Neft və karbohidrogen qazlarının abiogen mənşəinə dair müasir tədqiqatlar




Download 27.05 Kb.
Sana24.03.2017
Hajmi27.05 Kb.

Neft və karbohidrogen qazlarının abiogen mənşəinə dair müasir tədqiqatlar

Neft və karbohidrogen qazlarının abiogen mənşəinə aid nəzəriyyənin tərəfdarları son zamanlar yenidən onu əsaslandırmağa başlamışlar. Onlardan ABŞ-da E.Mak-Dermot (1939), R.Robinson (1963), keçmiş SSRİ-də isə N.A.Kudryavtsev, P.N.Kropotkin, V.B.Porfiryev və b. tədqiqatçıları göstərmək olar. Yuxarıda qeyd edildiyi kimi, bu nəzəriyyənin tərəfdarları öz fikirlərini təsdiq etmək üçün maqmatik və metamorfik süxurlarda rast gələn neft və qaz yığımlarını əldə əsas tuturlar.

Neft Neft (turkcha neft, fors, neft), qoramoy - suyuq yonuvchi qazilma boylik, organik birikmalarning , asosan, uglevodorodlarning murakkab aralashmasidan iborat modda. Yer yuzasidan, asosan, 1,2-2,0 km chukurlikdagi yer osti gumbazlarining gʻovak yoki seryoriq togʻ jinslari (qum, qumtosh, ohaktoshlar)da joylashgan.
Bununla əlaqədar olaraq, yer qabığınm ayrı-ayrı sahələrində kristallik (qırışıqlıq) bünövrədə maqmatik və metamorfik süxurlarda rast gələn müxtəlif növ və müxtəlif ölçülü neft-qaz yığımları hərtərəfli öyrənilmişdir. N.A.Kudryavtsev və başqalarının da tədqiqatlarında neft və qazın qeyri-üzvi yolla yaranması haqqında müxtəlif dəlillər irəli sürülmüşdür. Lakin bunların əksəryiyyəti kifayət qədər əsaslı olmadığından tədqiqatçılar tərəfindən birmənalı qəbul edilmirdi. F.M.Van Tayl və R.Maklaren (1932) göstərmişlər ki, Kolorado ştatında (ABŞ) kristallik süxurlardakı neft yataqları həmin süxurlarla təmasda olan çökmə süxur qatı ilə əlaqədardır.



V.Blekborn (1935) Xilbiç (Texas ştatı) yatağını təsvir edərkən gös-tərmişdir ki, neft məsaməli serpentinit tipli maqmatik süxurlarda yayıl-mışdır. Onun fikrincə neft serpentinitlərə onu örtən çökmə süxur forma-siyasından daxil olmuşdur. Misal üçün, Ç.Biç (1948) göstərir ki, Edison yatağında (ABŞ) maqmatik və metamorfik süxurların çatlarında yerləşən neft avtoxton olmayıb, onları transqressiv örtən Miosen yaşlı şistlərdə toplanan üzvi maddələrdə əmələ gələrək, həmin süxurlara miqrasiya etmişdir. Yəni nefttörədən ana maddə Miosen yaşlı şistlər hesab edilir. R.Ç.Uolters (1953) Kanzas ştatında (ABŞ) bünövrə süxurlarında yayılan nefti onları örtən və neft törədə bilən maddələrlə zəngin olan Pensilvaniya yaşlı şistlər və əhəngdaşı ilə əlaqələndirir. Göründüyü kimi, Amerika tədqiqatçılarının bir qismi maqmatik və metamorfik süxurlarda rast gələn neft yataqlarını, üzvi maddələrlə zəngin olan və onları örtən çökmə süxurlarla əlaqələndirirlər. Onlar neft və qazın maqmatik və metamorfik süxurlarda əmələ gəlməsini tam inkar edirlər. Neftin qeyri-üzvi mənşəinə aid nəzəriyyənin tərəfdarları 1951-ci ildə yeni tədqiqatlarla çıxış etməyə başladılar. Belə tədqiqatçılardan biri də yuxarıda istinad etdiyimiz N.A.Kudryavtsev idi . O göstərirdi ki, neft dərinlikdə yerləşən maqmatik ocaqlarla genetik əlaqədardır. Maqma soyuduğu zaman ondan ayrılan karbohidrogen radikalları (CH, CH2, CH3) sərbəst hidrogenlə birləşərək polimerləşib, müxtəlif karbohidrogenlər əmələ gətirirlər. N.A.Kudryavtsevin ardınca, əvvəllər üzvi nəzəriyyənin tərəfdarları olan, V.B.Porfiryev, P.N.Kropotkin, Z.L.Maymin, V.A.Qorin,D.İ.Vıdrin, E.B.Çekalyuk, Q.N.Dolenko, S.İ.Subbotin, İ.V.Qrinberq və b. neftin abiogen yolla əmələ gəlmə nəzəriyyəsini inkişaf etdirməyə başladılar. V.B.Porfiryevə görə neft Yerin dərinliyindən yer qabığına karbo-hidrogen radikalları və aşağımolekulyar birləşmələr şəklində deyil, yük-səkmolekulyar birləşmələrdən ibarət təbii neftə və asfaltlı-qətranlı kom-pleksə xas olan bütün xüsusiyyətləri ilə gəlib çatır (daxil olur). Flüidlər yüksək dərəcədə qızdırılmış halda laylarda hidravlik parçalanma effekti yarada bilən və su ilə tutulmuş məsaməli laylara daxil olmağı təmin edən çox yüksək təzyiq altında dərinlik yarılmaları ilə qalxırlar. V.B.Porfiryevin fikrincə bütün neft yataqları bu yolla əmələ gəlmişdir. Lakin miqrasiyadan əvvəl neftin hansı dərinliklərdə yerləşdiyi aydınlaşdırılmır. Yalniz o şübhəsizdir ki, neft qabığaltı zonalarda yerləşir. Neftin çox yüksək təzyiq və 1000° C temperatur şəraitində qala bilməsinə aid fıkirlər yalnız mülahizə xüsusiyyətindədir. V.B.Porfiryev belə nəticəyə gəlmişdir ki,Yer təkində məlum olan bütün neft yataqları yaxın zamanlarda, yəni Miosen ilə Dördüncü dövr arasında əmələ gəlmişlər. Lakin neftin yer səthinə doğru miqrasiyasının nə üçün məhz Miosendə başlaması məsələsi aydın deyildir. Əlbətdə, problemə belə yanaşma düzgün sayıla bilməzdi. Q.N.Dolenko da (1956) neftin qeyri-üzvi mənşəli olduğunu göstərir. Onun təklif etdiyi sxemə görə neft-qaz əmələgəlmə prosesi belə gedir.

