• Sual 46
  • Mühafizə olunan həcmin daxilində birləşmələr
  • Sual 47
  • Sual 48
  • Mövcud olan binalarda avadanlıqların mühafizəsi
  • Sual 49
  • Kabellərdən istifadə zamanı mühafizə tədbirləri
  • Antenna və digər avadanlıqlardan istifadə zamanı mühafizə tədbirləri
  • Sual 50
  • Zonaların sərhəddində olan birləşdirmələr




    Download 0.93 Mb.
    bet8/8
    Sana24.03.2017
    Hajmi0.93 Mb.
    1   2   3   4   5   6   7   8
    Zonaların sərhəddində olan birləşdirmələr

    Kənardan obyektə daxil olan bütün keçiricilər ildırımdan mühafizə sistemi ilə birləşdirilirlər.

    Əgər xarici keçiricilər, güc kabelləri yaxud rabitə kabelləri müxtəlif nöqtələrdən daxil olursa və buna görə də bir neçə ümumi şin birləşməsi yaranırsa sonuncular qısa yolla yerlə birləşmə konturuna, konstruksiyanın armaturuna və xarici metallik üzlüyə (əgər beləsi varsa) birləşdirilməlidirlər.

    Əgər qapalı yerləbirləşmə konturu yoxdursa göstərilən ümumi şinlər ayrı-ayrı yerləbirləşdirici elektrodlara birləşdirilir və xarici dairəvi keçirici yaxud arası kəsilmiş dairəvi keçiriciyə birləşdirilir. Əgər xarici keçiricilər obyektə yerin üstü ilə daxil olarsa, ümumi şinlər divarın daxili yaxud xarici tərəfində horizontal dairəvi keçiriciyə birləşdirilir. Bu keçirici öz növbəsində alt keçiricilərlə-armaturlarla birləşdirilir.

    Yer səthi səviyyəsində obyektə daxil olan keçiricilərin və kabellərin həmin səviyyədə də ildırımdan mühafizə sistemi ilə birləşdirilməsi tövsiyyə olunur. Kabellərin binaya daxil olma nöqtəsində ümumi şin onun birləşdirildiyi yerləbirləşdiriciyə və armatura bacardıqca yaxın olmalıdır.

    Dairəvi keçirici armaturla yaxud metal üzlükdən ibarət olan digər ekranlayıcı elementlərlə hər 5 m-dən bir birləşdirilməlidir. Misdən və yaxud səthi sinklənmiş metaldan olan elektrodların minimal en kəsiyi 50 mm2 az olmamalıdır.

    İnformasiya sistemləri olan obyektlərdə cərəyanın təsirini minimuma endirmək üçün ümumi şini çoxlu birləşmə yeri olan metal zolaqdan (lövhəcikdən) hazırlamalı və armatura yaxud digər ekranlayıcı elementlərə birləşdirmək lazımdır. 0 və 1 zonalarının sərhədində yerləşən kontakt birləşmələri və ifrat gərginlikdən mühafizə qurğusu üçün cərəyanın parametrləri cədvəllərdən götürülür. Bir neçə keçirici olduqda cərəyanın küçiricilər üzrə paylanması nəzərə alınır.

    Yer səthi səviyyəsində obyektə daxil olan keçiricilər və kabellər üçün onlarla gətirilə biləcək ildırım cərəyanının hissəsi qiymətləndirilməlidir.

    Birləşdirici keçiricilərin en kəsikləri cədvəl 1 və 2-yə müvafiq təyin edilir. Cədvəl 1-dən keçirici elementlə ildırım cərəyanının 25%-dən çox hissəsi, cədvəl 2-dən isə 25%-dən az hissəsi axdıqda istifadə olunur.

    Cədvəl 1


    İldırım cərəyanının çox hissəsi axdığı halda keçiricinin en kəsiyi

    Mühafizə səviyyəsi

    Material

    En kəsik, ən azı, mm2

    I-IV

    Mis

    16

    I-IV

    Alüminium

    25

    I-IV

    Dəmir

    50

    Cədvəl 2


    İldırım cərəyanının kiçik bir hissəsi axdığı halda keçiricinin en kəsiyi

    Mühafizə səviyyəsi

    Material

    En kəsik, ən azı, mm2

    I-IV

    Mis

    6

    I-IV

    Alüminium

    10

    I-IV

    Dəmir

    16

    İfrat gərginlikdən mühafizə qurğusu ildırım cərəyanı hissəsinə dözməyə, ifrat gərginliyi məhdudlaşdırmağa və əsas impulsdan sonra gələn müşayət edici cərəyanı qırmağa görə seçilir.

