Pediatriya 1 krx keçirmiş uşağa profilaktik peyvəndləri sağaldıqdan nə qədər sonra vurmaq olar?




Download 1.06 Mb.
bet1/18
Sana24.10.2020
Hajmi1.06 Mb.
#12235
  1   2   3   4   5   6   7   8   9   ...   18

Pediatriya

1) KRX keçirmiş uşağa profilaktik peyvəndləri sağaldıqdan nə qədər sonra vurmaq olar?
A) 3 aydan sonra

B) 3,5 aydan sonra

C) 1 aydan sonra

D) 2 həftədən sonra

E) 2 aydan sonra
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
2) Fenilketonuriyanın laborator diaqnostikasına hansı aiddir?
A) Qan və sidikdə kreatinfosfokinazanın təyini

B) Üçxlorlu dəmirlə sınaq

C) Asetona görə sınaq

D) Zülal fraksiyalarının təyini

E) Seruloplazminə görə qanın müayinəsi
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997
3) Sadalanan simptomlardan kəllədaxili təzyiqin artmasını göstərən rentgenoloji əlamət hansıdır?
A) Kəllə tikişlərinin aralanması

B) Exoensefaloskopiyada M-exonun yerinin dəyişməsi

C) Kalsiumun oqranizmdən xaric olması əlaməti

D) Göz dibində durğunluq əlamətləri

E) Beyin qabığı neyrodinamikasının pozulması
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997
4) Suçiçəyi zamanı hansı halda antibiotiklər təyin olunur?
A) Ağır forma zamanı

B) Ağırlaşmaların profilaktikası məqsədilə

C) İrinli ağırlaşmalar zamanı

D) Təyin olunmur

E) Ensefalit zamanı
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
5) 4 yaşlı uşaqda baxış zamanı bütün limfa qruplarında çoxsaylı böyümüş, yumşaq, ağrısız, hərəkətli limfa düyünləri əllənir. Uşaq bir qədər pastozdur, dəri örtükləri avazımışdır, əzələ tonusu zəif inkişaf etmişdir, bədən kütləsi yaşına görə çoxdur. Qanın ümumi analizində limfositoz və monositoz qeyd olunur.Başqa orqan və sistemlərdə ciddi dəyişiliklər yoxdur. Sadalanan əlamətlər aşağıdakılardan hansına aiddir?
A) Vərəm

B) Limfatiko-hipoplastik konstitusional anomaliyası (diatez)

C) Limfaqranulematoz

D) Məxmərək

E) Sağlam uşaqda normal limfatik sistem
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.235
6) Hansı hallarda uşaqlarda sümüklərin uzanma prosessi pozulmur?
A) Revmatoid artriti keçirdikdə

B) Osteomielit keçirdikdə

C) Raxit keçirdikdə

D) Aktiv həyat tərzi olanda

E) Hormonlar qəbul etdikdə
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.105
7) Uşaqda sümük toxumasının intensiv inkişafı nə ilə bərabər müşahidə olunur?
A) Sümük ətrafında qan dövranının zəif olması

B) Hematogen osteomielitlər mümkün olmur

C) Tez-tez sınıqlar baş verir

D) Osteoporoz baş verir

E) Sümük ətrafı nahiyədə intensiv qan dövranı
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.105
8) Hansı amil osteosintezə mənfi təsir göstərmir?
A) Rasional qidalanma

B) Hipodinamiya

C) Zülalın, elektrolitlərin, mikroelementlərin defesiti

D) Daxili sekresiya vəzlərinin hormon sintezi funksiyasının pozulması

E) Daxili orqanların funksional pozğunluğu
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.109
9) Sümük sisteminin patologiyasını aşkar edən əsas müayinə hansıdır?
A) Elektromioqrafiya

B) Elektroensefaloqrafiya

C) Rentgenoqrafiya

D) Xronaksimetriya

E) Qanın ümumi analizi
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.110
10) Sinir - artretik diatezin əlamətlərinə aid olmayan hansıdır?
A) Asidoz

