Mühazirələr toplusu g I r I Ş




Download 1.13 Mb.
bet1/51
Sana16.06.2021
Hajmi1.13 Mb.
#15072
TuriMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   51

S. K. KƏRİMOVA

İNTELLEKTUAL TELEKOMMUNİKASİYA SƏBƏKƏLƏRİ



Mühazirələr toplusu

G İ R İ Ş

Müasir telekommunikasiya şəbəkələrinin ən aparıcı istiqamətlərindən birini intellektual şəbəkələr (İntelliqent Network) konsepsiyas təşkil edir. İntellektual şəbəkələrə (INŞ) bu formada göstərilən diqqət və maraq təsadüfi deyildir, çünki bu tip şəbəkələrin operatorları və istifadəçiləri ənənəvi telefon şəbəkələri ilə müqayisədə, bir çox inanılmaz üstün cəhətlərə malikdirlər. Bunun əsas səbəbi odur ki, intellektual şəbəkənin tətbiqi ilə abunəçilərə (istifadəçilərə ) ənənəvi telefon şəbəkələrdə mümkün olmayan intellektual xidmətlər (Valve odded services) təqdim edilir.İntellektual şəbəkə konsepsiyasının tətbiqi nəticəsində, təkcə kommutasiya avadanlığı istehsalı ilə məşğul olan istehsal bazarına deyil, həmçinin informasiya sellərinin emalı və müasir texniki vasitələrin satışı ilə məşğul olan bazara çıxmaq da mümkün olmuşdur. Artıq 10 ildir ki, intellektual şəbəkənin konsepsiyası formalaşdırılır və bu konsepsiya ilə Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU-T)” Avropa rabitənin standartlaşdırılması (İnternational Telecommunication Union- Telecommunication Standartiration Sector)” institutu məşğul olur. Bu institut Q.1200 seriyasına aid çoxlu sayda tövsiyyələr paketi hazırlamış və beynəlxalq standart kimi ITU-T-nin bütün bölmələri (ETSI, ANSI və s.) tərəfindən qəbul edilmişdir. İTU-T-nin 1.312/Q.1201 saylı tövsiyyəsinə görə INŞ-nin tərifini aşağıdakı kimi demək qəbul edilmişdir.

İntellektual şəbəkə dedikdə, aşağıdakı spesifik xarakteristikalara malik, yeni xidmət növlərini istifadəçilərə təqdim edən arxitekturanın konsepsiyası başa düşülür.

• İnformasiyanın müasir emalı metodlarının geniş surətdə istifadə edilməsi;

• Şəbəkə resurslarından səmərəli istifadə edilməsi;

• Şəbəkə funksiyalarının çox məqsədli təyinatı və intellektual servis avadaqanlığınin modul (çevik) formada hazırlanması ;

• Çox məqsədli geniş spektrli şəbəkə funksiyaları,modul vasitələrinin işlənilməsi və tətbiqinin inteqrasiya imkanı;

• Xidmətedici interfeyslərdən birbaşa asılı olmayaraq, şəbəkə funksiyalarının standartlaşdırılmış qarşılıqlı rabitəsi ;

• Abunəçilər və istifadəçilər tərəfindən xidmətlərin bəzilərinin idarə olunması

imkanlığı.

İntellektual şəbəkələrdə təsvir edilən formada yanaşılma səraitində bütün şəbəkə tipləri ilə birgə işləmələri təmin edilir , o cümlədən

– Ümumi istifadəli telefon şəbəkəsi PSTN (Publik Şwitched Telephone Network);

– Paket kommutasiyalı diskret verilənlərin kommutasiyası şəbəkəsi DPSN (Data Packet Swıtched Network);

– Hərəkətli obyektlərlə rabitə şəbəkəsi PLMN (Publik Lond Mobile Network);

– Xidmətləri konvergensiya edilmiş dar və genişzolaqlı rəqəm şəbəkəsi N(B)-ISDN [(Narrowbaud (Broad bona) Inteqrated Servises Diqital Network].

İntellektual şəbəkənin konsepsiyası Bellore kompaniyası tərəfindən işlənilmiş və rabitə operatorları tərəfindən verilən aşağıdakı tövsiyyələr nəzərə alınmışdır:

• Yeni servislərin surətlə tətbiqi;

• Servislərin növlərinin dəyişdirilməsi və yeniləri ilə əvəz edilməsi imkanı;

• İstehsalçıdan asılı olmamaq;

• Standart interfeyslərin tətbiqi .





Download 1.13 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   51




Download 1.13 Mb.