• 3. İnkişaf sahələri üzrə təlimin planlaşdırılmas ı.
  • Məktəbəqədər yaşlı uşaqların əmək təlimi və tərbiyəsinin mahiyyəti, məqsədi və vəzifələri Plan




    Download 0.68 Mb.
    bet7/33
    Sana02.07.2021
    Hajmi0.68 Mb.
    #15333
    1   2   3   4   5   6   7   8   9   10   ...   33
    a. Uşaqların maraq və inkişaf ehtiyacları; 

    b. Məktəbəqədər təhsil müəssisələrində mövcud olan təlim resursları. Fəaliyyət mərkəzləri (guşələr) dedikdə, əsasən, aşağıdakılar nəzərdə tutulur: riyaziyyat guşəsi, kitab guşəsi, stolüstü oyunlar guşəsi, elm guşəsi, təsviri fəaliyyət guşəsi, tikinti materialları guşəsi, sujetli-rollu oyunlar guşəsi, məişət-təsərrüfat guşəsi, milli guşə,  gəlincik guşəsi, nəqliyyat guşəsi, təbiət guşəsi, əl əməyi (məktəbəhazırlıq qrupunda) guşəsi.  Fəaliyyət mərkəzləri bir-birindən ayrı təşkil edilir, xüsusi materiallarla təchiz olunur. Mərkəzlərdə qoyulan materiallar (kitablar, oyuncaqlar, həndəsi fiqurlar, oyuncaq qablar, mətbəxə aid oyuncaqlar, kağız, qələmlər, karton, boyalar, plastilin, pazl oyuncaqları, müxtəlif bitkilər, yarpaqlar) uşaqların əli çatan vəziyyətdə qoyulmalıdır və uşaqlar həmin materiallarla yaradıcı və müstəqil oynamağa həvəsləndirilməlidir. Fəaliyyət mərkəzləri (guşələr) elə yaradılmalıdır ki, orada uşaqlar kiçik qruplarda bir-birilə oynayıb ünsiyyət qura, istədikləri fəaliyyət mərkəzlərini özləri seçə bilsinlər.  Dəstəkləyici təlim mühiti uşaqların müstəqilliyinə imkan yaradır, onların təhsil uğurunun təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Təlim mühitinin xarakteristikası: 

    Bütün uşaqlar üçün səmimi mühit olmalıdır, mühit cəlbedici və zövqlü olmalıdır, mühit dəstəkləyici olmalı, ünsiyyət və əməkdaşlığı təmin etməlidir, bütün uşaqlar kifayət qədər materiallarla təmin olunmalıdır, uşaqların materialı müstəqil tapması, istifadə etməsi və qaytarmasına imkan yaradılmalıdır. 

    Məktəbəqədər müəssisədə təhsilin səmərəli qurulması üçün psixososioloji mühit təlimə uyğun olmalı və uşaqların öyrənmə prosesində ünsiyyət və əlaqə yaratmasına imkan verməlidir. Təlim mühitinin yaradılması: 

    Tərbiyəçinin mədəni və müsbət davranışı uşaq fəaliyyətinə təsir edir, yeni materialların davamlı və fərqli biçimdə istifadəsi təlimə həvəs yaradır və s.  