B) Asetonemik qusma

C) Alkaloz

D) Dizuriya

E) Oynaq ağrıları
Ədəbiyyat:A.A.Əyyubova «Uşaq xəstəlikləri», «Şərq-Qərb»2008 , səh.80
11) Konstitusiya anomaliyalarına aid olmayan forma hansıdır?
A) Toksikoseptik

B) Limfatiko - hipoplastik

C) Ekssudativ - kataral

D) Sinir - artretik

E) Allergik (atopik)
Ədəbiyyat:A.A.Əyyubova «Uşaq xəstəlikləri», «Şərq-Qərb»2008 , səh.69
12) Postnatal dövrdə hipotrofiyanın əmələgəlmə səbəblərinə aid olmayan hansıdır?
A) Anadangəlmə inkişaf qüsurları

B) Təbii qidalanma

C) MSS patoloqiyası

D) Malabsorbsiya sindromu

E) Endokrin sistemin patoloqiyası
Ədəbiyyat:A.A.Əyyubova «Uşaq xəstəlikləri», «Şərq-Qərb»2008 , səh.58
13) Raxitəbənzər xəstəliklərə aid deyil:
A) Hiperfosfatemiya

B) Sindrom Debre - de Toni - Fankoni

C) Reyter sindromu

D) İdiopatik raxit

E) Birincili xondrodistrofiya
Ədəbiyyat: : Н.П.Шабалов «Детские болезни», «Питер»2002; стр.240-244
14) Postnatal spesifik profilaktika zamanı vitamin D hansı dozada verilir?
A) 400 - 500 ME sutkada

B) 750 - 1000 ME sutkada

C) 100 - 200 ME həftədə 1 dəfə

D) 100 - 200 ME sutkada

E) 400 - 500 ME həftədə 1 dəfə
Ədəbiyyat: : Н.П.Шабалов «Детские болезни», «Питер»2002; стр.244
15) Aşağıdakılardan hansı D vitamini-defisitli raxiti təsdiqliyən laborator müayinə deyil?
A) Qələvi fosfatazanın qanda təyini

B) Qan zərdabında Ca səviyyəsinin təyini

C) Qan zərdabında P səviyyəsnini təyini

D) Sulkoviç sınağı

E) Pandi sınağı
Ədəbiyyat: Т.В.Капитан «Пропедевтика детских болезней с уходом за детьми »,« Медпресс-информ »2006, стр.173

16) Vitamin B6 – asılı bronxial astma hansı metabolizm pozğunluğu ilə əlaqədardır?
A) Tirozin

B) Triptofan

C) Qlisin

D) Metionin

E) Fenilalanin
Ədəbiyyat: С. Х. Хутуева «Аллерген – специфическая иммунотерапия бронхиальный астмы» 2000г.
17) Qohumlar arasında nigah nə ilə təhlükəlidir?
A) Mutasiyanın əmələ gəlməsi ilə

B) Sonsuzluqla

C) İnfeksion embriopatiyanın formalaşması ilə

D) İrsi resessiv genin yüksək rastgəlmə ehtimalı ilə

E) Uşağın vaxtından əvvəl doğulması ilə
Ədəbiyyat: Н. П. Бочков «Медицинская генетика» 1994г.
18) Humoral immunitet göstəricilərinə hansılar aiddir?
A) normal killer hüceyrələrin miqdarı (CD 16)

B) A, M, G, E immunoqlobulinlərin vəziyyəti

C) faqositozun parametrləri

D) rozetka əmələgəlmə reaksiyası

E) leykositlərin blasttransformasiya reaksiyası
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
19) Hüceyrə immunitetinin defisiti üçün nə xarakterdir?
A) Tez-tez virus infeksiyaları

B) Proqnostik xoşagəlməyən xəstəliklər

C) BSJ vaksinasiyasına reaksiyanın olmaması

D) Göbələk xəstəlikləri

E) Tez-tez bakterial infeksiyalar
Ədəbiyyat: М. Я. Студеникина «Аллергические болезни у детей» 1998г.
20) Spesifik mühafizə faktorlarına nə aiddir?
A) Şişlərin nekroz faktoru

B) Prostoqlandinlər

C) C-reaktiv zülalı

D) Komplement sistemi

E) Anticisimlər
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
21) İkincili immun çatışmamazlıq nə zaman tez-tez müşahidə olunur?
A) Pielonefrit zamanı

