Öyrənilmə dərəcəsinə görə ehtiyatların və resursların təsnifatı




Download 15.34 Kb.
Sana22.05.2023
Hajmi15.34 Kb.
#62943
Bog'liq
Neft və qaz ehtiyatlarının hesablanma üsulları
743D, 3, II Variant, Fonetika, Diqqət, Dövlət dili haqqında, C fakepathMuhazir

Öyrənilmə dərəcəsinə görə ehtiyatların və resursların təsnifatı.

Kəşf olunmuş ehtiyatların qiymətləri haqqında bizim anlayışımızın etibarlılıq dərəcəsi qismən bu və ya digər kateqoriyaya ehtiyatların aid edilməsi ilə müəyyən olunur. Kəşf olunmuş ( A, B və C1 kateqoriyaları) və qabaqcadan qiymətləndirilmiş (C2 kateqoriyası) neft, qaz, kondensat və onların tərkibində olan faydalı komponentlər müasir neft və qaz mədənlərinin fəaliyyətinin və yataqların sənaye əhəmiyyətli qiymətləndirilməsinin təbii bazasını təşkil edir.



Kəşf olunmuş və ayrı-ayrı yataqlar və sahələr üzrə hesablanan qabaqcadan qiymətləndirilmiş neft, yanar qazlar və onların tərkibində olan komponentlərin ehtiyatlarından başqa neftqazlı əyalət, vilayət, rayon və ayrı-ayrı sahələrin potensial imkanlarının ümumi geoloji təsəvvürlər əsasında qiymətləndirilməsi üçün perspektiv resurslar müəyyən olunur.
Müəyyən olunmuş yataqların məhsuldar, lakin qazıma yolu ilə aşkar olunmamış laylarında standart şəraitə uyğun qiymətləndirilmə tarixində neft və kondensatın kütləsi və qazın həcmi resurs adlanır. Qiymətləndirilmiş resurslar bir-birindən və etiyatlardan müxtəlif öyrənilmə dərəcəsi və müxtəlif əsaslandırma dərəcələri ilə fərqlənirlər.
Hal hazırda karbohidrogen xammalının ilk potensial resurslarının müəyyən bir hissəsi kəşf olunub, bununla belə onların bir hissəsi çıxarılmışdır və xalq təsərrüfatında sərf olunmuşdur. Bununla bağlı ilk potensial resursları toplanmış hasilat (çıxarılmış resurslar) və cari potensial resurslara (yer təkində olan resurslar) bölmək olar.
Toplanmış hasilat ilk resursların o hissəsidir ki, hansı yer təkindən artıq çıxarılmışdır. Toplanmış hasilat neft və qazın ilk sənaye axımından hesablama tarixinə qədər çıxarılmış cəmi hasilatını özündə cəmləşdirir. Bu tərif ayrı bir yataq və eləcə də iri regionlar və ölkələrə aid istifadə oluna bilər. Hesablama tarixinə faydalı qazıntının müəyyən hissəsi yer təkində qalır və kəşf olunmuş və kəşf olunmamış resurslar kimi cari potensial resurslarının tərkibinə daxil olur.
Cari potensial resurslar aşkar edilmiş yataqlarda (kəşf olunmuş və işlənilmədə olan) hesablama tarixinə görə neftin və qazın ümumi miqdarıdır. Cari potensial resurslarının bu tərifinə uyğun olaraq onlar kəşf olunmuş və kəşf olunmamış iki bölməyə ayrılır. Kəşf olunmuş ehtiyatlara aparılmış tədqiqatlar və geoloji-kəşfiyyat işlərinin nəticəsində bu və ya digər etibarlılıq dərəcəsi ilə aşkar edilmiş və əsasən sonrakı işlənilmə üçün hazırlanmış ehtiyatlar daxildir.
Download 15.34 Kb.




Download 15.34 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Öyrənilmə dərəcəsinə görə ehtiyatların və resursların təsnifatı

Download 15.34 Kb.