    Obyektin girişində maksimal gərginlik Umax sistemin dözmə gərginliyi ilə uyğunlaşdırılır (uzlaşdırılır).

    Maksimal gərginliyin minimuma gətirilməsi üçün xətt ümumi şinə minimal uzunluqlu keçirici ilə birləşdirilməlidir. İldırımdan mühafizə zonasını kəsən bütün keçirici elementlər (məs.kabel xətləri) həmin sərhəddə ümumi şinə birləşdirilirlər. Bu ümumi şinə həmçinin ekranlayıcı və digər elementlər (məs.avadanlığın gövdəsi) də birləşdirilir.

    Kontakt sıxacları və qurğuları üçün ifrat gərginliyin söndürülməsinə cərəyanın parametrləri hər bir halda ayrılıqda qiymətləndirilir. Maksimal ifrat gərginlik hər bir sərhəddə sistemin dözmə gərginliyi ilə uyğunlaşdırılır. Müxtəlif zonaların sərhəddində ifrat gərginlikdən mühafizə qurğusu energetik xarakteristikalar üzrə əlaqələndirilir (uyğunlaşdırılır).

    Sual 46

    Birləşmələrə qoyulan tələblər. Mühafizə olunan həcmin daxilində birləşmələr.



    Cavab

    Metal elementlərin birləşdirilməsi mühafizə olunan obyektin daxilində onlar arasında potensiallar fərqini azaltmaq üçün lazımdır. Mühafizə olunan sahənin daxilində olan birləşmələr və metal elementlərin və sistemlərin ildırımdan mühafizə zonalarının kəsişmə sərhədlərində olan birləşmələr zonaların sərhədlərində yerinə yetirilir. Birləşdirməni xüsusi keçirici yaxud sıxac vasitəsilə yerinə yetirmək lazımdır. Vacib olduqda bu birləşdirmə ifrat gərginlikdən mühafizə qurğusu vasitəsilə yerinə yetirilir.



    Mühafizə olunan həcmin daxilində birləşmələr

    Obyekt daxilində olan nisbətən böyük ölçülü keçirici elementlər: liftlər, kranlar, metal döşəmələr (pollar), qapıların metal çərçivələri, borular, kabel qutuları və s. yaxındakı ümumi şinə birləşdirilir yaxud başqa ümumi birləşdirici elementlərə qısa yolla birləşdirilir. Əlavə birləşdirici keçirici elementlərin olmasl da arzu olunandır.

    Birləşdirici keçiricilərin (naqillərin) en kəsiklərinin ölçüləri cədvəllərdə göstərilmişdir. Nəzərdə tutulur ki, birləşdirici keçiricilərdən ildırım cərəyanının ancaq kiçik (az) bir hissəsi keçir.

    İnformasiya sisteminin açıqda olan bütün keçirici hissələri vahid bir şəbəkəyə birləşdirilir. Xüsusi hallarda belə şəbəkənin yerləbirləşdirici ilə birləşməsi olmaya bilər.

    İnformasiya sistemləriinin metal hissələrinin: gövdələrin, kabel örtüklərinin, karkasların və s.-nin yerləbirləşdiriciyə birləşdirilməsinin iki üsulu vardır: birləşmələrin radial sistem yaxud setka (tor) şəkilində yerinə yetirilməsi.

    Radial birləşmə sistemində sistemin bütün metallik hissələri yerdən izolyasiya olunur və ancaq bir nöqtədə yerlə birləşdirilir. Adətən belə sistem nisbətən kiçik obyektlərdə, bütün elementlər və kabellər obyektə bir nöqtədən daxil olduğu halda tətbiq olunur.

    Radial yerləbirləşmə sistemləri ümumi yerləbirləşmə sisteminə ancaq bir nöqtədə birləşdirilir (şəkil 1).

