Kranların növləri. Kranların əsas parametrləri




Download 1.11 Mb.
bet3/19
Sana03.04.2021
Hajmi1.11 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   19
Kranların növləri. Kranların əsas parametrləri

Kranlar fasiləli işləyən universal qaldırıcı mexanizm olub, YBİ-də geniş istifadə olunur. Kranın əsas mexanizmləri aşağıdakılardır: 1)yükqaldırma mexanizmi, 2)kranın hərəkət mexanizmi, 3)kranın fırlanan hissəsini hərəkətə gətirən mexanizm.

Konstruksiyasından, hərəkət xarakterindən və xidmət etdiyi sahənin konfiqurasiyasından asılı olaraq, kranlar aşağıdakı qruplara bölünür: a) körpü tipli (körpülü və keçidli kranlar) – yükləri düzbucaqlı sahə sərhəddində qaldırır və nəql edirlər; b) oxlu kranlar – bu kranlar 3 cür olurlar: 1)stasionar tam dönən – yükləri dairə sərhəddində nəql edirlər; 2)stasionar tam dönməyən – sektor daxilində nəql edirlər; 3)hərəkət edən tam dönən – rels üzrə hərəkət zamanı düzbucaqlı sahə daxilində, yer üzərində hərəkət zamanı düzbucaqlı sahə daxilində deyil, müxtəlif konfiqurasiyalı sahə sərhəddində qaldırır və nəql edirlər; c) kabelli kranlar – yükqaldırma mexanizmi kanat üzrə hərəkət edir; 1)əgər kran stasionardırsa, yükü düz xətt üzrə qaldırır və nəql edirlər; 2)əgər kran hərəkət edəndirsə yükü dairə sektoru və ya düzbucaqlı sahə daxilində qaldırı və nəql edirlər. Kranların əsas texniki parametrləri aşağıdakılardır: 1)yükqaldırma qabiliyyəti; 2)yükqaldırma, kranın hərəkət və dönmə sürətləri; 3)kranın aşırımı; 4)konsolların çıxma məsafəsi; 5)oxun çıxma məsafəsi; 6)maksimum yükqaldırma hündürlüyü; 7)mühərriklərin gücü; 8)kranın qabarit ölçüləri və kütləsi.

Körpülü kran eninə tirlərə möhkəm birləşən iki əsas aparıcı tirə malik körpüdən ibarətdir. Əgər kran açıq sahədə işləyirsə, kranın körpüsü estakadanın tirləri üzərinə qoyulmuş relslər üzrə hərəkət edir. Körpülü kranların yükqaldırma qabiliyyəti 5 tondan 50 tona qədər təşkil edir. Körpülü kranların çatışmayan cəhəti – estakadanın yüksək dəyəri və Ybi-nin yerinə yetirildiyi bütün sahə boyu qurulmasıdır.

Keçidli kranlar quruluşuna və iş xarakterinə görə körpülü kranlara oxşayır (şəkil 1)

Keçidli kranlarda körpü xüsusi keçid dayaqları üzərində quraşdırılır və açıq anbarların, dəmir və avtomobil yollarının sahəsini örtür. Keçidli kranlar kranaltı estakadaların quraşdırılmasını təmin etmir. Bu da həmin parametrlərə malik körpülü kranlar ilə müqayisədə qurğunun dəyərini 40-60% aşağı salır. Konstruksiyasına görə keçidli kranlar konsolsuz və konsollu olurlar. Konsolsuz kranlar – daha sadə və yüngül olub, yalnız körpünün örtdüyü sahəyə xidmət edirlər.

Konsollu kranlar isə əlavə olaraq konsolların örtdüyü sahəyə də xidmət edirlər. Aşırım 32 m-dən çox olan keçidli kranlar yük əməliyyatları yerinə yetirən körpülər adlanır.



Download 1.11 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   19




Download 1.11 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Kranların növləri. Kranların əsas parametrləri

Download 1.11 Mb.