B) Kəskin nefritdə

C) Revmatizmdə

D) Nefrotik sindromda

E) Hemovaskulitdə
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
22) Böyrəküstü vəzilər aşağıdakılardan hansını ifraz etmir?
A) AKTH (adenokortikotrop hormon )

B) Androgenlər

C) Kortizon

D) Noradrenalin

E) Aldosteron
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
23) Qida allergiyasını daha çox törədən tərəvəz hansıdır?
A) Gül kələmi

B) Yunan qabağı

C) Xıyar

D) Pomidor

E) Kök
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
24) Qida allergiyasının müalicəsində bazis hesab oluna bilən hansıdır?
A) Suprastin

B) Stuqeron

C) Eufillin

D) Nalkrom

E) Tavegil
Ədəbiyyat: М. Я. Студеникина «Аллергические болезни у детей» 1998г.
25) Ağır formalı atopik dermatiti olan uşaqların həyatlarının birinci ilində süni qidalanmanı nə ilə aparmaq məqsədəuyğundur?
A) Soya qarışıqları ilə

B) İnək südü əsasında adaptasiya olunmuş qarışıqlarla

C) Serumun hissəvi hidroliz olunmuş zülalı əsasında qarışıqlarla

D) Turş-süd qarışıqları ilə

E) Yüksək hidroliz olunmuş qarışıqlarla
Ədəbiyyat: М. Я. Студеникина «Аллергические болезни у детей» 1998г
26) Göstərilən xəstəliklərdən hansı qida allergiyasının nəticəsi deyildir?
A) Seboreyalı dermatit

B) Övrə


C) Kvinke ödemi

D) Atopik dermatit

E) Rinit
Ədəbiyyat: М. Я. Студеникина «Аллергические болезни у детей» 1998г
27) Aşağıdakılardan hansı tədbir allergik rinitlərin müalicəsində əsaslandırılıb və təhlükəsizdir?
A) Hiposensibilızasıya edici tədbirlər

B) Antihistamin preparatlar

C) İnhalyasion kortikosteroidlər

D) Allergenin eliminasiyası

E) İnfuzion müalicə
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
28) Böyrəküstü vəzin qabıq maddəsi hansını ifraz etmir?
A) Androgenlər

B) Noradrenalin

C) Hidrokortizon

D) Aldrosteron

E) Kortizol
Ədəbiyyat: А.В.Мазурин. И.М.Воронцов Пропедевтика детских болезней. «Медицина», Москва, 1985. с.288
29) Yalançı allergik reaksiya aşağıdakı bir faktordan başqa digərləri hesabına əmələ gəlir. Bu faktor hansıdır?
A) Dərman preparatları

B) Fiziki faktorlar

C) C5a, C3 a, anafilatoksinləri

D) Atopik anticisimlər

E) P substansiyası
Ədəbiyyat: И.М.Воронцев, О.А.Маталыгина. Болезни, связанные с пищевой сенсибилизацией у детей. «Медицина», Ленинград, 1986. с.47
30) I tip allergik reaksiyaların diaqnozu üçün aşağıdakı göstəricilər daha çox əhəmiyyət kəsb edir:
A) T-supressorların yüksək səviyyəsi

B) Qan zərdabında İgE-nin artması

C) Dövr edən immun komplekslərin yüksək səviyyəsi

D) Qanda eozinofiliya

E) Sidikdə histaminin miqdarının yüksəlməsi
Ədəbiyyat: А.М. Потемкина. Диагностика и лечение аллергических заболеваний у детей. «Издательство Казанского Университета», Казань, 1990. с. 5
31) Yalançı allergik reaksiya üçün daha xarakterdir:
A) İmmunoloji mərhələnin olmamağı

B) Antigenlə təkrar kontakt zamanı reaksiyanın güclənməsi

C) Yerli eozinofiliya

D) «Səbəbkar» antigenə qarşı dərinin müsbət sınağı

E) İgE-nin yüksək səviyyəsi
Ədəbiyyat: И.М.Воронцев, О.А.Маталыгина. Болезни связанные с пищевой сенсибилизацией у детей. «Медицина», Ленинград, 1986. с.47
32) Yenidoğulmuşlarda laxtalanma faktorunun aşağı olması onları qoruyur:
A) trombositlərin miqdarının azalmasından