    Bu halda avadanlığın qurğuları arasında olan bütün xətlər və kabellər, ilgəyin induktivliyini azaltmaq üçün paralel çəkilərək yerləbirləşdirici keçiricilərin ulduz birləşməsini yaradır. Bir nöqtədə birləşmə aparılması sayəsində ildırım zərbəsi zamanı yaranan kiçik tezliklər informasiya sisteminə daxil olmurlar. Bundan başqa informasiya sisteminin daxilində kiçik tezlikli maneələr mənbəyi yerləbirləşmə sistemində cərəyan yaratmır. Mühafizə zonasına naqillərin daxil edilməsi ancaq potensialları bərabərləşdirmə sisteminin mərkəzi nöqtəsində yerinə yetirilir. Göstərilən ümumi nöqtə həmçinin ifrat gərginlikdən mühafizə qurğusunun birləşdirilməsi üçün ən yaxşı yer hesab olunur.

    Tordan istifadə zamanı onun metal hissələri ümumi yerləbirləşmə sistemindən izolyasiya olunmurlar (şəkil 2). Tor ümumi sistemlə çox sayda nöqtələrdə birləşdirilir. Tor adətən müəyyən ölçülü açıq sistemlər üçün istifadə olunur. Burada avadanlıq çoxlu sayda müxtəlif xətlər və kabellərlə əlaqəli olur və onlar obyektə müxtəlif nöqtələrdən daxil olurlar. Bu halda bütün sistem istənilən tezlik üçün kiçik müqavimətə malik olur. Bundan başqa torun çoxlu sayda olan qısa qapanmış konturları informasiya sisteminin yaxınlığında maqnit sahəsini zəiflədir.

    Şəkil 1.Potensialların bərabərləşdirməsinin ulduzşəkilli sistemi zamanı elektrik qidalandırma və rabitə xətlərinin birləşdirilmə sxemi

    Mühafizə zonasında cihazlar bir-biri ilə qısa yolla bir neçə nöqtədə birləşdirilirlər, onlar həmçinin mühafizə zonasının metal hissələri və zonanın ekranı ilə birləşdirilirlər. Bu zaman qurğuda olan bütün metal hissələr: döşəmədə, divarda və damda olan armaturlar, metal barmaqlıqlar (şəbəkələr), qeyri elektrik təyinatlı metal avadanlıqlar (məs. borular, havadəyişmə və kabel qutuları və s.) maksimum istifadə olunur. Hər iki konfiqurasiya (radial və tor) şəkil 3-də göstərilən kompleks sistem-də ümumiləşdirilə bilər. Adətən bu o qədər də vacib olmur və lokal yerləbirləşmə şəbəkəsinin ümumi sistemlə birləşdirilməsi ildırımdan mühafizə zonasının sərhəd-dində həyata keçirilir.

    Şəkil 2. Potensialların bərabərləşdirilməsinin tor şəkilli birləşdirmə sistemi



    Şəkil 3. Potensialların bərabərləşdirmə sisteminin kompleks yerinə yetirilməsi



    Sual 47

    Yerləbirləşdirmə.



    Cavab

    Ildırımdan mühafizənin yerləbirləşdirmə qurğusunun əsas məsələsi mümkün olduqca ildırım cərəyanının çox hissəsini (50% və ondan çox) yerə ötürməkdir. Cərəyanın yerdə qalan hissəsi binaya gələn kommunikasiya xətləri (kabellərin örtükləri, su təchizatı boruları və s.) ilə paylanaraq axır.

    Bu zaman yerləbirləşdiricinin özündə təhlükəli gərginlik yaranmır. Bu məsələ binanın altında (bünövrədə) və ətrafında olan tor (armaturlar şəbəkəsi) sistemi ilə yerinə yetirilir.

    Yerləbirləşdirici keçiricilər bünövrənin altında betonun armaturları bir-biri ilə birləşdirilməklə tor şəkilli kontur təşkil edir. Bu binanın altında elektromaqnit ekranı yaratmağın adi üsuludur. Binanın dövrəsində yaxud bünövrənin ətrafında təşkil olunan dairəvi keçirici yerləbirləşdirici sistemlə adətən hər 5 m-dən bir yerləbirləşdirici keçirici ilə birləşdirilir. Xarici yerləbirləşdirici göstərilən dairəvi yerləbirləşdirici ilə birləşdirilə bilər.

