Mövzu Test tapşırıqları




Download 61.93 Kb.
Sana25.03.2017
Hajmi61.93 Kb.

Mövzu 2. Test tapşırıqları

  1. İlk cəmləyici maşın kim tərəfindən hazırlanmışdır?

A) Blez Paskal

B) Vilhelm Leybnis

C) Çarlz Bebic

D) Con Fon Neyman

E) Əl-Xorəzmi


  1. Kompyuter texnikasının yaranma tarixi neçənci il hesab olunur?

A) 1948

B) 1990


C) 1974

D) 1981


E) 1946

  1. I nəsil kompyuterlər hansı illəri əhatə edir?

A) 1960-1969

B) 1970-1985

C) 1950-1959

D) 1840-1900

E) 1981-ci ildən indiyə qədər


  1. Bebbicin maşınının əsas xüsusiyyəti hansı tipli informasiyanı emal etmək idi?

A) ədədi

B) mətn


C) səs

D) qrafik

E) ikilik


  1. İlk kompyuter proqramı kim tərəfindən yazılmışdır?
    Kompyuter (ing . computer - hisoblayman), EHM (Elektron Hisoblash Mashinasi) - oldindan berilgan dastur (programma) boʻyicha ishlaydigan avtomatik qurilma. Elektron hisoblash mashinasi (EHM) bilan bir xildagi atama.


A) Çarlz Bebbic

B) Norbert Viner

C) Ada Lavleys

D) Hovard Ayken

E) Pol Allen


  1. Müasir kompyuterlərin arxitekturasını kim təklif etmişdir?

A) Con Fon Neyman

B) Corc Bul

C) Ada Lavleys

D) Norbert Viner

E) Vilhelm Leybnis


  1. İlk universal komyuter necə adlanırdı?

A) Minsk

B) BESM


C) ENIAC

D) IBM PC

E) Dell


  1. İkilik say sistemi üzərində qurulmuş ilk kompüter hansı adla və nə vaxt hazırlanmışdır?

A) Colossus Mark, 1939

B) EDSAC, 1943

C) ENIAC, 1941

D) CSİRAC, 1945

E) Zuse Z3,1941


  1. Birinci nəsil EHM-lərin element bazası nə olmuşdur?

A) tranzistorlar

B) yarımkeçiricilər

C) elektron-vakuum lampalar

D) dişli çarxlar

E) rele


  1. Analitik maşını kim kəşf etmişdir?

A) Con Fon Neyman

B) Çarlz Bebbic

C) Norbert Viner

D) Corc Bul

E) Vilhelm Leybnis


  1. EHM-lərin hansı nəslində alqoritmik dillərdən istifadə edilməyə başlanmışdır?

A) Birinci

B) İkinci

C) Üçüncü

D) Dördüncü

E) Heç biri


  1. Proqramla idarə olunan ilk universal kompyuter nə vaxt yaradılmışdır?

A) 1930

B) 1946


C) 1830

D) 1642


E) 1673

  1. EHM-lərin dördüncü nəslinin element bazası nə olmuşdur?

A) yarımkeçiricilər

B) elektron lampalar

C) inteqral mikrosxemlər

D) BİS və ÇBİS

E) tranzistorlar


  1. Ədədlər üzərində toplama əməliyyatını yerinə yetirən ilk qurğu neçənci ildə yaradılmışdır?

A) 1830

B) 1946


C) 1883

D) 1642


E) 1673

  1. Dörd hesab əməlini yerinə yetirən ilk qurğu necə adlanırdı?

A) Sorobyan

B) Abak


C) Arifmometr

D) Şotka


E) Suan-pan

  1. Cəmləyici qurğunu hansı alim kəşf etmişdir?

A) P.Norton

B) V.Leybnis

C) C.F.Neyman

D) B.Paskal

E) A.Türinq


  1. İkinci nəsil EHM-lərin element bazası nə olmuşdur?

A) yarımkeçiricilər

B) elektron lampalar

C) inteqral mikrosxemləri

D) ÇBİS


E) BİS

  1. Abak nədir?

A) musiqili avtomat

B) şotka


C) verilmiş proqram əsasında iş üçün qurğu

D) ilk mexaniki maşın

E) cəmləyici maşın


  1. İlk əməliyyat sistemləri EHM-lərin hansı nəslində yaradılmışdır?