B) trombozdan

C) emboliyadan

D) arterial təzyiqin yüksəlməsindən

E) hemoqlobinin səviyyəsinin azalmasından
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
33) Hansı yaş dövründə uşaqlarda İgG miqdarı aşağıdır?
A) 0-3 ay

B) 3-6 ay

C) 6-9 ay

D) 12-15 ay

E) 9-12 ay
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
34) Qan zərdabında IgA-n səviyyəsi uşaqlarda böyüklərinkinə çatır:
A) 8-10 yaşda

B) 5-6 yaşda

C) 4-5 yaşda

D) 10-12 yaşda

E) 6-7 yaşda
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
35) Qan zərdabında İgM-in səviyyəsi uşaqlarda böyüklərinkinə çatır:
A) 4-5 yaşda

B) 5-6 yaşda

C) 8-10 yaşda

D) 7-8 yaşda

E) 6-7 yaşda
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
36) Anadan dölə transplasentar verilən lg hansıdır?
A) G

B) M


C) A və M

D) A


E) G və E
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
37) Limfositopoezin mərkəzi üzvünə hansı aiddir?
A) dalaq

B) sümük iliyi

C) limfa vəziləri

D) böyrəküstü vəzi

E) qaraciyər
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
38) İnterferon müdafiə sistemində hansı xüsusiyyəti ilə iştirak edir?
A) toksin əleyhinə

B) immun kompleksin formalaşmasında

C) bakteriya əleyhinə, əgər bakteriyalar hüceyrə kənarında lokalizasiya olarsa

D) virus və toksin əleyhinə

E) virus əleyhinə
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
39) Orqanizmin qeyri-spesifik müdafiə faktorlarına aiddir:

1. laktoferin

2. T limfositlər

3. neytrofillər

4. limfokain

5. B limfositlər
A) 1, 3

B) 1, 4


C) 2, 4

D) 2, 5


E) 3, 5
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
40) Orqanizmin qeyri-spesifik müdafiə faktorlarına aiddir:

1. faqositoz

2. T limfositlər

3. monositlər

4. limfokain

5. B limfositlər
A) 1, 4

B) 2, 4


C) 3, 5

D) 2, 5


E) 1, 3
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
41) Orqanizmin qeyri-spesifik müdafiə faktorlarına aiddir:

1. interferon

2. T limfositlər

3. lizosim

4. limfokain

5. B limfositlər
A) 2, 5

B) 3, 5


C) 1, 3

D) 1, 4


E) 2, 4
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
42) Çəngələbənzər vəzin yaşla bağlı fizioloji involyusiyası nə vaxt başlayır?
A) 6 yaşdan

B) 1 yaşdan

C) 3 yaşdan

D) 14 yaşdan

E) 10 yaşdan
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.95
43) Timusun hipoplaziyası hansı patologiya zamanı rast gəlinir?
A) Miasteniya

B) Viskot - Oldriç sindromu

C) Hipertireoz

D) Timoma

E) Addison xəstəliyində
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.98
44) Çəngələbənzər vəzin hiperplaziyası nə zaman müşahidə edilir?
A) Edvards sindromunda

B) Lui - Bar sindromunda

C) Hipokortisizimdə

D) Daun xəstəliyində

E) Viskot - Oldriç sindromunda
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.98
45) Dalağın böyüməsi hansı xəstəliyə xas deyil?
A) Vərəm

B) Sepsis

C) Hemolitik anemiya

D) Dəmirdefesitli anemiya

E) Kəskin hepatit
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.100
46) Limfatik düyünlərin struktur və funksional differensiasiyası nə vaxt tamamlanır?
A) 7-8 yaşda

B) 1 ayında

C) 1-3 yaşda

D) 12-13 yaşda

E) 5-6 yaşda
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.101
47) 1-3 yaşlı uşaqlarda limfa düyünlərin morfofunksional yetişməməzliyi nəyə səbəb ola bilər?
A) Mikroorqanizimlərin zərəsizləşdirilməsi

B) Limfa düyünlərin kazeoz reaksiyası

C) Limfadenitlər

D) İltihabi prosessin generalizasiyası, sepsis

E) Limfa düyünlərin irinli reaksiyası
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.101

48) Hansı bətndaxili infeksiya üçün baş beyində kalsifikatların olması xarakterikdir?

