Mühazirələr toplusu g I r I Ş




Download 1.13 Mb.
bet42/51
Sana16.06.2021
Hajmi1.13 Mb.
#15072
TuriMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   51
Hesabat:Deyək ki, 2013-2015-ci illər ərzində telekommunikasiya müəssisələrində yeni texnologiyalarının tədbiqi üçün ayrılan ümumi investisiya aşağıdakı kimi olmuşdur:

 (6.3)

Burada n- yeni texnologiyalarının tədbiqinin illər üzrə ardıcıllığını göstərir.

Metodoloji cəhətdən bir çox xidmət növlərinin təşkilinin səmərəliliyinin iqtisadi nöqteyi-nəzərdən qiymətləndirmək üçün, əsas göstərici kimi, intellektual xidmət mərkəzinin bir işçi yerinin bir saat ərzində mərkəzə verdiyi gəliri iqtisadi kriteriya kimi qəbul etmək olar. Bu isə azad bazar iqtisadiyyatına xas olan yeni bir iqtisadi baxışdır. Müasir dövrdə geniş spektrli funksional imkanlara malik müasir şəbəkə xidmətlərinin təşkili üçün xarici investor tərəfindən ilkin investisiya qoyuluşu tələb edilir. Fərz edək ki, intellektual xidmətlər üçün K- manat investisiya tələb edilir. Sərf ediləcək investisiyanın tərkibində inzibati otaqların ayrılması və ya harada isə icarəyə götürülməsi, yeni telekommunikasiya avadanlığının alınması, onların xidmət üçün daşınması xərcləri ilə bərabər, müxtəlif təyinatlı məişət xarakterli invertarın alınması, xidmət üçün icazəli telefon xətlərinin (kanallarının) təşkili və ya rabitə xətlərinin icarəyə götürülməsi, xidmət üçün lokal şəbəkə modemlərində fəaliyyət göstərəcək müxtəlif veriliş sürətli kompüter vasitələrinin alınması, onlar üçün xüsusi işçi proqramlarının sifariş verilməsi, tədbiqi, proqramların işlənilməsi telenəzarət sistemlərinin qurulması, təhlükəsizlik tədbirlərinin görülməsi və s. daxildir. İntellektual xidmətlərin normal keyfiyyətli fəaliyyəti üçün tələb edilən cari aylıq istismar xərclərini I kimi işarə edirik. Xidmət mərkəzinin aşağıdakı aylıq istismar xərc elementləri vardır.

• İntellektual xidmətlərin inzibati rəhbərliyini və xidmət göstərən operatorların aylıq və əlavə əmək haqqı;

• Qaimə xərcləri (materialların, avadanlığın və s. alınması);

• Amortizasiya ayırmaları;

• Nəqliyyat, mühafizə, təhlükəsizlik xidmətləri və yaşıllaşdırma;

• Müxtəlif növlü vergilər və xidmət haqqı ( su, istilik, telefon, kanalizasiya, ezamiyyət, şəhərlərarası danışıq, sərgi, konfrans və hazırlıq kursları).

Adları sadalanan aylıq istismar xərc elementləri ixtiyari şirkət, kompaniya, idarə-müəssisə, birlik və s. təsdiq edilmiş büdcəsinin əsasını təşkil edir. Odur ki, aylıq istismar xərclərinin məlum qiymətlərində investorun sərf etdiyi investisiyanın hər hansı T müddətində geri qaytarılmasında maraqlıdır. Aydın məsələdir ki, intellektual xidmət mərkəzinin səmərəliliyi üçün mərkəzin aylıq ümumi gəliri D manat olmalıdır. Bu şərtlə aşağıdakı kriteriyanı qəbul etmək olar:

 (6.4)

l- xərc elementlərinin sayıdır.

(1) ifadəsinin iqtisadi izahı odur ki, intellektual xidmələrin tədbiqi üçün aşağıdakı şərt ödənilməlidir:



 (6.5)

burada =  fərqi intellektual xidmət mərkəzinin mənfəətini göstərir. (2) ifadəsindən görünür ki, həmişə  olmalıdır.