    Bünövrənin altında olan betonun armaturları yerləbirləşdirmə sistemi ilə birləşdirilir. Armarurlar yerləbirləşdirmə sistemi ilə, adətən 5 m-dən bir birləşdirilməklə tor təşkil etməlidirlər. Yerləbirləşdirici kimi adətən bir-birindən 1 m aralı olan armatur çubuqlarına qaynaq olunmaqla yaxud mexaniki birləşdirilməklə damalarının eni adətən 5 m olan sinklənmiş polad tordan istifadə etmək olar. Torun keçiricilərinin ucları birləşdirici polad zolaqlar üçün yerləbirləşdirici keçirici kimi xidmət edə bilər. Şəkil 1 və 2-də torşəkilli yerləbirləşdirici qurğuya misallar verilmişdir.
    85bd9a02

    Şəkil 1. Binanın torşəkilli yerləbirləşdirici qurğusu

    1-birləşdirmə şəbəkəsi; 2-yerləbirləşdirici
    ecc418b5

    Şəkil 2. İstehsalat binalarının torşəkilli yerləbirləşdirmə qurğusu

    1-bina, 2-qüllə, 3-avadanlıq, 4-kabel qutusu

    Yerləbirləşdirici ilə birləşdiricilərin əlaqələndirilməsi yerləbirləşdirmə sistemini yaradır. Yerləbirləşdirmə sisteminin əsas məsələsi (məqsədi) bina və avadanlıqların istənilən nöqtəsində potensiallar fərqini azaltmaqdan ibarətdir. Bu məsələ ildırım cərəyanının və induksiyalanmış cərəyanların axması üçün çoxlu sayda paralel yolların yaradılması ilə həll olunur. Çoxlu sayda olan paralel yollar müxtəlif rezonans tezliyinə malikdirlər ki, bu tezlikdənasılı müqavimətə malik konturlar baxılan spektrli maneələr üçün kiçik müqavimətli vahid şəbəkə təşkil edirlər.



    Sual 48

    Ifrat gərginlikdən mühafizə qurğuları.



    Cavab

    İfrat gərginlikdən mühafizə qurğuları (İGMQ) elektrik təchizatı, idarəetmə, və rabitə telekommunikasiya xətlərinin kəsişmə yerlərində, iki ekranlama zonasının sərhəddində quraşdırılır. İGMQ onların dağılmaya davamlılığına müvafiq olaraq onlar arasında yükün qəbuledilmə həddində paylanmasının əldə olunması üçün həmçinin mühafizə olunan avadanlığın ildırım cərəyanınının təsiri altında dağılma ehtimalının azaldılması üçün onları koordinasiya edir (uzlaşdırır) (şəkil 1).



    Şəkil 1. Binada İGMQ-lərin quraşdırılmasına nümunə


    Binaya daxil olan qidalandırma və rabitə xətlərini bir şinlə birləşdirmək və onların İGMQ-lərini bacardıqca bir-birinə yaxın yerləşdirmək tövsiyyə olunur. Bu ekranlayıcı olmayan materiallardan tikilmiş (ağac, kərpic və s.) binalarda xüsusilə vacibdir. İGMQ seçilir və elə yerdə quraşdırılır ki, ildırım cərəyanı 0 və 1 zonası-nın sərhəddində yerləbirləşdirmə sisteminə ötürülsün.

    İldırım cərəyanının enerjisi göstərilən sərhəddə yayıldığından (səpələndiyin-dən) İGMQ ancaq yerdə qalan enerjidən, elektromaqnit sahəsinin təsirindən 1 zonasında mühafizəni yerinə yetirir. İfrat gərginlikdən daha yaxşı mühafizə üçün İGMQ-nin quraşdırılması zamanı qısa birləşdirici keçiricilərdən, girimlərdən və kabellərdən istifadə etmək lazımdır.

    Güc qurğularında izolyasiyanın uzlaşdırılma tələblərinə və mühafizə olunan obyektin zədələnməyə davamlılığına görə İGMQ-nin gərginlik üzrə səviyyəsi minimal gərginlikdən aşağı götürülür ki, mühafizə olunan avadanlığa təsir yol veriləndən aşağı olsun.

    Əgər zədələnməyə dayanıqlıq səviyyəsi məlum deyilsə o zaman təxmini yaxud sınaq zamanı alınmış səviyyə götürülür. Mühafizə olunan sistemdə İGMQ-lərin sayı mühafizə olunacaq avadanlıqların zədələnməyə davamlılığından və İGMQ-lərin özlərinin xarakteristikalarından asılıdır.