A) Birinci

B) İkinci

C) Üçüncü

D) Dördüncü

E) Heç biri


  1. Mexaniki arifmometr neçənci ildə yaradılmışdır?

A) 1830

B) 1946


C) 1883

D) 1642


E) 1673

  1. III nəsil kompyuterlər hansı illəri əhatə edir?

A) 1960-1969

B) 1970-1985

C) 1950-1959

D) 1840-1900

E) 1981-ci ildən indiyə qədər


  1. Tarixən ilk olaraq hesablama üçün hansı vasitədən istifadə olunmuşdur?

A) insanın əli

B) hesab çopləri

C) arifmometr

D) daşlar

E) şotka


  1. Analitik maşın neçənci ildə yaradılmşdır?

A) 1946

B) 1830


C) 1930

D) 1642


E) 1673

  1. IV nəsil kompyuterlər hansı illəri əhatə edir?

A) 1960-1969

B) 1970-1985

C) 1950-1959

D) 1985-ci ildən indiyə qədər

E) 1930-1946


  1. IV nəsil kompyuterlərə xas olan göstəricilər hansılardır?

1. iş etibarlılığı azdır

2. qabarit ölçüləri xeyli kiçikdir

3. böyük və çox böyük inteqral sxem texnologiyası ilə yaradılıb

4. elektron lampalı elementlərdə qurulub

5. işləmə sürəti kiçikdir

A) 2, 4


B) 1, 5

C) 1, 4, 5

D) 2, 3

E) 1, 3, 5



  1. II nəsil kompyuterlər hansı illəri əhatə edir?

A) 1960-1969

B) 1970-1985

C) 1950-1959

D) 1840-1900

E) 1981-ci ildən indiyə qədər


  1. Aşağıdakılardan hansılar daxili və ya əsas yaddaşın növlərinə aiddir?

1. daimi yaddaş

2. əlavə yaddaş

3. böyük yaddaş

4. xarici yaddaş

5. əməli yaddaş

A) 4, 2


B) 1, 5

C) 1, 4, 5

D) 2, 3

E) 1, 3, 5



  1. Prosessor nədir?

A) Xarici yaddaş qurğusudur

B) Hesab və məntiq əməliyyatlarını yerinə yetirən və kompyuterin ümumi işini idarə edən qurğudur

C) Kompyuterin yaddaşında olan informasiyanı çap edən qurğudur

D) Kağız üzərində olan informasiyanı kompyuterin yaddaşına köçürən qurğudur

E) Kompyuterlərin qurğularının qarşılıqlı əlaqəsini təmin edir


  1. İlk EHM neçənci ildə yaranmışdır?

A) 1823

B) 1946


C) 1949

D) 1951


E) 1974

  1. Hansı əməli yaddaşdır?

A) RAM

B) ROM


C) HDD

D) VGA


E) CGA

  1. Kompyuterlər qabarit ölçülərinə və məhsuldarlığına görə hansı siniflərə bölünür?

1. orta kompyuterlər

2. mikro-kompyuterlər

3. mini kompyuterlər

4. super kompyuterlər

5. fərdi kompyuterlər

A) 1, 2, 5

B) 1, 5

C) 1, 4, 5



D) 1, 2, 3, 4

E) 1, 5


  1. Kompyuter arxitekturasının əsas tərkib hissələri hansılardır?

1. Hesablama və məntiqi imkanları

2. Əməliyyat sistemi

3. Aparat vasitələri

4. Proqram vasitələri

5. Əməli yaddaş

A) 2, 3


B) 2, 5

C) 1, 4, 5

D) 1, 3, 4

E) 3, 5


  1. EHM-lərin üçüncü nəslinin element bazası nə olmuşdur?

A) yarımkeçiricilər

B) elektron lampalar

C) inteqral mikrosxemlər

D) BİS və ÇBİS

E) tranzistorlar


  1. Xarici yaddaş qurğusu nə üçün istifadə olunur?

A) kiçik həcmli informasiyanı yadda saxlamaq üçün

B) informasiyanı uzun müddət yadda saxlamaq üçün

C) informasiyanı kompyuterə daxil etmək üçün

D) informasiyanın silinməsi üçün

E) məntiqi əməliyyatları yerinə yetirmək üçün


  1. Funksional baxımdan yaddaş hansı hissələrə bölünür?

A) əsas, daimi

B) daxili, xarici

C) əməli, daimi

D) daimi, xarici

E) əsas, əlavə


  1. Sistem interfeysi nə üçündür?

A) informasiyanı uzun müddət yadda saxlayır

B) böyük həcmli informasiyanı yadda saxlayır

C) informasiyanı kompyuterə daxil edir və kompyuterdən xaric edir

D) kompyuter qurğularının qarşılıqlı əlaqəsini və onlar arasında informasiya mübadiləsini təmin edir

