• Müxtəlif nəqliyyat növləri ilə təqdim olunan daşımaların yerinə yetirilməsi bir sıra amillərdən asılıdır
  • Vahid nəqliyyat sistemi” fənnindən mühazirələr




    Download 294.02 Kb.
    bet8/77
    Sana04.04.2021
    Hajmi294.02 Kb.
    #14090
    1   ...   4   5   6   7   8   9   10   11   ...   77
    Dartıcı vasitələr istifadə olunan hərəkət tərkibini və ya gəmini hərəkətə gətirmək üçündür. Hər bir nəqliyyat vasitəsinə dartıcı vasitələr gərəkdir. Hal – hazırda buxar dartqısı benzin, dizel, elektrik və reaktiv mühərriklərlə əvəz edilmişdir.

    Hər bir nəqliyyat növündə bu göstərilən komponentlərin qarışığını tapmaq olar. Məsələn, boru kəməri eyni zamanda həm yol, həm də nəqliyyat vasitəsi, nasos stansiyası həm dartıcı vasitə, həm də yol hissəsi, analoji olaraq avtomobil həm nəqliyyat vasitəsi, həm də dartıcı vasitə kimi qəbul olunur.

    Nəqliyyatın hər bir növü yük və sərnişinlərin daşınması üçün uyğun nəqliyyat vasitələrinə malik olmalıdır. Bu nəqliyyat vasitələrinın konstruksiyası konkret nəqliyyat növünün tələblərini ödəməlidir. Nəqliyyat vasitəsi müəyyən mühitdə müəyyən datrqı vasitəsilə hərəkətə gətirilən, müəyyən yollarda müəyyən daşımaların tələblərinə nəqliyyatçı – mühəndislərin verdiyi cavabdır. Nəqliyyat vasitələrinin layihələndirilməsi zamanı mühəndislərin rəhbər tutduqları əsas prinsiplər aşağıdakılardır:

    daha geniş xırıd bazarının əhatə olunması;

    konkret yolun tələbləri;

    uyğun daşımaların tələbləri;

    erqonomik mülahizələr;

    qənaətcillik.

    Hər bir nəqliyyat vasitəsi yüksək dəyərə malik olduğundan satış zamanı onun dəyərinin daha rahat ödənilməsi üçün geniş alıcı kütləsini əhatə etməlidir.

    Hərəkət yollarının xarakteri nəqliyyat vasitəsinə böyük təsir edir. Məsələn, təyyarə atmosferdə, sükunət halında dayağı olmadan, hərəkət edir. Bəzi xüsusiləşdirilmiş uçan aparatlar nəzərə alınmadan, təyyarə atmosferdə dayana bilmir. Hətta vertolyotlar və bəzi vertikal qalxan təyyarələrdə belə, pilot hər hansı xidməti yerinə yetirmək üçün kabinədən çıxa bilmir. Buna görə də təyyarələr bu hallara hazır olmalıdırlar. Yol nəqliyyat vasitəsinin ölçülərinə, formasına və sürətinə sərt tələblər qoyur.

    Təyyarə konstruktorları sürət və yük götürmə qabiliyyətini seçərkən hərəkət mühitinin məhdudiyyətlərini nəzərə alırlar. Onlar bu göstəricilərin hər ikisini eyni zamanda artıra bilmirlər. Bunun üçün mühərriklərin gücünü kəskin artırmaq lazım gəlir. Bu isə uçan aparatın qeyri qənaətcil işləməsinə gətirib çıxarır. Təyyarənin yük götürmə qabiliyyətini artırmaq üçün təkcə onun gövdəsinin ölçülərini yox, həm də qanadlarının sahəsini artırmaq lazımdır.

    Həcm və sürət problemi gəmi layihəçilərinin qarşısında da durur. Gəmi suda dayandığından yerüstü nəqliyyata nəzərən sürtünmə daha az olur, lakin sürət artdıqca gəminin burun tərəfində dalğalar yaranır və hərəkətə müqavimət yüksəlir. Bu müqaviməti dəf etmək üçün gəminin ən məqsədəuyğun forması suyu kəsməyə imkan verən iti bıçaq formasıdır. Lakin iti bıçaq forması gəmidə çox davam etdirilə bilmir, dəyanətlilik problemi buna imkan vermir. Gəmilərdə təyyarələrdə olan «qaldırılma» problemi olmadığından onların yük götürmə qabiliyyəti daha böyük seçilir. Lakin su yollarının dərinliyi eyni olmadığından buna da müəyyən məhdudiyyətlər qoyulir və mövcud su yolları və limanların imkanları nəzərə alınır. İri gəmilərin tikilməsində sürtünmə problemi əks rol oynayır. Belə gəmilərin dayandırılması sürtünmə az olduğundan çətin başa gəlir. Ani dayanma mümkün deyildir. Gəmi tədricən tormozlanır, tam dayanma isə yedək gəmilərinin göməyi ilə yerinə yetirilir.

