MÖVZU 6 Hərəkət tərkibi və xüsusi hərəkət tərkibi




Download 335.76 Kb.
bet6/40
Sana06.06.2021
Hajmi335.76 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   40
MÖVZU 6

Hərəkət tərkibi və xüsusi hərəkət tərkibi

Ümumi tələblər

Hərəkət tərkibi, o cümlədən, özü hərəkət edən xüsusi hərəkət tərkibi vaxtında planlı-xəbərdarlıq tə’mir növündən,texniki xidmətdən keçməli, onun fasiləsiz işini, hərəkətin təhlükəsizliyini və təhlükəsizlik texnikasını tə’min edə biləcək istismara saz vəziyyətdə saxlanılmalıdır.

Hərəkət tərkibində nasazlığın yaranmasının qarşısının alınması və müəyyən edilmiş xidmət müddətinin tə'mini onun texniki xidmətinə və tə’mirinə cavabdeh olan şəxsin işində ən vacib məsələ olmalıdır.

Yeni istehsal edilən hərəkət tərkibinin növü və əsas xassəsi ADDY tərəfindən müəyyən edilmiş qaydada təsdiq olunur.

Yeni istehsal ediləcək hərəkət tərkibinin texniki təchizatı ADDY-nun razılığı ilə təchizatçı tərəfindən, qovşaqların və hissələrin cizgiləri (çertyojları) və texniki şərtləri isə ADDY-nun razılığı ilə müvafiq birliklər tərəfindən təsdiq edilir.

Vaqonların bütün hissələri möhkəmliyinə, davamlığına vətexniki vəziyyətinə görə ADDY-nun müəyyən etdiyi qatarların ənyüksək sür’ətlə təhlükəsiz və rəvan hərəkətini tə'min etməlidir.

Yeni istehsal edilmiş vaqonlar müvafiq qatarlar kateqoriyasınaxidmət üçün tə'yin olunmuş perspektivli lokomotivlərin ən böyükkonstruksiya sür’əti ilə hərəkətin təhlükəsizliyini vərəvanlığınıtə'min etməlidir.

İstismara qəbul edilmiş hərəkət tərkibinin, o cümlədən, özü hərəkət edən xüsusi hərəkət tərkibinin, konstruksiyasının əsas hissələrində dəyişiklik etmək ancaq ADDY-nun razılığı ilə ola bilər.

Hərəkət tərkibi Dövlət Standartı tərəfindən müəyyən edilmiş hərəkət tərkibinin əndazəsi tələbini tə'min etməlidir.

Təzə istehsal edilmiş, eləcə də əsaslı tə'mir keçmiş hərəkət tərkibi, o cümlədən, özü hərəkət edən xüsusi hərəkət tərkibi, dəmir yoluna istismara verilənədək zavod-təchizatçı onu sınaqdan keçirdikdən sonra ADDY tərəfindən müəyyən olunmuş qaydada qəbul olunmalıdır.

Hər bir hərəkət tərkibinin, eləcə də özü hərəkət edən xüsusi hərəkət tərkibinin, aşağıda göstərilən fərqləndirici nişanları və qeydləri olmalıdır: Dövlət gerbi (lokomotivlərdə və sərnişin),

ADDY-nun nişanı, nömrəsi, (sərnişin vaqonlarında ADDY-na məxsus olduğu kod), hazırlayan zavodun lövhəsi üzərində istehsal olunma yeri və tarixi göstərilməklə müəyyən olunmuş tə’mir növlərinin keçirilmə yeri və tarixi, tara çəkisi (lokomotivlərdən və özü hərəkət edən xüsusi hərəkət tərkiblərindən başqa). Bundan başqa aşağıdakı qeydlər də göstərilməlidir:

-lokomotivlərdə, motorvaqonlu hərəkət tərkiblərində və özü hərəkət edən xüsusi hərəkət tərkibində konstruksiya sür’əti, seriyası,nəzdində olduğu deponun və ya müəssisənin adı, çənlərin, nəzarət cihazlarının və qazanların yoxlanması barədə cədvəllər və yazılar;

Hər bir lokomotivə, vaqona, motorvaqonlu və xüsusi hərəkət tərkibi vahidinə əsas texniki və istismar xassəsi yazılmış texniki pasport (formulyar) tərtib edilməlidir.

Lokomotivlər, motorvaqonlu hərəkət tərkibləri və özü hərəkət edən hərəkət tərkibləri ADDY-nun müəyyən etdiyi radiostansiya və göstəriciləri qeydə alan sür’ətölçənlə, avtomat lokomotiv işarəvericisi, eləcə də ADDY-nun müəyyən etdiyi qaydaya və siyahıya uyğun başqa təhlükəsizlik qurğuları ilə təchiz edilməlidir.

Sərnişin lokomotivləri elektropnevmatik tormozlama qurğusu ilə təchiz edilməlidir.

Xüsusi hərəkət tərkiblərinə və götürülən (çıxarılan) hərəkət vahidlərinə texniki tələb, eləcə də onların texniki xidməti, tə’miri və istismarı ADDY tərəfindən müəyyənləşdirilir.

Başqa müəssisələrə, təşkilatlara və nazirliklərə məxsus olan lokomotiv və vaqonlar ümumi dəmir yol xəttinə çıxarkən bu qaydalarin tələblərinə cavab verməlidir. Belə hərəkət tərkibinin ümumi dəmir yolunda hərəkəti qaydaları ADDY ilə müəyyənləşdirilir, lokomotivlərin birləşmə stansiyasına çıxma qaydası isə Yolun hissə rəisi və ya Yol rəisinin müavini tərəfindən müəyyən edilir.





Download 335.76 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   40




Download 335.76 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



MÖVZU 6 Hərəkət tərkibi və xüsusi hərəkət tərkibi

Download 335.76 Kb.