    Uşaqlar inkişaf və təlim prosesinin fəal iştirakçısıdırlar. Müasir təlim tələb edir ki, məlumat uşağa valideyn və ya tərbiyəçi tərəfindən hazır ötürülməsin, uşaq məlumatı özü əldə etsin. Biliyin əldə edilməsinin əsasını təşkil edən bacarıqlar təcrübə və əmək prosesində təkmiləşdirilir. Buna görə də uşaqlara ətraf mühitdə biliklərin araşdırma yolu ilə əldə edilməsi imkanını, eyni zamanda, əşyalar və modellərin imitasiyası (təqlid etmək, yamsılama) imkanını vermək çox vacibdir. Beləliklə, məşğələlər zamanı uşaqlara ətraf mühiti təcrübi yolla dərk etmək, müxtəlif fəaliyyətlər həyata keçirmək, məsələlərin həllində iştirak etmək, danışıq və ünsiyyət vərdişlərini inkişaf etdirmək imkanı vermək olduqca zəruridir. Evdə və məktəbəqədər təhsil müəssisələrində uşaq üçün rəngarəng fəaliyyətlər planlaşdırılmalıdır. Əsas uşaqların nəyi bilmələri deyil, nə etməyi bacardıqları və nə öyrəndikləridir. Daha doğrusu, öyrənmə və düşünmə bacarıqlarının təkmilləşdirilməsidir.  Fəal öyrənmə prosesi uşaqların ətrafdakı insanlar və əşyalarla qarşılıqlı təsiri nəticəsində baş verir. Böyüklərin uşağın inkişafını dəstəkləmələrində rolu özlərinin bu prosesdə birgə iştirakı ilə əlverişli emosional şərait yaratmaqdan ibarətdir. Bu zaman uşaqlara əşyalarla manipulyasiya (dəqiqlik tələb edən əl işində mürəkkəb üsullar) etmək, seçim etmək, əşya və ideyaları “tədqiq” etmək, eksperiment aparmaq və “kəşflər etmək” imkanı vermək mümkündür. Bu zaman uşaqlar həm öz həmyaşıdları ilə, həm də böyüklərlə təhlükəsiz və xoş mühitdə ünsiyyət qurmaq imkanı qazana bilirlər.  Fəal təlim metodları üzərində qurulan məşğələ ənənəvi məşğələlərdən fərqlənir. Bu məşğələlər uşaqların sərbəst şəraitdə fəaliyyət göstərməsinə imkan yaradır və bu zaman onlar özlərinin bütün bilik, bacarıq və istedadlarını nümayiş etdirə bilmək imkanı əldə edirlər. Fəal təlim məktəbəqədər yaşlı uşaqların inkişaf etdirilməsi üçün ən yaxşı texnologiyadır. Bu o deməkdir ki, uşaqlar təlim prosesində passiv deyil, konkret materiallarla və əhatəsində olan insanlarla fəal, qarşılıqlı ünsiyyətdə olurlar.  Fəal təlim metodlarından istifadə tədris prosesinin təşkilinə, tərbiyəçi-uşaq münasibətlərinə yeni məzmun gətirir, tərbiyəçi-uşaq münasibətlərinin dəyişdirilməsini, onlar arasında pedaqoji əməkdaşlığa, qarşılıqlı hörmətə, bir-birinin ləyaqətinə, hüquq və azadlıqlarına hörmət etməyə əsaslanan yeni münasibətlərin yaradılmasını təmin edir. Məktəbəqədər təhsil müəssisələrində fəal təlim metodlarları ilə aparılan məşğələlərin aşağıdakı ardıcıllıqla həyata keçirilməsi məqsədəuyğun hesab edilir: 

    Motivasiya ( problemin qoyulması). 

    Tədqiqat sualı. 

    Tədqiqatın aparılması. 

    Məlumat mübadiləsi. 

    Məlumat müzakirəsi. 

    Nəticə və ümumiləşdirmələr. 

    Dəyərləndirmə (məşğələ boyu aparılır).  Motivasiya. Məşğələ motivasiya ilə başlanır. (Yəni tərbiyəçi tərəfindən problemin qoyulması, uşaq tərəfindən fərziyyələrin irəli sürülməsi). Motivasiya “motiv” sözündən götürülmüşdür. Latın dilində tərcüməsi “hərəkətə gətirmək”, “itələmək” deməkdir. Deməli, tərbiyəçi motivasiya yaradarkən uşaqları hərəkətə gətirir, düşünməyə “itələyir”. Düzgün qoyulmuş motivasiya uşaqda fəallıq yaradan səbəbdir. 