E) daxili yaddaş qurğusunda saxlanılan proqramla hesab və məntiq əməliyyatları yerinə yetirir


  1. Kompyuterin mərkəzi və periferiya hissələrini əlaqələndirən vasitə necə adlanır?

A) kontroller

B) plotter

C) keş yaddaş

D) daxili yaddaş

E) sistem interfeysi


  1. Kompyuterin iş etibarlılığı deyəndə nə başa düşülür?

A) kompyuter yaddaşında saxlana bilən informasiyanın maksimum miqdarı

B) ədədlərin təsviri üçün istifadə olunan mərtəbələrin sayı

C) prosessorun yerinə yetirə bildiyi əmrlər toplusu

D) müəyyən şərtlər daxilində və müəyyən vaxt müddəti ərzində kompyuterin öz xassələrini saxlama qabiliyyəti

E) kompyuterin qiyməti


  1. İlk universal hesablama maşınının layihəsinin müəllifi hansı alimdir?

A) B.Paskal

B) V.Leybnis

C) Ç.Bebbic

D) Con Fon Neyman

E) Ada Lavleys


  1. Mikroprosessorun əsas xarakteristikaları hansılardır?

1. əməli yaddaşın tutumu

2. takt tezliyi

3. mərtəbəlilik

4. sistem şininin mərtəbəliliyi

5. xarici qurğulara müraciətin sürəti

A) 1, 2


B) 2, 3

С) 1, 5


D) 3, 4

E) 2, 4


  1. ROM nədir?

A) Əməli yaddaş

B) Keş yaddaş

С) Virtual yaddaş

D) Xarici yaddaş

E) Daimi yaddaş


  1. Maqnit diski nədir?

A) Əməli yaddaş qurğusu

B) Daimi yaddaş qurğusu

С) Virtual yaddaş qurğusu

D) Xarici yaddaş qurğusu

E) Keş yaddaş


  1. İstifadəsi pulsuz olan proqram təminatları necə adlanır?

A) freecodes

B) free community code

C) free source

D) software

E) freeware


  1. Neyman arixtekturalı kompyuterin mərkəzi hissəsinə aid olmayanı seçin:

A) Əməli yaddaş

B) Xarici yaddaş qurğusu

C) Daimi yaddaş

D) Hesab-məntiq qurğusu

E) İdaretmə qurğusu


  1. Kompyuterin periferiya hissəsi hansı qurğulardan ibarətdir?

  1. Daxiletmə-xaricetmə qurğusu

  2. Daxili yaddaş qurğusu

  3. Xarici yaddaş qurğusu

  4. Sistem interfeysi

  5. İdarə pultu

  6. Mikroprosessor

A) 1, 3, 4, 5

B) 2, 6


C) 1, 3, 5

D) 2, 5, 6

E) 3, 4


  1. Müvəqqəti yaddaş hansıdır?

A) virtual yaddaş

B) xarici yaddaş

C) daxili yaddaş

D) əməli yaddaş

E) keş yaddaş


  1. Aşağıdakılardan hansı proqram təminatıdır?

A) Software

B) Netware

C) Hardware

D) Brainware

E) Freeware


  1. Daxili yaddaş başqa necə adlandırılır?

A) keş yaddaş

B) xarici yaddaş

C) əməli yaddaş

D) daimi yaddaş

E) əsas yaddaş


  1. Hansı daxiletmə-xaricetmə qurğusu deyil?

A) plotter

B) skaner

C) printer

D) monitor

E) prosessor


  1. Fərdi kompyuterlər EHM-lərin neçənci nəslində yaranmşdır?

A) birinci

B) ikinci

C) üçüncü

D) dördüncü



E) beşinci


Download 61.93 Kb.




Download 61.93 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mövzu Test tapşırıqları

Download 61.93 Kb.