• Vinçester” adının yaranması
  • Sərbəst iş №3 Bakı – 2021




    Download 0.8 Mb.
    bet1/4
    Sana01.04.2022
    Hajmi0.8 Mb.
    #19211
      1   2   3   4
    Bog'liq
    Xarici yaddaş qurğulafı (Sərbəst iş)





    Sərbəst iş №3


    Bakı – 2021
    Xarici yaddaş qurğuları informasiyanın uzun müddət saxlanması üçün istifadə edilən qurğulardır. Bu qurğular infor- masiyanın saxlanması üçün enerjidən asılı deyil. Kompüterlərdə xarici yaddaş kimi sərt diskdən, diskdən, fləşdən, optiki disklərdən, maqnit lentlərindən, maqnit kartlarından və s. istifadə olunur. Xarici yaddaşa bəzən informasiya daşıyıcısı da deyilir. Əməli yaddaşdan fərqli olaraq bu yaddaşlardakı infor- masiya kompüter elektrik şəbəkəsindən ayrıldıqda silinmir. İn- formasiya daşıyıcısında informasiyanın uzun müddət saxlanması üçün maqnit örtüklü materiallardan və digər üsullardan istifadə
    olunur. Böyük kompüterlərdə maqnit lenti və maqnit diski infor- masiya daşıyıcıları kimi geniş tətbiq edilir. Maqnit lentinə informfasiya ardıcıl üsulla yazılır və oxunur.
    Perfokartlar uzun müddət kompüter dünyasında verilən- lərin saxlanılması üçün əsas qurğu olub. Perfokart latın sözüdür, perforo – dəlirəm, charta – papirus vərəqi, kağız deməkdir. Nazik kartondan hazırlanan perfokart informasiyanı kartın müəyyən mövqelərində dəliklərin olub-olmaması ilə təqdim edilir.

    IBM şirkəti 1949-cu ildə verilənlərin saxlanılması üçün yeni qurğu hazırlamağa başlayır və 1952-ci il may ayının 21-də IBM-701 seriyalı kompüterlər üçün IBM-726 lent daşıyıcı modulunu təqdim ediir.
    1956-ci il sentyabr ayının 13-də ilk IBM şirkəti sərt diski (IBM 305) təqdim ediir. 1 tona (971 kq) yaxın çəkisi olan sərt disk ölçüsünə görə iri şkafı xatırladırdı. Perfokart və maqnit lentlərinin istifadə olunduğu bir dövrdə 5 milyon simvolu (5 MB) yaddaşda saxlayan sərt diskin yaradılması çox böyük nailiyyət idi. Sərt disk RAMAC (Random Access Method of Accounting and Control) adlanırdı və IBM-in San-Xose şəhərindəki laboratoriyasında hazırlanmışdı. Qiyməti 50 min dollar idi. 1 mbaytın qiyməti 10 min dollara bərabər idi. Sərt disk 35 min dollara (o dövrdə bu qiymət 17 minik avtomobilinin qiymətinə bərabər idi!) icarəyə verilirdi.

    Sərt disk daxilində 50 ədəd 24 düym (təxminən 61 sm) diametrə malik plastin yerləşirdi, oxuyan başlıq 1 ədəd olduğundan diskin işləmə surəti çox ləng idi. Yenə də Ronald Conson tərəfindən hazırlanmış digər modeldə isə (IBM 1301) hər 1 plastində ayrıca oxuyan başlıq var idi, bu da sərt diskin surətini artırırdı. Sərt disklər ölçüsünə görə (böyük yer tuturdu) bir çox illər daha çox elmi mərkəzlərin, iri şirkətlərin kompüter laboratoriyalarında istifadə olunub.
    1980-cı ildə Seagate Technology ST- 506 – 5 MB yaddaşa malik ilk 5 düymlü sərt diski təqdim edir. Bundan sonra isə sərt disklər fərdi kompüterlərdə işlədilən əsas qurğulardan birinə çevrilib.
    Vinçester” adının yaranması
    Versiyalardan birinə görə daşıyıcını IBM firmasında

    çalışan, layihə rəhbəri Kennet Hoton (ing. Kenneth E. Haughton) “Vinçester” (ing. Winchester) adlandırıb. 1973-cü ildə ilk dəfə olaraq bütöv korpusda disk lövhələrini və maqnit başlıqlarını birləşdirən modeli 3340 olan sərt disk istehsal olunub. Diskin hazırlanması zamanı mühəndislər “30-30” ifadəsindən istifadə ediblər.
    Bu da hər biri 30 MB olan 2 modul (maksimal tərtibat üzrə) demək idi. “30-30” isə səslənməyə görə “30 WCF” tüfəng patronu istifadə edən məşhur ov tüfəngi – “Winchester Model 1894”-ün adı ilə həmahəng səslənirdi.

    Download 0.8 Mb.
      1   2   3   4




    Download 0.8 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Sərbəst iş №3 Bakı – 2021

    Download 0.8 Mb.