İnternetə qoşulma qaydaları




Download 40.69 Kb.
bet2/18
Sana22.07.2021
Hajmi40.69 Kb.
#15578
TuriQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   18

İnternetə qoşulma qaydaları

Kompüter şəbəkələri arasında əlaqələr: telefon xətləri, elektrik kabelləri, optiklifli kabel və radio əlaqə vasitəsilə yerinə yetirilir. Əlaqə xəttinin əsas göstəricisi informasiyanın maksimal ötürülməsi surətidir .Əsasən ucuz qiymətə başa gəldiyi üçün telefon xətlərindən istifadə edilir.

Qovşaq kompüterlərarası əlaqə üçün telefon xətlərindən və ya radioəlaqədən istifadə edilir. Şəbəkənin əlaqələndirdiyi kompüterlər bir-birindən uzaq olmadıqda onları kabellərlə birləşdirmək olar .Son illər İnternet şəbəkəsində sputnik radioəlaqədən istifadə olunur.

Əsasən abonentlər şəbəkəyə öz provayderlərini telefon xətti ilə əlaqələndirməklə qoşulurlar. İnformasiyaları əlaqə kanalı ilə ötürmək üçün onu əlaqə xəttində ötürülən siqnallar formasına çevirmək lazım gəlir. Bunu yerinə yetirmək üçün kompüterə xüsusi qurğu – şəbəkə adapteri qoşulur. Kabeli və ya optiklifli adapterlərdən istifadə olunur. Adapter ana platanın üzərində yerləşdirilir və kabellər vasitəsilə digər kompüterin adapteri ilə əlaqələndirilir.



Telefon xətləri ilə əlaqələnən qlobal şəbəkələrdə modemdən istifadə olunur. Modem –

“modulyator/demodulyator” sözlərinin 1-ci hecalarından yaranmış və kompüterlərin telefon xətti vasitəsi ilə informasiya


mübadiləsi etməyə imkan verən qurğudur. Modem informasiyaları kompüterin ikilik kodundan telefon siqnallarına və əksinə çevirir. Bununla yanaşı digər funksiyaları da yerinə yetirir. Modemin əsas xarakteristikası onun verilənləri ötürmə sürətidir. Qeyd edək ki , informasiyanın ötürülmə sürəti modemlə yanaşı telefon xəttinin keyfiyyətindən də asılıdır. İstifadəçi öz kompüterindən İnternetə qoşulmaq üçün “İnternet Servis Provayder” (İSP) xidmətlərini təklif edən şirkət - provayder (ingiliscə - təchiz edən) ilə xüsusi razılaşması olmalıdır. Azərbaycanda əsas provayderlər “AzEvroTel”, “AzTelecom”, “Bakinter.net”, “İntrans”, ”Azerin” və s.

Şəbəkələrdə müxtəlif texniki və informasiya təminatı istifadə edilir və buna görə də şəbəkələrin abonentləri arasında hamı üçün eyni olan ümumi qaydalar qəbul edilməlidir. Bu qaydalar təyin edilmiş standartlarda öz əksini tapır. Hər hansı bir yeni texnologiya o zaman «qanuni statusa» malik olur ki, onun məzmunu müəyyən standartlar çərçivəsinə daxil olsun. Belə standartlar şəbəkə protokolları adlanır.





    1. Download 40.69 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   18




Download 40.69 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



İnternetə qoşulma qaydaları

Download 40.69 Kb.