CH4 CH4 ↔ C2H6 H2

C2H6 CH4 ↔ C3H8 H2

C3H8 CH4 ↔ C4H10 H2 və s.

Onun fikrincə neft sırası karbohidrogenlər aşağıdakı prosesdə də əmələ gəlir:

CO 3H2 ↔ CH4 H2O

CO2 4H2 ↔ CH4 2H2O

2 C (qrafit) 2H2O ↔ C4H10 H2 və.s.

Tədqiqatçı ehtimal edir ki, bu proseslər mantiyanın dərin qatlarında baş verirlər. Mantiyanın nisbətən yuxarı zonalarında isə metalın karbid birləşmələri ilə su arasında kimyəvi reaksiya gedir:

Fe2C 2H2O → CH4 2FeO

Q.N.Dolenko neftin endotermik proseslər nəticəsində əmələ gəlməsi fikirini irəli sürür. O göstərir ki, neft istilik sərf olunan proses yolu ilə əmələ gəlir. Belə istilik ancaq mantiyanın dərinlik zonalarında mövcuddur. Əmələ gəlmiş karbohidrogenlərin miqrasiya etməsi isə dərinlik yarılmları və lokal tektonik qırılmalarla əlaqədardır. İ.V.Qrinberq karbohidrogenlərin əmələ gəlməsi üçün dərinlikdə baş verən vakuum-karbohidrat sintezi prosesini irəli sürür. Bu proses belə təsəvvür edilir: əvvəlcə karbonat və hidrat birləşmələri dərinlik (piroliz-vakuum) sintezi nəticəsində CO, CO, H2O və s. karbon və hidrogen birləşmələrinə keçir. Həmin birləşmələr isə, sonrakı mərhələdə dəyişilərək, neft sırası karbohidrogenləri əmələ gətirir. E.B.Çekalyuk mövcud olan mülahizələri təhlil edərək, belə nəticəyə nəticəyə gəlmişdir ki, neftin dərinlikdə əmələ gəlməsi ancaq kimyəvi termodinamikanın qanunları ilə əsaslandırıla bilər. E.B. Çekalyuka görə mantiyanın üst hissəsində yüngül karbohidrogenlər rast gəlirsə, dərinlik artdıqca karbohidrogenlərin ağır komponentləri çoxalır. L.N.Yelanski (1966) öz tədqiqatlarında D.İ.Mendeleyevin karbid nəzəriyyəsini müdafiə edir. O, göstərir ki, təbiətdə dəmir və karbon ele-mentləri geniş yayılmışlar. Maqmatik vulkanlarm püskürmə məhsullarında rast gələn dəmir və karbon hökmən karbidləşmə mərhələsi keçir. L.N.Yelanski həmçinin göstərir ki, CO və suyun yaxud sərbəst hidrogenin qarşılıqlı təsiri ilə də metan əmələ gələ bilər:

2CO 5H2O ↔2CH4 H2O 3O2

CO 3H2 ↔ CH4 H2O



V.A.Qorin də neftin əmələ gəlməsində dərinlik nəzəriyyəsini əsas tutur. Bu nəticəyə o, yer qabığında neft və qazın müəyyən qanunauy- ğunluqla paylanmasına əsasən gəlmişdir. V.A.Qorin göstərir ki, neftli-qazlı ərazilər dərinlik yarılmaları inkişaf edən zonalarda yerləşirlər. Deməli neft və qaz həmin dərinlik yarılmaları ilə Yerin dərin qatlarından yuxarıya doğru qalxaraq, yığımlar əmələ gətirirlər. Metan və digər neft sırası karbohidrogenlərin təbii qeyri-üzvi sintez yolu ilə əmələ gəlməsi fikirini Y.Y.Voronova (1967) da müdafiə edir.

Download 27.05 Kb.




Download 27.05 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Neft və karbohidrogen qazlarının abiogen mənşəinə dair müasir tədqiqatlar

Download 27.05 Kb.