İntellektual Call Routinq xidmətinin idarə-müəssisələrdə tətbiqi




Download 1.13 Mb.
bet31/51
Sana16.06.2021
Hajmi1.13 Mb.
#15072
TuriMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   51
3.9 İntellektual Call Routinq xidmətinin idarə-müəssisələrdə tətbiqi

Call Routinq xidməti təkcə yerli telefon şəbəkə abunəçiləri üçün deyil, müəssisədaxili və ya yerli şəbəkə ilə ayrılmış xətt dəstəsinə malik ayrı-ayrı müəssisələri üçün olduqca əlverişlidir. Bu xidmət növünün idarə-müəssisə daxilində tətbiqi onun bütün strukturları arasında səmərəli əməkdaşlığın təşkilində əhəmiyyətli rol oynayır, istismar xərclərinə qənaət etməyə imkan verir. Hal-hazırda Azərbaycan Respublikasının qabaqcıl xidmət göstərən müəssisələrində bir çox əlavə xidmətlərin təşkili nümunələri istifadə edilir. Məsələn müəyyən qrup kollektiv müəssisə abunəçisi “0” və ya “9” rəqəmini yığmaqla şəhər telefon şəbəkəsinə, bəziləri isə hətta şəhərlərarası telefon şəbəkəsinə qoşulmaq imkanı yaradılmışdır. müəssisələrdə Call Routinq sisteminin tətbiqi işçilərə prioritet kanallara təkcə işçi yerindən (kabinetindən) deyil, hətta şəhər nömrəsi ilə evdən, ofisdən, mehmanxanadan bu xidmətdən istifadə etməyə imkan verir. Qadağan edilmiş birləşmələrdən qorunmaq üçün fərdi və ya qrup porol nömrələrdən istifadə etmək nəzərdə tutulur. Bunların köməyi ilə, abunəçi aldığı maqnit kartına görə danışıq müddəti tənzimlənir. Call Routinq sisteminin tətbiqi müəssisələrə bir neçə məsələni eyni vaxtda həll etməyə imkan verir.

• Müəssisənin bütün işçiləri, olduqları yerdən asılı olmayaraq, müəssisədaxili rabitə şəbəkəsinə tam qoşulma imkanı əldə edir.

• Müəssisə rəhbərləri rabitə xidmətinə ayrılan pul vəsaitlərinin xərclənməsinə aktiv nəzarət hüquqi qazanır. Bu sistem bütün zəngləri nəzarətdə saxlamaqla, konkret parola malik abunəçiyə ona ayrılmış danışıq vaxtından (danışıq limitini) çox müddət ərzində danışmağa imkan vermir. Xarici kompaniyalarda öz işçilərini qiymətləndirmək məqsədi ilə onlara pulu əvvəlcədən idarə hesabına ödənilmiş telefon kartı verir. Həmin işçiyə evindən, müəssisənin (kompaniyanın) maddi imkanları hesabına, müəyyən sayda şəxsi şəhərlərarası və ya beynəlxalq zənglər etmək ixtiyarı verir.

• Müəssisə rabitə xidmətlərinə ayrılan vəsaitlərdən səmərəli istifadə etməyə imkan verməklə yanaşı, şəhər telefon xətləri ilə Call Routinq sistemindən istifadə etməklə, müəssisə ATS-ə qoşulmaq imkanını təqdim edir. Bu halda ayrılmış xətt dəstələri ilə ənənəvi birbaşa ATS-ə qoşulma imkanına ehtiyac qalmır.



Download 1.13 Mb.
1   ...   27   28   29   30   31   32   33   34   ...   51




Download 1.13 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



İntellektual Call Routinq xidmətinin idarə-müəssisələrdə tətbiqi

Download 1.13 Mb.