    Mövcud olan binalarda avadanlıqların mühafizəsi

    Mövcud olan binalarda mürəkkəb elektron avadanlıqlardan istifadənin getdikcə artması onların ildırım cərəyanından və digər elektromaqnit maneələrdən daha etibarlı mühafizələrin qurulmasını tələb edir. Mövcud olan binalarda ildırımdan mühafizə üzrə tədbirləri binanın xüsusiyyətləri (mövcud güc və informasiya avadanlıqları) nəzərə alınmaqla qəbul edilir.

    Mühafizə tədbirləri və onların seçilməsi layihəqabağı axtarışlar mərhələsində əldə olunmuş ilkin məlumatlar əsasında müəyyən edilir. Belə ilkin verilənlərin nümunə siyahısı 1-4 cədvəllərində verilmişdir.

    Cədvəl 1


    Bina və ətraf haqqında ilkin məlumatlar



    Xarakteristikası

    1

    Binanın materialı –daşdan tikili, kərpic, ağac, dəmir-beton, polad karkas(gövdə)

    2

    Vahid (bir) bina yaxud , çoxlu sayda birləşmələri olan bir neçə ayrı-ayrı bloklar

    3

    Alçaq və yastı, yaxud hündür bina (binanın ölçüləri)

    4

    Armaturlar bütün bina üzrə birləşdirilibmi?

    5

    Metal üz örtükləri elektriki birləşdirilibmi?

    6

    Pəncərələrin ölçüləri

    7

    Xarici ildırımdan mühafizə sistemi vardırmı?

    8

    Xarici ildırımdan mühafizənin tipi və keyfiyyəti

    9

    Torpağın tipi (daş, torpaq)

    10

    Qonşu binaların yerləbirləşmə elementləri (hündürlüyü, onlara qədər olan məsafə)

    Cədvəl 2


    Avadanlıq üzrə ilkin məlumatlar



    Xarakteristikası

    1

    Daxil olan xətlər (yeraltı yaxud hava ilə)

    2

    Antennalar yaxud başqa xarici qurğular

    3

    Qidalandırma sisteminin tipi (yüksək yaxud alçaq gərginlikli, yeraltı yaxud yerüstü)

    4

    Kabellərin çəkilməsi (döşənməsi) (şaquli yerləşmə sahələri və sayı, kabellərin döşənmə üsulları)

    5

    Metal kabel qutularından istifadə olunma

    6

    Binanın daxilində elektron avadanlıqlar varmı?

    7

    Başqa binalara gedən keçiricilər (xətlər) varmı?

    Cədvəl 3


    Avadanlıq üzrə ilkin məlumatlar



    Xarakteristikası

    1

    İnformasiya avadanlıqları arasında kommunikasiyanın tipi (ekranlı yaxud ekransız çoxdarlı kabellər, koaksial kabellər; analoq yaxud rəqəmsal, simmetrik yaxud qeyri-simmetrik; optik lifli xətlər)

    2

    Avadanlığın zədələnməyə davamlılıq səviyyəsi

    Cədvəl 4

    Mühafizə konsepsiyasının seçilməsinə aid başqa məlumatlar





    Xarakteristikası

    1

    Pəncərənin metal çərçivəsi birləşdirilibmi?

    2

    Dam örtüyünyn materialı (metal, beton və s.)

    3

    Şəbəkənin konfiqurasiyası (TN, TT yaxud IT)

    4

    Binada elektron avadanlığın yerləşməsi

    5

    Ümumi yerləbirləşdirmə sistemi ilə elektron avadanlıqların birləşdirməsinin düzülüşü

    Sual 49

    Xarici ildırımdan mühafizə sistemindən istifadə zamanı mühafizə tədbirləri.



    Cavab

    Əsas məsələ - xarici ildırımdan mühafizə sisteminin yaxşılaşdırılması üzrə, həmçinin başqa tədbirlər üzrə optimal həllin tapılması.

