Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin təşkilatçılığı və “Azəriqaz” İstehsalat Birliyinin iştirakı ilə




Download 1.65 Mb.
bet1/14
Sana06.06.2021
Hajmi1.65 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   14



Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin təşkilatçılığı və “Azəriqaz” İstehsalat Birliyinin iştirakı ilə
2014-cü il 25 iyun tarixində
QAZ TƏCHİZATI SAHƏSİNDƏ Şəffaflığın artırılması
mövzusunda keçirilən
Dəyirmi Masanın yekunu və verilən tövsiyələr
Ön söz
Bu tövsiyələr “Şəffaflıq Azərbaycan” təşkilatı tərəfindən Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentiliyinin (USAID) maliyyə dəstəyi əsasında həyata keçirilən İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi (ALAC) layihəsinin ictimai müzakirələr komponenti çərçivəsində hazırlanmışdır və donorların rəsmi mövqeyini əks etdirməyə bilər.
“Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Respublikası ərazisində təbii qazın saxlanması, emalı, nəqli, paylanması və satışını həyata keçirir. Həmçinin, “Azəriqaz” İB hazırda ARDNŞ-nin hasil etdiyi təbii qazın İran, Gürcüstan və Rusiyaya çatdırılması ilə də məşğuldur. Tərkibində istehsalat funksiyalarını yerinə yetirən 6 idarə və təşkilatı birləşdirən “Azəriqaz” İB-ni ölkənin müxtəlif regionlarını əhatə edən 1,312 milyona yaxın istehlakçının təbii qazla təchizatını təmin edir. Bu funksiyanın icrası üçün 8 magistral qaz kəmərləri sahəsi, 7 kompressor stansiyası, 67 qaz istismar sahəsi, 79 avtomat qaz paylayıcı stansiya, 77 qaz paylayıcı stansiya, 35 qaz paylayıcı məntəqə, ümumi uzunluğu 44 372 kilometr olan boru kəmərləri və digər çoxsaylı texnoloji obyektlərdən ibarət olan mürəkkəb texniki şəbəkənin optimal idarəetmə mexanizmi mövcuddur. ARDNŞ tərəfindən sahənin yenidən qurulması və istehsalatın müasir tələblər səviyyəsində təşkili istiqamətində həyata keçirilən geniş proqram çərçivəsində “Azəriqaz” İB-nin elmi-texniki potensialının artırılmasına xüsusi önəm verilir və nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün yeni layihələr üzərində intensiv iş aparılır.
Tədbirin keçirilməsində əsas məqsəd qaz təchizatı sahəsində nəzərə çarpan çatışmazlıqları müzakirə etmək, onların həlli istiqamətində atıla biləcək addımları nəzərdən keçirmək olmuşdur. Eyni zamanda vətəndaş cəmiyyəti üzvləri ilə hökumət nümayəndələrinin birgə dialoqunu qurmaq, ictimai müzakirələrin genişləndirilməsinə nail olmaq üçün dəyirmi masanın keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar “Şəffaflıq Azərbaycan” Korrupsiya qarşı Mübarizə İB-nin təşkilatçılığı ilə “Azəriqaz” İstehsalat Birliyi, yerli qeyri-hökumət təşkilatları və beynəlxalq qurumların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir. Yekunda dəyirmi masanın gedişi zamanı aparılan müzakirələr, səsləndirilən fikirlər, irəli sürülən təkliflər ümumiləşdirilərək tövsiyyə halına salınıb və “Azəriqaz” İstehsalat Birliyinə təqdim edilib. Tövsiyələrin hazırlanmasında aşağıdakı şəxslərin fikirlərindən istifadə olunub.


  • Əliməmməd Nuriyev, Konstitusiya Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin Koordinatoru;

  • Ələkbər Ağasıyev, Konstitusiya Araşdırmalar Fondunun eksperti.

  • Rəna Səfərəliyeva, “Şəffaflıq Azərbaycan” İB-nin İcraçı Direktoru;





Download 1.65 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   14




Download 1.65 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin təşkilatçılığı və “Azəriqaz” İstehsalat Birliyinin iştirakı ilə

Download 1.65 Mb.