İntellektual xidmətlər. Müştəriləri cəlb etmək və biznesin inkişaf




Download 1.13 Mb.
bet24/51
Sana16.06.2021
Hajmi1.13 Mb.
#15072
TuriMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   51
3.2 İntellektual xidmətlər. Müştəriləri cəlb etmək və biznesin inkişaf

etdirilməsinin yeni imkanları

İntellektual xidmətlər bazarında biznes fəaliyyətində müştərinin qayğısına qalmaq üçün onun zənginin dəyərini ödəmək tələb edilir. Rusiya federasiyasında “haqqı kənardan ödənilməklə intellektual xidmət” növündən istifadə etmək üçün istifadəçilərə “800”kodlu xidməti təklif edilir (UAN xidməti. Bakıda bu 210 xidmətinə uyğun gəlir ). İlk dəfə bu xidmət növündən 1967-ci ildə ABŞ-da AT&T telekommunikasiya operatorlarına təqdim edilmişdir. Az müddət ərzində “800” xidməti müştərilər arasında çox böyük şöhrət qazanmışdır. Belə ki, tətbiq ilində 7 milyon zəng edilmişdir. Əcnəbi dilində bu xidmət “Toll-free number” (“Toll fri”) adlanır. 1990-cı ildə ABŞ-da telekommunikasiya bazarında “800” xidmətindən 13,6 milyard dollar gəlir götürülmüşdür. Bu xidmətlərə edilən zənglərin pay bölgüsü telefon birləşmələrində 40% təşkil etmişdir. ABŞ-da kompaniyaların 80% “Toll fri” nömrələrini almış və kompaniya ilə müştərilər arasında əlaqələr üçün olduqca əlverişli işgüzar mühit yaradılmışdır. Avropada intellektual xidmətlər bazarı gec inkişafa başlamışdır. Belə ki, havayı zənglər haqqında məlumatları olsa da, bu xidmətlərin əsas istifadəçiləri, uzun müddət nəhəng kompaniyalar təşkil etmişdir. Lakin son illərdə havayı zəng etmə Avropanın orta və kiçik fermerləri arasında geniş yayılmağa başlanmışdır.

Qeyd edək ki, “800”xidməti ilə pilsuz zəng etmə xidməti elə bir nömrədir ki, istifadəçilər bu nömrə ilə, kənar şəxsin hesabına, həmişə zəng edilir. Bu nömrədən şəhərlərarası və Beynəlxalq rabitə xidmətində də istifadə edilir. “800” nömrəsi ilə intellektual xidmətlərin göstərilməsi bir çox kompaniyaların aşağıda göstərilən kommersiya tələbatlarını ödəyir.

• Digər regionlardan və ya xaricdən olan müştərilərin operativ müraciəti, yəni bu nömrədən kompaniyaya zəng etmək üçün istifadə edilməsi şəraitində həmin xidmət havayı olduğu üçün müştərilərin kompaniyaya zəng etməsində müraciət kimi əlavə stimullar yaradır.

• Kompaniyanın digər regionlarında və ya xaricdə olan əməkdaşlarının kompaniyanın ofisinə zəng etməsi. Bu proses əməkdaşların rabitə xidmətlərinə sərf etdiyi vəsaitlərə operativ surətdə nəzarət etməyə imkan verir.

“800” nömrəsinin tətbiqi kompaniya və onun əməkdaşlarına aşağıdakı üstünlükləri verir.

• Sürətli və əlverişli formada birləşmənin təşkili;

• Yeganə rahat yadda saxlanılan telefon nömrəsinin tətbiqi.

.• Nömrənin sabit qalmsı və digər ofisə köçəndə çətinliyin olmaması:

• Pulsuz nömrəyə zənglərin mütamadi olaraq statistik təhlili;

• Coğrafiki əlamətlərə görə konkret regionda, şəhərdə və ya rayonda xidmət və işlərə olan tələbat səviyyəsinin öyrənilməsi;

• Kompaniyanın ayrı-ayrı bölmə və səhələrinin iş vaxtından asılı olaraq, giriş zənglərinin paylanması;

• İstifadəçilərin müsbət reaksiyası və firmaya( kompaniyaya, şirkətə, müştərək qeyri- dövlət telekommunikasiya müəssisələri və s) olan real münasibətinin yaranması.

Beləliklə potensial müştərilərin auditoriyası sürətlə genişlənir. Xarici dövlərlər nümunəsində məsələn ABŞ – da fəaliyyət göstərən ”800 xidməti”-ni bu mənada nümumə göstərmək olar. Adətən “800 xidməti” müştəriyə oriyentasiya( çevik hərəkət etmək mənasında) edilmiş və müxtəlif biznes sahəsində işləyən kompaniyalara aiddir.Məsələn, hüquq məsləhətxanaları, daşınmaz əmlak üzrə agentlik, tibb mərkəzləri, avtomobillərin satışı üzrə dilerlər, idman və fitnes klubları, özəl müalicə-tibbi klinikaları,özəl təhsil mərkəzləri və s. göstərmək olar. Mütəxəssislərin dediyinə görə havayı zəng etmə nəticəsində reklam kompaniyasının vaxtının uzadılması, kompaniyanın nüfüzunu qaldırmaq kimi proseslərə güclü təsir göstərir . “Toll-fri” xidmətinin olması ona dəlalət edir ki, firma öz müştəriləri haqqında düşünür, ona qayğı ilə yanaşır və onun zənglərinin haqqını öz hesabına ödəyir.Ən çox “Toll-fri” nömrəsindən “Qaynar xətlərin”, “Servis” xidmətlərinin təşkilində istifadə edilir. Toll-fri” nömrəsi – bu ilk növbədə kompaniyanın reklamıdır. Bu halda reklam məqsədi ilə ən əlverişli odur ki, hərfli nömrələrdən istifadə edilir və telefon aparaturasının klaviaturasında yerləşdirilən hərflərdən istifadə edilir. Bu tip nömrələrin tətbiqi nömrəni tez tapmağa imkan verməklə yanaşı, ümumi işin aparılması prosesini xeyli sürətləndirir, xidmət vaxtına qənaət etməyə imkan verir.1994-cü ildə ITU yeni standartı telefon aparatları üçün tövsiyyələrini təsdiq etmişdir.

Xarici dövlətlərdə “Hərfli nömrələnmə “ üsulu çox vaxt brend adlanır və rəqəm formalı nömrə ilə müqayisədə, müştərilərin alıcılıq qabiliyyətinə olduqca ciddi və müsbət təsir göstərir. Bu məsələdə ABŞ-ın 800- Flowers kompaniyası (gül satıçı ilə məşğul olan kompaniya) diqqəti cəlb edir. “Toll-fri” təkcə kompaniyanın deyil, həm də onun saytının nömrəsidir (WWW.800 Flower.com). Daha bir canlı misal, “Tickets.com” kompaniyası bu nömrə əsasında öz biletlərini internet şəbəkəsi ilə çatdırırması xidmətini göstərmək olar.



Download 1.13 Mb.
1   ...   20   21   22   23   24   25   26   27   ...   51




Download 1.13 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



İntellektual xidmətlər. Müştəriləri cəlb etmək və biznesin inkişaf

Download 1.13 Mb.