    Xarici ildırımdan mühafizə sisteminin təkmilləşdirilməsi aşağıda göstərilənlər hesabına əldə olunur:

    1) binanın damının və üz hissəsinin metal örtüyünün ildırımdan mühafizə sisteminə birləşdirilməsi;

    2) əgər armaturlar bütün bina boyu – damdan divarlar üzrə binanın yerləbirləşdirilməsinə qədər birləşdirilibsə, əlavə keçiricilərdən istifadə etməklə;

    3) metal endirmələr arası məsafəni azaltmaqla və ildırımqəbuledicinin damalarının addımını azaltmaqla;

    4) qonşu birləşmə yerləri, amma strukturca ayrılmış blokların birləşmə yerləri arasında birləşdirici zolaqlar (elastiq yastı keçiricilər) quraşdırmaqla; zolaqlar arası məsafə endirmələr arası məsafədən iki dəfə az olmalıdır;

    5) binanın ayrı-ayrı bloklarını uzun məftillə birləşdirməklə, birləşdirmə adətən hər bir kabel qutusunun küncündə lazımdır və birləşdirmə zolağını bacardıqca kiçik götürməli;

    6) əgər binanın damının metal örtüyünün bir hissəsini ildırımın birbaşa zərbəsindən mühafizə etmək lazımdırsa, ayrı-ayrı ildırımqəbuledicini ümumi ildırımdan mühafizə sistemi ilə birləşdirməklə mühafizə etməli; ildırımqəbuledici göstərilən elementdən təhlükəsiz məsafədə yerləşdirilməlidir.

    Kabellərdən istifadə zamanı mühafizə tədbirləri

    İfrat gərginliyin azaldılması üzrə effektiv tədbirlər kabellərin rasional döşənməsindən və ekranla təchiz olunmasından ibarətdir. Bu tədbirlər xarici ildırımdan mühafizə sistemindən ekranlanma az olan yerlərdə daha vacibdir.

    Böyük ilgəklərin qarşısının alınması üçün güc kabelləri ilə ekranlı rabitə kabel-lərini yanaşı çəkmək lazımdır. Ekran avadanlığa kabelin hər iki başında birləşdirilir.

    İstənilən əlavə ekranlama, məs., məftillərin və kabellərin metal borularda yaxud mərtəbələr arası qutularda çəkilməsi ümumi birləşmə sisteminin tam müqavimətini azaldır. Belə tədbirlər hündür yaxud uzun binalar üçün, yaxud avadanlıq-ların xüsusilə etibarlı işləməsi lazım gəldikdə çox vacibdir.

    İGMQ-lərin daha sərfəli yerləşdirilmə yerləri binanın girişində 0/1 və 0/2 zonalarının sərhədlərindədir.

    Adətən iş rejimində ümumi birləşmə şəbəkəsi güc və infarmasiya dövrəsinin əks naqili kimi istifadə olunmur.



    Antenna və digər avadanlıqlardan istifadə zamanı mühafizə tədbirləri

    Belə avadanlıqlara misal müxtəlif xarici qurğuları: antennaları, meteoroloji vericiləri, xarici müşahidə kameralarını, sənaye obyektlərində xarici vericiləri (təzyiq, temperatur, axın surəti, qapağın vəziyyəti və s. vericiləri) və binaların xarici hissəsində, qüllələrdə yaxud sənaye çənlərində quraşdırılan istənilən elektriki, elektron və radio avadanlıqları aiddir.

    İmkan daxilində ildırımötürücü elə quraşdırılır ki, avadanlıqlar birbaşa ildırım zərbəsindən mühafizə olunsunlar. Tək quraşdırılmış antennalar texnoloji baxımdan tam açıq şəraitdə saxlanılır. Onların bəzilərində ildırımdan mühafizə sistemi quraşdırılmışdır və zədələnmədən ildırım vurmasına davam gətirə bilər. Nisbətən az mühafizə olunan antenna növlərinin qidalandırma kabelində İGMQ quraşdırıla bilər ki, kabel vasitəsilə ildırım cərəyanı qəbulediciyə yaxud ötürücüyə daxil olmasın. Xarici ildırımdan mühafizə sistemi olduğu halda antennanın quraşdırılma (bərkidilmə) hissəsi ona birləşdirilməlidir.

