• QƏRARA ALIR
  • Qaydaları"nın təsdiq edilməsi haqqında azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "




    Download 29.71 Kb.
    bet1/7
    Sana07.05.2021
    Hajmi29.71 Kb.
    #14355
    TuriQaydalar
      1   2   3   4   5   6   7

    Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında
    AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
    "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 835-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 iyul tarixli 119 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

    1. "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları" təsdiq edilsin (əlavə olunur).

    2. Müəyyən edilsin ki:

    Azərbaycan Respublikasında elektron vergi hesab-fakturalarının təsdiq edilmiş forma və rekvizitlərə uyğun olaraq mərkəzləşdirilmiş qaydada tətbiqi və uçotunun aparılması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən həyata keçirilir;

    elektron vergi hesab-fakturalarının tətbiqi ilə əlaqədar 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Vergilər Nazirliyinə 529,0 min manat məbləğində vəsait ayrılsın;

    elektron vergi hesab-fakturaları vergi ödəyiciləri tərəfindən 2010-cu il 1 yanvar tarixindən tətbiq edilir.

    3. "Azərbaycan Respublikasında vergi hesab-fakturalarının mərkəzləşdirilmiş qaydada sifarişi, satışı və uçotunun aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 mart tarixli 71 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №3, maddə 299) 2010-cu il 1 yanvar tarixindən qüvvədən düşmüş hesab edilsin.

    4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki:

    bu qərarın 2-ci bəndində göstərilən vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin;

    2010-cu il 1 yanvar tarixinə istifadə edilməmiş vergi hesab-fakturalarının mövcud qanunvericiliyə uyğun ləğv edilməsi üçün müvafiq tədbirlər görsün.

    5. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, elektron vergi hesab-fakturalarının tətbiqi ilə əlaqədar müvafiq texniki imkanların yaradılmasını təmin edən tədbirlər görsün.

    6. Bu qərarın 1-ci bəndi 2010-cu il 1 yanvar tarixindən, digər bəndləri isə imzalandığı gündən qüvvəyə minir.




    Download 29.71 Kb.
      1   2   3   4   5   6   7




    Download 29.71 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Qaydaları"nın təsdiq edilməsi haqqında azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "

    Download 29.71 Kb.