    Tədqiqatın aparılması. Fərziyyələri yoxlamaq üçün tapşırıqları həll etmə prosesində məlumatların, faktların axtarılması və toplanmasıdır.  Məlumat mübadiləsi və müzakirə. Verilmiş işi bitirmək üçün uşaqlar iş formasından asılı olaraq qruplarla və ya cütlərlə, öz aralarında fikir mübadiləsi edirlər. Bu zaman cütlər və ya qruplarla işləyən uşaqlar öz aralarında seçdikləri lider vasitəsilə verilmiş tapşırıqla bağlı ümumi fikri bütün qrupa və tərbiyəçiyə çatdırırlar.  Nəticə və ümumiləşdirmə. Tərbiyəçi məlumatları dinlənildikdən sonra tədqiqatla əlaqədar fikirlərə lazımi istiqamət verir, ümumi nəticə çıxarılır.  İş formaları. 

    İş formaları dedikdə fərdi, cütlərlə, qruplarla və kollektiv iş nəzərdə tutulur. 



    Fərdi iş - uşaqların potensial imkanlarının müəyyənləşdirilməsi və onların müstəqil fəaliyyət göstərməsi üçün imkan yaradır. 

    Cütlərlə iş - zamanı uşaqların hər hansı problemin həllində biri-birinə köməklik göstərmələrinə, əməkdaşlıq etmələrinə, bir-birlərinin qarşısında öz məsuliyyətlərini dərk etmələrinə imkan yaranır. 

    Qruplarla iş (3-4 nəfər) - zamanı uşaqlar kiçik qruplarda birləşir, işin gedişində əməkdaşlıq və müxtəlif problemləri bir yerdə həll etməyə cəlb olunurlar. Bu zaman uşaqlar müstəqil fikir söyləmək, digərlərini dinləmək imkanı əldə edirlər. 

    Kollektiv iş - zamanı kollektivdə işləmək, birgə fəaliyyət göstərmək və kommunikativ bacarıqların inkişafı təmin edilir. 

    3. İnkişaf sahələri üzrə təlimin planlaşdırılması. Məktəbəqədər təhsil müəssisələrində təlimin səmərəli təşkili işin düzgün planlaşdırılmasından başlayır. Düzgün planlaşdırma üçün yerinə yetiriləcək təlim işlərinin əvvəlcədən layihələşdirilməsi xüsusi didaktik əhəmiyyət kəsb edir. Məktəbəqədər təhsil müəssisələrində planlaşdırmanın, əsasən, aşağıdakı iki növündən istifadə edilməsi zəruri hesab edilir: 

    - perspektiv (illik) planlaşdırma. 

    - cari (həftəlik) planlaşdırma.  Perspektiv (illik) planlaşdırma standartların reallaşması məqsədilə inkişaf sahələrinə əsasən hər yaş qrupu üçün işin planlaşdırılması üzrə aparılır. Məktəbə-qədər təhsil proqramının (kurikulumunun) əsas istiqamətlərinə müvafiq olaraq müəyyənləşdirilmiş həmin sahələrin planlaşdırılmasında inteqrativlık prinsipi ciddi şəkildə gözlənilir. 

      Perspektiv ( illik) planlaşdırma aşağıdakı nümunəvi sxem üzrə aparılır:

      Standartlar - Bölmə - Mövzular - inteqrasiya - Resurslar - Tarix 

    Cari planlaşdırma alt standartların həyata keçirilməsi məqsədilə ayrı-ayrı məş-ğələlər və məşğələdənkənar fəaliyyət sahələri (oyun, gəzinti, əyləncə, sağlamlaşdırıcı tədbirlər və s.) üzrə aparılır. Beləliklə, deyə bilərik ki, məktəbəqədər təhsil proqramında (kurikulumunda) təlim strategiyaları - təlim prosesi və onun təşkili prinsipləri, təlimin təşkilində istifadə olunan forma və üsullar və təlimin planlaşdırılması məsələlərini əhatə etməklə, təhsilin bütün komponentlərini özündə ehtiva edir.



    Download 0.68 Mb.
    1   2   3   4   5   6   7   8   9   10   ...   33




    Download 0.68 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Məktəbəqədər yaşlı uşaqların əmək təlimi və tərbiyəsinin mahiyyəti, məqsədi və vəzifələri Plan

    Download 0.68 Mb.