirlər. Bəzən oyunun gedişi prosesində uşaq cismi quraşdırarkən özü də onu gözləmədən tamamilə yeni bir cisim ala bilir. Deməli uşaq oyun prosesində ətraf aləmi dərk edir, müxtəlif əmək sahələri, əmək alətləri və onlardan istifadə qaydalarını da mənimsəyir. 3. Müxtəlif faktorların uşaq əməyində təzahürü. Məlum olduğu kimi məktəbəqədər yaşlı uşaqların ilk əmək fəaliyyəti onların özünəxidmət əməyidir. Müstəqil surətdə yemək, geyinmək, yerini yığışdırıb səliqəyə salmaq, onların ilk əmək sahəsidir. Uşaqlar bu işlərin yerinə yetirilmə zəruriyyətini tədricən dərk edir və həm də lazımi tərbiyəvi şərait olduqda bunu həvəslə yerinə yetirirlər. Özünəxidmətlə əlaqədar məktəbəqədər yaşlı uşaqlar yaşlılara da kömək göstərməyə can atırlar. Məktəbəqədər yaşlı uşaqlarda əmək fəaliyyətinin təşəkkülü və bu fəaliyyətə alışma daha çox yaşlıların tərbiyəvi təsirindən, tələb və öyrətməsindən asılıdır. Onu nəzərə almaq lazımdır ki, müəyyən bir işlə, fəaliyyətlə məşğul olmağa uşaqlarda təbii bir meyl vardır. Həmin meylin gücləndirilməsi yaşlı nəslin tərbiyəvi təsirindən çox asılıdır. Məsələn, məktəbəqədər yaşlı uşaqlar bağçada növbətçi olarkən bir sıra əmək tapşırıqlarını yerinə yetirməli olur və həm də bunu məmnuniyyətlə edirlər. Müşahidələr göstərmişdir ki, belə bir iş bağçadakı başqa uşaqlara tapşırılmadıqda onlar inciyir, tərbiyəçidən necə deyərlər küsürlər. Hər bir uşaq belə bir işə xüsusi olaraq can atır. Bu cəhət onu göstərir ki, hələ məktəbəqədər yaşda uşaqlarda əmək fəaliyyətinə xüsusi bir meyl vardır. Lakin onu nəzərə almaq lazımdır ki, bağça yaşlı uşaqlarda əmək fəaliyyəti oyunu xatırlatdığı, başqa sözlə, oyun kimi icra edildiyi üçün uşaqları daha çox cəlb edir. Başqa sözlə məktəbəqədər yaşlı uşaqlar hətta onlara tapşırılmış ciddi əmək tapşırıqlarına belə oyun ruhu verir, məhz bu ruh onları daha artıq cəlb edir. Belə ki, uşaqların məişət əməyi belə onları cəlb etdiyinə görə yerinə yetirilir, əksinə başqaları üçün bu və ya digər iş görmək motivi hələ onlarda çox zəifdir. Lakin buna baxmayaraq məhz belə əmək fəaliyyəti prosesində uşaqlarda mütəşəkkillik, müstəqillik, təkidlilik kimi keyfiyyətlər və məsuliyyət hissi təşəkkül etməyə başlayır ki, bu da gələcək əmək fəaliyyəti üçün faydalıdır. Elə bunun nəticəsidir ki, böyük məktəbəqədər yaşlı uşaqlar növbətçilik edərkən öz üzərlərinə düşən işləri heç bir xatırlatma olmadan da yerinə yetirə bilirlər. Onlar öz əmək fəaliyyətlərini mütəşəkkil surətdə təşkil etməyə qabil olurlar. Məsələn, növbətçilik zamanı uşaqlara vaxtında xidmət edir, təmizliyə riayət edirlər və s. Bəzi bağçalarda uşaqların özlərini kukla mebeli düzəltməyə, uşaq bağçasının mebəllərini təmir etməyə cəlb edirlər. Bu zaman onlar xarratlıq işi ilə tanış olur, yaşlıların icra etdikləri əməliyyatları tədricən mənimsəməyə başlayırlar. Məktəbəqədər yaşlı uşaqlar bağda, dirrik sahəsində həvəslə işləyir, gücləri çatan işdə yaşlılara uzun müddət kömək göstərə bilirlər. Hətta onların əmək fəaliyyətinin motivləri də yavaş - yavaş dərk edilmiş olur. Məsələn, öz işlərinin müəyyən faydalı məhsul əldə edilməsi ilə əlaqədar olduğunu fərz edən başqa uşaqlar üçün oyuncaq düzəltdiyini dərk etdikdə onların ciddiyyəti bir qədər də artır. Həm də uşaqlar birgə kollektiv əməyi daha çox sevirlər. O vaxt ki, uşaq onunla başqa yoldaşlarının da işlədiyini görür, burada onun əməyə olan münasibəti daha ciddi xarakter kəsb edir. Belə bir kollektiv əməkdə onlarda kollektivçilik hissi, dəyanət, təqlidçilik inkişaf etməyə başlayır. Bir cəhət də nəzərdən qaçırıla bilməz ki, məktəbəqədər yaşlı uşaqlar onları cəlb edən və onlar üçün maraqlı olan işlə məşğul olmağa can atırlar. Uşağı cəlb etməyən, onu maraqlandırmayan işlə məşğul olmağa məktəbəqədər yaşlı uşaqları cəlb etmək çox çətindir. Bunun üçün onların qarşısında maraqlı tapşırıqlar qoymaq vacibdir. Sovet psixoloqu Elkominin tədqiqatları bu