MÖVZU 4 Qatarlarda tormozların qoşulması qaydası




Download 335.76 Kb.
bet4/40
Sana06.06.2021
Hajmi335.76 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   40
MÖVZU 4

Qatarlarda tormozların qoşulması qaydası

Tormozların təsnifatı və tormozlama prosesinin təhlili:

Dəmiryol nəqliyyatının hərəkət tərkiblərində beş tip tormozlama üsulundan istifadə olunur.

Buraya dayanma (əllə tormozlama), pnevmatik, elektropnevmatik, elektrik və maqnit-rels tormozlama üsulları aiddir.

Dayanma tormozlaması lokomotivlərdə, sərnişin vaqonlarında və təqribən 10 % -

o qədər yük vaqonlarında yerinə yetirilir.

Pnevmatik tormozlamadan əksər hərəkət tərkiblərində istifadə olunur. Bunun üçün vaqonlarda təzyiqi 0,45 -0,62 MPa, lokomotivlərdə isə 0,9 MPa olan sıxılmış hava lazım gəlir.

Elektropnevmatik tormozlamadan sərnişin lokomotivlərində, elektro və dizel qatarlarında, sərnişin vaqonlarında istifadə olunur.

Elektrik tormozlara dinamik (reostat), rekuperativ (şəbəkəyə, yaxud digər işlədicilərə enerji verməklə) və əks istiqamətə vurulan tormozlar daxildir. Bu tip tormoz üsullarından elektrik və istilik lokomotivlərində, elektrik qatarlarında əlavə tormozlayıcı kimi istifadə olunur.

Maqnit - rels tormozlama üsulundan yüksək sürətli qatarlarda istifadə olunur. Bu tormozlar əlavə, ehtiyat və ya qəza halları üçün nəzərdə tutularaq elektromaqnit və elektrik tipli tormozlarla birgə tətbiq edilir. Qeyd olunmalıdır ki, hərəkət tərkiblərində əsas etibarilə pnevmatik tormozlar yer alır.

Sahələr üzrə qatarların cədvəldə müəyyən edilmiş hərəkət sür'ati ADY rəisinin əmri ilə e'lan edilir.

Sərnişin qatarlarının avtomat tormoz şəbəkəsinə bütün növlərdən olan avtotormozlu sərnişin vaqonları, yük və təsərrüfat qatarlarına isə bütün növlərdən olan avtotormozlu yük vaqonları və xüsusi hərəkət tərkibi qoşulmalıdır.

Sərnişin qatarları elektropnevmatik tormozlama ilə istismar edilməlidir. Sərnişin qatarlarına “RİÜ” əndazəli vaqonları qoşarkən bu qatarların pnevmatik tormozda hərəkətinə ADY-nun müəyyən etdiyi qaydada icazə verilir.

Bütün qatarlarda qeyri-işlək vəziyyətdə gedən lokomotivlərin hamisinin və paravozların tenderlərinin avtotormozları (boş tormozlama rejimi olmayan tenderlərdən və eləcə də özü hərəkət edən xüsusi hərəkət tərkibindən başqa) avtotormoz şəbəkəsinə qoşulmalıdır.

Bütün qatarlarda, sərnişin və yük növlü avtotormozlu vaqonların tormoz şəbəkəsinə birgə qoşulması qaydasını, eləcə də vaqonların, lokomotivlərin və xüsusi hərəkət tərkibinin havapaylayıcılarının uyğun tormozlama rejiminə birləşdirilməsi ADY tərəfindən müəyyənləşdirilir.

Qatarlarda avtotormozlar yoxlanılır:

1)Tormoz magistralının vəziyyətini və bütün vaqonların tormozlarının iş fəaliyyətini yoxlamaqla - tam yoxlama:

-qatarı göndərməzdən əvvəl tərtibat stansiyalarında;

-lokomotivi dəyişəndən sonra.