A) Xlamidioz

B) Listerioz

C) B-hepatiti

D) İİV-infeksiya

E) Toksoplazmoz


Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург, 2002.
49) Aşağıdakılardan hansı birinci dərəcəli serebral işemiya əlamətinə aiddir?

A) Böyük əmgəyin şişkinliyi

B) Koma

C) Qıcolma



D) Oyanıqlıq sindromu

E) Qreffe simptomu


Ədəbiyyat: Барашнев Ю. И. «Перинатальная неврология» M. 2001г.
50) Uşaqlarda əzələlərin hipertrofiyası hansı xəstəliklərdə müşahidə olunur?
A) Proqressiv əzələ distrofiyası

B) Poliomielit

C) Artritlər

D) Nevritlər

E) Tomsen miotoniyası
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.111
51) Yenidoğulmuşda əzələ hipotoniyasının əlaməti hansıdır?
A) Opistotonus vəziyyəti

B) Ətraflar açılmış vəziyyətdə olur

C) Əllərdə atetoz

D) Barmaqların yumruğa yığılması

E) “Caynaqlı pəncə” simptomu
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.111
52) Əzələ sistemini müayyinə edən üsullara hansı aid deyil?
A) Elektromioqrafiya

B) Neyrosonoqrafiya

C) USM

D) Xronaksimetriya



E) Biopsiya
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.111
53) Uzunmüddət qıcolma əleyhinə müalicə alan (Fenobarbital,difenin) uşaqlarda hansı xəstəliyin yaranma ehtimalı daha çoxdur?
A) Hipervitaminoz D

B) Revmatik qızdırma

C) Pankreatit

D) Raxit


E) Tonzillit
Ədəbiyyat:A.A.Əyyubova «Uşaq xəstəlikləri», «Şərq-Qərb»2008 , səh.46
54) Kraniostenozda əsas nevroloji əlamət hansıdır?
A) Hidrofobiya

B) Kəllədaxili hipotenziya

C) Anoreksiya

D) Kəllədaxili hipertenziya

E) Miotoniya
Ədəbiyyat: Ç.Quliyev «Uşaq cərrahlığı », Bakı 2008, s.193; Е.И.Гусев «Неврологические симптомы,синдромы,симптомокомплексы и болезни», Москва «Медицина» 1999, стр.2 3 2-234
55) Yenidoğulmuşda serebral hemodinamikanın əlavə rezerv imkanlarına nə şərait yaradır?
A) Uşağın çox vaxt yuxuda olması

B) Böyük əmgəyin bağlanmaması

C) Damar sistemin çox zəif inkişaf etməsi

D) Ekstra və intrakranial damar anastamozları

E) Sinir sisteminin morfofunksional yetişməməyi
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.175
56) Aşağıdakılardan hansı səthi dəri reflekslərinə aid deyil?
A) Sarğı

B) Anal


C) Qarın

D) Kremaster

E) Vətər
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.178
57) Onurğa - beyin sinirlərinin mielinizasiya prosessi hansı yaşda tamamlanır?
A) 1 yaş

B) 3 yaş


C) 1 ay

D) 5 yaş


E) 3 ay
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.176
58) Baş beyinin hüceyrə strukturu hansı yaşda tam formalaşır?
A) 6 yaşda

B) 8 - 12 yaşda

C) 3 yaşda

D) 1 yaşda

E) 16 yaşda
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.175
59) Südəmər uşaqlarda kəllədaxili təzyiqin yüksəlməsi necə biruzə verir?
A) Endokrin dəyişiliklər

B) Metabolik dəyişiliklər

C) Bagırsaq disfunksiyası

D) Kəllənin dairəvi ölçülərinin sürətlə böyüməsi

E) Ətraflarda ödem
Ədəbiyyat: Том Лиссойер, Грэхэм Клэйден «Детские болезни», Москва « Рид Элсивер»2010, стр.542
60) Hidrosefaliyanın əlamətlərindən biri hansıdır?
A) Merfi simptomu