İqtisadi səmərəlilik əmsalı şərtini ödəməlidir. Aydın məsələdir ki, mənfəət ( M) intellektual xidmətlərin təşkilinə sərf edilən investisiyanın özünün ödəmə müddətinə (geri qaytarmaq müddətinə) və onun gəlirlə (rentabelli olması) işləməsinə ciddi təsir göstərən iqtisadi parametrlərdir. İntellektual xidmətlərin səmərəli fəaliyyəti üçün investor tərəfindən ayrılmış investisiyanın geri qaytarmaq müddətini hesablamaqdan ötrü, ilkin olaraq xidmətin aylıq gəliri müəyyən edilməlidir. İntellektual xidmətlərin gəlir mənbəyinin əsasını operatorların göstərdiyi xidmətlərə görə əldə edilən gəlirlər təşkil edir. İntellektual xidmətlərin gəlirlə işləməsi kriteriyası bir işçi yerinin gətirəcəyi gəlir olacaqdır. İntellektual xidmət mərkəzlərinin normal fəaliyyətinin təşkili və onun səmərəliliyi üçün tələb edilən aylıq istismar xərcləri bazar iqtisadiyyatlı müəssisələr üçün hesablanması aşağıdakı kimi təklif edilir:

 (6.6)

burada C1- ikinövbəli iş rejimində çalışan bir işçinin aylıq əmək haqqını, C2 -xidmətin rəhbərliyində çalışan g sayda işçinin aylıq əmək haqqını, r1 -əmək haqqından ayrılan digər xərc elementlərinin faizlə pay bölgüsünü, r2 -qaimə xərclərinin faizlə pay bölgüsünü, M- isə digər cari aylıq xərclərin qiymətini (material komplektləşdirici detallar, reklam xərcləri, amortizasiya ayırmaları, su, işıq, istilik, telefon, nəqliyyat və s.) göstərir. Yuxarıdakı ifadədə kimi işarə etşək son ifadə xeyli sadələşir.

 (6.7)

İntellektual xidmətlərin təşkilinə sərf edilən investisiyanın qoyulmuş vaxt ərzində geri qaytarılması işçi yerlərinin ( n ) sayından birbaşa asılıdr. Bu məqsədlə sərf edilən investisiyanı iki toplanan şəklində yazmaq olar:

 (6.7)

burada, K1 investisiyanın ümumi hissəsini, K2 isə hər bir işçi yerinin qiymətini (proqram-aparat təminatı, işçi sahə, invertarın alınması və s.) göstərir.(6.7) ifadəsini aylıq (T) funksiya ayırmaları formasında aşağıdakı kimi də yazmaq olar:



 (6.9)

Gəliri G=n.d1 əklində yazmaq olar:



 (6.10)

Bir işçi kanalına düşən aylıq gəliri hesablamaq üçün aşağıdakı bərabərliyi yaza bilərik:



 (6.11)

Baxılan halda intellektual xidmətlərin təşkilinin səmərəli fəaliyyəti üçün (iqtisadi cəhətdən özünü doğrultmaq üçün) aşağıdakı kreteriya ödənilməlidir:



 (6.12)

(6.12) ifadəsindən görünür ki, nisbətən az investisiya qoyuluşu və kifayət qədər böyük ödənilmə müddəti (T) şərtində xidmətin gəlirlə işləməsi, hər bir işçi yerinin aylıq gəlirindən birbaşa asılı olacaqdır (mərkəzdə növbələrin gözləmə müddəti, vergi və qaimə xərcləri də nəzərə alınmaqla). Beləliklə (6.12) ifadəsi əslində intellektual xidmətlərdə işçi yerlərinin hesablanması üçün təklif edilən və iqtisadi cəhətdən əsaslandırılmış bazar iqtisadiyyatına uyğun yeni riyazi modeldir (ümumi gəlir və ya bir işçi yerinə düşən gəlirin qiyməti məlum olarsa). Xidmət növlərini göstərən intellektual xidmətlərin layihə edərkən əslində (6.11) və (6.12) ifadəsi məlum olmur, çünki investor ilkin investisiya ayırmalrını təklif etdikdə (K) yalnız bu faktordan asılı olaraq mərkəzin gələcək işi iqtisadi cəhətdən tənzimlənir.





Download 1.13 Mb.
1   ...   38   39   40   41   42   43   44   45   ...   51




Download 1.13 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mühazirələr toplusu g I r I Ş

Download 1.13 Mb.