Mövzu 1: Tibbi biliklərin əsasları fənni, onun əsas vəzifələri. Tibb elminin və səhiyyənin inkiĢaf tarixi plan




Download 1.77 Mb.
Pdf ko'rish
bet1/124
Sana10.04.2022
Hajmi1.77 Mb.
#19580
  1   2   3   4   5   6   7   8   9   ...   124
Bog'liq
Tibbi biliklərin əsasları (Mühazirələr)(2)




Mövzu 1: Tibbi biliklərin əsasları fənni, onun əsas 
vəzifələri. Tibb elminin və səhiyyənin inkiĢaf tarixi 
 
PLAN: 
1. Tibbin və səhiyyənin inkişaf tarixi. 
2. Azərbaycanda tibbin və səhiyyənin inkişaf tarixi. 
3. Tibbin və səhiyyənin inkişafında Ulu Öndərimiz Heydər Əliyevin 
xidmətləri. 
 
 
Tibbin və səhiyyənin inkişaf tarixi 
Tibbin və səhiyyənin tarixi demək olar ki, insan cəmiyyətinin tarixi qədər 
qədimdir. 
Qədim Yunanıstanın məşhur alimi Hippokrat (e.ə. 460-377-ci illər) 
təbabətin atası sayılır. Hippokratın tibbin və səhiyyənin inkişafında 
böyük xidmətləri olmuşdur. O, insan bədənində qan, selik, öd və qara 
öd adlanan şirələrin olmasını göstərmişdir. Hippokrat əsərlərində o 
dövürdə insan bədəninin quruluşuna aid məlumatlar toplanmış, kəllə 
qapağının bəzi sümükləri, fəqərələr, qabırğalar, oynaqlar, əzələlər və iri 
damarlar haqqında məlumat verilmişdir. 
IX-XII əsrdə yaşamış Əl-Razi, Əl-Biruni, İbn Sina, Əz-Zəhrəvi, İbn-Rüşd 
kimi görkəmli alimlərin əsərləri latın dilinə tərcümə edilib, əsrlər boyu 
Avropa tibb məktəblərində əsas dərs vəsaiti olmuşdur. O dövrün Şərq 
alimləri orqanizmin bütün sistemlərinin anatomiya, fiziologiya və 
patologiyasını öyrənmiş, tibb elminin bütün sahələri ilə məşğul olmuş, o 
cümlədən müalicəvi bədən tərbiyəsi, tibbi kosmetika məsələlərinə 
toxunmuş, demək olar ki, gerentologiyanın və pediatriyanın əsasını 
qoymuşlar. 
Anatomiyanın tam inkişaf etmiş elm kimi formalaşması Andreas 
Vezalinin (1514-1564) adı ilə bağlıdır. Vezali meyit yarmaqla insan 
orqanizmini mükəmməl surətdə öyrənmiş, bütün orqan və sistemlərin 
quruluşunu elmi surətdə təsvir etmişdir. 
XVII-XVIII əsrlərdə tibb elmi yeni ideyalar və kəşflərlə zəngin olmuşdur. 
Müasir fiziologiyanın və embriologiyanın banisi hesab edilən ingilis 
həkimi Harvey Uilyam (1578-1657) 1628-ci ildə nəşr etdirdiyi əsərində 
qan dövranı haqqında Qalen dövründən bəri hakim olan yanlış 
təsəvvürləri qəti surətdə təkzib etdi. Ürəyin sol hissəsinin vəzifəsi, 



aortanın funksiyası, kiçik qan dövranında ürəyin rolu, orqanizmdə qanın 
miqdarı haqqında fikirlərini elmi surətdə sübut edərək, böyük və kiçik 
qan dövranlarının dəqiq təsvirini verdi. 
Patoloji anatomiyanın banilərindən olan C.Morqani (1682-1771) 
xəstəliklərin orqanolokalistik prinsipə əsaslanan təsnifatını yaratmış, 
anatom və fizioloq Luici Qalvani (1737-1798) canlı orqanizmdə elektrik 
hadisəsini kəşf etməklə eksperimental elektrofiziologiyanın əsasını 
qoymuş, E.Cenner (1749-1823) çiçəyə qarşı peyvənd üsulunu işləyib 
hazırlamış və tətbiq etmişdir. 
XIX əsrdə təbiətşünaslığın nailiyyətləri (orqanizmdən kənarda üzvi 
birləşmələrin alınması, hüceyrə nəzəriyyəsi, enerjinin saxlanması 
qanunun kəşfi, təkamül nəzəriyyəsi) tibb elmlərinin inkişafı üçün təkan 
oldu. 
Fizioloji 
eksperimentin 
təkmilləşməsi, 
mikrobiologiyanın 
formalaşması ilə əlaqədar olaraq klinik tibbin inkişafı sürətləndi. Həm 
diaqnostikanın, həm də müalicənin imkanlarını genişləndirən yeni və 
daha dəqiq metodlar işlənib hazırlandı. Morfoloji diaqnostikadan, 
immunoloji sınaqlardan istifadə edilməyə başlandı. 
Əsrin sonunda gigiyena müstəqil elm kimi formalaşdı, sonra sosial 
gigiyena ayrıca bir elm kimi inkişaf etməyə başladı. Bu elm əhalinin 
sağlamlığını öyrənir, xəstələnmənin, ölümün səbəblərini aşkar edir və 
bunlarla mübarizə üsullarını işləyib hazırlayır. 
Dahi fizioloq İ.P.Pavlov (1849-1936) ali sinir fəaliyyəti haqqında ardıcıl 
və mükəmməl təlim yaratmışdır. O, şərti refleksləri, II siqnal sistemini, 
daxili ləngiməni kəşf etmiş, ekspermentin metodlarını təkmilləşdirərək, 
ürək-damar, həzm və s. sistemlərinin fəaliyyətini dərindən tədqiq edə 
bilmişdir. 

Download 1.77 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   124




Download 1.77 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mövzu 1: Tibbi biliklərin əsasları fənni, onun əsas vəzifələri. Tibb elminin və səhiyyənin inkiĢaf tarixi plan

Download 1.77 Mb.
Pdf ko'rish