cəhətdən diqqəti cəlb edir. Məsələn, məktəbəqədər yaşlı uşaqlara taxta, çəkic, mismar və s. verilməklə, onlara “bir şey düzəltmək lazımdır” tapşırığı verilir. Uşaqların 72%-i işdən əl çəkir, heç bir şey düzəltmir. Ancaq elə ki, bunlardan balaca stol düzəltmək lazımdır tapşırığını alırlar, o dəqiqə uşaqların münasibəti dəyişilir və onlar həvəslə işləməyə başlayırlar. Bağça yaşlı uşaqlarda əmək tərbiyəsində mühüm rol oynayan amillərdən biri də yaşlıların uşaq əməyinə düzgün rəhbərlik etməsidir. Bu iş iki istiqamətdə gedir. Bir tərəfdən, yaşlılar əməyin müxtəlif növləri barədə maraqlı söhbətlər təşkil edir, onlarda əməyə maraq və həvəs yaradırlar. İkinci tərəfdən isə, alətlərdən, materiallardan istifadə etmək qaydaları uşaqlara öyrədilir. Onu da qeyd etmək lazımdır ki, iş prosesində uşaqlara həvəsləndirmə tədbirləri çox ciddi təsir edir ki, bu cəhətə də xüsusi diqqət yetirilməlidir. Lakin həvəsləndirmə və tərifdən sui-istifadə etmək olmaz. Məktəbəqədər yaşlı uşaqlarda özünəxidmət əməyinin, məişət əməyinin və s. yəni onların yaşına müyəssər əmək növlərinin inkişaf etdirilməsi, necə deyərlər, uşağın tələbatına çevrilməsi üçün müəyyən qaydalara riayət etmək vacibdir. Nəzərə almaq lazımdır ki, əməyin uşaqda müəyyən tələbata çevrilməsi üçün onları müəyyən bir fəaliyyət sahəsində çalışmağa müntəzəm surətdə alışdırmalı və mümarisə (təkrar-təkrar məşq) etdirməli, yəni uşaq orqanizmini belə bir işə adət etdirməli və alışdırmalı. Onu da nəzərə almaq lazımdır ki, tələbat o zaman inkişaf edir ki, onun ödənilməsi üçün müxtəlif vasitələrə əl atılsın. Eyni şeyi dəfələrlə təkrar etdikdə insanın ona münasibəti dəyişir, ona qarşı laqeydlik yarana bilir. Buna görə də uşağı eyni bir şeylə - əmək tapşırığı ilə uzun müddət məşğul olmağa, bu halda eyni vasitələrdən istifadə etməyə yönəltmək doğru olmazdı. Həm də elə etmək lazımdır ki, lap başlanğıcdan bu və ya digər əmək tapşırığı uşağı yorub üzməsin, bu halda uşaqda əmək fəaliyyətinə ilk dövrlərdən ikrah hissi bəslənər və ancaq uşaq ona tapşırılan işin öhdəsindən asanlıqla gələ bilirsə, bu onu həvəsləndirir. Lakin uşağı əməyə alışdırmaq üçün bir vacib şərt də gözlənilməlidir. Gərək uşağın əməyi elə təşkil edilsin ki, həmin prosesdə uşaq müəyyən yaradıcılıq fəaliyyəti göstərə bilsin. Yaradıclıq ünsürləri olmayan əmək fəaliyyəti uşağı özünə uzun müddət cəlb edə bilməz. Bütün bunlarla yanaşı olaraq gərək uşaq ona tapşırılan əməyin şəxsi və ictimai əhəmiyyətini də başa düşsün. Bu çox mühüm tələbdir. Çünki, hətta kiçik uşaqlar belə bu və ya digər işin nəyin xatirinə görülməsini özü üçün aydınlaşdırmağa çalışır. Buna aydın cavab tapmadıqda, özü həmin işi müəyyən oyun kimi yerinə yetirir, başqa sözlə əmək tapşırığına oyun kimi yanaşır. Bütün bu cəhətlər nəzərə alındıqda məktəbəqədər yaşlı uşaqlarda əmək fəaliyyətinə müsbət münasibət təşəkkül etməyə başlayır, müəyyən yaşdan sonra əmək, işləmək artıq onların tələbatına çevrilir, onlar əmək fəaliyyətinə alışır və adət edirlər. Əlbəttə məktəbəqədər yaşda sözün əsl mənasında əmək fəaliyyətindən danışmaq doğru olmazdı. Çünki həmin dövrdə uşaqlarda əmək, irəlidə qeyd edildiyi kimi epizodik, təsadüfi xarakter daşıyır. Həm də qısamüddətliliyi, az davamlılığı, qeyri mütəşəkkilliyi, kifayət qədər düşünülmüş və planlı olmaması və s. kimi xüsusiyyətlərlə fərqlənir. Lakin buna baxmayaraq uşaqların lap kiçik yaşlardan əməyə alışdırılması nəzərdən qaçıla bilməz. Beləliklə, deyə bilərik ki, uşaq əməyinin xüsusiyyəti onların öz valideynlərinin işi, sənəti, əmək fəaliyyəti haqqında təsəvvür və biliklərində aydın surətdə təzahür edir.



    Download 0.68 Mb.
    1   ...   13   14   15   16   17   18   19   20   ...   33




    Download 0.68 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Məktəbəqədər yaşlı uşaqların əmək təlimi və tərbiyəsinin mahiyyəti, məqsədi və vəzifələri Plan

    Download 0.68 Mb.