    Binalar arasında olan kabellə induksiyalanan gərginliyin qarşısını onları metal boru yaxud kabel qutularında çəkməklə almaq olar. Antennadan avadanlığa gələn kabellər boru içərisində çəkilərək bir nöqtədən çıxırlar. Obyektin özünün ekranlama xüsusiyyətlərinə maksimum fikir vermək və kabelləri onun boru elementlərində çəkmək lazımdır. Əgər bu texnoloji tutum (həcm) halında olduğu kumi mümkün deyilsə kabelləri xarici səthlə, təbii ekranlamadan maksimum istifadə edilməklə (məs. metal pilləkanın və s. ekranlamasından) ən qısa yolla çəkilməlidir. Bucaq formalı (şəkilli) metaldan yığılmış qüllələrdə kabelləri bucaq hissənin daxili ilə çəkərək təbii ekrandan maksimum istifadə oluna bilər. Son halda kabellə yanaşı en kəsiyi 6 mm2-dan az olmayan ekvipotensiallı mis məftil (zolaq) çəkmək olar. Bütün bu tədbirlər bina ilə kabelin yaratdığı ildəkdə induksiyalanmış gərginliyi azaldır və müvafiq olaraq onlar arasında deşilmə ehtimalını azaldır, daha doğrusu avadanlığın daxilində elektrik şəbəkəsi ilə bina arasında qövsün yarana bilmə ehtimalını azaldır.



    Sual 50

    Binalar arasında güc və rabitə kabellərinin mühafizə tədbirləri.



    Cavab

    Binalar arasında əlaqə (rabitə) iki əsas hissəyə bölünür: metal örtüklü güc kabelləri, metallik (burulmuş cütlük, dalğaötürənlər, koaksial və çoxdamarlı kabellər) və optolifli rabitə kabelləri. Mühafizə tədbirləri kabellərin tipindən, onların sayından, həmçinin iki binanın ildırımdan mühafizə sistemlərinin bir-biri ilə birləşdirilib – birləşdirilməməsindən asılıldır.



    Tam izolyasiya olunmuş optolifli kabellər (metalla armaturlanmamış, nəm-likdən mühafizə üçün nazik metal təbəqə -folqa yaxud daxildə polad naqil) əlavə mühafizə tədbirləri tətbiq edilmədən istifadə oluna bilər. Belə kabeldən istifadə ən yaxşı variant hesab olunur, ona görə ki, elektromaqnit təsirindən tam mühafizə təmin olunur. Amma əgər kabeldə uzununa çəkilmiş metal element vardırsa (məsa-fədən qidalandırma damarı istisna olmaqla) sonuncu binanın girişində potensialların bərabərləşdirilməsinin ümumi sisteminə birləşdirməli və optik qəbulediciyə yaxud vericiyə birbaşa daxil olmamalıdır. Əgər binalar bir-birinə yaxın yerləşmişdirsə və onların ildırımdan mühafizə sistemləri bir yerə birləşdirilməyibsə, bu elementlərdə böyük cərəyanın olmaması və onların qızmaması üçün metal elementləri olmayan optolifli kabellərdən istifadə etməyə üstünlük verilməlidir. Əgər ildırımdan mühafizə sistemi ilə birləşdirilmiş kabel vardırsa, birinci kabeldən cərəyanın bir hissəsini kənarlaşdırmaq üçün metal elementli optik kabeldən istifadə etmək olar.

    İldırımdan mühafizə sistemləri bir-birindən izolyasiya olunmuş binalar arasında metal örtüklü kabellər. Belə halda kabelin hər iki tərəfindən ildırım cərəyanının daxil olma səbəbindən kabelin zədələnmə ehtimalı çox böyükdür. Ona görə də kabelin hər iki başında İGMQ quraşdırmaq lazımdır. Eyni zamanda iki binanın ildırımdan mühafizə sistemlərini birləşdirmək və kabelləri metal boruda yaxud kabel qutusunda çəkmək lazımdır.

    İldırımdan mühafizə sistemləri bir yerə birləşdirilmiş binalar arasında metal örtüklü kabellər. Binalar arasında kabellərin sayından asılı olaraq mühafizə tədbiri kimi kabelləri kabel qutusunda yerləşdirərək qutuları bir-biri ilə birləşdirmək (bir neçə kabel olduqda), ekranlamaq yaxud çoxdamarlı idarəetmə kabellər üçün elastik metal şlanqdan istifadə etmək (kabellər çox olduqda). Kabellərin hər iki tərəfdən ildırımdan mühafizə sisteminə birləşdirilməsi kifayət qədər ekranlanmanı təmin edir. Belə birləşdirmə xüsusi ilə kabellər çox olduğu halda cərəyanın onlar arasında paylanması səbəbindən daha effektlidir.
    Download 0.93 Mb.
    1   2   3   4   5   6   7   8




    Download 0.93 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Zonaların sərhəddində olan birləşdirmələr

    Download 0.93 Mb.