    Dəmir yollarının əksər hissəsi XIX əsrin sonu XX əsrin əvvəlində tikilmişdir. O zaman qəbul olunan ölçülər müasir hərəkət tərkibinin də ölçülərinə təsir edir. Ölçülər mümkün olandan nə enli, nə də uzun ola bilməz. Eyni ilə hərəkət sürətləri də bu ölçülərlə mühdudlanır.

    Daşımaların tələbləri nəqliyyat vasitələrinin layihələn­dirilməsi zamanı onların kuzalarının xüsusiləşdirilməsi şəklində nəzərə alınır. Xüsusiləşdirilmiş kuzalar daşıma zamanı yükün tələblərini nəzərə almağa imkan versələr də, belə nəqliyyat vasitələrinin geri istiqamətdə yüklənməsi problem yaradır.

    Nəqliyyat vasitələrinin erqonomik tələbləri əsas iki qrupda birləşdirilə bilər. Bunlardan biri nəqliyyat vasitəsini yaxşı vaziyyətdə saxlamaqdır. Layihələndirilmə mərhələsində bu, xidmət nöqtələrinin əlçatan olması ilə təmin edilir. Nəqliyyat vasitələrinə xidmət edən mexanik texniki xidmət əməliyyatlarını tez və səmərəli yerinə yetirməlidir. Digər erqonomik tələb nəqliyyat vasitələrinin işinin sosial və ətraf mühitin qorunması mənasında lazımi səviyyədə təmin olmasıdır.

    Nəqliyyat vasitələrinin konstruksiyası cəmiyyətin tələblərinə uyğun kütləvi istehsal olunan, ucuz, istismar və xidmət zamanı rahat və ətraf mühitə mümkün qədər az ziyan vurmalıdır.

    Cəmiyyətin yük və sərnişin daşımalarına olan tələbatının ödənilməsi müxtəlif nəqliyyat növlərində fərqlidir. Müxtəlif nəqliyyat növləri ilə təqdim olunan daşımaların yerinə yetirilməsi bir sıra amillərdən asılıdır:


    • Təqdim olunan daşımaların yerinə yetirilməsi üçün konkret nəqliyyat növünün material – texniki bazasının inkişaf səviyyəsi və xarakteri;

    • Müəssisələr və yaşayış məntəqələrinə nəzərən nəqliyyat növləri şəbəkələrinin və nəqliyyat vasitələrinin yerləşməsi;

    • Daşıma prosesinin təşkili, daşımaların müntəzəmliyi, yük və sərnişin daşımalarının müddəti.

    Hər bir nəqliyyat növü nəqliyyat vasitələrinin yerləşməsi, texniki təminat, daşıma imkanları, hərəkət tərkibinin müxtəlifliyi və s. – də yalnız özünə xas olan xarakterik xüsusiyyətlərə malikdir. Bu və ya digər nəqliyyat növünün iqtisadi cəhətcə məqsədəuyğun istifadə dairəsinin müəyyən olunması üçün ümumi və spesifik nəqliyyat amilləri nəzərə alınmalıdır. Ümumi amillərə aşağıdakılar aiddir:

    • Daşımaların və yük axınlarının həcm və istiqamətini müəyyən edən istehsal və istehlakın həcmi və yerləşməsi;

    • Buraxılan məhsulun hərəkət tərkibinin növünü və iş ritmini müəyyən edən nomenqlaturası.

    Spesifik nəqliyyat amilləri isə bunlardır:

    • Nəqliyyat yolları şəbəkəsinin yerləşməsi;

    • İstismar şəraiti, o cümlədən mövsümilik və işin ritmikliyi;

    • Buraxma və daşıma qabiliyyətləri;

    • Texniki təminat;

    • Nəqliyyat prosesinin təşkili sistemi.

    Müxtəlif nəqliyyat növləri ilə daşıma variantlarını müqayisə etdikdə əsas göstəricilər aşağıdakılardır:

    • İstismar xərclərinin (daşımaların maya dəyərinin) səviyyəsi;

    • Əsaslı qoyuluş;

    • Hərəkət sürəti və çatdırma müddəti;

    • Daşama və buraxma qabiliyyəti imkanları;

    • Müxtəlif şəraitdə daşımaların təmin olunmasındakı manevretmə;

    • Daşımaların etibarlılığı və müntəzəmliyi;

    • Daşınan yük və baqajın qorunması qarantiyası;

    • Nəqliyyat vasitələrinin səmərəli istifadə şəraiti, yükləmə -boşaltma işlərinin mexanikləşdirilmə və avtomatlaşdırılması.

    Bu göstəricilərin qiymətləri hər nəqliyyat növündə müxtəlifdir.



    Download 294.02 Kb.
    1   ...   4   5   6   7   8   9   10   11   ...   77




    Download 294.02 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Vahid nəqliyyat sistemi” fənnindən mühazirələr

    Download 294.02 Kb.