Lokomotivlərin hərəkət etdiyi sahə 600 km-dən çox olduqda, bundan başqa, lokomotiv briqadasının dəyişdirilməsi yerlərində və vaqonlara texniki xidmət məntəqələri olan stansiyaların birində yük qatarının avtotormozlarının tam yoxlanılması aparılmalıdır. Belə

stansiyaların siyahısı ADY tərəfindən müəyyənləşdirilir;

-motorvaqonlu qatarlar depodan verilməzdən qabaq və ya o stansiyada briqadasız dayanandan sonra;

-hərəkət qrafikində sürəkli (uzun məsafəli) enişli mənzillərin qabağında dayanması nəzərdə tutulmuş stansiyalarda;

-0,018 və dik sürəkli enişin qabağında tam tormozlama 10 dəqiqə tormozlanmış vəziyyətdə saxlamaqla aparılır. Belə stansiyaların siyahısı ADY tərəfindən müəyyənləşdirilir.

Elektropnevmatik tormozların tam yoxlanılması sərnişin qatarlarının tərtibatı və dövriyyəsi stansiyalarında stasionar qurğular vasitəsilə və ya qatarın lokomotivindən yerinə yetirilir.

2) Sonuncu iki vaqonun tormozlarının iş fəaliyyəti üzrə tormoz magistralının vəziyyətini yoxlamaqla - qısa yoxlama:

-əgər əvvəlcə stansiyada kompressor qurğusundan və ya lokomotivdən avtotormozlar tam üsulla yoxlanıbsa, qatarın lokomotivi hərəkət tərkibinə qoşulduqdan sonra;

-motorvaqonlu qatarlarda idarəetme kabinəsi və lokomotiv briqadası dəyişdikdən sonra lokomotiv qatardan açılmadıqda;

-yük qatarlarında, qatar dayandıqdan sonra avtotormozların özbaşına işə düşməsi baş verdikdə və ya onların sıxlığı VU-45 formalı arayışda göstərildiyindən 20% çox dəyişdikdə;

-yük qatarlarında, qatarın 30 dəq-dən çox dayanacağında avtotormozların yoxlanması üzrə əməliyyatın yerinə yetirilməsinə tə'lim keçmiş vaqon müayinəçiləri və işçiləri olduqda və bu vəzifə onlara həvalə edildikdə.

Elektropnevomatik tormozlarda qısa yoxlama lokomotivləri, lokomotiv briqadalarını dəyişmə məntəqələrində və vaqonların qoşulması zamanı hər bir qoşulan vaqonun tormoz fəaliyyətini yoxlamaqla aparılır.

Tormozların tam və ya qısa üsulla yoxlanmasından sonra, bundan başqa, yolda hərəkət zamanı tormozların təsiri ADY-nun uyğun təlimatı ilə müəyyən edilmiş qaydada yoxlanılır.

Vaqonların çəkisi, uzunluğu artırılmış və birləşdirilmiş qatarların, xüsusi hərəkət tərkiblərinin, yük və təsərrüfat qatarları tərkiblərinin avtotormoz şəbəkəsinə qoşulması, eləcə də belə qatarlarda avtotormozların yoxlanması ADY-nun uyğun təlimatı ilə müəyyən edilir.

Qatarda avtotormozların tam yoxlanmasından sonra vaqon müayinəçisi aparıcı lokomotivin maşinistinə qatarın tormozla təchizatı və onların saz (düzgün) təsiri barədə ADY tərəfindən müəyyən edilmiş arayış formasını verir. Bu arayışda qatarın sonuncu vaqonunun nömrəsi də göstərilir.

Motorvaqonlu qatarlarda hər dəfə avtotormozların tam yoxlanılması xüsusi kitabda qeyd edilir.

Avtotormozların qısa yoxlanılması zamanı, əgər sonuncu iki vaqonda tormozlar işləməzsə, avtotormozların yoxlanılması həvalə edilmiş işçi qatarın göndərilməməsi üçün tədbir görməlidir.

Vaqon müayinəçiləri nəzərə alınmayan stansiyalarda, sərnişin qatarlarında avtotormozların təsirininin yoxlanılmasına sərnişin vaqonlarının bələdçiləri, yük qatarlarında isə - avtotormozların yoxlanılması əməliyyatının yerinə yetirilməsi üzrə təlim keçən işçilər (ADY rəisinin müəyyən etdiyi vəzifələr) cəlb edilirlər.

Qatarlarda tormozların idarəetmə rejimini yoxlamaq üçün tormoz-sınaq vaqonları tətbiq edilməlidir. Bütün qatarların yoxlanılma qaydası ADY tərəfindən müəyyən edilir.





Download 335.76 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   40




Download 335.76 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



MÖVZU 4 Qatarlarda tormozların qoşulması qaydası

Download 335.76 Kb.