B) Kerniq simptomu

C) Qovers simptomu

D) “Batan günəş” simptomu

E) Xvostek simptomu
Ədəbiyyat:А.Ю.Ратнер «Неврология новорожденных»,« Бином»2005, стр81
61) Hansı hidrosefaliyaya aid deyil?
A) Kəllə tikişlərin aralanması

B) Böyük əmgəyin qabarıqlıgı

C) Qrefe simptomu

D) Kəllənin ölçüləri normadan çox dəyişir

E) Kəllənin ölçüləri çox balaca olur
Ədəbiyyat: Том Лиссойер, Грэхэм Клэйден «Детские болезни», Москва « Рид Элсивер»2010, стр.542
62) Yenidoğulmuş uşaqların sinir sisteminin funksional vəziyyətini müəyyən etmək üçün aşağıdakılardan hansı zəruridir?
A) Ailənin sosial vəziyyətinin qiymətləndirilməsi

B) Auskultasiya və perkussiya müayyinələri aparmaq

C) Daxili orqanların funksional çatışmamazlıqlarını aşkar etmək

D) Qidalanma prosessin qiymətləndirilməsi

E) Şərtsiz reflektor fəaliyyətini qiymətləndirilməsi
Ədəbiyyat: Том Лиссойер, Грэхэм Клэйден «Детские болезни», Москва « Рид Элсивер»2010, стр.41-44
63) 3 yaşında uşağınxortumrefleksinin alınması nəyi sübut edir?
A) Fizioloji əlamətdir

B) Əzələ patologiyası

C) Serebral patologiyanı

D) Yaşına uyğun inkişaf

E) Ağız boşluğunun patologiyası
Ədəbiyyat:А.Ю.Ратнер «Неврология новорожденных»,« Бином»2005, стр115
64) Yenidoğulmuşlarda ətraflarda parezlərin aşkar edilməsində hansı əlamət daha informativdir?
A) Həddindən çox narahat olması

B) Əzələ tonusunun vəziyyəti

C) Çəçimələr

D) Səksənmələr

E) Yuxunun pozulması
Ədəbiyyat:А.Ю.Ратнер «Неврология новорожденных»,« Бином»2005 стр.89
65) Uşaqlarda infeksion xəstəliklərin toksiki formasının yaranmasına nə səbəb olur?
A) Endokrin sistemin xüsusıyyətləri

B) Baş beyinin qandövranının xüsusiyyətləri

C) Süni qidalanma

D) Ekzogen vəzlərin funksional çatışmazlıgı

E) Tənəffüs orqanlarının tam formalaşmaması
Ədəbiyyat: В.Ф.Учайкин “Неотложные состояния в педиатрии”, “ГЭОТАР-Медиа” Москва 2005,стр.91
66) Orbikulopalpebral refleks uşaqlarda hansı yaşa kimi saxlanılır?
A) 3 yaşa kimi

B) Yalnız patoloji vəziyyətdə qeyd olunur

C) 6 aya qədər

D) 1 yaşa kimi

E) 3 aya kimi
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.67
67) Tutma (Robinson) refleksi körpədə nə zaman itir?
A) 2-4 həftəsində

B) 3-5 ayında

C) 10-12 ayında

D) 6-8 ayında

E) 2-4 ayında
Ədəbiyyat: : Т.В.Капитан “Пропедевтика детских болезней с уходом за детьми” “Медпресс- информ” 2006 стр.108
68) Şərtsiz refleks olan Moro refleksi yenidogulmuşlarda neçə müddət davam edir?
A) 6 ay

B) 3 ay


C) 1 ay

D) 1 yaşa kimi

E) 4 ay
Ədəbiyyat: Т.В.Капитан “Пропедевтика детских болезней с уходом за детьми” “Медпресс-информ” 2006 стр.109



Download 1.06 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   18




Download 1.06 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Pediatriya 1 krx keçirmiş uşağa profilaktik peyvəndləri sağaldıqdan nə qədər sonra vurmaq olar?

Download 1.06 Mb.